Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-10/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə mənzillə təmin edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin edilmə” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının 2-1(103)-1496/2024 saylı, 2 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Vətəndaş İddiaçı mənzil uçot işinin yaşayış yeri üzrə köçürülməsi haqqında Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 146 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamına əsasən İİ qrup Qarabağ müharibəsi əlili İddiaçı 1 nəfər ailə tərkibi ilə (özü) uçota alınma tarixi (xx.xx.2001-ci il) saxlanılmaqla güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmişdir.
2. Azərbaycan Respublikası Ağdaş Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli iddiaçıya ünvanlanmış məktubundan görünür ki, Ağdaş rayon İcra Hakimiyyətində 19 may 2008-ci il tarixdə 127 nömrəli Sərəncamla İİ qrup Qarabağ Müharibəsi əlili kimi mənzil növbəsinə qeydiyyata alınmış, yaşayış yeri dəyişdiyi üçün mənzil növbəsindən çıxarılmağı barədə təkrar müraciətə əsasən Ağdaş rayonunda mənzillə təmin edilmədiyi üçün İcra Hakimiyyəti başçısının 16 iyul 2021-ci il tarixli, 112 nömrəli sərəncamı ilə mənzil növbəsindən qeydiyyatdan çıxarılmış və bu barədə aidiyyəti sənədlərin qeydiyyatda olduğu ərazi üzrə Suraxanı rayon İcra Hakimiyyətinə göndərilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Yuxarıda göstərilən Sərəncamın icrası çərçivəsində Ağdaş rayonu, Pirəyir kəndində iddiaçıya üç otaqlı fərdi yaşayış evi tikilmişdir.
4. Azərbaycan R espublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Əmək və Əhalinin Sosial Müda fiəsi Nazirliyi tərəfindən 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Bildiririk ki, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 19 may 2008-ci il tarixli 127 nömrəli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış İddiaçı üçün yuxarıda qeyd edilən Sərəncamın icrası çərçivəsində Ağdaş rayonunda üç otaqlı fərdi yaşayış evi inşa edilmişdir. Fərdi evin xarici kommunikasiya xətləri çəkilmiş və yaxın zamanda vətəndaşın istifadəsinə veriləcəkdir.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-mə işət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20142028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Bildirilmişdir ki, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 19 may 2008-ci il tarixli 127 nömrəli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış İddiaçı üçün yuxarıda qeyd edilə n Sərəncamın icrası çərçivəsində Ağdaş rayonunda üç otaqlı fərdi yaşayış evi inşa edilmişdir. Fərdi evin xarici kommunikasiya xətləri çəkilmiş və yaxın zamanda vətəndaşın istifadəsinə veriləcəkdir. Əlavə olaraq bildirilmişdir ki, Nazirlik tərəfindən hazırda çoxmənzilli yaşayış binaları inşa edilmir. Son illərdə imtiyazlı şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması Nazirlik tərəfindən çoxmərtəbəli binalardan satın alınan mənzillər, həmçinin Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin sifarişi ilə Abşeron rayonu, Pirəkeşkül ərazi dairəsində, Bakı şəhəri, Sabunçu rayonu, Ramana və Kürdəxanı qəsəbələrində, Qaradağ rayonu, Ümid qəsəbəsində, habelə Binəqədi rayonu, Xocəsən qəsəbəsində inşa edilmiş yaşayış komplekslərindəki çoxmərtəbəli binalarda yerləşən mənzillər hesabına həyata keçirilmişdir. Məlumat üçün bildirilmişdir ki, imtiyazlı şəxslərin mənzil və ya fərdi yaşayış evi ilə təmin olunması prosesi rayon (şəhər) icra hakimiyyəti orqanlarının Nazirliyə təqdim etdikləri növbəlilik siyahıları əsasında sonuncu tərəfindən aparılır. Eyni zamanda qeyd ediilmişdir ki, Respublikanın regionlarında rayon (şəhər) icra hakimiyyəti orqnlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxslər üçün Nazirliyin sifarişi ilə fərdi yaşayış evləri inşa edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ikinci qrup Qarabağ müharibəsinin əlili, o cümlədən xx.xx.2001-ci il tarixdən uçota alınmaqla güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxs olaraq yaşayış sahəsi ilə təmin edilməyi ilə bağlı öhdəliyinin cavabdeh inzibati orqanın - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə vəzifə olaraq qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir.
7. İddia tələbi “xx.xx.2021-ci il tarixdən Bakı şəhəri, Suraxanı rayonunda qeydiyyatda olmaqla yaşayan İİ dərəcə Qarabağ müharibəsi əlili İddiaçı Bakı şəhərində növbəlilik qaydasında mənzillə təmin edilməsi” kimi dəyişdirilmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o ikinci qrup Qarabağ müharibəsinin əlilidir. xx.xx.2001-ci il tarixdən uçota alınmaqla güzəştli şərt lərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmişdir. Güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək üçün aidiyyəti üzrə müraciətlər etmişdir. Müraciətlərinə baxılmış və Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 146 saylı Sərəncamına əsasən iddiaçı 1 nəfər ailə tərkibi olmaqla güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilməyi ilə bağlı verilmiş sərəncamın icrasına nəzarət Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyevə həvalə edilmişdir. Yuxarıda qeyd edilən Sərəncamın icrası hal-hazıradək həyata keçirilməmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiy a X2 X4 tərəfindən iddiaçıya məktub ünvanlanaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial - məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20142028- ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələr i nəzərdə tutulmuşdur. Yuxarıda göstərilən Sərəncamın icrası çərçivəsində Ağdaş rayonu, Pirəyir kəndində iddiaçıya üç otaqlı fərdi yaşayış evi tikilmişdir. Qeyd edilən məlumatlar yanlışdır. Yaşayış şəraitinin yaxşılaşdırılması üçün iddiaçıya mənzil ( və ya fərdi yaşayış evi) verilməmişdir. Güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək onun hüququdur. Çünki, o ikinci qrup Qarabağ müharibəsinin əlilidir və xx.xx.2001-ci il tarixdən mənzil növbəsində uçota alınmışdır.
9. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ər azi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurul uşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. Həmçinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluş unun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı i lə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrindən biridir. Bildirilmişdir ki, 2-ci dərəcəli Qarabağ müharibəsi əlili İddiaçı Ağdaş Rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 127 saylı sərəncamına əsəsən 1 nəfər ailə tərkibi ilə (özü) mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurul uşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli sərəncamına əsasən imtiyazlı şəxs İddiaçı üçün Ağdaş rayon Pirəyir kəndində 2018-ci ildə 3 otaqdan ibarət olan fərdi ev inşa olunmuşdur. Lakin buna baxmayaraq Ağdaş Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 112 saylı sərəncamına əsasən sözügedən vətəndaş mənzil növbəsindən çıxarılmış və mənzil uçot işi xx.xx.2021-ci il tarixli 07/01-01/4-18 saylı məktubla Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilmiş və sonuncu tərəfindən təkrarən uçota alınma tarixi (xx.xx.2001ci il) saxlanılmaqla güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısın a daxil edilmişdir. Həmçinin onu da qeyd etmək lazımdır ki, vətəndaş İddiaçı 2-ci dərəcəli Qarabağ müharibəsi əlili olduğu üçün 20 iyun 2014-cü il tarixli 569 nömrəli sərəncamla imtiyazlı şəxs hesab edildiyindən Ağdaş rayon Pirəyir kəndindən 3 otaqlı fərdi mənzil inşa edilmiş, lakin vətəndaş qeydiyyatını dəyişərək Bakı şəhərinə köçmüş və ona verilmiş mənzildən imtina edərək hal-hazırda qeydiyyatda olduğu yer üzrə təkrarən mənzil tələbi irəli sürmüşdür.
10. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2-1(112)-11447/2023 saylı qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddianın təmin edilməsi, xx.xx.2021-ci il tarixdən Bakı şəhəri, Suraxanı rayonunda qeydiyyatda olmaqla yaşayan İİ dərəcə Qarabağ müharibəsi əlili İddiaçı Bakı şəhərində növbəlilik qaydasında mənzillə təmin edilməsi öhdə liyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının dövlət tərəfindən mənzil və ya fərdi evlə təmin edilməsi hüququ işin mübahisəsiz halıdır. Tərəflər arasındakı mübahisə iddiaçının mənzil uçotunun Ağdaş rayonundan Bakı şəhərinin Suraxanı rayonu ərazisinə köçürülməsi ilə əlaqədar yaşayış sahəsi ilə harada təmin edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə rayon (şəhər) icra hakimiyyətinin mənzil növbəlilik sənədlərinin qeydiyyata alınması üçün qeydiyyatının köçürülməsi barədə səlahiyyəti nəzərdə tutulmamışdır. Odur ki, müvafiq müraciət olduğu təqdirdə, inzibati orqan (əsaslı olaraq) şəxsin hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi hüququnun olduğunu müəyyən etməlidir. Bununla belə, Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 112 saylı sərəncamına əsasən mənzil növbəlilik sənədlərinin qeydiyyata alınması üçün qeydiyyatının Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə köçürülməsinə münasibətdə qeyd edir ki, icra hakimiyyətinin vahidliyi prinsipindən çıxış edərək Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 146 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamı ilə 1 nəfər ailə tərkibi ilə (özü) uçota alınma tarixi (xx.xx.2001-ci il) saxlanılmaqla güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmə si barədə sərəncam faktiki olaraq inzibati aktın qüvvədə saxlanılması (etibarlılığının təsdiqi) kimi qiymətləndirilməlidir. İnzibati orqanın qeyd edilən səlahiyyəti qanunla müəyyən edilmişdir. Odur ki, iddiaçının mənafeyini təmin edən inzibati akt qeyd edilən əsaslara görə etibarlıdır. Hazırki iş üzrə müəyyən edilməli olan hal ondan ibarətdir ki, Ağdaş rayonu, Pirəyir kəndində ev Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 146 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamı ilə iddiaçının mənzil növbəsi köçürülməmişdən əvvəl yaşayış üçün hazır olmuşdurmu və iddiaçıya təklif edilmişdirmi? Qeyd edilən hal iş materialları ilə müəyyən edilmir. Əksinə, iş materiallarına əsasən iddiaçının mənzil növbəsinin köçürülməsi faktiki olaraq həyata keçirildikdən (Bakı şəhəri Suraxanı rayonu İcra H akimiyyəti başçısının 146 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamı ilə) sonra cavabdeh orqan tərəfindən iddiaçıya Ağdaş rayonu, Pirəyir kəndində üç otaqlı fərdi yaşayış evinin tikildiyini, xarici kommunikasiya xətləri çəkildiyini və yaxın zamanda iddiaçının istifadəsinə veriləcəyi (xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli məktublar) bildirilmişdir. Evin qeyd edilən tarixlərdə hələ daxili kommunikasiya xətlərinin çəkilməmiş olması işin mübahisəsiz halıdır. İddia təmin edilməli və xx.xx.2021-ci il tarixdən Bakı şəhəri, Suraxanı rayonunda qeydiyyatda olmaqla yaşayan İİ dərəcə Qarabağ müharibəsi əlili İddiaçı Bakı şəhərində növbəlilik qaydasında mənzillə təmin edilməlidir.
12. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən: A.P.Oruczadə, hakimlər: M.C.Qarayeva və E.Ə.Əliyev) 2-1(103)-1496/2024 saylı, 2 may 2024-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir, Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 21(112)-11447/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya ma raqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Odur ki, iddiaçının mənafeyini təmin edən inzibati akt qeyd edilən əsaslara görə etibarlıdır, bugünkü gündə qüvvədədir, mübahisələndirilməmişdir. Həmçini n, hazırkı iş üzrə Ağdaş rayonu, Pirəyir kəndində evin Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 146 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamı ilə iddiaçının mənzil növbəsi köçürülməmişdən əvvəl yaşayış üçün hazır olması və iddiaçıya təklif edilməsi iş materialları ilə müəyyən edilmir. Bunun əksinə iş materiallarından görünür ki, yalnız iddiaçının mənzil növbəsinin köçürülməsi faktiki olaraq həyata keçirildikdən (Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 146 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamı ilə) sonra cavabdeh orqan tərəfindən iddiaçıya Ağdaş rayonu, Pirəyir kəndində üç otaqlı fərdi yaşayış evi tikilmiş, xarici kommunikasiya xətləri çəkilmiş və yaxın zamanda iddiaçının istifadəsinə veriləcəyi (xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli məktubl ar) bildirilmişdir.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamları-qeyri-normativ hüquqi aktdır və konkret (birdəfəlik) təşkilati, nəzarət və ya Sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilir və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulur. Belə ki, Ağdaş Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 112 saylı Sərəncamı icra olunmuş və imtiyazlı şəxs olan İddiaçı üçün Ağdaş rayon Pirəyir kəndində 2018-ci ildə 3 otaqdan ibarət olan fərdi ev inşa edilmi şdir. Lakin iddiaçı həmin fərdi evi qəbul etməmiş və qeydiyyatını dəyişərək Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülmüşdür. Sərəncamlar birdəfəlik xarakter daşıdığından vətəndaş üçün əlavə mənzilin təqdim edilməsi qanunazidd xarakter daşıyır. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərində bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. Belə ki, Ağdaş Ra yon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 112 saylı Sərəncamına əsasən sözügedən vətəndaş mənzil növbəsindən çıxarılmış və mənzil uçot işi xx.xx.2021-ci il tarixli 07/01-01/4-18 saylı məktubla Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilmiş və sonuncu tərəfindən təkrarən uçota alınma tarixi (xx.xx.2001ci il) saxlanılmaqla güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmişdir. Qaydalardan göründüyü kimi, Bakı şəhərində yeddi il yaşamağı nəzərə alınmamış və xx.xx.2021-ci il tarixində qaydalara zidd olaraq köçürmə həyata keçirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı ərizə ilə müraciət edərək, kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1( 103)-1496/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
31. Əlilliyi olan şəxslərin mənzil təminatı 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. 19. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamı: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci i llər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır. 20. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamı: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə:
1. Azərbaycan Respublikasının Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır: 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİY ANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə hazırkı mübahisə ilə bağlı lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik t ələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Hazırkı işdə iddiaçının hüquqi marağı İİ qrup Qarabağ əlili kimi imtiyazlı şəxs qismində mənzil və ya fərdi evlə təmin olunması ilə bağlıdır.
29. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən, Ağdaş rayon İcra Hakimiyyətind ə 19 may 2008-ci il tarixdə 127 nömrəli Sərəncamla İİ qrup Qarabağ Müharibəsi əlili kimi mənzil növbəsinə qeydiyyata alınmış, yaşayış yeri dəyişdiyi üçün mənzil növbəsindən çıxarılmağı barədə təkrar müraciətə əsasən Ağdaş rayonunda mənzillə təmin edilmədiyi üçün İcra Hakimiyyəti başçısının 16 iyul 2021-ci il tarixli, 112 nömrəli sərəncamı ilə mənzil növbəsindən qeydiyyatdan çıxarılmış, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 146 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamına əsasən İİ qrup Qarabağ müharibəsi əlili İddiaçı 1 nəfər ailə tərkibi ilə (özü) uçota alınma tarixi (xx.xx.2001-ci il) saxlanılmaqla güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmişdir.
30. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyi nin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşd ırmaqla həyata keçirməsi qərara alınmışdır. 31. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma t arixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır.
32. Cavabdeh kassasiya şikayətində Ağdaş Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 112 saylı Sərəncamının icra olunduğunu və imtiyazlı şəxs olan İddiaçı üçün Ağdaş rayon Pirəyir kəndində 2018-ci ildə 3 otaqdan ibarət olan fərdi evin inşa edildiyini, lakin iddiaçı həmin fərdi evini qəbul etmədiyini və qeydiyyatını dəyişərək Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə götürüldüyünü bildirmişdir.
33. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə Ağdaş rayonu, Pirəyir kəndində evin Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 146 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamından ilə iddiaçının mənzil növbəsi köçürülməmişdən əvvəl yaşayış üçün hazır olması və iddiaçıya təklif edilməsi iş materialları ilə müəyyən edilmir. Bunun əksinə iş materiallarından görünür ki, yalnız iddiaçının mənzil növbəsinin köçürülməsi faktiki olaraq həyata keçirildikdən (Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 146 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamı ilə) sonra cavabdeh orqan tərəfindən iddiaçıya Ağdaş rayonu, Pirəyir kəndində üç otaqlı fərdi yaşayış evi tikilmiş, xarici kommunikasiya xətləri çəkilmiş və yaxın zamanda iddiaçının istifadəsinə veriləcəyi (xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli məktublar) bildirilmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1496/2024 saylı, 2 may 2024-cü il tarixli dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.