Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-100/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Heydər Əliyev adına Ali Hərbi Məktəbinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-100/2020 Bakı şəhəri xx xxxxxx 2020-ci il 25.02.2020 Açar sözlər: iddianın mümkünlüyü; Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Hüseynov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı və onun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Heydər Əliyev adına Ali Hərbi Məktəbin nümayəndəsi xxx2un və vəkili Namiq Məmmədovun iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsin in İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2220/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Heydər Əliyev adına Ali Hərbi Məktəbinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Ali Hərbi Dənizçilik məktəbinin rəisinin adından xx xxxxxx 1996-cı il tarixli, 1236 DV saylı əmrinin qanunazidd olması, etibarsız hesab edilməsi və həmin əmrin ləğv olunması, Azərbaycan Respublikasının xx xxxxxxx 1997-ci il tarixli, 377-İQ Qanunu il təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasanamə”nin 72ci maddəsinin “e” bəndinə istinad edərək Bakı Ali Hərbi Dənizçilik məktəbinin rəisinin xx xxxxxx 1996-cı il tarixli, № 344 saylı və xx xxxxx 1996-cı il tarixli, № 596 DV saylı əmrlərinə əsasən təyin olunduğu vəzifəyə uyğun vəzifə maaşından pensiyasının xx xxxxxx 1998-ci il tarixdən hesablanaraq ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia ərizəsinə əlavələr təqdim etmiş və sonuncu ərizəsinə əsasən aşağıdakı tələbləri irəli sürmüşdür: - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi tərəfindən təqdim edilmiş Bakı Ali Hərbi Dənizçilik Məktəbinin rəisinin xx xxxxxx 1996-cı il, 1236DV saylı nizami hissə üzrə sentyabr 2017-ci ildə məhkəməyə təqdim edilərkən heç bir əsası olmadığına görə, qeyd edilən əmrin həqiqi olub-olmaması müəyyənləşdirilmədiyinə görə, əsaslandırılmadığına görə ona aid olan hissəsinin etibarsız sayılması; - Bakı Ali Hərbi Dəniz çilik Məktəbinin rəisinin iki qanunu xx xxxxxx 1996-cı il 344 və xx xxxxx 1996-cı il 596DV saylı əmrləri ilə təyin olunduğu baş zabit-polkovnik-leytenant avtomobil hazırlığı fənni üzrə müəllim vəzifəsini icra etdiyinə görə və xidmət etdiyi dövrdə ona ödənilmədiyinə əsas olaraq, həmin vəzifə maaşı bugünki günlə xidmət edən eyni vəzifədə çalışan baş zabit vəzifə maaşı yenidən hesablanaraq Azərbaycan Ali Hərbi Məktəbi tərəfindən ona ödənilməsi; - Baş zabit hərbçi müəllim vəzifə maaşının yenidən hesablanıb ona ödənilməsi barədə Azərbaycan Ali Hərbi Məktəbi tərəfindən ona aid olan bütün zəruri məlumatların yazılı formada maliyyə və büdcə idarəsinə təqdim edilməsi; - Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi hərbçi müəllim vəzifə maaşının ona yenidən hesablanaraq ödənilməsinin təmin edilməsi və məlumat vərəqəsini DSMF-nin Xüsusi Rütbəli Hərbiçilərlə iş üzrə Departamentinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etimşdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Bakı Ali Hərbi Dənizçilik Məktəbinin rəisinin xx xxxxxx 1996-cı il tarixli, 344 saylı və xx xxxxx 1996-cı il tarixli, 596 DB saylı əmrləri ilə xidmət keçdiyi kafedrada vakant vəzifələrdən birinə - avtomobil hazırlığı fənni üzrə hərbçi müəllim vəzifəsinə təyin edilmiş və silahlı qüvvələrdən tərxis olunduğu xx xxxxxx 1998-ci il tarixədək həmin vəzifəni icra etmişdir. İddiaçı pensiyaya çıxdıqdan sonra vəzifə maaşının düzgün hesablanmadığını öyrənmiş və bununla bağlı məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016- cı il tarixli, 2-1(082)-1460/2016 saylı qərarı ilə onun iddiası qismən təmin olunmuş, xx xxxxxx 1996-cı ildən 1998-ci ilin avqust ayı da daxil olmaqla iddiaçıya ödənilmiş vəzifə maaşının qeyd edilən dərəcələr arasında olan maaş fərqinin, həmçinin 1998-ci ilin may, iyun, iyul, avqust aylarında “usta” məharət dərəcəsinə görə ödənilməmiş vəzifə maaşının 25%i məbləği, hazırki dövrdə eyni vəzifə üzrə işləyən şəxsin vəzifə maaşının 25%-i məbləği də nəzərə alınmaqla yenidən hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəyə mindikdən sonra xx.xx.2017-ci il tarixdə icra olunmuşdur. Daha sonra, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qərarı ilə iddia təmin olunmamışdır. Həmin qərardan apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkə məsində cavabdeh məhkəməyə həqiqətə uyğun olmayan və əsası olmayan xx xxxxxx 1996-cı il tarixli, 1236dv saylı əmri təqdim etmişdir ki, guya o, Ümumqoşun hazırlığı kafedrasının müəllimi vəzifəsinin müvəqqəti icrasından 6 aydan sonra azad edilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 75-ci maddəsinə əsasən “ali və ya orta ixtisas təhsilli gizirlərin və miçmanlar onların işgüzar və mənəvi keyfiyyətləri nəzərə alınmaqla zabitlərin tutmalı olduqları vəzifələrə təyin edilə bilərlər. Gizirlərin və miçmanların zabit vəzifələrinə təyin edilməsi bu vəzifələrə zabitləri təyin etmə hüququ olan komandirlərin (rəislərin) əmrləri ilə həyata keçirilir.” İddiaçı zabit vəzifəsinin icrasına müvəqqəti, ö z əsas vəzifəsindən (texnik-təlimatçı) azad edilmədən buraxılmış, onun istifadəsinə xidməti zərurət aradan qaldırıldıqda isə, zabit vəzifəsinin müvəqqəti icrasından məktəb rəsinin müvafiq əmri ilə azad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)526/2019 saylı qərardadı ilə (hakim Rüstəm Kərimli) iddia mümkün sayılmamışdır. Həmin məhkəmə hesab etmişdir ki, iş üzrə mübahisə predmeti olan x xxxxxx 1996cı il tarixli, 1236DV nömrəli əmr xidmətin xüsusiyyətləri baxımından iddiaçıya qəbul edildiyi ərəfədə məlum olmuşdur. Qanunvericiliyin həm iddiaçı tərəfindən mübahisələndirilən əmrin qəbul edildiyi tarixdə qüvvədə olmuş, həm də ondan sonrakı dövrdə qüvvədə olan tələbləri belə aktların etibarsız sayılması ilə bağlı iddiaların irəli sürülməsi üzrə 1 ay müddət nəzərdə tutmuşdur. Hazırki halda isə iddiaçı tərəfindən iddia müddəti 22 ildən artıq ötürülmüşdür. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2220/2019 saylı qərardadı ilə (sədrlik edən İlham Əhmədov, hakimlər Səriyyə Seyidova və Vidadi Məmmədov) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərardadında qeyd olunmuş əsasları öz qərardadında təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbayc an Respublikası Mülki Məcəlləsinin 19, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 24.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2, 296, 298, Azərbaycan SSR xx xxxxxxxx 1964-cü il tarixli Mülki Prosessual Məcəlləsinin 243.5-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində iddia ərizəsində qeyd olunmuş iddianın əsaslarını təkrarlamış və əlavə olaraq bildirmişdir ki, məhkəmənin istinad etdiyi xx xxxxxx 1996-cı il tarixli, 1236DV saylı əmr iddiaçıya və tərəflər arasında daha əvvəl mövcud olmuş mübahisəyə baxmış məhkəməyə təqdim olunmamış və iddiaçının belə bir əmrin mövcudluğundan xəbəri olmamışdır. Məhkəmə iddiaçının həmin əmrin əslinin təqdim olunması və araşdırılması ilə bağlı vəsatətini təmin etməmiş və iddiaçının həmin əmrlə bağlı məlumatlı olmamasını nəzərə almadan iddianı mümkün hesab etməmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 60, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.1, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1, 68.2, 73.1, 73.2-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı v ə onun vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini və apellyasiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabadehin nümayəndəsi və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərardadında işin halları və əsaslandığı sübutlar barədə bildirilməmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərardadın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən apellyasiya məhkəməsi tərəfindən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verilmədiyi müəyyən edilmişdir. İddiaçı apellyasiya məhkəməsinin bu mövqeyi mübahisələndirmişdir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizl iyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Birinci iddia tələbi cavabdehin xx xxxxxx 1996-cı il, 1236DV saylı əmrinə münasibətdə irəli sürülmüşdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin h əmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işi n baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR xx xxxxxxxx 1964-cü il tarixli Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının xx xxxxxx 1999-cu il tarixli Qanunu ilə qüvvədən düşmüşdür) 243-5-ci maddəsinə görə vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxsdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət verildikdən sonra, ərizəçi 1 ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə görə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını v ə qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296-cı maddəsinə (maddə Azərbaycan Respublikasının xx xxxx 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir. Ərizə bu Məcəllənin 4cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə ai d olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 298-ci maddəsinə (maddə Azərbaycan Respublikasının xx xxxx 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımı ndan mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Apellyasiya məhkəməsinin müəyyən etdiri kimi, mübahisə predmeti olan x xxxxxx 1996-cı il tarixli, 1236DV nömrəli əmr xidmətin xüsusiyyətləri baxımından iddiaçıya qəbul edildiyi ərəfədə məlum olmuşdur. Bu qənaət həm də ondan irəli gəlir ki, o, başqa vəzifə icra etdiyi halda xidməti münasibətlərdə digər nəticələrin (o cümlədən işə gəlməməyə, lazımi qaydada icra etməməyə görə intizam məsuliyyəti) yaranma ehtimalı böyük olmuşdur, halbuki, belə nəticə olmamışdır. Nəzərə alınmalıdır ki, həm müvafiq əmr qəbul olunduğu vaxtda, həm də ondan sonrakı dövr də qüvvədə olmuş qanunvericilik belə aktların etibarsız sayılması ilə bağlı iddiaların irəli sürülməsi üzrə 1 ay müddət müəyyən etmişdir. İddiaçı isə həmin iddia müddətini xx xxxxxx 2011-ci il tarixədək 22 ildən artıq vaxt ötürmüşdür. Göstərilənlərə əsasən, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə, iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçını üzərinə düşür. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi xidməti vəzifəsinə uyğun olaraq iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı iddiaçı tərəfindən prosessual müddətin 22 il ötürüldüyünü müəyyən etmiş, iddiaçı isə prosessual müddətin hər-hansı üzrl ü səbəbdən ötürüldüyünü əsaslandıra bilməmişdir. Digər iddia tələblərinə münasibətdə isə məhkəmə kollegiyası bildirir ki, onlar birinci iddia tələbindən asılı olduğundan, birinci tələbin mümkün sayılmaması sonrakı iddia tələblərinin də mümkün hesab olunmaması üçün əsas yaratmışdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı əsasən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9- cı maddə sinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2220/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-100/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-100/2020
25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver