Məhkəmə qərarları › İş №2-1(102)-100/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-100/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-100/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi, əmək kitabçasında qeyd edilən müəssisənin mövcudluğu Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X3 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh nümayən dəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “iddiaçının mərhum əri X4 xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək Göyçay Sənaye Kombinatında mühasib işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-285/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1958-ci ildə anadan olmuş və hazırda Göyçay şəhərində yaşayır. O, xx.xx.1980-ci ildə X6 ilə nik ah bağlamışdır.

2. X6 xx.xx.1972-ci ildən xx.xx.1975-ci ilədək (3 ay, 9 gün) Göyçay Məişət Xidməti Kombinatında işləmiş, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək (1 il, 11 ay, 9 gün) hərbi xidmətdə olmuş, xx.xx.1977-ci ildən xx.xx.1981-ci ilədək (3 il, 10 ay, 24 gün) Göyçay Məişət Xidməti Kombinatında, xx.xx.1982-ci ildən xx.xx.1989-cu ilədək (7 il, 2 ay, 10 gün) Göyçay "Rayonkəndkimya" Birliyində, xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilədək (4 il, 3 ay, 7 gün) Göyçay rayonu "Əzəmət" kooperativində, xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək (1 il, 10 ay, 27 gün) Göyçay Sənaye Kombinatında, xx.xx.2006-cı ildən xx.xx.2009-cu ilədək (2 il, 8 ay) Göyçay Kommunal Təsərrüfat İdarəsində işləmiş, xx.xx.2016-cı ildə vəfat etmişdir.

3. İddiaçı pensiya hüququ yarandıqdan sonra xx.xx.2020-ci ildə cavabdeh ə ərizə ilə müraciət edərək ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir, cavabdeh xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, tələb olunan sosial sığorta stajı mövcud olmadığından ona ailə başçısını itirən kimi əmək pensiyası hesablamaq mümkün deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı x xxxxxx 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “mərhum əri X4 xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək Göyçay Sənaye Kombinatında mühasib işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, mərhum əri X4 adına olan əmək kitabçasında xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək Göyçay Sənaye Kombinatında mühasib işlədiyi illərə aid əmrlər tapılmadığı üçün cavabdeh ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasının qanuna müvafiq olmadığını bildirmişdir.

6. Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli yazılı məlumatında qeyd olunmuşdur ki, X4 xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək Göyçay Sənaye Kombinatında mühasib işlədiyi illər əmək kitabçasında qeyd edilsə də, həmin dövrə aid sənədlər Dövlət Arxivinə təhvil verilmədiyindən iş stajını yoxlamaq mümkün olmamışdır. X2 xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək Göyçay Sənaye Kombinatında mühasib işlədiyi illər onun sosial sığorta stajına daxil edilərsə, İddiaçı ailə başçısı itirən kimi əmək pensiyası təyin oluna bilər.

7. Şəki İnzibati Məhkəməsi nin (hakim X8, 2-1(116)-690/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının mərhum əri X4 xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək Göyçay Sənaye Kombinatında mühasib işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2020-ci ildə pensiya yaşına (61 il 6 ay) çatmışdır. Onun əri xx.xx.1956-cı il təvəllüdlü olmaqla, xx.xx.2016-cı ildə 60 yaşında vəfat etmişdir. Belə olduqda, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün onun mərhum ərinin sosial sığorta stajının 15 ildən az olmaması (60 il - 15 il = 45 il x 4 ay = 180 ay = 15 il) tələb olunur. İddiaçının mərhum ərinin xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək (1 i l, 11 ay, 9 gün) hərbi xidmətdə olduğu müddət onun sosial sığorta stajına daxil edilməlidir. X1 Göyçay Sənaye Kombinatında işlədiyi vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. X1 xx.xx.1993-cü i ldən xx.xx.1995-ci ilədək Göyçay Sənaye Kombinatında işləməsi onun əmək kitabçasında olan qeydlə müəyyən edilir. Həmin qeydin həqiqiliyinə şübhə etmək üçün hər hansı əsas yoxdur. Cavabdehin sosial sığorta stajı kimi mübahisələndirmədiyi 13 il 3 ay 22 gün müddətə həmin müddəti də əlavə etdikdə iddiaçının mərhum ərinin sosial sığorta stajının cəmi 15 ildən artıq olur ki, bu da iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün kifayət edir.

9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X5-məruzəçi, X9 və X12, 2-1(107)-285/2020 saylı iş) xx xxxxxxxx 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlanmışdır.

11. Cavabdeh qərarın surətini xx xxxxxxxx 2020-ci tarixdə almış, xx xxxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri 12. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunv ericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

13. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7-ci bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanması həyata keçirilir.

14. İddiaçının mərhum əri X4 xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək Göyçay Sənaye kombinatında mühasib işlədiyi müddət əmək kitabçasında qeyd edilsə də, onun həmin dövrə aid olan stajını müəssisə fəaliyyət göstərmədiyi və sənədləri Dövlət Arxivinə təhvil verilmədiyi üçün yoxlamaq mümkün olmamışdır. Bu isə şəxsin tələb olunan 15 il staj müddətini tamamlaya bilməməsi mənasına gəlir ki, bunun da nəticəsində iddia tələbi rədd olunmalıdır.

15. Əgər şəxsin Göyçay Sənaye kombinatında işlədiyi illər sosial sığorta stajına daxil edilməzsə onun ümumilikdə 13 il 4 ay stajı olmuş olur. İddiaçının həmin müəssisədə niyə məhz 1 il 10 ay işləməsi (15 il limitini keçmək üçün) də işin şübhə doğuran məqamlardandır.

16. Apelyasiya instansiyası məhkəməsi maddi və prosessual normaları pozaraq iddia tələbini dəqiqləşdirmədən qərar qəbul etmişdir. İddiaçının tələbi ərizədə göstərilən illərin sosial sığorta stajına daxil edilməsidir. Lakin belə bir tələb inzibati icraat normalarına uyğun deyildir. İddiaçının tələbi konkret olmalı (göstərilən illərin sosial sığorta stajı illərinə daxil edilərək ailə başçısı nı itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) və məhkəmə tərəfindən çıxarılan qərar hər hansısa bir məqsədə çatmalıdır.

17. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinə teleqram göndərərək xx.xx.2021-ci il, saat 11:30-a təyin olunmuş məhkəmə iclasına səhhətilə əla qədar gələ bilmədiyini, iclasın onun iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmişdir.

20. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutu lmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 14.1.2. Vəfat etmiş ailə başçısının öhdəsində olan arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Maddə 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Maddə 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmama q şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 22. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq e dilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin xx xxxxxxxx 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır.

24. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərə findən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şik ayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı veri lmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

25. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxı lan zaman qismən prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.

28. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.

29. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının mərhum ərinin xx.xx.1993-xx.xx.1995-ci illərdə Göyçay Sənaye kombinatında mühasib işlədiyi müddət nəzərə alınarsa iddiaçının ailə başçısını itirməyə görə pensiya hüququ yaranacaqdır. Lakin həmin dövr iddiaçının mərhum ərinin əmək kitabçasında qeyd edilsə də, müəssisə fəaliyyət göstərmədiyi və sənədlər dövlət arxivinə təhvil verilmədiyi üçün yoxlamaq mümkün olmamışdır, bu da tələb olunan 15 il staj müddətini tamamlaya bilməməsi anlamına gəlir.

30. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

31. İddiaçının mərhum ərinin xx.xx. 1993-xx.xx.1995-ci illərdə Göyçay Sənaye kombinatında mühasib işlədiyi müddət əmək kitabçasında qeyd edilmişdir.

32. İddiaçının mərhum ərinin əmək kitabçası x xxxxxx 1975-ci ildə tərtib edilmişdir. Əmək kitabçasında iş haqqında məlumatlar və həvəsləndirmə və təltiflər bölməsindan görünür ki, iddiaçının işə götürülməsi, bir işdən başqa işə keçirilməsi, işdən azad edilməsi barədə məlumatlar xronoloji ardıcıllıqla yazılmış, xx xxxxxxx 1993-cü ildə Göyçay Sənaye kombinatına baş mühasib vəzifəsinə təyin edilməsi və xx xxxxxxxx 1995ci ildən həmin vəzifədən azad edilməsi barədə əmrlər də qeyd edilmişdir.

33. Cavabdeh iddiaçının ərinin xx.xx.1993-xx.xx.1995-ci illərdə Göyçay Sənaye kombinatında işlədiyi dövrlə bağlı sənədlərin dövlət arxivinə təhvil verilmədiyini bildirmiş, məhkəmə bu barədə araşd ırma aparmamış, arxivə sorğu etməmişdir.

34. İddiaçının ərinin əmək kitabçasında olan möhürlərdən görünür ki, Göyçay Sənaye kombinatı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tabe qurum olmuşdur.

35. Məhkəmə tərəfindən Dövlət Komitəsinə sorğu edilərək iddiaçının mərhum ərinin qeyd edilən dövrdə işləyib-işləməməsi araşdırılmamış, Göyçay Sənaye kombinatının 1993-1995-ci illərdə fəaliyyət göstərən müəssisə olub-olmaması yoxlanılmamış, bununla bağlı müvafiq dövlət qurumlarına - məsələn, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə sorğular edilməmişdir.

36. Odur ki, qərarın ləğv edilməsi barədə şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.

37. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi hissəsində təmin oluna bilməz.

38. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin olunsun. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 sentyabr tarixli 21(107)-285/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar bax ılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar