Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-100/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apelyasiya şikayətinin mümkünlüyü, apelyasiya şikayəti üzrə müddətin buraxılması Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan so nra mətndə cavabdeh) qarşı “iddiaçının himayəsində olan oğlu X1 16 iyul 2020-ci il tarixdən sağlamlıq imkanları məhdudluğunun təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə” dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2088/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qərardadından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında şifahi dinləmə keçirilmədən yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək himayəsində olan 19.10.2006-cı il tarixdə anadan olmuş X1 əlil və sağlamlıq imkanları məhdud olması səbəbindən təkrar əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barə də qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-455/2021 nömrəli iş üzrə qəbul etdiyi 26 yanvar 2021-ci il tarixli qərara əsasən iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qərardadı ilə iddia tələbinin “iddiaçının himayəsində olan X1 16 iyul 2020-ci il tarixdən sağlamlıq imkanları məhdudluğunun təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi” kimi dəyişdirilməsi qəbul edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 7 may 2021-ci il tarixli, 2-1(112)-4272/2021 saylı qərarı ilə iddia təmin edilmişdir.
5. Həmin qərardan cavabdeh apely asiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, məhkəmənin qərarı 5 may 2021-ci il tarixdə cavabdehə təqdim edilmişdir (səh.88).
7. Cavabdehin birinci instansiya məhkəməsinin qərarından verdiyi apelyasiya şikayəti 29 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur (səh. 92).
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 21 sentyabr 2021-ci il tarixli qərardadı ilə cavabdeh apelyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə vermədiyinə görə apelyasiya şikayətini mümkün saymayaraq şikayətin qəbulundan imtina etmişdir.
9. Cavabdeh apelyasiya məhkəməsinin qərardadından kasasiya şikayəti vermişdir. Kasasiya şi kayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
10. Apelyasiya şikayətinin qeyri-mümkün sayılması şikayət müddətinin ötürülməklə verilməsi ilə əsaslandırılmışdır.
11. Məhkəmənin qərarı onlara daxil olan müraciətlərin həddindən çox olması və məktubun gec daxil olması səbəbi ilə məhkəmə qərarının qeydiyyatı 26 may 2021-ci il tarixdə mümkün olmamışdır. Cavabdeh yaxın vaxtlarda yeni inzibati binaya köçdüyü üçün sənədlərin aidiyyəti üzrə struktur bölmələrinə çatdırılmasında texniki problemlərə və sənəd dövriyyəsinin həcminə görə çətinliklər yaşamış, işçi heyəti az olmuş, daxil olan sənədlərin dövriyyəsi həddindən çox olmuşdur. Bu səbəbdən məhkəmə qərarından apelyasiya şikayəti verilməsi müddəti ötürülmüşdür. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kasa siya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. Tətbiq edilən hüquq
13. İnzibati Prosessual Məcəllə: Maddə 20 Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə
22. Müddətlər 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhk əmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. (-). Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri ol madan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə
85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. (-). Maddə
87. Apelyasiya instansiyası məhkəməsində icraat 87.1. Apelyasiya instansiyası məhkəmə si daxil olmuş şikayətin surətini digər proses iştirakçılarına göndərir, proses iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır, qərarın qəbul edilməsi üçün zəruri olan digər müvafiq tədbirləri görür. 87.2. Apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. (-). Maddə
94. Kasasiya şikayəti daxil olduqdan sonra apelyasiya instansiyası məhkəməsinin hərəkətləri 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-). Maddə
96. Ali Məhkəmədə icraat 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır... Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiy a şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbu l edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
14. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisəl əndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.
17. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
18. Cavabdeh birinci instansiya məhkəməsinin qərarını 5 may 2021-ci il tarixdə almış, həmin qərardan verdiyi apelyasiya şikayəti 29 iyun 2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir.
19. İş cavabdehin birinci instansiya məhkəməsinin qərarından verdiyi apelyasiya şikayəti əsasında apelyasiya instansiyası məhkəməsinə daxil olmuşdur.
20. Apelyasiya məhkəməsi 17 iyul 2021-ci il tarixli bi ldirişində tərəflərə, o cümlədən cavabdehə apelyasiya şikayətinin mümkünlüyünə baxılacağını, apelyasiya şikayəti üzrə qanunda nəzərdə tutulan müddətin buraxıldığını cavabdehin diqqətinə çatdırmış, şikayətin mümkünlük məsələsinə 21 sentyabr 2021-ci il tarixdə baxılacağını bildirmişdir.
21. Cavabdehin nümayəndəsi apelyasiya instansiyası məhkəməsinə vəsatət verərək vəsatətində, həmçinin məhkəmə iclasında bildirmişdir ki, cavabdehdən asılı olmayan üzrlü səbəblərdən apelyasiya şikayəti üzrə müddət ötürülmüşdür. Belə ki, Agentlik yaxın vaxtda yeni inzibati binaya köçdüyü üçün sənədlərin aidiyyəti üzrə struktur bölmələrə çatdırılmasında texniki problemlərə və sənəd dövriyyəsinin həcminə görə çətinliklər yaşamış, eləcə də işçi heyəti az olmuş və daxil olan sənədlərin dövriyyəsi həddindən artıq çox olmuşdur. Bu səbəbdən də sözügedən qərardan apelyasiya şikayəti vermək müddəti üzrlü səbəbdən ötürülmüşdür.
22. Cavabdeh müddətin bərpasına dair dəlillərini təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir.
23. İşdə olan sənədlərlə cavabdehin apelyasiya şikayəti üzrə müddəti üzrlü səbəbdən buraxması təsdiq olunmur.
24. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən İPM-in 85.1-ci maddəsinin tələbləri təmin edilməyərək məhkəmə qərarını aldıqdan sonra apelyasiya şikayətini 30 gün müddətində vermədiyindən, apelyasiya şikayəti haqlı olaraq qeyrimümkün sayılmışdır.
25. Odur ki, kasasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2088/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.