Məhkəmə qərarları › İş №2-1(102)-1000/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1000/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1000/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 64 yaş 06 aydan yaşa görə pensiyanın təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-491/2022 nömrəli, 7 fevral 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. Əmək kitabçalarının surətlərində qeyd olunmuş məlumatlara əsasən, iddiaçı xx.xx.1971-ci ildən xx.xx.1972-ci ilədək 37 saylı politexnik məktəbdə təhsil almış, xx.xx.1972-ci ildən xx.xx.2011-ci ilədək əmək fəaliyyəti ilə məşğu l olmuş, o cümlədən xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilədək Maştağa təsərrüfat hesablı avtodəstəsinə 3-cü dərəcəli sürücü qəbul edilmiş, xx.xx.1996-cı ildə “Xəzər” ixtisaslaşdırılmış nəqliyyat müəssisəsi Maştağa TH İİMdən köçürülmə yolu ilə 2 №-li md. sürücü təyin edilmiş, xx.xx.2011-ci ildə işdən azad edilmişdir.

2. İddiaçıya xx.xx.2020-ci il tarixdən 32 il 04 ay sığorta stajı (xx.xx.2006-cı ilədək) nəzərə alınaraq pensiya təyin edilmişdir.

3. Daha sonra iddiaçıya təyin edilmiş əmək pensiyası dayandırılmış və xx.xx.2020-ci il tarixdən iddiaçıya sosial müavinət təyin edilmişdir.

4. İddiaçı əmək pensiyasının bərpa olunması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2020-ci il tarixli məktubla bildirilmişdir ki, tələb olunan 25 il ümumi s tajı olmadığı üçün ona yaşa görə əmək pensiyası verilməsi mümkün hesab olunmur. Belə ki, xx.xx.1993-cü il tarixdən xx.xx.2006cı il tarixinədək iddiaçının işlədiyi “X1” şirkətinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlər üzrə sosial sığorta stajını araşdırmaq və sığorta stajına əlavə etmək mümkün deyildir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci ilədək isə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona xx.xx.2020-ci il tarixdən (64 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablan araq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının 39 il sığorta stajı vardır, lakin cavabdeh tərəfindən 32 il 4 ay sığorta stajı nəzərə alınmaqla ona xx.xx.2020-ci il tarixdən 200 manat məbləğində pensiya təyin edilmiş, lakin sonradan cavabdeh tərəfindən əsassız olaraq onun pensiyası dayandırılmış və 130 manat məbləğində müavinət təyin edilmişdir. Belə ki, cavabdeh onun iş stajının 25 ildən az təşkil etdiyinə istinad etsə də, 39 il iş stajının olması əmək kitabçası ilə təsdiqlənir.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmiş, etirazda imtina dəlillərini təkrarlamış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının 19 il 05 ay 10 gün ümumi iş stajı və 16357,77 manat pensiya ka pitalı olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi baxımından pensiya hüququ yoxdur. Həmçinin, iddiaçının işlədiyi “X1” ASC xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına alındığından onun 1996-cı il tarixdən həmin müəssisədə işləməsi mümkün deyildir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə “Maştağa Təsərrüfat hesablı Avtomobil Müəssisəsi” və “X1” Müəssisəsi barədə məlumatın verilməsinə dair daxil olmuş müraciətə qanunvericiliyə uyğun olar aq baxılmış və reyestrdə “Maştağa Təsərrüfat hesablı Avtomobil Müəssisəsi” adlı kommersiya qurumu aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verilməsi xahiş edilir. Bundan əlavə, İdarədə olan reyestrə əsasən, “X1” Müəssisəsinin qeydiyyat qovluğunda olan sənədlər məhkəməyə göndərilməklə bildirilir ki, “X1” Müəssisəsi xx.xx.1996-cı ildə dövlət qeydiyyatına alınmışdır və şirkətin ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: X4) 2-1(112)-3854/2021 nömrəli 24 avqust 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 13 iyun 2020-ci il tarixdən (64 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üz ərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Maştağa təsərrüfat hesablı avtodəstəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.2011-ci il tarixədək “X2” Müəssisəsində iddiaçının işlədiyi dövrün faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün cavabdeh həmin dövrlərin sığorta stajına əlavə edilməsinin mümkün hesab olunmadığını qeyd etməklə iddiaçının müraciətini təmin etməmişdir. Lakin iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı qeyd olunan tarixlərdə həmin iş yeri və vəzifələrdə işləmişdir. İddiaçının iş stajı ona məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstə rilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, “X1” Müəssisəsi xx.xx.1996-cı ildə dövlət qeydiyyatına alınmışdır və şirkətin ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. İddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Maştağa təsərrüfat hesablı avtodəstəsində olan stajı (02 il 11 ay 10 gün) nəzərə alınmasa belə, onun ümumi iş stajı 25 ildən çoxdur. İddiaçı hərbi xidmət və təhsil dövrü də daxil olmaqla 25 ildən artıq sığorta stajına malikdir. Göründüyü kimi, i ddiaçının 64 yaş 6 ayı xx.xx.2020-ci ildə tamam olmuşdur və iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı İnzibati Məhkəməsinin mövqeyi razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər: X7 /sədrlik edən və məruzəçi/, X5 və X6) 2-1(103)- 491 /2022 nömrəli 7 fevral 2022-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin 24 avqust 2021-ci il tarixli qərarını dəyişdirilmədən qüvvəsində saxlamışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayətində iddia tələbinə etirazın dəlillərini sadalamış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı 2011-ci ilədək işləmiş olsa idi, onun pensiya alt sistemində qeydə alınmış pensiya kapitalı olardı. Lakin, iddiaçının adına məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Bu hal iddiaçının 2011-ci ilədək “X2” Müəssisəsində işləməsi və əmək haqqı alması faktına əsaslı şübhə doğurur. Həmçinin, iddiaçı cavabdehə müraciəti zamanı təhsil haqqında sənədi əlavə etməmişdir və təhsil dövrü nəzərə alındıqda belə, iddiaçının sığorta stajı yenə 25 ildən azdır (20 il 03 ay və 29 gün). b. kassasiya şikayətinə etirazın dəlilləri

15. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2017-ci ildən qüvvədə olan redaksiya): Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutul muş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

17. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə m əlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qəra rı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməs i tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya ş ikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Bununla belə məhkəmə kollegiyası iddiaçının xx.xx.2006-cı ilədək 25 il ümumi stajının mövcud olmadığı ilə bağlı kassasiya şikayətində təkrarlanmış dəlilə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 24. Сavabdeh iddiaçıya məxsus əmək kitabçasında olan qeydlərin dəqiqləşdirilməsi ilə bağlı müvafiq araşdırmalar aparılsa da müsbət nəticə əldə olunmadığına, müvafiq arxiv sənədlərinin əldə edilməsinin mümkün olmadığına, o c ümlədən iddiaçının pensiya alt sistemində qeydə alınmış pensiya kapitalı olmamasına istinad etmişdir.

25. Bununla bağlı, Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə b ağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

26. Digər tərəfdən isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verimiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır.

27. Bu mənada, iddiaçının ümumi iş stajı barədə məlumatlar əmək kitabçası, təhsil haqqında sənəd və hərbi bileti ilə təsdiqlənmişdir. Həmçinin, iddiaçının işlədiyi “X1” Müəssisəsi xx.xx.1996-cı ildə dövlət qeydiyyatına alınmışdır (vergi orqanı tərəfindən verilmiş məlumata əsasən). Cavabdeh sözügedən sənədlərin mötəbərliyini istisna edəcək hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, əmək kitabçasındakı müvafiq qeydlərin həqiqiliyinin ciddi şübhə doğurduğuna dair cavabdeh tərəfindən bildirilənlər anlaşılmaz olmaqla əsaslı görünmür. Nəzərə alınmalıdır ki, məhkəmənin yalnız cavabdehin şübhəsini əsaslı hesab etdiyi hallarda həmin məsələləri xidməti vəzifəsinə görə aydınlaşdırmaq borcu vardır. Müvafiq olaraq cavabdeh istinad etdiy i şübhənin əsaslılığına dair sübutlar təqdim etməlidir. Lakin hazırkı işdə bu, baş verməmişdir.

28. İddiaçının əmək fəaliyyətindən məcburi sosial sığorta haqları üzrə ayırmaların edilməməsinə dair cavabdehin dəlili ilə əlaqədar olaraq isə aşağıdakılar nəzərə alınmalıdır.

29. Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.

30. Göründüyü kimi, 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normanın tələbi baxımından, iddiaçının 1990-2002-ci illərdə işlədiyi dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. 2002-2006-cı illər ə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləlilklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının həmin tarixədək (xx.xx.2006-cı ilədək) işlədiyi dövr sosial sığorta stajına daxil edilməlidir.

31. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisənin m üəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-491/2022 nömrəli, 7 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar