Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1000/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğv edilməsi) 14.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 2-1(103)-1584/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əs asən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin 16 iyul 2018-ci il tarixli, 296 nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Nərimanov rayonunun Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi məqsədilə 4.44 ha torpaq sahəsi iddiaçının daimi istifadəsinə verilmişdir.
2. Həmin sərəncamın 2-ci bəndinə əsasən, çoxmənzilli yaşayış binalarının tikintisinin başlanılması məqsədi ilə iddiaçıya torpaq sahəsinin yerində qəbul edilməsi və onun sanitar vəziyyətinə nəzarət edilməsi; ayrılmış torpaq sahəsinə iddiaçı tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququnun əldə edilməsi; ərazinin və obyektin memarlıq-planlaşdırma həllinin layihələndirmə ərəfəsində RİH ilə raz ılaşdırılması; tikinti layihəsinə Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəyin alınması; layihə-axtarış işləri aparılarkən mühəndiskommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənməzdən əvvəl RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla həmin kommunikasiya xətlərinin köçürülməsi; rayonun Təbriz küçəsi 83, 85; Həsənoğlu küçəsi 12, 12a, 14, 14a, 16, 16a, 83a, 85a və A.M.Cümə küçəsi 11,11a nömrəli yaşayış binalarının sakinlərinin qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək və hər ay kirayə haqqı ödənilməklə, müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi həvalə olunmuşdur.
3. Həmin sərəncamın 3-5-ci bəndlərində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Təbriz küçəsi 83, 85, Həsənoğlu küçəsi 12, 12a, 14, 14a, 16, 16a, 83a, 85a və A.M.Cümə küçəsi 11, 11a nömrəli yaşayış binalarının sökülməsi; sərəncamın 1-ci və 2-ci bəndlərinin tələbləri iddiaçı tərəfindən tam yerinə yetirildikdən sonra, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti layihəsinin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə RİH-ə müraciət edilməsi nəzərdə tutulmuş, bu sərəncamın ilkin olaraq yalnız layihələndirmə üçün əsas olduğu qeyd edilmişdir.
4. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 9 iyun 2020-ci il tarixli, 001 nömrəli məktubda qeyd olunmuşdur ki, ərazinin layihələndirmə, planlaşdırma işlərinə başlanılmış və ərazinin tikinti-planlaşdırma eskizi və iza hat yazısı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb təsdiq edilmişdir. Eləcə də yerin geoloji xüsusiyyətlərinin öyrənilməsi, kommunikasiya xətlərinin yerləşmə yerlərinin təsbit edilərək xətlərin köçürülməsi layihələrinin hazırlanması, ekoloji vəziyyətin öyrənilməsi üçün və şəhərsalma qaydalarının tələblərinə uyğun digər müvafiq addımlar atılmışdır. Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri ilə danışıqlar aparılaraq, böyük bir qismi ilə qarşılıqlı razılaşmalar əldə edilmişdir. Beləliklə, 16 iyul 2017-ci il tarixli, 296 nömrəli “çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncama uyğun olaraq, memarlıq-planlaşdırma həllinin və tikinti layihəsinin razılaşdırılması, ti kintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması və digər müvafiq razılıqların verilməsi zərurəti yaranmışdır.
5. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən iddiaçıya ünvanlanmış 22 sentyabr 2020-ci il tarixli, 7-163/2 nömrəli məktubda qeyd edilmişdir ki, cavabdehin xx.xx.2018-ci il tarixli, 296 nömrəli sərəncamı ilə Nərimanov rayonu, Təbriz, İ.Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün iddiaçıya ayrılmış ərazidə üçüncü şəxs tərəfindən tikintiyə hazırlıq işlərinin başlanması barədə müraciətə baxılmışdır. Bununla əlaqədar olaraq, qaldırılan məsələnin ətraflı araşdırılması məqsədilə tərəflərindən cavabdehə müraciət edilmişdir. Aparılan ar aşdırma nəticəsində cavabdeh tərəfindən təqdim olunmuş və əldə olunan müvafiq sənədlərə əsasən müəyyən edilmişdir ki, uzun müddət keçməsinə baxmayaraq, iddiaçı tərəfindən müvafiq sənədləşdirmə işləri başa çatdırılmadığından, müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, əhalinin köçürülməsi və ərazinin hasarlanaraq tikintiyə hazırlıq işlərinə başlanılmadığından, eləcə də nəzərdə tutulan tikintiyə dair layihə sənədləri mövcud şəhərsalma normalarına və prinsiplərinə uyğun hazırlanmadığından cavabdehin xx.xx.2018-ci il tarixli, 356 nömrəli sərəncamı ilə iddiaçıya dair sərəncam qüvvədən düşmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2018-ci il t arixli, 356 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi barədə” 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarını rəhbər tutaraq, cavabdehin 16 iyul 2018-ci il tarixli, 296 nömrəli “çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə Nərimanov rayonu Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən, qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülməsi və yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 4,44 ha torpaq sahəsi iddiaçının daimi istifadəsinə verilmişdir. Yuxarıda göstərilən sərəncamdan so nra, iddiaçı tərəfindən ərazinin layihələndirilmə-planlaşdırma işlərinə başlanılmış və ərazinin tikinti-planlaşdırma eskizi və izahat yazısı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb təsdiq edilmişdir. O cümlədən, ərazidə yerləşən yaşayış və qeyriyaşayış sahələrinin mülkiyyətçiləri ilə danışıqlar apararaq, böyük bir qismi ilə ilkin razılaşmalar əldə edilmiş, layihə-axtarış işlərinə başlanılmış, mühəndis-kommunikasiya xətlərinin müəyyən edilməsi, yerin ekoloji xüsusiyyətlərin öyrənilməsi, yaşıllıqların köçürülməsi və s. işlərlə məşğul olunmağa başlanılmışdır. xx.xx.2020-ci il tarixdə cavabdehə rəsmi ərizə ilə müraciət edərək, tikintiyə icazə barədə sərəncamın, xüsusi nişanın və digər müvafiq razılıqların verilməsi zərurəti nəzərə alınaraq köməklik göstərilməsi xahiş olunmuşdur. Bu zaman, "xxxx" MMC adlı bir şirkət ərazini hasara almağa başlamış və şifahi olaraq bildirdiyinə görə, həmin ərazi İcra Hakimiyyətinin sərəncamı ilə onlara ayrılmışdır. Dərhal Azərbaycan Respublikası Nazirlər Kabinetinə və cavabdehə teleqramlar vuraraq, məsələyə aydınlıq gətirilməsini, pozulmuş hüquqlarının bərpa edilməsinə köməklik göstərməsini xahiş etmişlər. Lakin hər hansı cavab verilmədiyi üçün, təkrar həmin orqanlara müraciət edilmişdir. xx.xx.2020-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının poçtla daxil olmuş xx.xx.2020-ci il tarixli, 7-163/2 nömrəli cavab məktubunda bildirilmişdir ki, cavabdehin xx.xx.2018-ci il tarixli, 356 nömrəli sərəncamı ilə iddiaçı barəsində verilmiş 16 iyul 2018-ci il tarixli, 296 nö mrəli sərəncam ləğv edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya heç bir bildiriş, xəbərdarlıq edilmədən, hər hansı irad bildirilmədən, xx.xx.2018-ci il tarixdə iddiaçının adına verilmiş sərəncam ləğv edilmişdir və bu barədə ona məlumat belə verilməmişdir. Cəmi 2 ay yarımdan sonra şirkət barəsində verilmiş sərəncamın hər hansı səbəb, əsas göstərilmədən, qısa müddət ərzində ləğv edilməsi heç bir hüquqi məntiqə, anlayışa, qanuna sığmır. Halbuki göstərilən tarixdən sonra da tərəflərindən ərazidə cavabdeh və digər təşkilatlarla müvafiq işlər görülmüşdür. Sərəncamın ləğv olunması barədə onlara bildirilməmiş, gizli saxlanılmışdır. Cavabdehin xx.xx.2018-ci il tarixli, 356 nömrəli sərəncamı əsassız və qanunsuz hesab edilərək ləğv olunmalıdır.
8. Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-7250/2020 nömrəli qərardadı ilə iş üzrə "xxxx" MMC üçüncü şəxs qismində cəlb edilmişdir.
9. Cavabdeh və üçüncü şəxs tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilməmişdir.
10. Məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş cavabdehin 1 sentyabr 2021-ci il tarixli, 1/685 nömrəli məktubunda qeyd edilmişdir ki, Nərimanov RİH başçısının xx.xx.2018-ci il tarixli, 356 nömrəli sərəncamı və onun verilməsinə əsas olmuş sənədlər müvafiq araşdırmaların aparılması üçün hüquq-mühafizə orqanları tərəfindən götürüldüyündən, tələb olunan sənədlərin təqdim edilməsi mümkün deyildir.
11. Bakı İnzibati Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2242/2021 nömrəli qərarı (hakim F.İ.Mədətli) ilə iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir k i, sərəncamın icrasını təşkil edib, yoxlayıb və buna nəzarəti həyata keçirmək cavabdehin səlahiyyətinə daxildir. Cavabdeh tərəfindən 16 iyul 2018-ci il tarixli, 296 nömrəli sərəncamın ləğv edilməsinə səbəb kimi iddiaçının sərəncamın müvafiq bəndlərinin tələblərinə əməl etmədiyi göstərilmişdir. Cavabdehin 16 iyul 2018-ci il tarixli sərəncamı üzrə iddiaçıya sahəni yerində qəbul etmək, onun sanitar vəziyyətinə nəzarət etmək, həmçinin müvafiq sənədlər əldə edildikdən sonra tikinti işlərinə başlamaq tapşırılmışdır. Lakin iddiaçı tərəfindən həmin sərəncamda göstərilən tələblərə riayət edilməmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli, 296 nömrəli sərəncamda göstərilənlərlə bağlı ən azından cavabdehin 1 oktyabr 2018-ci il tarixli sərəncamına qədər olan müddətdə hər hansı iş görməsi barədə məhkəməyə sübut təqdim etməmişdir və 16 iyul 2018-ci il tarixli sərəncamın icrası ilə bağlı iddiaçının üzərinə qoyulan vəzifələrin və öhdəliklərin yerinə yetirilməsi işdə olan sübutlarla təsdiq olunmur. İddiaçı həmin sərəncamın icrası ilə bağlı dövlət orqanlarının və yaxud ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin müdaxiləsi barədə də məlumat verməmişdir. Buna görə də cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli sərəncam əsaslı və qanuni olmuşdur.
13. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
14. Məhkəmənin sorğusu əsasında cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 356 nömrəli sərəncama əsasən, RİH baş çısının "xxxx" MMC-yə dair xx.xx.2017-ci il tarixli, 275 nömrəli və iddiaçıya dair xx.xx.2018-ci il tarixli, 296 nömrəli “Çoxmənzilli yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamları qüvvədən düşmüş hesab edilmişdir. Sərəncamda qeyd olunmuşdur ki, uzun müddət keçməsinə baxmayaraq iddiaçı tərəfindən hazırkı tarixə müvafiq sənədləşdirmə və razılaşdırma işləri başa çatdırılmamış, əhalinin köçürülməsinə, ərazinin hasara alınmasına və tikinti işlərinə başlanılmamış, ümumiyyətlə sözügedən ünvanlarda təqdim olunmuş layihələrə uyğun olaraq binaların tikintisi məsələsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma prinsipləri və əhali sıxlığı əmsallarına ciddi riayət edilməsi barədə son tövsiyələri ilə ziddiyyət yaratmışdır.
15. Məhkəmənin sorğusu əsas ında təqdim olunmuş Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 55 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyləri nəzərə alınmaqla, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 2.7520 ha torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Həmçinin məlumat üçün bildirilmişdir ki, yerquruluşu planında nəzərdə tutulan torpaq sahəsindən kənarda yerləşən torpaq sahəsinin kimin istifadəsində olmasına dair Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatında hər hansı məlumat müəyyən edilməmi şdir.
16. Məhkəmənin sorğusu əsasında təqdim olunmuş cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, cavabdehin xx.xx.2018-ci il tarixli, 356 nömrəli və Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 55 nömrəli sərəncamlarından sonra, əvvəllər iddiaçıya ayrılmış 4.44 ha torpaq sahəsinin yerdə qalan 1.688 ha hissəsi dövlətin mülkiyyətində qalmışdır.
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 2-1(103)-1584/2022 nömrəli qərarı (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2242/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məh kəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya baxışı zamanı iddiaçı xeyrinə verilmiş inzibati aktın icrası ilə bağlı dövlət orqanlarının və ayrı-ayrı fiziki və hüquqi şəxslərin müdaxilə etdiyini bildirsə də, bu müdaxilənin məhz nədən ibarət olduğunu, başqa sözlə cavabdeh inzibati orqan tərəfindən edilən “müdaxilənin” hansı hərəkətlərdə ehtiva olunduğunu bildirməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən xx.xx.2018-ci il tarixli sərəncamın cavabdeh tərəfindən qəbul edilməsi qanuni və əsaslı olmuşdur.
19. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şika yətinin dəlilləri
20. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı əlavə olaraq qeyd edir ki, cavabdeh xx.xx.2018-ci il tarixli, 356 nömrəli sərəncamı qəbul edərkən inzibati icraat aparmamış, bununla bağlı iddiaçıya məlumat verməmiş və cəmiyyətin nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı yalnız təkrartəkrar müraciətlərdən sonra Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 7-163/2 nömrəli cavab məktubundan bu barədə xəbər tutmuşdur.
21. Cavabdehin xx.xx.2018-ci il tarixli, 356 nömrəli sərəncamı ilə iddiaçıya verilmiş 16 iyul 2018-ci il tarixli, 296 nömrəli sərəncamı ləğv edilmişdir. Cəmi 2 ay yarımdan sonra iddiaçının adına verilmiş sərəncam hər hansı səbəb, əsas göstərilmədən, qısa müddət ərzində ləğv e dilmiş və həmin sərəncamın ləğv olunması barədə heç bir əsas göstərilməmişdir. Həmin sərəncamda 16 iyul 2018-ci il tarixli, 296 nömrəli sərəncamın ləğv edilməsi ilə bağlı tutarlı əsaslar, işin faktiki və hüquqi halları, bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməmişdir. Halbuki, cavabdehin özünün xx.xx.2018-ci il tarixli məktubu ilə göndərilmiş və iddiaçının adına ayrılmış ərazinin tikinti-planlaşdırma eskizi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb təsdiq edilmişdir. Sərəncamdan sonra isə iddiaçı ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri ilə danışıqlar apararaq, böyük bir qismi ilə ilkin razılaşmalar əldə etmiş, müqavilələr bağlanılmış, iddiaçı tərəfindən mühəndis-kommunika siya xətlərinin müəyyən edilməsi, yerin ekoloji xüsusiyyətlərinin öyrənilməsi, yaşıllıqların köçürülməsi və s. işlərə başlanılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəy ə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydad a məlumat verilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edil məsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin t ələbləri göstərilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
28. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
29. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
30. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə işə aid halların və faktların hərtərəfli tədqiq olunmasına yönəlmiş, obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən, iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən və xüsusilə də şübhələri susmağa məcbur edən həcmdə araşdırma aparılmamışdır.
31. İşin mübahisələndirilməyən hallarına əsasən, cavabdehin 16 iyul 2018-ci il tarixli, 296 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonunun Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi məqsədləri üçün 4.44 ha tor paq sahəsi iddiaçının daimi istifadəsinə ayrılmışdır.
32. Həmin sərəncamın 2-ci bəndi ilə iddiaçının üzərinə qoyulmuş vəzifələr (torpaq sahəsinin yerində qəbul edilməsi və onun sanitar vəziyyətinə nəzarət edilməsi; ayrılmış torpaq sahəsinə iddiaçı tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququnun əldə edilməsi; ərazinin və obyektin memarlıq-planlaşdırma həllinin layihələndirmə ərəfəsində RİH ilə razılaşdırılması; layihəyə Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəyin alınması; layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətlərinin aşkar edildiyi təqdirdə, Baş Plan işlənməzdən əvvəl RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla həmin kommunikasiya xətlərinin köçürülməsi; rayonun Təbriz küçəsi 83, 85; Həsənoğlu küçəsi 12, 12a, 14, 14a, 16, 16a, 83a, 85a və A.M.Cümə küçəsi 11, 11a nömrəli yaşayış binalarının sakinlərinin qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə, müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi) adıçəkilən sərəncamda nəzərdə tutulmuş tikinti obyektlərinə müvafiq icazənin alınması üçün müəyyən olunmuş ilkin və əlavə şərtlər qismində qiymətləndirilməlidir.
33. Nəzərə almaq lazımdır ki, iddiaçı tərəfindən həmin şərtlərin yerinə yetirilməsi üçün obyektiv olaraq müəyyən zaman tələb olunur və həmin zaman kəsiyinin ilkin sərəncamda nəzərdə tutulmuş şərtlərin icrasının təmin olunması baxımından yetərli olubolmamasının araşdırılması mübahisənin həlli baxımından mühüm əhəmiyyət daşıyır. Lakin məhkəmələr tərəfindən qeyd edilən şərtləri nəzərdə tu tan sərəncamın qəbulundan həmin sərəncamın ləğv edildiyi tarixədək keçən zaman kəsiyində bu şərtlərin icra olunmasının obyektiv olaraq mümkünlüyü, iddiaçı tərəfindən hansı şərtlərin icra olunması, hansıların isə yerinə yetirilməməsi və bunun səbəbləri ilə bağlı hallar yoxlanılmamış, həmin hallar qərarın qəbulu zamanı nəzərə alınmamışdır.
34. Halbuki cavabdehin mübahisələndirilən xx.xx.2018-ci il tarixli, 356 nömrəli sərəncamının qəbulu və xx.xx.2018-ci il tarixli, 296 nömrəli sərəncamın ləğvi iddiaçı tərəfindən məhz xx.xx.2018-ci il tarixli, 296 nömrəli sərəncamda nəzərdə tutulmuş şərtlərin və ya göstərişlərin yerinə yetirilməməsinə əsaslanır. Belə ki, mübahisələndirilən sərəncamın məzmunundan görünür ki, iddiaçıya münasibətdə qəbul olunmuş “Çoxmənzilli yaşayış binalarının layihələndirilmə si haqqında” xx.xx.2018-ci il tarixli, 296 nömrəli sərəncamın qüvvədən düşmüş hesab edilməsinə, sərəncamın verildiyi tarixdən uzun müddət keçməsinə baxmayaraq iddiaçı tərəfindən hazırkı tarixə müvafiq sənədləşdirmə və razılaşdırma işlərinin başa çatdırılmaması, əhalinin köçürülməsinə, ərazinin hasara alınmasına və tikinti işlərinə başlanılmaması, ümumiyyətlə təqdim olunmuş layihələrin şəhərsalma prinsiplərinin və tikinti sıxlığına dair tələblərin pozulması səbəb olmuşdur. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən sərəncamın ləğvi əsasları araşdırılmamışdır.
35. Bundan başqa, cavabdeh tərəfindən mübahisələndirilən sərəncamın qəbulu üzrə “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun lazımi inzibati icraat aparıldığı, iddiaçının həmin icraata cəlb olunduğu və onun dinlənilmə hüququnun təmin olunduğu, həmin sərəncamın əsaslandırıldığı mübahisəyə dair iş üzrə materiallardan görünmür. Nəzərə alınmalıdır ki, iddianın əsaslığının yoxlanılması çərçivəsində məhkəmələr tərəfindən mübahisələndirilən qərarın (hərəkət və ya hərəkətsizliyin) həm formal-hüquqi, həm də maddi-hüquqi baxımdan qanunauyğunluğu yoxlanılır. Bu zaman İPM-in 70.1-ci maddəsinin 2-ci cümləsinin tələbi də nəzərə alınmalıdır. Həmin normaya əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarın a təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
36. Apellyasiya məhkəməsi iddianın təmin olunmaması barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlayarkən, sərəncamın müvafiq bəndlərinin tələblərinə əməl olunmasına, 1 oktyabr 2018-ci il tarixli sərəncamın qəbuluna qədər keçən müddət ərzində hər hansı iş görülməsinə dair iddiaçı tərəfindən məhkəməyə hər hansı sübutun təqdim olunmadığına istinad etdiyi nəzərə alındıqda, qeyd edilən halların müəyyən olunmasının zəruri olduğu aydın görünür.
37. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi də İPM-in 12-ci maddəsinin tələblərinə tabedir. Apellyasiya məhkəməsi də proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materi allarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Buna rəğmən, apellyasiya məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixli, 296 nömrəli sərəncamla iddiaçının üzərinə qoyulmuş vəzifələrin onun qəbulundan ləğv edilməsinə qədər keçən təxminən iki ay yarım ərzində icra olunmamasının iddiaçının təqsirli davranışına bağlı olub-olmadığı araşdırılmamış, həmin sərəncamın ləğvi zərurətini yaradan halların dairəsi müəyyən edilməmişdir.
38. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Avropa, xüsusilə Almaniya inzibati prosessual doktrinasında və məhkəmə təcrübəsində formalaşmış yanaşma ondan ibarətdir ki, məhkəmə tərəfindən tamamilə həll edilmiş iş üzrə yekun qərar şübhə doğurmamalıdır.
39. Ali Məhk əmənin hüquqi mövqeyinə görə, şəxsə münasibətdə qəbul edilmiş əlverişli qərarın ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən məhkəmə, cavabdeh tərəfindən həmin sərəncamın qəbulu üzrə icraatın təzələndiyini, təzələnmiş inzibati icraatda maraqlı şəxsin icraata cəlb edildiyini və onun dinlənilmə hüququnun təmin olunduğunu və qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni sərəncamın qəbul edildiyini yoxlamalıdır. Lakin cavabdeh tərəfindən qeyd edilən prosedur qaydalara əməl olunduğu iş üzrə materiallardan görünmür. Halbuki “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş prosedur qaydalar və tələblər şəxsi müdafiə funksiyasına da malikdir və bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir (bununla bağlı bax: Ali Məhkəmənin 2-1(102)-1507/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qərarı).
40. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən sərəncamla, yəni cavabdehin xx.xx.2018-ci il tarixli, 356 nömrəli sərəncamı ilə iki əvvəlki:1) "xxxx" MMC-yə dair xx.xx.2017-ci il tarixli, 275 nömrəli və 2) iddiaçıya dair xx.xx.2018-ci il tarixli, 296 nömrəli “Çoxmənzilli yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamların qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır.
41. Hazırkı iş üzrə iddiaçı ilə "xxxx" MMC arasında hər hansı hüquqi bağlılıq müəyyən edilməsə də, iddiaçı cavabdehin xx.xx.2018-ci il tarixli, 356 nömrəli sərəncamının tam ləğvini tələb edi r. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin hal apellyasiya məhkəməsi tərəfindən araşdırılmamış, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya müvafiq yardım göstərilməmişdir.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna xidmət edən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilm əz.
43. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə əsaslılıq tələbinə riayət olunmaması ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).
44. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
45. Yuxarıda şərh edilənlərə v ə İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 21(103)-1584/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.