Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1001/2021 25.05.2021 ALİ MƏHKƏMƏ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3, Nümayəndə və İddiaçı4 Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: şikayətin dəlillərinə qiymət verilməyib; İPM-in 12 və 87.8-ci maddələrinin pozuntusu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3, Nümayəndə və İddia çı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxslər: X6, X3, X9, X2, X7, Zaqatala rayonu Əliabad bələdiyyəsi) qarşı iş üzrə “iş üzrə üçüncü şəxslər X7, X3, X9, X4 və X1 adına 20 iyul 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 113 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriaylı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçılar İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı4 və İddiaçı1 mülkiyyətinə verilmiş Zaqatala rayonu, Əliabad qəsəbə sində, Qonşriyan çölündə yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2021-ci il tarixli, 2-1(107)-23/2021 nömrəli qərarından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıların ümumi birgə mülkiyyətinə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı tarixli, 17/19 nömrəli qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində, Qonşriyan çölündə yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərar ına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində təkrar islahat aparılmış vənöbəti dəfə də qeyd olunan torpaq sahəsi 1012 təsərrüfat nömrəsi ilə iddiaçıların ümumi birgə mülkiyyətinə verilmişdir.
2. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçıların ümumi birgə mülkiyyətinə verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində, Qonşriyan çölündə yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən üçüncü şəxslərin mülkiyyət hüquqları 20 iyul 2017ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış" la rəsmiləşdirilmişdir.
3. İddiaçılar qeyd olunan torpaq üzərində üçüncü şəxslərin adına aparılmış qeydiyyatın ləğv edilməsi ilə bağlı iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, lakin, cavabdeh 24 oktyabr 2019-cu il tarixli, **********22 nömrəli məktubu ilə bundan imtina etmişdir.
4. Cavabdeh imtinanı belə əsaslandırlmışdır ki, dövlət reyestrində aparılmış daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının və dövlət reyestrindən çıxarışın iddiaçının ərizəsi əsasında ləğv edilməsi cavabdehin səlahiyyətləri daxilində deyildir. Müraciətdə qaldırılan məsələ ilə bağlı iddiaçının aidiyyəti üzrə məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏ MƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçılar məhkəməyə müraciət edərək cavabdehin üzərinə “iş üzrə üçüncü şəxslər X7, X3, X9, X2 və X1 adına 20 iyul 2017-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 113 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarının iddiaçılar İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı4 və İddiaçı1 mülkiyyətinə verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində, Qonşriyan çölündə yerləşən 0,80 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyin in qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsini belə əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı tarixli, 17/19 saylı və 25 sentyabr 2003cü il tarixli, 110 saylı qərarlarına əsasən 1012 təsərrüfat nömrəsi ilə iddiaçıların ümumi birgə mülkiyyətinə verilmiş və yalnız 13 aprel 2018-ci il tarixdə qeyd olunan torpaq sahəsi heç bir hüquqi və qanuni əsas olmadan, o cümlədən, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı tarixli, 17/19 saylı və 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarları və həmin qərarlar əsasında tərtib olunmuş xəritələr qüvvədə ola-ola iş üzrə üçüncü şəxslərin torpaq sahəsi kimi elektron xəritələrdə işlənmişdir. İddia ərizəsinə əlavə edilmiş Zaqatala rayon u, Əliabad bələdiyyəsinin təsdiq etdiyi sxematik xəritədən çıxarışdan da göründüyü kimi, iddiaçıların 1012 təsərrüfat nömrəsi ilə ümumi birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsi iş üzrə üçüncü şəxslərə məxsus torpaq sahəsi kimi qeyd olunmuşdur. İş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı tarixli, 17/19 saylı və 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarlarının və həmin qərarlar əsasında tərtib olunmuş xəritələrin qüvvədə olmasını bildiyi halda həmin torpaq sahəsi üzərində üçüncü şəxslərin adına apardığı qeydiyyat əsassız olduğu üçün etibarsızdır. Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin iddia ərizəsinə əlavə edilmiş 20 fevral 2019-cu il tarixli, **********08 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, qeyd olunan torpaq sahəsi üzərində üçüncü şəxslərin hüquqlarının dövlət qeydiyyatı üçün əsas Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı il tarixli, 17/19 nömrəli qərarı olmuşdur. Lakin, cavabdeh inzibati orqanməktubunun davamında qeyd edir ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı tarixli, 17/19 nömrəli qərarı əsasında kimlərin mülkiyyətinə torpaq sahəsi verilməsi onlara məlum deyildir.
7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, ərizənin icrası ilə bağlı təqdim edilmiş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, “Torpaq sahəsinə dair yerquruşu layihəsindən çıxarış”da qeyd olunan torpaq sahəsi üzərində hüquqlar iş üzrə 3-cü şəxslər X1 və digərlərinin adına 20 iyul 2017-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bununla da islahat nəticəsində verilmiş torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədin (müvafiq sxem, plan və ya onlardan çıxarış) verilməsi məqsədi ilə aidiyyəti üzrə Zaqatala rayonu Əliabad bələdiyyəsinə müvafiq sorğu göndərilmişdir. Həmin sorğu Zaqatala rayonu Əliabad bələdiyyəsi tərəfindən 25 iyul 2018ci il tarixli, 57 saylı məktubla cavablandırılmış və islahat nəticəsində İddiaçı1 pay torpaq sahəsinin verildiyi və iddia olunan torpaq sahəsinin İddiaçı1 aid olmaması bildirilmişdir. İş üzrə üçüncü şəxslər X6 və digərlərinə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 13 aprel 2018-ci il tarixli, 62 saylı sərəncamı ilə təsdiq edilmiş “Zaqatala rayonu, Əliabad qəsəbəsi “Qələbə” və “Əliabad” kolxozunda AİK-nin qərarı ilə vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahələrinə aid cədvəl”də 1111 təsərrüfat nömrəsi ilə və həmin cədvələ əlavə edilmiş “Dürüstləşmədən” sonra Zaqatala rayonu, Əliabad qəsəbəsi ərazisində aparılan torpaq islahatına dair 2018-ci ildə tərtib edilmiş uçot xəritələrinə əsasən həyətyanı və k/t təyinatlı torpaq sahələri, o cümlədən mübahisəli, üzərində hüquqları qeydiyyata alınmış 0,93 ha (1111E1 – 0,96 ha) verilmişdir. Sərəncamın 1-ci hissəsi ilə bağlı mübahisəli torpaq sahəsinə dair ətraflı arayış (sxem) və mübahisəli 0,93 ha. torpaq sahəsinə dair 20 iyul 2017-ci il ta rixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas sənədlərin təsdiq edilmiş surətlər məhkəməyə təqdim olunmuşdur.
8. Şəki İnzibati Məhkəməsinin 14.09.2020-ci il tarixli, 2-1(116)-634/2020 nömrəli (hakim – İlqar Cabbarov) qərarına görə iddianın təmin edilməməsi qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda iddiaçıların Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən onların ümumi birgə mülkiyyətlərinə verilmiş Zaqatala rayon Əliabad qəsəbəsində yerləşən 0,80 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair işin materiallarına hər hansı sənəd əlavə edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı da aşkar olunmamışdır. Əksinə, həmin torpaq sahəsinin 2002-ci il tarixindən 3-cü şəxslərin istifadəsində olması müəyyən olunmuşdur.
10. Məhkəmə qərarından iddiaçılar apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2021-ci il tarixli, 21(107)-23/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Rövşən Rəfiyev, hakimlər – Vəzirxan Məlikov və İmanverdi Şükürov) apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 14.09.2020-ci il tarixli, 2-1(116)-634/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Məhkəmə qərarı İddiaçı1 24.03.2021-ci il tarixində təqdim edilmişdir.
14. İddiaçı1 19.04.2021-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2 021-ci il tarixli, 2-1(107)-23/2021 nömrəli qərarın ləğv edilməsi və işin yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi qeyd olunan qərarları qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, cavabdehin 20.02.2019-cu il tarixli məktubu və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, qeyd olunan torpaq sahəsi üzərində üçüncü şəxslərin hüquqlarının dövlət qeydiyyatı üçün əsas Zaqatala Ra yon Aqrar İslahat Komissiyasının 26.09.1996-cı il tarixli, 17/19 nömrəli qərarı olmuşdur. Lakin cavabdeh inzibati orqan məktubunun davamında qeyd edir ki, Zaqatala rayon AİK-in 26.09.1996-cı il tarixli, 17/19 nömrəli qərarı əsasında kimlərin mülkiyyətinə torpaq sahəsi verilməsi onlara məlum deyildir. Bu isə onu göstərir ki, qeydiyyat orqanı heç bir qanuni əsas olmadan iddiaçılara məxsus torpaq sahəsi üzərində üçüncü şəxslərin mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır.
16. Məhkəmənin ən zəruri araşdırmalı olduğu məsələ Zaqatala AİK-in 26.09.1996cı il tarixli, 17/19 nömrəli qərarı əsasında tərtib edilmiş torpaq islahatına dair xəritədir. Lakin iş materiallarından da göründüyü kimi, məhkəmələr qeyd olunan xəritənin aşkar edilməsi üçün lazımi səy göstərməmişdir.
17. Cavabdeh xəritələrin özündə mövcud olmamasını bildirsə də, məhkəməyə hüquqların dövlət qeydiyyatı üçün sübut qismində təqdim etdiyi “Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş adlı siyahı”da keçmiş təsərrüfat nömrələrinə istinad edilməsi, həmin xəritələrin əslində mövcud olmasını sübut edir. Həmin xəritənin kağız üzərinə əks edilmiş nüsxəsi Zaqatala rayon Əliabad Bələdiyyəsində də mövcuddur. Belə ki, bələdiyyənin iddiaçılara təsdiq edərək verdiyi sxem, həmin xəritədən çıxarışdır.
18. Həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində aparılan araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh inzibati orqanın qeyd olunan torpaq sahəsi üzərində iş üzrə üçüncü şəxslərin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas “Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş xəritə” ol muşdur. Ancaq həm birinci, həm də apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, Zaqatala Rayon İcra Hakimiyyətinin torpaq islahatı aparmaq və püşkatma keçirmək kimi bir səlahiyyəti olmamışdır.
19. Belə ki, islahatın aparıldığı dövrdə qüvvədə olan – Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 3-cü bəndində qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutunun bu Əsasnamənin 2-ci bəndinə uyğun olaraq 3 ay müddətində tərtib etdiyi ko mpleks yerquruluşu layihəsini yerli aqrar islahatı komissiyası ilə razılaşdırılmaqla 10 gün müddətində rayon torpaq şöbəsi təsdiq edir. Həmin Əsasnamənin 4-cü bəndinə əsasən təsdiq olunmuş kompleks yerquruluşu layihəsi əsasında püşkatma yolu ilə torpaq paylarının mülkiyyətçiləri müəyyən olunur və onlara düşən torpaq payları qanunvericiliklə müəyyən edilmiş qaydada yer üzərində (naturada) mərzlərlə ayrılır, eləcə də həmin torpaq sahəsi üzrə torpaq sahəsinin planı və ölçüsü tərtib olunaraq torpaq mülkiyyətçilərinə verilir.
20. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında ” Əsasnamənin 6-cı maddəsinə əsasən hər bir vətəndaşa (ailəyə) düşən torpaq payını dövlət yerquruluşu xidməti hesablayır və həmin payların bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsini yerli aqrar islahatı komissiyası ilə razılaşdırmaqla yerli icra hakimiyyəti orqanı təsdiq edir. Torpaq payı alan subyektlər arasında bölgü püşkatma yolu ilə həyata keçirilir.
21. Göründüyü kimi, barəsində şikayət verilən qərardadı qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini qərəzli surətdə, açıq-aşkar kobud surətdə pozmuşdur ki, bu da həmin qərardadın kassasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaratmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icr aatı iştirakçılarının izahatları
23. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
24. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
25. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
26. Həmin Məcəllənin 87.8-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
27. Həmin Məcəllənin 96.5-ci maddəsinə görə şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.
28. Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalı dır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə s ərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X5rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X5rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə e dilmiş cavab verilməlidir (X5rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60). KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırk ı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.
32. Kassasiya şikayətinin əsas dəlili də bundan ibarətdir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərini qiymətləndirməmişdir.
33. Bununla bağlı iddiaçının mövqeyini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 26-28-ci bəndlərində qeyd olunan normalardan, həmçinin milli və beynəlxalq məhkəmələrin formalaşdırdığı hüquqi mövqelərdən aydın olur ki, apellyasiya instansiyası məhkəməsi öz qərarını əsaslandırmağa və apellyasiya şikayətinin d əlillərinə münasibət bildirməyə borcludur.
34. İddiaçı da öz apellyasiya şikayətini belə əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi Zaqatala AİK-in 26.09.1996-cı il tarixli, 17/19 nömrəli və 25.09.2003-cü il tarixli, 110 saylı qərarlarına əsasən 1012 təsərrüfat nömrəsi ilə iddiaçıların ümumi birgə mülkiyyətinə verilmiş və yalnız 13.04.2018-ci il tarixində qeyd olunan torpaq sahəsi heç bir hüquqi və qanuni əsas olmadan, o cümlədən, Zaqatala rayon AİK-in 26.09.1996-cı il tarixli, 17/19 nömrəli və 25.09.2003-cü il tarixli, 110 nömrəli qərarları və həmin qərarlar əsasında tərtib olunmuş xəritələr qüvvədə olduğu halda üçüncü şəxslərin torpaq sahəsi kimi elektron xəritələrdə işlənmişdir. Sözügedən xəritələrin qüvvədə olmasını bildiyi halda həmin torpaq sahəsi üzərində üçüncü şəxslərin adına cavabdehin qeydiyyat aparması isə əsassızdır.
35. Apellyasiya şikayətində iddiaçı bundan başqa qeyd etmişdir ki, Zaqatala AİK-in 26.09.1996-cı il tarixli, 17/19 nömrəli qərarı əsasında kimlərin mülkiyyətinə torpaq sahəsi verilməsi müəyyən olunmamışdır. Hansı ki, bu halın müəyyən edilməsi üçün də Zaqatala AİK-in 26.09.1996-cı il tarixli qərarın əsasında tərtib edilmiş torpaq islahatına dair xəritəni araşdırmaq zəruridir. Şəki İnzibati Məhkəməsi isə həmin xəritənin əldə edilməsi üçün lazımi səy göstərməmişdir.
36. İddiaçı yuxarıda qeyd edilən dəlillərinin əsası kimi torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsinin baş sxematik xəritəsindən çıxarış, Zaqatala AİK-in 26.09.1996-cı il tarixli qərarının surəti və digər sənədləri məhkəməyə təqdim etmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi isə işə baxarkən iddiaçının bu dəlillərinə heç bir münasibət bildirməmiş, birinci instansiya məhkəməsinin qərarı ilə eyni məzmunlu qərar qəbul etmiş, qərarında birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəldiyini deməklə kifayətlənmişdir.
38. Halbuki, hazırkı qərarın 24 və 26-cı bəndlərində göstərilən normaların məzmununa görə apellyasiya instansiyası məhkəməsi proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmalı, hər bir halda apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməli idi.
39. Apellyasiya instansiyası məhkəməsi isə iş üçün mühüm əhəmiyyət kəsb edən göstərilən halları tam və hərtərəfli araşd ırmamış,iddiaçının dəlillərini qiymətləndirməmiş, nəticədə əsassız qərar qəbul etmişdir.
40. Qeyd olunanlara əsasən, İddiaçı1 kassasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2021-ci il tarixli, 2-1(107)-23/2021 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
41. İşə təkrar baxan məhkəmə iddiaçının apellyasiya şikayətinin dəlillərini qiymətləndirməli, Zaqatala AİK-in 26.09.1996-cı il tarixli, 17/19 nömrəli qərarını araşdıraraq həmin qərar əsasında kimlərin mülkiyyətinə torpaq sahəsi verilməsini aydınlaşdırmalı, Zaqata AİK-in 26.09.1996-cı il tarixli, 17/19 nömrəli qərarı əsasında tərtib edilmiş torpaq islahatına dair xəritəni tələb edərək iş materiallarına əlavə etməlidir. Məhkəmə sözügedən qərarla şəxslə rə verilən torpaq sahələrinin dəqiq sərhədlərini müəyyən etməli, buna uyğun olaraq da hazırda mübahisələndirilən torpaq sahəsi ilə üçüncü şəxslərə məxsus torpaq sahələrinin üst-üstə düşüb-düşmədiyini, bununla bağlı iddiaçının mülkiyyət hüquqlarının pozulub-pozulmadığını araşdırmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2021-ci il tarixli, 21(107)-23/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.