Məhkəmə qərarları › İş №2-1(102)-1001/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1001/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1001/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət So sial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 yanvar 2022-ci il tarixli, 21(103)-189/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında (şifahi məhkəmə baxışı keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (AZE 0*******, FİN: xxxxxxx) 16 avqust 1962-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.

2. Azərbaycan SSR Dövlət Peşə Təhsili Komitəsi tərəfindən verilmiş B seriyalı 127232 saylı diplomun notarial qaydada təsdiq edilmiş surətinə görə, İddiaçı 1.9.1977-ci il tarixdən 19.7.1980-ci il tarixədək 108 nömrəli texniki peşə məktəbi ndə təhsil almışdır.

3. İT-İ seriyalı ******* saylı əmək kitabçasındakı qeydlərdən aydın olur ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək Sovet Ordusu sıralarında xidmət etmiş, 1.10.1983cü ildən 26.4.1984-cü ilədək Bakı şəhəri TM-22-də təhsil almış, 29.4.1984-cü ildə “X4” X2 idarəsində 3-cü dərəcəli çilingər-quraşdırıcı təyin edilmiş, 26.3.1993-cü ildə quraşdırıcı peşəsinin 4-cü dərəcəsi verilmiş, 24.4.1997-ci ildə kursu bitirdikdən sonra elektrik qaynaqçısı peşəsinin 3-cü dərəcəsi verilmiş, 26.6.1998-ci ildə elektrik qaynaqçısı peşəsinin 4-cü dərəcəsi verilmiş, 11.9.1999-cu il tarixdə elektrik qaynaqçısı peşəsinin 5-ci dərəcəsi verilmiş, 31.3.2000-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, 5.7.2001-ci il tarixdə «Xəzərdənizneftdonanma» idarəsinin Gəmi Təmiri Zavodunda gövdə qaynaq sexinə 4-cü dərəcəli əl ilə işləyən elektrik qaynaqçısı qəbul edilmiş, 19.9.2003-cü ildə gövdə qaynaq sexinin əl ilə işləyən elektrik qaynaqçısı ixtisası üzrə 5-ci dərəcəsi verilmiş, 2.5.2005-ci ildə əl ilə işləyən elektrik qaynaqçısı ixtisası üzrə 6-cı dərəcə verilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 12.3.2007-ci il tarixli 51 saylı əmrinə əsasən zavod X7 Donanması Gəmi Təmiri Zavodu adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli və 10 yanvar 2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X5 yenidən təşkili yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır, 3.2.2014-cü ildə “Bibiheybət” Gəmi Təmiri Zavodunun G övdə qaynaq sexinə 6-cı dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı keçirilmiş, 3.11.2014-cü ildə Tərsanə bölməsinə 5-ci dərəcəli gəmi takelajçısı keçirilmişdir.

4. İddiaçının qənaətinə görə 1.1.2006-cı il tarixədək 12 il 6 aydan çox güzəştli, 25 ildən çox ümumi iş stajı vardır. Ona görə də, cavabdeh inzibati orqana müraciət edərək, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin tələbinin təmin olunmasından **********5 saylı, 21.2.2020-ci il tarixli məktubla imtina edilmişdir.

5. İmtinada 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsinin qanunvericilik şərtləri qeyd edilməklə imtinanın əsası kimi bildirilmişdir ki, İdarəyə təqdim edilmiş İT-İ ******* saylı 5 iyun 1984-cü il tarixli əmək kitabçasında onun 29.4.198424.4.1997-ci ıl tarixləri arasındakı dövr ərzində “X4” X2 İdarəsində quraşdırıcı çilingər vəzifəsində işlədiyi qeyd edilmişdir. Həmin vəzifə Siyahıda qeyd olunan vəzifəyə uyğun deyil. Bundan başqa, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək,,“xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən hal hazıradək davam edən əmək stajının, 1.9.1977-ci il tarixdən 19.7.1980-ci il tarixədək təhsil aldığı, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olduğu, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrlərin iş stajına daxil etməklə onun pensiya hüquq unun yarandığı 16.8.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasına çıxarılması, pensiyanın hüququ yarandığı gündən hesablanması və yaranacaq məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun müxtəlif yerlərdə və müxtəlif peşələrdə və fərdi sahibkarlıq fəaliyyətində olmaqla, ümumi stajı 25 ildən çox təşkil edir. Bu illərin tam olaraq 17 ildən çoxunu zərərli sayılan peşələrdə və yerlərdə çalışmışdır. Hazırda onun 57 yaşı var. Artıq xeyli müddətdir ki, pensiya hüququndan istifadə edə bilmir. Eyni zamanda həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən iş stajına mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativ lərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti; hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti daxil edildiyindən onun pensiya hüququ yarandığı tarixədək 25 ildən çox ümumi iş stajı olmuşdur ki, bu stajın 17 ili güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərə aid olmuşdur. Onun Azərbaycan Respublikasının qanununa əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ var. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə etdiyi şi fahi, eləcə də yazılı müraciətinə müsbət cavab verilməmişdir. O, hesab edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununa əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. Lakin cavabdeh etdiyi müraciətinə qanunsuz olaraq müsbət cavab verməmişdir. Əsassız olaraq neçə illərdir onu bu hüququndan məhrum etmişlər. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Cavabdeh məhkəməyə imtina məktubu ilə eyni məzmunlu (bax hazırkı qərarın 5-ci bəndinə) iddia ərizəsinə qarşı etiraz (iş vərəqi 30-31) təqdim etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2-1(112)-1160/2021 nömrəli qərarı (hakim P.Hüseynov) ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi iddiaçının təhsil aldığı və hərbi xidm ət keçdiyi dövrü nəzərə almaqla 1.1.2006-cı il tarixədək 25 ildən artıq (25 il 4 ay) ümumi sığorta stajının olduğunu müəyyən etsə də, güzəştli stajının 12 il 6 ay olmadığını müəyyən etmişdir.

11. Güzəştli iş stajı ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, 29.4.1984-cü ildən 24.4.1997-ci ilədək “X4” X2 idarəsində quraşdırıcı çilingər vəzifəsində işləmişdir. Həmin vəzifə isə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda (bundan sonra “2 saylı Siyahı”), həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömr əli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır, həmin vəzifələr iddiaçının iddia etdiyi və təqdim edilən arayışlarda göstərlən Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı bölməsində qeyd olunan vəzifələrə uyğun deyildir. Eyni zamanda iddiaçının 24.4.1997-ci ildən 31.3.2000-ci ilədək işlədiyi peşə elektrik qaynaqçısı peşəsidir, Ümumi peşələr bölməsində istinad edilən peşə isə əl ilə qaynaq aparan elektrik qaynaqçısıdır, iddiaçı isə həmin dövrdə elektrik qaynaqçısı işləmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi həmin peşə qeyd olunan Siyahılarda nəzərdə tutulmamışdır. Bu səbəbdən də qeyd olunan dövrlər güzəştli şərtlərlə yaşa görə pensiya hü ququ verən staj kimi nəzərə alına bilməz.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 yanvar 2022-ci il tarixli, 21(103)-189/2022 nömrəli qərarı (sədrlik edən X.Cəmilova, hakimlər M.Tağızadə və A.Oruczadə ) ilə iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1160/2021 saylı, 20 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi xüsusi stajla bağlı güzəştli arayışların cavabdeh tərəfindən qəbul edilmədiyini nəzərə alaraq iddi açının iş yerinə sorğu vermiş və sorğunu iddiaçı vasitəsilə göndərmişdir. Lakin iddiaçı sorğunun təqdim edildiyi müəssisəyə yeni rəhbər təyin edildiyini, sorğunu həmin şəxsə təqdim etsə də, sorğuya cavab verilməsindən imtina edildiyini bildirmişdir. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi işə birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlar əsasında baxaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

16. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmununa uyğun verilib. Bunda n başqa şikayətdə qeyd edilmişdir ki, məhkəmə bu işin araşdırlmasında obyektiv olmamış, işin hərətərəfli və tam araşdırlmasım təmin etməmişdir. Eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı oxşar iş üzrə (2-1(102)-88/2020 saylı, xx.xx.2020-ci il tarixli) qərarı ilə hazırki iş üzrə iddiaçının haqlı olmasına əsasverici halların olmasına əhəmiyyət verməmişdir.

17. Halbuki, iddiaçı ilə birgə eyni vəzifədə və peşələrdə işləmiş digər çoxsaylı iş yoldaşılarının həmin staj və vəzifələrdə çalışma müddətləri nəzərə alınmaqla əmək pensiyası məsələsi öz həllini çoxdan tapmışdır.

18. İş materiallarına əlavə edilmiş güzəştli arayışlarda iddiaçının vəzifələrinin qanunvericiliklə uyğunluq təşkil etdiyi barədə rəsmi mövqelər mövcuddur, lakin məhkəmə iş yerinin keçmiş rəhbərinin vəfat etməsi və yeni rəhbərliyin arayış verməsindən imtina etməsi halına hüquqi qiymət verməmişdir.

19. Beləliklə, məhkəmə qazanılmış hüquq konsepsiyasından eləcə də qanunvericiliyin tələbləri baxımında normalara istinad etmədən şikayəti əsassız hesab etmişdir.

20. Mübahisənin hallarından müəyyən olunduğu kimi cavabdeh iddiaçının 01 yanvar 2006-cı il tarixədək 25» ildən çox sığorta stajının olduğunu və bunun tərkibində həm də 12 il 6 ay əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüquq verən xüsusi stajın olduğunu qəbul edir. Lakin arayış tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tar ixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın Xİİİ (Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı) bölməsindən və XXXİİİ (Ümumi peşələr) bölməsindən görünür ki, iddiaçının işlədiyi peşə (“qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri (2140000a—18455)” və “qurğuşunlaşdırıimış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərdə daim məşğul olan kabel xətl ərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları (23200000—19859)”) yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında öz əksini tapmışdır. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) bölməsindən göründüyü kimi iddiaçının işlədiyi peşələr (qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektri k montyorları, bütün adlardan olan elektrik çilingərləri, istehsalat sahələrinin ustaları, böyük ustaları, qaz kəsiciləri) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında öz əksini tapmışdır.

21. Beləliklə, iddiaçının çilingər kimi işlədiyi dövrün mübahisələndirilməsi əsassız hesab edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

22. Cavabdeh kassasiya şikayətinə qarşı iddia ərizəsinə etirazla eyni məzmunlu etiraz təqdim etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Qanun: (iddia olunan mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə z ərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 24. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1 -dən başlayaraq 2000-ci ilin avqustun 1- dək hər il 6 ay artırılmışdır.

25. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

26. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 apre l 2020-ci il tarixli qərarı.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında ve rilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundam ental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

32. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apellyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.

33. Hazırkı qərarın 23-24-cü bəndlərində göstərilən normaların tələblərindən görünür ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 1.1.2006-cı ilə qədər iki element mövcud olmalıdır: a) azı 25 il ümumi iş stajın mövcud olması; b) azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

34. İşin apellyasiya instansiyası məhkəməsində müəyyən edilən hallarına görə iddiaçı 57 yaşdan “2 saylı Siyahı” üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etsə də, güzəştli iş stajının 1.1.2006-cı il tarixədək tələb edilən müddətdən az olduğu müəyyən olunmuşdur. Belə ki, iddiaçının 24.4.1997-31.3.2000-ci və 5.7.2001xx.xx.2005-ci illər üzrə cəmi 7 il 4 ay 28 gün güzəştli iş stajının olduğu müəyyən edilmişdir. İddiaçı 29.4.1984-26.3.1993-cü və 26.3.1993-24.4.1997-ci illərdə çilingər quraşdırıcı vəzifəsindəki əmək fəaliyyətinin güzəştli olduğunu iddia edərək, bu barədə iş yerindən arayış təqdim etsə də, təqdim edilən güzəştli arayışda (iş vərəq 16) vəzifənin adı qazla kəsici, quraşdırıcı çilingər qeyd edilmişdir. Qazla kəsici peşəsi siyahıda olsa da, əmək kitabçasında (iş vərəqi 57) bu dövrdə iddiaçının qazla kəsici deyil, quraşdırıcı çilingər işlədiyi qeyd edimişdir. Göründüyü kimi, iddiaçının güzəştli arayışa istinadən güzəştli iş stajına malik olduğu iddia edilsə də, işin bu halı əmək kitabçası ilə təkzib edilmişdir. belə olan halda isə iddianın təmin edilməməsi barədə nəticə qanunauyğun olmuşdur.

35. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı isə məhkəməyə bunun əksini təsdiq edən hər hansı bir sübutu təqdim etməmişdir.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bak ı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 yanvar 2022-ci il tarixli, 21(103)-189/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar