Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1001/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarının icrası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təy inatı üzrə Mərkəzi Filialına qarşı “dayandırılmış əmək pensiyasının bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 21(103)-3669/2022 nömrəli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Bakı şəhəri 2 saylı Xidmət Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək PAS-da elektron qaydada qeyd olunmuş əlilliyin müddətini əlavə etdiyi sənədə əsasən düzəliş edib pensiyasının bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci ildən dayandırılmış əlilliyə görə pensiyanın həmin tarixdən bərpa edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3671/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2020-ci il tarixdən dayandırılmış əlilliyə görə əmək pensiyasının həmin tarixdən bərpa edilməsi və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-383/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 21(112)-3671/2021 nömrəlı qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1297/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-383/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3671/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə mindikdən, xx.xx.2022-ci il tarixli məktubla icra edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmiş, həmçinin qərarın icraya yönəldilməsi barədə iddiaçıya məlumat v erilmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli, **********5 №-li məktub ünvanlayaraq Bakı İnzibati Məhkəməsinin 21(112)-3671/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının tərəflərindən icra edildiyini bildirmişdir.
8. Həmin məktuba əlavə edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qərardan görünür ki, İddiaçı xx.xx.2005ci ildən təyin edilmiş əliliyə görə əmək pensiyası xx.xx.2020-ci ildən bərpa edilərək xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək 233,20 manat, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək 259,78 manat, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək 268,61 manat, ödənilməli ola n məbləğin 6.898,64 manat olması müəyyən edilmişdir. Yenidən hesablanmış əmək pensiyasının məbləği 268 manat 61 qəpik, yenidən hesablamanın ödəniş tarixi xx.xx.2022-ci ildən müddətsiz müəyyən edilmişdir.
9. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə qərarının cavabdeh tərəfindən icra olunmamasına görə qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3671/2021 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəmə qərarının icra edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli, **********5 №-li məktubu barədə iddiaçıya məlumat verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiy a məhkəməsindəki icraat
10. İddiaçı yenidən məhkəməyə ərizə ilə müraciət edərək qərarın cavabdeh tərəfindən tam icra edilmədiyi üçün qanunamüvafiq məcburi icra tədbirinin görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə qərarı tam olaraq icra olunmur. Belə ki, qərarın hisə-hissə ödəniləcəyi barədə ona rəsmi olaraq cavabdeh qeyd edir, lakin məhkəmə qərarının hissə-hissə ödəniləcəyi barədə qərar yoxdur. Məlumat üçün ona bildirilib ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.11-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlər ə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Lakin ona pensiya təyin olunmayıb, əslində bərpa edilib. Bu qanun ona şamil oluna bilməz.
12. Bakı İnzibati Məhkəməsinin (hakim Ş.A.Həsənova) 2-1(112)-3671/2021 saylı, 12 oktyabr 2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3671/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı icra olunduğundan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının barəsində məcburi icra tədbirləri kimi cərimənin tətbiq edilməsindən imtina edilmişdir.
13. Qərardaddan narazı qalan iddiaçı apelly asiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3671/2021 saylı, 12 oktyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsi, ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarı cavabdeh inzibati orqan tərəfindən icra edildiyindən cavabdeh barəsində məcburi icra tədbirləri kimi cərimənin tətbiq edilməsindən imtina edilməlidir.
15. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasını (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/ X.A.Cəmilova və M.N.Tağızadə) 25 noyabr 2022-ci il tarixli, 21(103)-3669/2022 nömrəli qərardadı ilə iddiaçının ape llyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3671/2021 saylı, 12 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadını ləğv edib yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayəti “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, iddiaçıya pensiya təyin olunmayıb, əslində bərpa edilib. Bu Qanun ona şamil oluna bilməz və bu barədə apellyasiya İnstansiya məhkəməsinin gəldiyi nəticə qanuns uz və əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 32-1.1. bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 22. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli, 10 nömrəli Qərarı: 18-ci bənd. İPM-in 118.3, 118.4, 121-ci və “İnzibati icraat haqqında” Qanunun 83-cü maddələrinə əsasən hakim və ya məhkəmə məcburi icra tədbirlərinin tətbiqi ilə bağ lı məsələni tərəfləri lazımi qaydada məlumatlandırmaqla məhkəmə iclasında həll etməli və məcburi icra tədbirlərinin müəyyən olunması haqqında qərardad çıxarmalıdır. Məcburi icra tədbirlərinin tətbiqi ilə bağlı məsələni həll etmək üçün təyin edilmiş məhkəmə iclası ilə bağlı tərəflərə göndərilmiş bildirişdə tətbiq olunması nəzərdə tutulan məcburi icra tədbirinin müvafiq növü konkret göstərilməli və yalnız iclasda həmin növün tətbiqinin mümkünlüyü ilə bağlı məsələ həll olunmalıdır. Buna görə, məhkəmə əvvəlcədən tərəflərə ünvanlandığı bildirişdə göstərmədiyi məcburi icra tədbirinin növünü tətbiq edə bilməz. Məhkəmələr həmçinin nəzərə almalıdırlar ki, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbiri tətbiq edilə bilər. Odur ki, yeni icra tədbirinin tətbiqi məsələsinə yalnız əvvəlki icra tədbiri nəticə vermədikdə baxıla bilər. Məcburi icra tədbirləri məhkəmə qərarı icra olunana qədər təkrarlana, sərtləşdirilə və ya dəyişdirilə bilər. Borclu tərəfindən məhkəmə qərarı icra edildiyi halda isə məcburi icra tədbirləri dərhal dayandırılmalıdır. 28-ci bənd. cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3 -cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlay a bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTAN SİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad e tdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Belə ki, qanunvericiliyin tələblərinə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir ki, hazırki iş üzrə də İddiaçı ötən dövr üçün hesablanan 6.898,64 manat pensiya məbləği cavabdeh inzibati orqan tərəfindən ötən dövrdəki aylar ın sayına (xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək) bölünərək 265,33 manat əmək pensiyasına hər ay əlavə edilməklə xx.xx.2022-ci il tarixdən ödənilir.
31. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarı cavabdeh inzibati orqan tərəfindən icra edildiyindən cavabdeh barəsində məcburi icra tədbirləri kimi cərimənin tətbiq edilməsindən imtina edilməsi nəticəsinə gəlməkdə apellyasiya instansiya məhkəməsi haqlı olmuşdur.
32. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan kasasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddi açının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 21(103)-3669/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.