Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1002/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1002/19 Bakı şəhəri 04 iyun 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin nümayəndəsi XXXtərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 dekabr 2018-ci il tarixli, 2-1(103)-3011/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üçüncü şəxs qismində cəlb olunmaqla, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon şöbəsinə həmin xidmət rəisinin 16 mart 2012-ci il tarixli əmri ilə “İdarə” statusunun verilməsi nəzərə alınaraq, pensiya məbləğinin 2012-ci ilin aprel ayından başlayaraq, Xidmətin Qaradağ rayon İdarəsi rəisi müavininin vəzifə maaşına uyğunlaşdırılmaqla ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə edilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, xidmət müddətinin başa çatması ilə əlaqədar 30 aprel 2008-ci il tarixli, 0141 saylı əmrlə, polkovnik-leytenant rütbəsində Bakı şəhərinin Qaradağ rayon hərbi komissarlığının müavini vəzifəsindən ordu sıralarınd an tərxis olunmuş və həmin vaxtdan pensiya almışdır. Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli və 14 mart 2012-ci il tarixli Fərmanları ilə Azərbacyan Respublikası Hərbi Komissarlığı, rayon və şəhər komissarlıqları ləğv edilmiş, onların əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmış və strukturu təsdiq edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 16 mart 2012-ci il tarixli əmri ilə Xidmətin Qaradağ rayon “şöbəsinin” Xidmətin Qaradağ rayon “İdarəsi” kimi təsdiq edilməsinə baxmayaraq, ona ödənilən pensiya məbləği Xidmətin Qaradağ rayon şöbə rəisinin müavininin vəzifə maaşına uyğun hesablanmaqla ödənilmişdır. Onun əmək pensiyasının müvafiq idarə rəisi müavini nin vəzifə maaşına uyğun olmaqla yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh imtina emtişdir. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması məqsədi ilə Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərc liyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Bu səbəbdən, qanunvericiliyin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən tərtib edilmiş “məlumat vərəqi”nə əsasən iddiaçıya müvafiq təminat xərcliyinin 100 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 2-1(81)1830/2018 saylı qərarı ilə (hakim Miminat Hacıbəyova) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçı ehtiyata buraxılarkən bölmə rəisi – hərbi komissarın müavini vəzifəsində işlədiyindən, Bakı şəhəri Qaradağ rayon Hərbi Komissarlığına isə sonradan Bakı şəhəri Qaradağ rayon İdarəsi statusu verildiyindən, 2012-ci ilin aprel ayından etibarən iddiaçıya ödənilən pensiya məbləği Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarə rəisi müavininin vəzifə maaşına uyğunlaşdırılmaqla ödənilməli idi. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, işin cavabdehin düzgün təyin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2-1(103)-3011/2018 saylı qərarı ilə (sədrlik edən Səriyyə Seyidova, hakimlər Vidadi Məmmədov və İlham Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qəra rında qeyd olunmuş əsasları öz qərarında təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublkası Konstitusiyasının 38, 71, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ın 9, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1, 1.0.5-ci maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, işin cavabdehin düzgün təyin edilməsi üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, qanunvericiliyin tələblərinə əsasən, təminat xərcliy i hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda, sonrakı artımlar da nəzərə alınmaqla aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmçinin, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Cavabdeh hesab edir ki, apellyasiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərini, habelə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarını” nəzərə almamış və iş üzrə əsassız nəticəyə gəlmişdir. Digər əsas kimi cavabdeh işin hallarının tam və hərtərəfli araşdırılmamasına əsaslanmışdır. Kassasiya şikayətində göstərilən dəlilinin hüquqi əsası kimi cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1, 1.0.5, 3.3, 9.6-cı maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na və Azərbaycan Respublikası İPM-nin 12.1 və 12.2-ci, 14.3-cü maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddə sinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçının ******* nömrəli hərbi biletinə əsasən o, polkovnik leytenant rütbəsində 20 aprel 2008-ci ildən ehtiyata buraxılmış, ehtiyata buraxılan zaman bölmə rəisi-hərbi komissarın müavini işləmişd ir. Cavabdehin təqdim etdiyi pensiyaçının uçot vərəqində olan 11 avqust 2008-ci il tarixdə “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqi”nə əsasən iddiaçı pensiyaya çıxana qədər işlədiyi vəzifə Qaradağ RHK bölmə rəisi olmuşdur. DSMF-nin Binəqədi rayon şöbəsinin 21 avqust 2008-ci il tarixli qərarına əsasən, iddiaçıya 30 iyul 2008-ci il tarixdən 30 iyul 2010-cu il tarixə qədər 1-ci qrup əlilliyə görə 529,80 manat pensiya təyin edilmişdir, sonradan ona ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 0195 saylı, 13 iyun 2018-ci il tarixli məktubuna əsasən, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycn Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturunun, hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin və sistemində ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi haqqında” 14 mart 2012-ci il tarixli, 601 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 16 mart 2012-ci il tarixli, 003 saylı əmri ilə keçmiş Qaradağ rayonu Hərbi Komissarlığına Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon idarəsi statusu verilmişdir. Cavabdehin iddiaçının ərizəsinə cavab olaraq ünvanladığı 03/89/02-118 saylı, 08 fevral 2018-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbə li şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün DSMF-yə göndərilir. Odur ki, iddiaçıya aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Maliyyə İdarəsinə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 24 aprel 2017-ci il tarixli, Ə/1771 saylı məktubuna əsasən, iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı əsasında keçmiş Qaradağ rayon hərbi komissarlığı 2-ci dərəcəli hərbi komissarlıq olduğu üçün vəzifə maaşları xidmətin cari rayon şöbələrində mövcud olan vəzifələrə uyğunlaşdırılmışdır. Keçmiş Qara dağ rayon hərbi komissarının müavini vəzifəsi xidmətin rayon şöbəsinin rəis müavini vəzifəsinə bərabərləşdirilməlidir. Qeyd olunanlara əsasən iddiaçıya aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etmək tövsiyyə edilmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-1035/2016 saylı, 21 iyun 2016-cı il tarixli qərarına əsasən, iddiaçıya təqaüdə çıxarkən çalışdığı sonuncu vəzifənin aylıq vəzifə maaşı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində mövcud olan müvafiq hərbi xidmət vəzifəsinin aylıq vəzifə maaşı arasındakı fərqin (sonrakı artımlar nəzərə alınmaqla) 01 aprel 2012-ci il tarixdən hesablanmaqla, həmin tarixdən 01 mart 2013-cü il tarixə qədər iddiaçıya ödənilməsi vəzifəsi c avabdehə həvalə edilmşdir, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1977/16 saylı, 01 sentyabr 2016-cı il tarixli qərarına əsasən 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-1035/2016 saylı, 21 iyun 2016-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, apellyasiya instansiyası məhkəməsinin qərarından verilən kassasiya şikayəti də təmin edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinn 27 fevral 2013-cü il tarixli, 30 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olmadıqda hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəz ifələrinə uyğunlaşdırılması Siyahısı”nın 3.2-ci bölməsinə əsasən ikinci dərəcəli hərbi komissarlıqlarda əvvəlki vəzifə adı bölmə rəisi - hərbi komissarın müavini olan vəzifə adı şöbə rəisinin müavini - bölmə rəisi adlandırılmışdır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 0195 saylı, 13 iyun 2018-ci il tarixli məktubuna əsasən, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycn Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturunun, hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin və sistemində ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi haqqında” 14 mart 2012-ci il tarixli, 601 nömrəli fərmanına əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 16 mart 2012-ci il tarixli, 003 saylı əmri ilə keçmiş Qaradağ rayonu Hərbi Komissarlığına Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon idarəsi statusu verilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 3 5.1-ci maddəsinin tələblərinə uyğun verilib-verilmədiyinin apellyasiya məhkəməsi tərəfindən müzakirə olunmadığı müəyyən edilmiş, lakin onun cavabdehliklə bağlı mümkünlük şərti kassasiya şikayətində mübahisələndirilmişdir. Cavabdeh hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 saylı qərarına əsasən, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanaraq cavabdehə göndərilməlidir. Belə təminat xərcləyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən göndərilmədiyindən, iddia tələbi üzrə onların cavabdehliyinin müəyyən edilməsi düzgün olmamışdır. Məhkəmə kollegiyası məsələyə aşağıdakı qaydada münasibətin bildirilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Müddəanın tələblərindən göründüyü kimi, hərbi qulluqçuların pensiya təminatı ilə bağlı məsələlərin həlli zamanı nəzərə alınmalı olan pul məbləği təminat xərcliyində əks olunmalıdır. Təminat xərcliyinin zəruriliyi Qanunun 20.1.11-ci və ona müvafiq olaraq 9.5 və 20.14-cü maddələrində əks olunmuşdur. Həmin maddələrin ümumiləşdirilmiş mənası onunla bağldıır ki, hərbi qulluqçuların pensiyalarına qulluq stajına görə əlavələrin məbləğinin təminat xərcləyində göstərilmiş məbləğin müvafiq faiz nisbi ilə hesablanması müəyyən edilmişdir. Həmin Qanunun 22.4-cü maddəsinə əsasən isə, hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 saylı qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın: - 1-ci bəndinə əsasən, bu Qaydalar «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22.4-cü maddə sinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara Azərbaycan Respublikasının Müdafiə Nazirliyində (...) xidmət edən hərbi rütbəli şəxslərə (...) əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir; - 3-ci bəndinə əsaəsn, bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların (...) müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir; - 4-cü bəndinə əsasən, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlartərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Sadalanmış bu normalarda isə təminat xərcliyinin bir halda pensiya hüququ ilə təmin olunan şəxsin mütaciəti əsasında pensiyanın təyi n edilməsi zamanı, digər halda isə təminat xərcliyində baş vermiş artımlar olduqda təminat xərcliyinin həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi müəyyən edilmişdir. Qanunvericiliyin aparılmış təhlilin nəticəsi onunla bağlıdır ki, bilavasitə qanun qüvvəli normativ aktda təminat xərcliyinin hərbi qulluqçuların xidmət etdiyi müvafiq qurumları tərəfindən cavabdehə göndərilməsi nəzərdə tutulmamışdır. Qanunda yalnız müvafiq qaydalar əsasında təminat xərcliyi ilə bağlı məsələlərin həll olunması göstərilmişdir. Yəni, pensiyanın hesablanması ilə bağlı təminat xərcliyinin göndərilməsinin təşəbbüskarı kimi şəxsin xidmət etdiyi qurum olduğu barədə göstəriş birbaşa olaraq qanun qüvvəli aktla deyil, qanunverilik sisteminə da xil olunan normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarında əks olunmuşdur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.1-ci maddəsinə əsasən, bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; - 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur; - 3.3-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən olu na bilər. Bu qanunun müddəalarının mənasına görə, ümumi qaydala olaraq inzibati icraatı həyata keçirən inzibati orqanlar öz fəaliyyətində həmin qanunun tələblərini rəhbər tutmalıdırlar. Lakin əgər həmin orqanların fəaliyyətinə dair xüsusi qanunlar müəyyən olunmuşdursa, bu zaman xüsusi qanunları tətbiq edərkən, onları tamamlayan və onlara zidd olmayan inzibati icraata dair istinad edilən qanunun tələblərini də inzibati orqanlar tətbiq etməlidirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 6.0-ci maddəsinə əsasən, inzibati orqan hüquqi yardım üçün aşağıdakı hallarda müraciət edə bilər: 6.0.3. müəyyən məsələnin həlli üçün tələb olunan zəruri sənədlər və ya digər sübutlar hüquqi yardım üçün müraciət edilmiş müvafiq inzibati orqanın sərəncamında olduğu hallarda; - 7.1-ci maddəsinə əsasən, inzibati orqan aşağıdakı hallarda hüquqi yardım göstərməkdən imtina edə bilər: hüquqi yardım qaydasında tələb olunan tədbirlərin həyata keçirilməsi onun qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərinə aid olmadıqda (7.1.1); hüquqi yardım qaydasında həyata keçirilməsi zəruri olan tədbirlər hüquqazidd olduqda (7.1.2.); - 24.4-ci maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; - 45.2.6-cı maddəsinə əsasən, inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən:. hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan istifadə oluna bilər. Maddələrin məzmunundan göründüyü kimi, inzibati icraat çərçivəsində sübutların toplanması məqsəd ilə inzibati orqan digər inzibati orqanlardan hüquqi yardım qaydasında müvafiq zəruri sənədləri tələb edə bilər. Hüquqi yardımın göstərilməsindən imtina iki halla şərtləndirilmişdir: müvafiq tədbirlərin keçirilməsi inzibati orqanın səlahiyyətinə aid olmadıqda və yaxud onlar hüquqa zidd olduqda. Mübahisəli məsələyə münaibətdə sonuncu maddələrin sadalanması və təhlili o nəticəni yaratmışdır ki, iddiaçının pensiyasının yeni təminat xərcliyi əsasında hesablanması zamanı cavabdeh inzibati orqan kimi şəxsin qulluq etdiyi digər inzibati orqana hüquqi yardımın göstərilməsi qaydasında müraiət etmək hüququna malik olmuşdur. Çünki pensiyann təminat xərcliyi əsasında hesablanması və onun üçüncü şəxs tərəfindən tərtib edilməsi hər iki inzibati orqanın səlahiyyətlərinə aid olmuş və bu halda hüquqi yar dımın göstərilməsini istisna edən şərtlərin olmadığı müəyyən edilir. Habelə, yuxarıda qeyd edildiyi kimi, bilavasitə istinad edilmiş Qanunun müddəalarında imperativ qaydada təminat xərcliyinin yalnız hərbi qulluqçuların xidmət etdiyi qurumlar tərəfinən təqdim edilməsi və yalnız bu hal baş verdikdə pensiyanın hesablanması mümkünlüyü qaydası müəyyən edilməmişdir. Belə olan təqdirdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydaların cavabdehin fəaliyyətinə aid olan xüsusi qanunla ziddiyyət təşkil etmədiyi kimi qiymətləndirilməlidir və onları tamamlayan qayda kimi qəbul edilməlidir. Çünki həm “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu, həm də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu eyni qüvvəyə malik olan qanunvericil ik aktlarıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə təcrübəsində artıq təşəkkül tapmış analoji mübahislər üzrə işlərdə cavabdehin bildirdiyi dəlil üzrə şəxslərin pensiya hüququnun təmin edilməsindən imtina qanunsuz hesab edilmiş və hazırki mübahisədə bu təcrübədən fərqli qərarın qəbul edilməsini istisna edən hal müəyyən olunmamışdır. Bu hissədə məhkəmə kollegiyası cavabdehin bildirdiyi dəlili əsassız hesab edir. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını tam düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsinin nəticəsinə görə, iddiaçının vaxtılə xidmət etdiyi Bakı şəhəri Qaradağ rayon Hərbi Komissarlığına sonradan Bakı şəhəri Qaradağ rayon İdarəsi statusu verildiyindən, 2012-ci ilin aprel ayından etibarən iddiaçıya ödənilən pensiya məbləği Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarə rəisi müavininin vəzifə maaşına uyğunlaşdırılmaqla ödənilməli idi. Bu mövqeyi cavabdeh o əsasla mübahisələndirmişdir ki, apellyasiya məhkəməsi maddi hüquq normaları düzgün tətbiq eməməklə yanaşı işin hallarını tam və hərtərfli araşdırmamışdır. Məhkəmə kollegiyası dəlillə aşağıdakılara əsasən razılaşdığını qeyd edir. Tərəflər arasında mübahisələndirilən məsələ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 saylı 27 fevral 2013-cü il tarixli qərarı ilə təsdiq eidlmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin m üraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olmadıqda hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması Siyahısı»nın tətbiqi ilə bağlıdır. Belə ki, həmin Siyahının 3.1-ci bəndində pensiya təyin edilməsi üçün hərbi qulluqçunun müraciət etdiyi vaxt mövcud olmayan Azərbaycan Respublikasının Hərbi Komissarlıqların hərbi xidmət vəzifəsinin adı “birinci dərəcəli hərbi komissarlıqların bölmə rəisi – hərbi komissarın müavini” olduqda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mövcud hərbi xidmət vəzifəsinin adı “idarə rəisinin müavini – şöbə rəisi” kimi uyğunlaşdırılması müəyyən edilmişdir. Bununla yanaşı, həmin Siyahının 3.2-ci bəndində isə müəyyən olunmuşdur ki, “ikinci dərəcəli hərb i komissarlıqların bölmə rəisi – hərbi komissarın müavini” vəzifəsi Xidmətin şöbə rəisinin müavini – bölmə rəisi” vəzifəsinə uyğunlaşdırılmalıdır. İlk olaraq qeyd olunmalıdır ki, istinad edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı xüsusi sahəni tənzimləyən normativ hüquqi akt olduğundan, yəni bilavasitə pensiyanın təyin edilməsi üçün müvafiq məsələləri tənzimlədiyindən, mübahisə yarandığı təqdirdə yalnız bu qərarın normaları tətbiq edilməlidir. Hüquq doktrinasında xüsusi normanın ümumi normadan daha üstün olduğunu bildirən “generalia specialibus non degrogant” prinsipi mövcuddur. Bu prinsip “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununda aşağıddakı qaydada öz təsdiqini tapmışdır: - 10.2-ci maddəsinə əsasən, normativ hüquqi aktı qəbul edən dövlət orq anına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir; - 10.3-ci maddəsinə əsaəsn, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir; - 10.4-cü maddəsinə əsasən, eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Maddələrin tələblərinin tətbiqinə uyğun olaraq, apellyasiya məhkəməsi Azərbaycn Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 13 iyun 2018-ci il tarixli məktubuna istinad edirdisə, həmin məktubla əsaslan hal Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 16 mart 2012-ci il tarixli, 003 saylı əmri ilə Qaradağ rayonu Hərbi Komissarlığına Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon idarəsi statusu verilməsi təşkil etdiyindən, əsaslandığı halın hansı normativ hüquqi aktdan irəli gəldiyi və sahəvi, yəni pensiya təminatı məsələləri ilə bağlı olub-olmadığını araşdırmalı idi. Çünki ilkin olaraq məktubda göstərilmiş halın hazırda fəaliyyətdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ştatlarının müəyyən edilməsi ilə bağlı olduğu görünsə də, cavab dehin istinad etdiyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 saylı, 27 fevral 2013-cü il tarixli qərarı pensiyanın təyin edilməsi məsələlərinə aid olduğu üçün, onlar müxtəlif sahələrin hüquqi tənzimlənməsi qaydalarını müəyyən etmişdir. Bu halda xüsusi qaydanı müəyyən edən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 saylı, 27 fevral 2013-cü il tarixli qərarına münasibətdə digər sahəyə aid olan normativ hüquqi aktın tətbiq edilməsi düzgün olmamışdır. Bundan başqa, işin hallarına görə iddiaçının xidmət etdiyi Bakı şəhəri Qaradağ rayon Hərbi Komissarlığının ikinci dərəcəli hərbi komissarlığa aid olduğu hansı hüquqi aktla tənzimləndiyi və hansı qaydada bu halın müəyyən edildiyi də araşdırılmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən yuxarıda əks olunmuş maddi hüquq normalarının tətbiqi müvafiq işin halı tam araşdırılmamışdır. Bu halda həmçinin Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən edilmiş “İşin araşdırılması prinsipi” pozulmuşdur. Həmin maddədə nəzərdə tutulmuşdur: ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə, göstərilmiş halın müəyyən edilməsi üçün iş yenidən apellyaisya məhkəməsinə göndərilməlidir. Azərbaycan Re spublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. eləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin nümayəndəsi XXXtərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 dekabr 2018-ci il tarixli, 2-1(103)-3011/2018 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər
Məhkəmə qərarları › İş №2-1(102)-1002/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1002/2019
04.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver