Məhkəmə qərarları › İş №2-1(102)-1002/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1002/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1002/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə Açar sözlər: (pensiyanın yenidən hesablanması və pensiyaya çıxdığı müddətdən yaranmış fərqin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1970-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sos ial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması və pensiyaya çıxdığı müddətdən yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2022-ci il tarixli, 2-1(103)-493/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı kimi pensiya təyin edilməsi ilə bağlı 20 noyabr 2013-cü il tarixli “Məlumat vərəqəsi” tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçularla və Xüsusi Rütbəli Şəxslərlə İş D epartamentinə göndərilmişdir. Sözügedən məlumat vərəqəsində iddiaçının cəmi iş stajı 28 il 8 ay 13 gün, təminat xərcliyi 731,35 manat təşkil etmişdir. Həmin məlumat vərəqəsinə əsasən, iddiaçıya 13/2599 nömrəli, xx.xx.2013-cü il tarixli qərarla 14 may 2013-cü il tarixdən ömürlük pensiya təyin edilmişdir.

2. İddiaçı DİN-nin 21 dekabr 2013-cü il tarixli əmrinə əsasən, daxili işlər orqanlarında xidmətə yenidən qəbul edilmiş, 26 yanvar 2020-ci il tarixədək daxili işlər orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmiş, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Dövlət X1 yol patrul xidməti inspektoru vəzifəsində xidmət edərkən Səbail RPİ-nin 25 yanvar 2020-ci il tarixli, Ə8ş/h-065-20 nömrəli əmri ilə “Azərbaycan Respublikasının daxili işlər oqanlarında xidmət keçmə haqqında Əsa snamə”nin 135-ci maddəsinin 5-ci bəndinə əsasən (xidmətdə olmanın son yaş həddinə çatdığına görə) xidmətdən xaric olunmuşdur. İddiaçının daxili işlər orqanlarında yenidən xidmətə cəlb olunması ilə əlaqədar olaraq ona pensiya ödənişi 31 avqust 2017-ci il tarixindən dayandırılmışdır.

3. Daxili işlər orqanlarından xidmətdən yenidən tərxis olunması ilə əlaqədar iddiaçının pensiya ödənişi tam məbləğdə bərpa olunmuşdur.

4. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, daxili işlər orqanlarına yenidən bərpa olunaraq xidmət etdiyi xx.xx.2013 - xx.xx.2020-ci illər üzrə fərdi hesabında qeydə alınmış pensiya kapitalı nəzərə alınaraq, aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmişdir.

5. Cavabdeh xx.xx.2020-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, Azərbaycan Res publikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş 20 noyabr 2013-cü il tarixli, 188 nömrəli məlumat vərəqəsi əsasında Mərkəzi Filial tərəfindən iddiaçıya 14 may 2013cü il tarixindən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməklə ödənilmişdir. İddiaçının daxili işlər orqanlarında yenidən xidmətə cəlb olunması ilə əlaqədar olaraq ona pensiya ödənişi 31 avqust 2017-ci il tarixindən dayandırılmışdır. Daxili işlər orqanlarından xidmətdən yenidən tərxis olunması ilə əlaqədar 27 yanvar 2020-ci il tarixindən hesablanmaqla 20 noyabr 2013-cü il tarixli, 188 nömrəli məlumat vərəqəsinə uyğun olaraq pensiya ödənişi tam məbləğdə bərpa olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq, əmək pensiyası təyin olundu qdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən, hərbi və ya xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilmiş şəxslər Qanunun 20.1.11-20.1.12-ci maddələrində nəzərdə tutulmuş vəzifələrdə işlədikləri halda, onlara qulluq stajına görə əlavələrin ödənilməsi dayandırılır. Sözügedən Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 37.3.5-ci maddəsində isə həmin şəxslərə pensiya təyinatından sonra eyni vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin tam məbləğdə ödənilməsi nəzərdə tutulur. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin “q eyd” hissəsində 2017-ci ilin iyulun 1-dək Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş, Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəalarının tətbiq olunması nəzərdə tutulmuşdur. Göstərilənləri nəzərə alaraq, xidmətə yenidən xx.xx.2017-ci il tarixinədək cəlb edildiyi üçün ona keçmiş dövr üzrə ödənilməmiş əmək pensiyasının Qanunun 37.7-ci maddəsinə uyğun olaraq hesablanmaqla ödənilməsi Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar, “Əmək pensiyaları haqqında” Qanunun sözügedən müddəalarına uyğun olaraq əmək pensiyası 1 sentyabr 2017-ci il tarixindən yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alar aq, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 19667.50 manat pensiya məbləğinin 1215.16 manat hissəsi cari ilin sentyabr və oktyabr aylarında ona ödənilmiş, qalan 18452.35 manat hissəsinin isə noyabr ayından etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (683.42 manat) pensiyasının (801.91 manat) üzərinə əlavə olunmaqla (801.91 + 683.42 = 1485.33 manat) müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20132020-ci illərdə xidməti nəzərə alaraq pensiyasının yenidən hesablanması və pensiyaya çıxd ığı müddətdən yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

7. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş sonuncu məlumat vərəqəsi nəzərə alınmaqla, o cümlədən 2013-2020-ci illərdə olan xidməti nəzərə almaqla pensiyasının yenidən hesablanması və pensiyaya çıxdığı müddətdən yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1991-ci ildən 25 yanvar 2020-ci ilədək daxili işlər orqanlarında xüsusilə X2 İdarəsində YPX inspektoru kimi xidmətdə olmuşdur. 2013-cü ilin may ayında d axili işlər orqanlarından təqaüdə çıxdıqdan sonra ona əmək pensiyası təyin edilmiş, lakin 2013-cü ilin sentyabr ayında yenidən xidmətə davam etmişdir. 2013-cü ilin sentyabr ayından 25 yanvar 2020-ci il tarixinədək xidmətdə olsa da, cavabdeh orqan əsassız olaraq onun 2013-2020-ci illərdə xidmət etdiyi dövrdə fərdi hesabında qeydə alınmış sığorta pensiya kapitalını nəzərə almadan, onun pensiyasının yenidən hesablanması və ödənilməsindən imtina etmişdir.

9. Cavabdeh iddia ərizəsinə etirazında qeyd etmişdir ki, iddiaçıya ilkin olaraq “məlumat vərəqi”nə əsasən xx.xx.2013-cü il tarixdən əmək pensiyası təyin edilmiş, daha sonra iddiaçı yenidən xidmətə bərpa edilmiş, sonuncu “məlumat vərəqi” xx.xx.2020-ci il tarixdə cavabdehə təqdim edilmişdir. Cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Azərb aycan Respublikası Qanununun 32.1-1 və 37.7-ci maddələrinin tələblərinə uyğun əmək pensiyası yenidən hesablanmış və ödənilmişdir.

10. Birinci instansiya məhkəməsinin 2-1(112)-4038/2021 nömrəli 1 sentyabr 2021-ci il tarixli, (hakim A.Abdullayeva) qərarı ilə iddia təmin edilmiş, İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş sonuncu “məlumat vərəqi”ndə 20132020-ci illərdə olan xidməti (fərdi hesabında qeydə alınmış pensiya kapitalı) nəzərə almaqla, pensiyasının yenidən hesablanması və pensiyaya çıxdığı (27 yanvar 2020-ci il) müddətdən yaranmış fərqin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

11. Bir inci instansiya məhkəməsi qeyd etmişdir ki, işləyən əmək pensiyaçılarının əmək pensiyalarının sonrakı dövr üzrə yenidən hesablanması qaydası “Əmək pensiyaları haqqında” Qanunun 37.3-cü maddəsində nəzərdə tutulmuşdur. Qanunun 37.3.1-ci maddəsinin isə hərbi qulluqçulara tətbiq edilməsini istisna edən hər hansı müddəa mövcud deyildir. Cavabdeh iddiaçıya “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın tətbiq edilməli olduğunu və pensiyanın təminat xərcliyinə əsasən hesablanmalı olduğunu bildirsə də, qeyd edilən normaların məzmunundan aydın olur ki, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə deyil, fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. İddiaçının hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə pensiya kapitalının toplanması davam etdiyindən, həmçinin, o, pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyindən qanunun tələblərinə əsasən pensiyası, onun yenidən pensiyaya çıxdığı 27 yanvar 2020-ci il tarixdən yenidən hesablana bilər.

12. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-493/2022 nömrəli 10 fevral 2022-ci il tarixli, (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və E.Nağıyeva) qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 1 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, iddiaçının 27 yanvar 2020-ci il tarixindən artıq işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi, həm də onun 2013-cü ildə ilkin pensiya təyinatından sonra 6 ildən də çox xidmətini davam etdirdyi işin tərəflər arasında mübahisələndirilməyən halıdır. Belə olan halda, onun “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində nəzərdə tutulan qaydada pensiyasının yenidən hesablanması və ödənilməsini tələb etmək hüququ yaranmış olur.

15. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunm asını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlilləri imtinanın və iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçının kassasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.6. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar b u maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir;

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikay əti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Şikayət üzrə kassasiya mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Şikayətdə apellyasiya məhkəməsinin qərarı b ütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələri nin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Belə ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının 27 yanvar 2020-ci il tarixindən artıq işləməyə n əmək pensiyaçısı kateqoriyasına keçdiyi, həm də onun 2013-cü ildə ilkin pensiya təyinatından sonra 6 ildən də çox xidmətini davam etdirdiyi işin tərəflər arasında mübahisələndirilməyən halıdır. Belə olan halda, onun “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində nəzərdə tutulan qaydada pensiyasının yenidən hesablanması və ödənilməsini tələb etmək hüququ yaranmış olur.

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirlmədən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2022-ci il tarixl i, 21(103)-493/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar