Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1002/2024 26.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsinə yeni plan və cizginin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadast rı və Reyestri X10 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, iddiaçının satın aldığı Xırdalan şəhəri ərazisində yerləşən 360 kv.metr torpaq sahəsinə yeni plan və cizginin verilməsi, həmçinin çıxarışın verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-94/2023 nömrəli, 7 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Xırdalan bələdiyyəsinin 03 sentyabr 2012-ci il tarixli 03 saylı qərarı ilə iddiaçıya 375 kv.m torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi iddiaçıya hərrac keçirilmədən, bilavasitə satılmışdır. Torpağın hərracdan kənar satılmasının səbəbi bələdiyyənin qərarınadək 1999-cu ildən torpaq sahəsinin üzun illər iddiaçının istifadəsində olması və satın almaqda üstünlük hüququna malik olmasıdır. 2. 18.08.2012-ci il tarixli mədaxil qəbzi ilə torpağın dəyəri Xırdalan bələdiyyəsinin hesabına köçürülmüşdür. Torpaqların alğı-satqısına dair akta əsasən iddiaçı tərəfindən bank hesabına müvafiq haqq ödənilmiş və akt Abşeron rayon Torpaq şöbəsi tərəfindən təsdiq edilmişdir.
3. Eyni zamanda Xırdalan Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 407 nömrəli məktubunda qeyd olunmuşdur ki, iddiaçıya fərdi yaşayış evi tikintisi məqsədilə satılmış 375 kv.metr torpaq sahəsinin yerquruluşu planından çıxarışı çəkilərkən həmin sahənin 360 kv.metr olduğu müəyyən edilmişdir.
4. İddiaçı notarial qaydada təsdiqlənmiş ərizəsində ona Xırdalan bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 03 saylı qərarı ilə ayrılmış 375 kv.metr torpaq sahəsinin yerquruluşu planından çıxarışı hazırlanarkən 360 kv.metr olması səbəbindən məlum olan həmin sahəsi ilə razılaşmış, yerdə qalan 15 kv.metr torpaq sahəsindən imtina etmişdir.
5. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi xx.xx.2012-ci il tarixli, 779 nömrəli rəyində iddiaçının istifadəsində olmuş 375,0 kv.metr torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqlarına aid olduğunu və torpaq sahəsinin bilavasitə iddiaçıya satılmasın etiraz etmədiyini bildirmişdir.
6. Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin Xırdalan bələdiyyəsinin müraciətinə əsasən torpaq sahəsinin sənədləşdirilməsinə dair 11 sentyabr 2012-ci il tarixli, 203 nömrəli rəyinə əsasən iddiaçıya torpaq sahəs inin fərdi yaşayış evinin tikintisi məqsədilə onun adının sənədləşdirilməsinə etiraz edilməmişdir.
7. Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 2032 nömrəli sərəncamına əsasən iddiaçıya bələdiyyə qərarına əsasən 0,0375 ha torpaq sahəsində iki mərtəbəli yaşayış evinin tikintisinə icazə verilmişdir.
8. AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bələdiyyə mülkiyyətində olan 470 ha torpaq sahəsinin 0,0375 ha hissəsini iddiaçıya satmışdır. Müqavilədə göstərilir ki, satılan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində **********16 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə Xırdalan bələdiyyəsinin mülkiyyətindədir, yüklü edilməmişdir, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.
9. İddiaçı qeyd oluna n torpaq sahəsi üzərində mülkiyytə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
10. Cavabdeh iddiaçının torpaq sahəsinə hüququnu qeydiyyata almaqdan imtina etmiş, imtina etməni onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin bilavasitə mülkiyyətə verilməsi barədə Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli iclasının 03 saylı qərarından xx.xx.2012-ci il tarixli çıxarışın 1-ci bəndində “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək həyətyanı təyinatlı olaraq İddiaçı tərəfindən istifadə olunması, bələdiyyənin mülkiyyətində olan 0,0375 ha torpaq sahəsinin hərrac və ya müsabiqəyə çıxarılmasının qeyrimümkünlüyü, torpaq sahəsinin üzərində bələdiyyə yaranan dövrə qədər tikilmiş evin olduğ unun qeyd edildiyi aşkar edilmişdir. Lakin hazırki ərizəyə torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək tərəfinizdən istifadə olunmasına dair sənəd əlavə edilməmiş və həmin torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinin müddəalarına zidd olaraq bilavasitə satılmışdır. Halbuki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qayta rılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir.
11. Bundan başqa, müayinə olunan torpaq sahəsinin 0.032 ha hissəsinin JN-542A nömrəli şəhadətnamə digər mülkiyyətçiyə (X5) torpağın mülkiyyətə verilməsinə dair ilə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ A) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, iddiaçının satın aldığı Xırdalan şəhəri ərazisində yerləşən 360 kv.metr torpaq sahəsinə yeni plan və cizginin verilməsi, həmçinin, çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, eləcə də, X5 adlı şəxsin Azərbaycan Respublikası vətəndaşı olmadığından onun adına olan şəhadətnamənin bütövlükdə və ya iddiaçının Xırdalan Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 03 saylı qərarı ilə satın aldığı 360 kv.metr torpaq sahəsi ilə üst-üstə düşən 320 kv.metr hissədə etibarsız sayılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xırdalan Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 03 saylı qərarı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün Xırdalan şəhərində yerləşən 375 kv.metr ölçüdə torpaq sahəsi satılmışdır. İddiaçı həmin torpaq sahəsində Abşeron rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış eskiz layihə əsasında bir ədəd iki mərtəbəli fərdi yaşayış evi tikdirmiş, hasara aldırmışdır. Lakin qanunvericiliklə müəyyən edilmiş qaydada ona notarial qaydada satılmış həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınması və çıxarış verilməsi üçün DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etdikdə, xx.xx.2018-ci il tarixli imtina bildirişi ilə məlumat veriblər ki, aldığı torpaq sahəsinin bir hissəsi digər mülkiyyətçi X2 torpağın mülkiyyətə verilməsinə dair KOD 30800106, JN542A nömrəli şəhadətnamə ilə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin imtina bildirişində göstərilmişdir ki, torpaq sahəsi iddiaçıya hərrac yolu ilə deyil, bilavasitə satılmışdır. Ona görə də ərizənin icrası və çıxarış verilməsi mümkün deyil. İddiaçının aldığı 375 kv.metr torpaq sahəsi azalmış, istifadədə cəmi 360 kv.m torpaq sahəsi qalmışdır. İddiaç ı notarial qaydada ərizə yazaraq azalmış 15 kv.m torpaq sahəsindən imtina etmişdir. Aldığı 360 kv.m torpaq sahəsinə çıxarış almaq üçün bütün ətrafdakı qonşularla birlikdə mövcud vəziyyəti diqqətlə öyrənməyə çalışmışdır. Çünki DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin imtina bildirişi real vəziyyəti əks etdirmirdi və şübhə doğururdu. Belə ki, iddiaçının aldığı torpaq sahəsinin bir hissəsinin X1 torpaq sahəsi ilə üst-üstə düşməsi üçün Vəsilə Muradovanın torpağı onun qonşuluğunda olmalı idi. Lakin həmin torpaq sahəsinin ətrafında, qonşuluqda Vəsilə Muradova adlı şəxs yox idi. Ona görə də iddiaçı təkrar ərizə ilə 2-ci dəfə müraciət edərək həmin torpaq sahəsinə baxış keçirilməsini xahiş etmişdir. DƏDRX-in 4 saylı Abşeron Ərazi idarəsinin mütəxəssisləri və qonşuların iştirakı ilə aldığı torpaq sahəsinə təkrar baxış keçirilərkən məlum oldu ki, torpağın sağ tərəfində Vaxtanq Pançulidzenin və Qamilya Abıyevanın fərdi yaşayış evləri, sol tərəfində isə Kənan Həmzəyevin fərdi yaşayış evi yerləşir. Qonşular çıxarışlarını təqdim etdilər. İddiaçının aldığı torpaq sahəsinin ətrafında, dövrəsində Vəsilə Muradova adlı şəxsin torpaq sahəsi aşkar olunmamışdır. İddiaçı tərəfdən akt tərtib edilmiş, qonşuların çıxarışlarının surətləri akta əlavə edilmişdir. DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri Vəsilə Muradovanın torpaq sahəsini tapıb göstərə bilməmişlər və müdiriyyətin qəzəbindən qorxub aktı imzalamaqdan imtina etmişlər. Lakin qonşular akta imza etmişlər. Bundan sonra şəxsi araşdırmalar davam etdirilmiş, DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşlarının şifahi məlumat ları əsasında Vəsilə Muradovanın yaşadığı Xırdalan şəhəri, R.Rza küçəsi 26 saylı ev axtarılaraq məlum olmuşdur ki, həmin küçədə 25 saylı evdən sonrakı ərazi Xırdalan şəhərindən kənara, çöllük hissəyə düşür, iddiaçının torpağından təxminən 1 km aralıdadır və 26 saylı ev mövcud deyildir. X3 heç kim tanımırdı. Ətrafdakı çıxarışı olan qonşular da ondan torpaq sahəsi almamışdılar. Ona görə də xx.xx.2019-cu il tarixdə cavabdeh orqana 3-cü dəfə müraciət etdikdən sonra yenidən torpaq sahəsinə baxış keçirilmiş, həmin idarənin əməkdaşları qəsdən sürüşmə, süni surətdə mübahisə yaratdıqları torpaq sahəsini tapıb göstərə bilməmişlər. Lakin iddiaçının aldığı torpaq sahəsini qeydiyyata almaqdan təkrar olaraq imtina etmiş və imtina bildirişində göstərmişdilər ki, guya “idarənin elektron baza məlumatı əsas ında” müəyyən edilmişdir ki, onun aldığı 360 kv.metr torpaq sahəsinin 320 kv.metr hissəsi X1 torpaq sahəsi ilə üst-üstə düşür. Buradan tam aydın olmuşdur ki, DƏDRX-in əməkdaşları X1 12 sot torpaq sahəsinin 320 kv.metr hissəsini iddiaçının satın aldığı 360 kv.metr torpaq sahəsində “axtarıb tapıblar”. Qalan 11 sot 680 kv.metr hissəsini isə başqa ölkədə axtaracaqlar. Çünki qonşuların hamısının çıxarışları olduğundan 12 sot torpaq sahəsini onun qonşuluğuna və torpaq sahəsinə yerləşdirmək mümkün deyil.
14. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin MAPS şöbəsinin xx.xx.2019-cu il tarixli arayışında göstərilmişdir ki, X5 haqqında heç bir məlumat yoxdur. Qeyd olunur ki, DƏDRX-in 4 saylı Abşeron Ərazi idarəsinin imtina bildirişində cavabdeh X1 adına JN524A nömrəli torpağın mülkiyyətə verilm əsinə dair şəhadətnamə olması göstərilməsinə baxmayaraq, bu günə kimi heç kim, o cümlədən cavabdeh tərəfindən iddiaçıya və ətrafdakı qonşulara qarşı hər hansı iddia və ya tələb irəli sürülməmişdir. İddiaçının aldığı torpaq sahəsi isə 1999-cu ildən onun istifadəsində olmuşdur (bu barədə Bələdiyyənin arayışının surəti əlavə olunur). Bundan başqa, Xırdalan Bələdiyyəsinin iddiaçıya fərdi yaşayış evinin tikilməsi üçün 375 kv.m torpaq sahəsinin satılması barədə məktubuna Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi xx.xx.2012-ci il tarixli, 779 nömrəli rəyi ilə etiraz etməmişdir. Həmçinin Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin xx.xx.2012-ci il tarixli 203 nömrəli rəyi ilə və Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 203/2 saylı S ərəncamı ilə torpağın iddiaçıya satılmasına və fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Xırdalan Bələdiyyəsinin yer quruluşu planından çıxarışda da iddiaçıya satılmış torpağın hansısa başqa şəxsə aid olduğu göstərilməmişdir..
15. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən İddiaçı ayrılmış 0.0375 ha (faktiki 0.0360 ha) torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının nümayəndəsinin 26 sentyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı, torpaq sahəsinin bilavasitə mülkiyyətə verilməsi barədə Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli iclasının 03 saylı qər arından xx.xx.2012-ci il tarixli çıxarışın 1-ci bəndində “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək həyətyanı təyinatlı olaraq İddiaçı tərəfindən istifadə olunması, bələdiyyənin mülkiyyətində olan 0,0375 ha torpaq sahəsinin hərrac və ya müsabiqəyə çıxardılmasının qeyri-mümkünlüyü, torpaq sahəsinin üzərində bələdiyyə yaranan dövrə qədər tikilmiş evin olduğunun qeyd edildiyi aşkar edilmişdir. Lakin müraciətə torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək istifadə olunmasına dair sənəd əlavə edilməmiş və həmin torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3-cü maddəsinin müddəalarına zidd olara q bilavasitə satılmışdır. Halbuki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Bundan başqa, müayinə olunan torpaq sahəsinin 0.032 ha hissəsinin digər mülkiyyətçiyə (X5) torpağın mülkiyyətə verilməsinə dair JN542A nömrəli şəhadətnamə ilə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Belə ki, X2 Abş eron rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə 0,12 ha torpaq sahəsi ayrılmış və bu qərar əsasında JN-542A, KOD 30801006 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 4-cü bəndinə əsasən bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 9-cu və 10-cu maddələrinə, "Torpaq bazarı haqqında" Qanu nun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir.
16. Məhkəmə sorğusuna cavabdeh tərəfindən ünvanlanmış məktubda qeyd olunmuşdur ki, JN 542A (KOD ********) torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin verilməsinə əsas olmuş Abşeron rayon Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli 249 saylı qərarı arxivdə aşkar edilməmişdir.
17. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
18. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi X5 adlı şəxsin Azərbaycan Respublikası vətəndaşı olmadığından onun adına olan şəhadətnamənin bütövlükdə və ya iddiaçının Xırdalan Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 03 saylı qərarı ilə satın aldığı 360 kv.metr torpaq sahəsi ilə üst-üstə düşən 320 kv.metr hissədə etibarsız sayılması haqqında qərar qəbul edilməsi hissəsində mümkün sayılmamışdır.
19. Sumqayıt İnzibati Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2-1(118)- 390/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, İddiaçı satın aldığı Xırdalan şəhəri ərazisində yerləşən 360 kv.metr torpaq sahəsinə yeni plan və cizginin verilməsi, həmçinin mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır.
20. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisəli t orpaq sahəsini Xırdalan Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli qərarı ilə satın almış, həmin torpaq sahəsinin dəyərini bələdiyyənin hesabına ödəmiş, habelə Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən torpağın fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmasına etiraz edilməmişdir. Torpaq sahəsinin yer quruluşu planından çıxarış hazırlanmışdır. Yəni, torpaq sahəsi qanunvericiliyə uyğun olaraq iddiaçının istifadəsinə verilmişdir. Bundan əlavə, üçüncü şəxs X4 aid olan Şəhadətnamənin verilməsinə əsas olmuş Abşeron rayon Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli 249 saylı qərarı arxivdə aşkar edilməmiş və ona məxsus torpaq sahəsinin 320 kv.metr hissəsinin iddiaçı ya məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi cavabdeh orqan və üçüncü şəxs tərəfindən sübut edilməmişdir.
21. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-94/2023 nömrəli, 7 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər Z.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Babayeva və G.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
24. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
25. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xırdalan bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 03 saylı qərarı ilə 375 kv.m. torpaq sahəsini torpaq hərracları və müsabiqələri vasitəsilə deyil, birbaşa özü satmışdır, bu isə qanunvericiliyin pozulması kimi qiymətləndirilməli idi.
26. Belə ki, torpaq sahəsi bələdiyyə tərəfindən hər hansı açıq torpaq hərracı və ya müsabiqə təşkil edilmədən birbaşa satıldığından iddiaçının torpaq sahəsi üzərində əldə etdiyi mülkiyyət hüququ əsaslı hesab edilə bilməz. Bundan başqa, qeyd edir ki, bələdiyyə həmin torpaq sahəsinə üzərində mülkiyyət hüququnu qanunvericiliklə müəyyən edilmiş qayda da daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almamışdır.
27. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, hüquqlarının dövlət qeydiyyatı özüözlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
28. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və apellyasiya məhkəməsini n qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
29. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə
2. Daşınmaz əmlaka hüquqların dö vlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yü klülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqları n dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 31. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci mad dəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olu nan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
32. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadını n təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayət lə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
36. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apell yasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
38. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş hə min məsələləri təkrarlamağa lüzum qalmır.
39. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
40. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı satın aldığı Xırdalan şəhəri ərazisində yerləşən 360 kv.metr torpaq sahəsinə yeni plan və cizginin verilməsi, həmçinin çıxarışın verilməsinə yönəlmişdir.
41. Cavabdehin imtinasının və kassasiya şikayətinin əsas dəlili, Xırdalan bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 03 saylı qərarı ilə 375 kv.m. torpaq sahəsini torpaq hərracları və müsabiqələri vasitəsilə deyil, birbaşa satılması ilə bağlıdır.
42. Nəzərə alınmalıdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üz rə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
43. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, bələdiyyə torpaqlarının ayrılmasının xüsusiyyətləri qanunvericiliklə imperativ olaraq müəyyən edilmiş və müəyyən hallar istisna olmaqla bələdiyyə torpaqlarının açıq torpaq hərracları və ya müs abiqələri vasitəsilə əldə edilə bilməsi təsbit olunmuşdur. Torpaqların açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, birbaşa vətəndaşlara satılması ilə bağlı istisna hallara Azərbaycan Respublikası vətəndaşının bələdiyyənin ərazisində daimi yaşaması və ya beş il müddətində qeydiyyatda olması, torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi halları və torpaq sahəsinin geri qaytarılmasının mümkün olmadığı hallar daxildir. Qeyd olunan halların hər biri ayrı-ayrılıqda bələdiyyə tərəfindən torpaq sahəsinin vətəndaşlara birbaşa ayrılması üçün əsasdır.
44. Apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, Xırdalan bələdiyyəsinin 07 dekabr 2018-ci il tarixli məktubuna əsasən, torpaq sahəsinin iddiaçıya hərrac keçirilmədən, bilavasitə satılmasının səbəbi 1999-cu ildən həmin tor paq sahəsinin iddiaçının istifadəsində olması və satın almaqda üstünlük hüququnun olması ilə bağlıdır.
45. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Yuxarıda istinad olunan normalar anlamında torpaq sahəsi üzərində hüququ təsdiq edən hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
46. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya məhk əməsi tərəfindən araşdırılmış hallarına əsasən, iddiaçıya torpaq sahəsinin ayrılması (satılması) barədə Xırdalan bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 03 saylı qərarının hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni həmin qərar öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
47. Satılan torpaq sahəsi üzərində bələdiyyənin mülkiy yət hüququnun qeydiyyata alınmadığı barədə kassatorun dəlili də əsassızdır. Belə ki, bələdiyyə ilə iddiaçının arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli alğı-satqı müqaviləsində bələdiyyə mülkiyyətində olan 470 ha torpaq sahəsinin 0,0375 ha hissəsi iddiaçıya satılmışdır. Müqavilədə göstərilir ki, satılan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində **********16 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə Xırdalan bələdiyyəsinin mülkiyyətindədir, yüklü edilməmişdir, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Mülki işə əlavə olunmuş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan da görünür ki, Xırdalan şəhərində 470 kv.metr torpaq sahəsi üzərində Xırdalan bələdiyyəsinin mülkiyyət hü ququ xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır.
48. Cavabdehin mübahisəli torpaq sahəsinin Abşeron rayon Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli 249 saylı qərarı ilə X4 verilmiş, torpağın mülkiyyətə verilməsinə dair KOD 30800106, JN-542A nömrəli şəhadətnamədə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsi barədə dəlili də məhkəmələr tərəfindən araşdırılmış, Abşeron rayon Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli 249 saylı qərarı arxivdə aşkar edilməmiş və ona məxsus torpaq sahəsinin 320 kv.metr hissəsinin iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi cavabdeh orqan və üçüncü şəxs tərəfindən sübut edilməmişdir.
49. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
50. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-94/2023 nömrəli, 7 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsı