Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1003/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 2-1(103)-1003/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1979-cu il tarixdən 26 iyun 1981-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Azərbaycan Mühəndis-İnşaat institutunda təhsil almışdır.
2. İddiaçı əmək fəaliyyətinə xx.xx.1981-ci il tarixdə başlamış, hal-hazıradək işləyir.
3. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cava bdehə müraciət etmişdir.
4. Cavabdeh 2 fevral 2021-ci il tarixli, **********6 nömrəli imtina məktubu ilə bildirmişdir ki, iddiaçının xx.xx.1989 - xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində Şabran rayonu “11 nömrəli SMD”-də iş icraçısı işləməsi ilə bağlı əmək kitabçasındakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan onun güzəştli iş stajı 12 il 6 aydan azdır. Belə halda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, pensiya hüququnun yarandığı 57 yaşından, yəni 8 aprel 2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı 27 oktyabr 2021-ci il tarixdə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, pensiya hüququnun yarandığı 57 yaşından, yəni 8 aprel 2017-ci il tarixdən, müraciət etdiyi vaxtdan əvvəlki son 3 illik dövr üçün hesablanmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1978-ci ildən əmək fəaliyyətinə başlamışdır və hal-hazıradək əmək fəaliyyətini davam etdirir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olduğunu təsdiq edən işlədiyi iş yerləri aşağıdakılardan ibarətdir: xx.xx.1989-cu il tarixdən - xx.xx.1995-ci il tarixədək 11 № li X1, xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək 32 saylı Təmir Tikinti X1, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" ASC-nin Sənaye Tikinti və İstehsal İdarəsinin müxtəlif tikinti sahələrində, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 3 nömrəli Yol İstismarı MMC-də iş icraçısı vəzifələrində işləmişdir. Zərərli sahədə işləməsinə dair güzəştli arayışlar da təqdim edilmişdir.
8. Cavabdeh məhkəməyə imtina məktubuna uyğun yazılı etiraz təqdim edərək, iddia əsassız və qanuna zidd olduğuna görə təmin olunmamasını xahiş etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir.
9. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixl i, 2-1(112)-4720/2021 nömrəli qərarı ilə (hakim: Aygün Əhədova) iddia tələbi təmin edilmiş, iddiaçıya pensiya hüququnun yarandığı 57 yaşından, yəni 8 aprel 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən əvvəlki üç il üçün ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçının pensiya hüququ xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən yaranmışdır. Belə ki, iddiaçının 57 yaşı tamam olan tarixə - xx.xx.2017ci ilə 25 ildən çox ümumi stajı (37 il 02 ay 08 gün) və 12 il 6 aydan çox (13 il 03 ay 06 gün) iş icraçısı vəzifəsində güzəştli iş stajı olmuşdur. Cavabdeh tərəfindən mübahisələndiri lən dövr üzrə (xx.xx.1989 - xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində Şabran rayonu “11 nömrəli SMD”-də iş icraçısı işlədiyi dövr) araşdırma aparılmış, müəssisənin mövcudluğu müəyyən edilmiş, həmçinin, iddiaçının əmək kitabçasının təsdiq edilmiş surəti ilə yanaşı işə daxil olma və işdən çıxma əmrlərinin qeydiyyatının aparıldığı əmr kitabının surəti iş materiallarına əlavə edilmişdir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 2-1(103)-1003/2022 nömrəli qərarı ilə (hakimlər: Aytən Oruczadə (sədrlik edən və məruzəçi), Rafael Eyvazov və Mirzə Tağızadə) cavabde hin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4720/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayəti imtina məktubuna və iddiaya dair etiraza uyğun tərtib edilmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2017-ci il tarixədək olan redaksiya): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”: 29-cu fəsil. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri.
19. İnzibati Prosessual Məcəllə: Maddə 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması ba rədə qərardad qəbul edir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Şikayətdə apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məh kəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasın ın təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır.
26. Cavabdeh şikayətində bildirmişdir ki, iddiaçının xx.xx.1989-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində Şabran rayonu “11 nömrəli SMD”-də iş icraçısı işləməsi barədə əmək kitabçasındakı məlumatların dəqiqləşdirilməsi ilə bağlı sorğu verilmiş və alınan müvafiq cavabda qeyd olunan illər üzrə sığorta stajının yoxlanılması zamanı müəssisə tərəfindən əmr kitabının təqdim edilmədiyi qeyd olunmuşdur.
27. İşdəki sübutlar və məhkəmələrin araşdırması ilə müəyyən edilmişdir ki, “Aqrosənayetikinti” Trestinin 11 saylı səyyar mexanikləşdirilmiş dəstə ilə bağlı əmrlər kitabından çıxarışlar təqdim edilmişdir. Qeyd edilən əmrlər kitabından çıxarışlarda m üxtəlif şəxslərin həmin müəssisədə əmək faəliyyəti ilə bağlı əmrlər, o cümlədən iddiaçıya aid əmrlərin nömrə və tarixləri göstərilmiş, əmrlərin qeyd edilmə ardıcılığı pozulmamışdır. Əmrlər kitabından çıxarışlarda iddiaçının “Aqrosənayetikinti” tresti DMQK-11 üzrə xx.xx.1989-cu il tarixli 42 nömrəli əmrlə prorab vəzifəsinə keçirildiyi, xx.xx.1995-ci il tarixdən vəzifədən azad olunduğu qeyd edilmişdir. İddiaçının əmək kitabçasında qeyd edilmiş vəzifələri ilə əmrlər kitabından çıxarışda qeyd edilmiş vəzifələr uyğundur.
28. Beləliklə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən, iddiaçının əmək kitabçası və təqdim olunmuş iş yerlərindən arayışlara əsasən, düzgün olaraq müəyyən edilmişdir ki, iddiaçı bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinə uyğun sahələrdə xx.xx.1989-cı ildən xx.xx.1995-ci ilədək 06 il 07 ay 21 gün; xx.xx.1996-cı ildən xx.xx.1999-cu ilədək 03 il 05 ay 01 gün; xx.xx.2013-cü ildən xx.xx.2015-ci ilədək 02 il 03 ay 14 gün, xx.xx.2015-ci ildən xx.xx.2016cı ilədək 11 ay, ümumilikdə 13 il 03 ay 06 gün - iş icraçısı kimi güzəştli iş stajına malik olmuşdur.
29. Beləliklə də, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün zəruri olan şərtlərin ( 57 yaş, azı 25 il ümumi iş stajı və 12 il 6 ay xüsusi iş stajının tamamlanması) ödənilməsi işin məhkəmələr tərəfindən müəyyən edilən hallarına əsasən sübuta yetirilmişdir.
30. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla süb utları düzgün qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 21(103)-1003/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.