Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1003/2023 01.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxslərin inzibati icraata cəlb edilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ( hazırkı: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-924/2023 nömrəli, 13 yanvar 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı 17 mart 2017-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 1 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m. qeyriyaşayış sahəsinin və Bak ı şəhəri, Xətai rayonu, Neapol küçəsi 26 nömrəli binanın 2-ci korpusu 2-ci girişi 1-ci mərtəbədə yerləşən 100 kv.m. qeyri-yaşayış sahəsinin onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, buna dair çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2. xx.xx.2017-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq icraatında iddiaçı şifahi vəsatətlə müraciət edərək, onun sahibliyində və istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 1 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m. qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 26 nömrəli binanın 2-ci korpusu 2-ci girişi 1-ci mərtəbədə yerləşən 100 kv.m. qeyri-yaşayış sahəsinin onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması ilə bağlı iddia tələbinin eyni cavabdehə qarşı yönəldiyini nəzərə alaraq, həmin tələblərə bir icraatda baxılmasını xahiş etmişdir. 3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 may 2017-ci il tarixli qərardadı ilə vəsatət təmin olunmuşdur. 4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X.İmanov) 2-1(82)-1864/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərar cavabdeh orqan tərəfindən mübahisələndirilməmiş, qanuni qüvvəyə mindikdən sonra cavabdeh tərəfindən icra edilmiş və İddiaçı mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixində 186 nömrəli reyestr kitabının 17456 nömrəli vərəqində qeydiyyata alınmış, ona RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir.
5. Bundan sonra Səfər ova Günel Şakur qızı iş üzrə maraqlarına toxunan şəxs qismində apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)1864/2017 saylı, 18 may 2017-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Daha sonra Səfərova Günel Şakur qızının vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinə ərizə ünvanlayaraq, birinci instansiya məhkəməsinin müvafiq qərarının Səfərova Günel Şakur qızının maraqlarına toxunduğuna görə onun iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X.İmanov) 2-1(82)-1864/2017 saylı, 31 may 2018- ci il tarixli qərardadı ilə Səfərova Günel Şakur qızının üçüncü şəxs qismində cəlb olunması ilə bağlı ərizəsi təmin olunm amışdır. Səfərova Günel Şakur qızı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2084/2018 saylı, 16 avqust 2018-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1864/2017 saylı iş üzrə 31 may 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır.
8. Səfərova Günel Şakur qızı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2084/2018 saylı, 16 avqust 2018-ci il tarixli qərardadından kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin müvafiq iş üzrə qəbul edilmiş qərardadının l əğv edilməsini və onun üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizəsinin təmin olunmasını xahiş etmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-2244/2018 saylı iş üzrə, 04 dekabr 2018-ci il tarixli qərarı ilə Səfərova Günel Şakur qızının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin X2 21(103)-2084/2018 saylı iş üzrə 16 avqust 2018-ci il tarixli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-512/2019 saylı iş üzrə 07 fevral 2019-cu il tarixli qərardadı ilə Səfərova Günel Şakur qızı hazırkı iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatina cəlb edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin İn zibati Kollegiyasının 2-1(103)-23/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə üçüncü şəxs Səfərova Günel Şakur qızının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 may 2017-ci il tarixli, 2-1(82)-1864/2017 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
12. Sonradan "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-1864/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə üçüncü şəxs qismində cəlb edilərək icraatın təzələnməsini xahiş etmişdir.
13. X1 məhkəməyə ərizə ilə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1864/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tar ixli qərarının ləğv edilməsini və iş üzrə üçüncü şəxs qismində cəlb edilərək icraatın təzələnməsini xahiş etmişdir.
14. Bakı İnzibati Məhkəməsinin (hakim O.X.Həsənov) 2-1(82)-1864/2017 nömrəli, 11 avqust 2022-ci il tarixli qərardadı ilə ərizələr təmin edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırki: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı çıxarışın və texniki pasportun verilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə icraata "xxxx" ASC, X5 üçüncü şəxs qismində zəruri cəlb etmə qaydasında cəlb edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-1864/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qə rarı isə ləğv edilərək, hazırki işə mahiyyəti üzrə baxılması barədə icraat təzələnmişdir.
15. Məhkəmə "xxxx" ASC-nin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, ərizəyə əlavə olunmuş sənədlərin surətinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-345/2010 saylı, 13 avqust 2010-cu il tarixli qərardadı ilə "xxxx" ASC ilə “X8” MMC arasında barışıq sazişi təsdiq edilmiş, “X8” MMC tərəfindən qərardadda göstərilən şəxslərə satılmış mənzillər üzrə xx.xx.2010-cu il tarixə həmin şəxslərin borc qalıq məbləğlərinin borc bağlananadək yığılması, həmin məbləğlərə istənilən sərəncam verilməsi hüququ "xxxx" ASC-yə verilmişdir. Yasamal rayon İcra və Probasiya Şöbəsinin müraciətinə cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əsədov, 1 ünvanında yerləşən (ümumi sahəsi 267.6 kv.m) qeyri-yaşayış sahəsi “X8” MMC-yə məxsus 28/02/09 saylı xx.xx.2009-cu il tarixli müqaviləyə, Maliyyə arayışına, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1864/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarına əsasən, xx.xx.2017-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Göründüyü kimi, barışıq sazişinin icrası ilə bağlı həyata keçirilmiş icra tədbirləri nəticəsində "xxxx" ASC qeyri-yaşayış sahəsinin İddiaçı mülkiyyətinə verilməsi barədə məlumatlı olmuşdur. Göründüyü kimi, daşınmaz əmlakın iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı məhkəmə qərarının mövcudluğu "xxxx" ASC-nin maraqlarına toxunur. Bu səbəbdən də "xxxx" ASC-nin inziba ti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi (zəruri cəlbetmə) zərurəti yaranmışdır.
16. Məhkəmə X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ilə “X8” MMC arasında 300 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə dair 28 fevral 2009-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Eyni zamanda, X5 ilə “X8” MMC arasında xx.xx.2008-ci il tarixli bağlanmış olan müqavilə əsasında Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 (bir) saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 47 kv.m-dən ibarət olan qeyri- yaşayış sahəsi MMC tərəfindən ona verilmiş və onun istifadəsində olmuşdur. Nəzərə alınmalıdır ki, X5 iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mülki məhkəmə mübahisəsi zamanı Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 (bir) saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 47 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin X4 təhvil verilməklə, həmin mənzillə bağlı şəxsə münasibətdə maneələrin törədilməsi “X8” MMC-yə qadağan edilmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, hazırda X5 ilə “X8” MMC, İddiaçı arasında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı mülki məhkəmə mübahisəsi də mövcuddur. Məhkəmə hesab etmişdir ki, hazırki mərhələdə qərarın mövcudluğu X3 maraqlarına toxunmasını istisna etmir.
17. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 1 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m. qe yri -yaşayış sahəsinin və Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 26 nömrəli binanın 2-ci korpusu 2-ci girişi 1-ci mərtəbədə yerləşən 100 kv.m. qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi barədə mübahisə X3 və “X8” MMC-nin maraqlarına toxunduğu halda, onlar, üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilməmişlər.
18. Həmçinin, məhkəmə hesab etmişdir ki, qərar ləğv edilmədən, üçüncü şəxslər məhkəmə icraatına cəlb edilmədən və icraat təzələnmədən bu hissədə araşdırmanın aparılması mümkün deyildir. Bu səbəbdən, məhkəmənin 2-1(82)-1864/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il qərarı ləğv edilməli, X5 və “X8” MMC üçüncü şəxs qismində cəlb edilməli və işə mahiyyəti üzrə baxılması təzələnməlidir.
19. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. b. apellyasiya insta nsiyası məhkəməsində icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və S.İ.Bəktaşi) 2-1(103)-924/2023 nömrəli, 13 yanvar 2023-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1864/2017 nömrəli, 11 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
22. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
23. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m. qeyriyaşayış sahəsi ilə bağlı xx.xx.2009-cu il tarixində "X9" MMC ilə alqı-satqı müqaviləsi bağlamışdır və qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənilməsi barədə xx.xx.2009-cu il tarixli maliyyə arayışı vardır. Bundan əlavə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-1864/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarı ilə onun "çıxarışın və texniki pasportun verilməsinə" dair iddiası təmin olunmuşdur. Qeyd olunan normanın mənasına görə, həmin qeyri-yaşayış sahəsi alqı-satqı müqaviləsi və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasıda iddiaçının mülkiyyətindədir. Bununla da, "xxxx" ASC-nin və X3 iş üzrə üçüncü şəxs qismində cəlb olunması iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır.
24. Hazırkı iş üzrə artıq 18 may 2017-ci il tarixində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-l(82)-1864/2017 nömrəli qərarı qəbul olunmuş və "xxxx" ASC və X5 məhkəmə tərəfindən iş üzrə üçüncü şəxs qismində cəlb olunmamışlar. Buna görə də, hazırkı qərardad ilə həmin şəxslərin işə cəlb olunmasına heç bir zərurət yoxdur, belə ki, iş üzrə artıq qərar qəbul olunmuş və həmin qərar qanuni qüvvəsini almışdır. 25. "xxxx" ASC-nin təqdim etdiyi ərizədə qeyd olunduğu kimi, “X9” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi 1 saylı binada olan bir sıra mənzillər, qarajlar və qeyri-yaşayış sahələri Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2-1(103)-345/2010 saylı qərardadı ilə "xxxx" ASC-nin istifadəsinə və sərəncamına verilmişdir. Lakin həmin qeyri-yaşayış sahəsi artıq 2009-cu ilin 28 fevral tarixindən iddiaçı ilə “X9” MMC arasında bağlanmış alqı-satqı müqaviləsi və qeyriyaşayış sahəsinin dəyərinin tam ödənilməsi barədə 28 ferval 2009-cu il tarixli maliyyə arayışı əsasında iddiaçının mülkiyyətində idi.
26. Qeyd olunan yaşayış sahəsinin məhkəmənin 2-1(103)-345/2010 saylı qərardadı ilə "xxxx" ASC-yə verilməsi qeyri-mümkün idi və bu iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxarırdı. Buna görə də, həmin qərardad ilə qeyri-yaşayış sahəsinin "xxxx" ASC-yə verilməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1864/2017 nömrəli qərarının ləğv edilməsi üçün əsas hesab oluna bilməzdi. Çünki həmin qərardad üçüncü şəxsin maraqlarına toxunur. Bu halda barışıq sa zişi də təsdiqlənə bilməzdi.
27. Həmçinin şikayətdə qeyd edilmişdir ki, hazırda X5, “X8” MMC və iddiaçı arasında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı Xəzər Rayon Məhkəməsinin icraatında mülki mübahisə mövcuddur. Həmin iş üzrə məhkəmə mübahisəsi bitmədən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1864/2017 nömrəli qərarı ləğv oluna bilməzdi. Lakin məhkəmə həmin hissəyə diqqət yetirməmiş və birbaşa Talıbov Elmar tərəfindən verilmiş ərizəni qərarın ləğv edilməsi üçün əsas kimi qəbul etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
29. İnzibati Prosessual Məcəllə: Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında oldu ğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edi lməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. K ASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
31. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Şikayətdə fundamental vacib hüquqi məsə lələrin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya m əhkəməsinin araşdırmaları yetərli hesab olunur.
35. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Qərardadında qeyd edilmişdir ki, “... Zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPM-in 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə mün asibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir. İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz.” 37. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, “Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik ol sun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir”.
38. Zəruri cəlb etmə o halda mövcud olur ki, məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üç üncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olmuş olsun.
39. Məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılaraq müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-345/2010 saylı, 13 avqust 2010-cu il tarixli qərardadı ilə "xxxx" ASC ilə “X8” MMC arasında barışıq sazişi təsdiq edilmiş, “X8” MMC tərəfindən qərardadda göstərilən şəxslərə satılmış mənzillər üzrə xx.xx.2010-cu il tarixə həmin şəxslərin borc qalıq məbləğlərinin borc bağlananadək yığılması, həmin məbləğlərə istənilən sərəncam verilməsi hüququ "xxxx" ASC-yə verilmişdir.
40. Həmçinin, Yasamal rayon İcra və Probasiya Şöbəsinin müraciətinə cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əsədov, 1 ünvanında yerləşən (ümumi sahəsi 26 7.6 kv.m) qeyri-yaşayış sahəsi “X8” MMC-yə məxsus 28/02/09 saylı xx.xx.2009-cu il tarixli müqaviləyə, Maliyyə arayışına, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)1864/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarına əsasən, xx.xx.2017-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
41. Belə olan halda, "xxxx" ASC-nin məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında cəlb edilməsi üçün zəruri hallar (hüquqi maraqlarına toxunma) mövcuddur.
42. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, X5 da üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməlidir. Belə ki, ərizəçi tərəfindən təqdim edilən sənədlərdən görünür ki, İddiaçı ilə “X8” MMC arasında 300 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə dai r 28 fevral 2009-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.
43. Eyni zamanda, X5 ilə “X8” MMC arasında xx.xx.2008-ci il tarixli bağlanmış müqavilə əsasında Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 (bir) saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 47 kv.m-dən ibarət olan qeyriyaşayış sahəsi MMC tərəfindən ona verilmişdir və onun istifadəsində olmuşdur.
44. Apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarının ləğv edilərək, icraatın təzələnməsi hər hansı şəxsin hüquqlarının pozulması demək deyil, əksinə, iş üzrə maraqlarına toxunulan şəxslərin hüquqi maraqlarının təmin edilməsi və işin hərtərəfli, obyektiv araşdırılması məqsədi ilə işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi dem əkdir.
45. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilməməli, barəsində şikayət verilən qərardad dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-924/2023 nömrəli, 13 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.