Məhkəmə qərarları › İş №2-1(102)-1003/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1003/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1003/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), X34 və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələl əri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “X9 adına verilmiş 0.10 ha torpaq sahəsi üzərində vahid əmlak qismində 13 oktyabr 2010-cu il tarixli **********84-10301 reyestr nömrəli çıxarışın 0.0624 ha torpaq sahəsi hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-324/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Abşeron rayon İcra Hakimiyyəti başçısının 586 saylı, 13 noyabr 1992-ci il tarixli sərəncamı ilə Xırdalan qəsəbəsinin 22-ci məhəlləsindən 0,10 ha hesabı ilə fərdi yaşayış evi üçün torpaq sahəsi X13 ayrılmışdır. 2. xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X21 həmin torpaq sahəsini İddiaçı satmışdır.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0,10 ha (faktiki 0,0624 ha) torpaq sahəsi üzərində mülkiyyəti hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

4. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi 05 fevral 2021-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmi ş və arxiv əsaslarında mövcud olan sənədlərdən göründüyü kimi, Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 31548 reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 0.10 ha torpaq sahəsinin Abşeron RİH başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamından çıxarışla X13 ayrılmışdır. Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarının 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatların dövlət reyestrində saxlanılan məlumatlara uyğunluğunun yoxlanılması təmin edilmiş, yuxarıda göstərilən Abşeron RİH başçısının 13 noyabr 1992-ci il tarixli 586 - nömrəli sərəncamından çıxarışla X14 ayrılmış 0.10 ha torpaq sahəsi üzərində vahid əmlak qismində 13 o ktyabr 2010-cu il tarixli **********84-10301 reyestr nömrəli çıxarışla mülkiyyət hüququnun artıq bir dəfə rəsmiləşdirildiyi aşkar edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 13 oktyabr 2010- cu il tarixli **********8410301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi və Abşeron rayonu, Xırdalan şəhəri 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin yerləşdiyi həyət yanı torpaq sahəsinə dair hüquqi sənəd verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron RİH başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamı ilə, Xırdalan qəsəbəsi, 22-ci məhəllədə yerləşən 0.10 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün X13 ayrılmış və X21 həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Abşeron RİH başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamına əsasən 2004-cü il tarixdə yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış və X13 31548 nömrəli Qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Bundan sonra, xx.xx.2004-cü il tarixdə X21 ilə aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilədə də qeyd olunmuşdur ki, X 3 qəsəbəsi, 22-ci məhəllədə yerləşən 0.0624 ha torpaq sahəsində olan fərdi yaşayış evini İddiaçı satmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən 07 dekabr 2004-cü il tarixdə Xırdalan qəsəbəsi, 22-ci məhəllədə yerləşən 0.0624 ha torpaq sahəsində olan yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış və ona qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə 08 dekabr 2020-ci il tarixdə ********** nömrəli ərizə ilə müraciət etmişdir. 4 saylı Abşeron Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli, **********13 nömrəli bildiriş ilə ərizənin icrasından imtina etmişdir. İmtinanı ərazi idarəsi onunla əsaslandırmışdır ki, "hüquqların dövlət qeydiyyatının aparılması qaydalarının 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatların dövlət reyestrində saxlanılan məlumatlara uyğunluğunun yoxlanması təmin edilmiş, yuxarıda göstərilən Abşeron RİH Başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamından çıxarışla X13 ayrılmış 0.10 ha torpaq sahəsi üzərində vahid əmlak qismində 13 oktyabr 2010.-cu il tarixli 3Ö80İ3025984-10301 reyestr" nömrəli çıxarışla mülkiyyət hüququnun artıq bir dəfə rəsmiləşdirildiyi aşkar edilmişdir”. Halbuki, Abşeron RİH başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamı ilə, X13 ayrılmış torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evinə mülkiyyət hüququ 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 2004-cü il tarixdə artıq bir dəfə tanınmış və mülkiyyət hüququ qeydiyyata alınaraq alqı-satqı predmeti olmuşdur. Digər tərəfdən, hüquqların dövlət qeydiyyatının ap arılması qaydalarının 9-cu maddəsinə əsasən 4 saylı Abşeron Ərazi İdarəsi 2010-cu il tarixdə X13 imtina verməli idi. Çünki, qanunvericiliyin tələbi ilə, Abşeron RİH başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamı ilə, X13 ayrılmış torpaq sahəsində yerləşən yaşayış evi üzərində 2004-cü il tarixdə mülkiyyət hüququ qeydiyyata alınmış, alqı-satqı predmeti olmuş və onun mülkiyyət hüququ 2004-cü il tarixdə qeydiyyata alınmışdır. Buna görə də, 4 saylı Abşeron Ərazi İdarəsinin qanunsuz əməlindən bir neçə yerə şikayətlər etmişdir. Olunan şikayətlər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə araşdırılması üçün göndərilmiş, lakin Reyestr Xidməti araşdırma aparmamışdır. Çox təəssüflər olsun ki, araşdırma aparan Reyestr Xidməti 4 saylı Abşeron Ərazi İdarəsinin qanunsuz əməllərini aradan qa ldırmaq əvəzinə, kobud səhvə yol vermişdir. Xidmətin ona ünvanladığı 15 mart 2021-ci il tarixli, **********36 saylı məktubundan açıq aydın görünür ki, heç bir araşdırılma aparılmamış, sadəcə olaraq Xidmət 4 saylı Abşeron Ərazi İdarəsinin qanunsuz əməlini örtbasdır etmişdir. Cavabdeh 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 13 oktyabr 2010-cu il tarixli **********84-10301 reyestr nömrəli çıxarış qanunsuzdur və etibarsız hesab olunmalıdır. Görünən odur ki, 15 mart 2010-cu il tarixdə həmin sərəncamla başqa ərazidə yerləşən torpaq sahəsini qeyri-qanuni sənədləşdiriblər.

7. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0.10 ha (faktiki 0.0624 ha) torpaq sahəsi üzərində hüquqla rın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 08 dekabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı, müraciət üzrə əlavə edilmiş və arxiv əsaslarında mövcud olan sənədlərdən göründüyü kimi, Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 31548 reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 0.10 ha torpaq sahəsinin Abşeron RİH Başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamından çıxarışla X13 ayrılmışdır. Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarının 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatların dövlət reyestrində saxlanılan məlumatl ara uyğunluğunun yoxlanılması təmin edilmiş, yuxarıda göstərilən Abşeron RİH Başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamından çıxarışla X13 ayrılmış 0,10 ha torpaq sahəsi üzərində vahid əmlak qismində 13 oktyabr 2010-cu il tarixli **********84-10301 reyestr nömrəli çıxarışla mülkiyyət hüququnun artıq bir dəfə rəsmiləşdirildiyi aşkar edilmişdir. Bundan sonra X21 tərəfindən xx.xx.2010-cu il tarixində 4Ə/1047 saylı Abşeron rayonu, Xırdalan şəhəri, S.Qurbanov küçəsində mülkiyyətində olan 0,10 ha torpaq sahəsi üzərində yerləşən 10 otaqlı, ümumi sahəsi 233.07 kv.m olan fərdi yaşayış evindən yalnız 0,0326 ha torpaq sahəsini və onun üzərində yerləşən 4 otaqdan ibarət ümumi sahəsi 120,41 kv.m olan Liter A-nı mülkiyyətinə verilməsi barədə alqı-satqı müqaviləsinə əsasən alıcı X17 ö zgəninkiləşdirilmişdir. Yerdə qalan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evlərini xx.xx.2010-cu il tarixli, 4Ə/1364 saylı (**********44-10301) və xx.xx.2010cu il tarixli, 4Ə/1345 saylı alqı- satqı (**********49-10301) müqaviləsinə əsasən X21 tərəfindən müvafiq olaraq X2 və X4 özgəninkiləşdirilmişdir. Bundan sonra yerdə qalan torpaq sahəsi X21 tərəfindən 14,02.2013-cü il tarixli, 4Ə/526 saylı (**********31) alqı-satqı müqaviləsi əsasında X15 özgəninkiləşdirilmişdir. Yerdə qalan 0,0166 ha torpaq sahəsi (**********02) və fərdi yaşayış evi üzərində X10 vərəsələri X18, X19, X11, X1 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixində qeydiyyata alınmışdır.

8. Sumqayıt İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(118)-702/2022 saylı qərarı ilə (hakim X23) iddia təmin edilmiş, X9 ad ına verilmiş 0.10 ha torpaq sahəsi üzərində vahid əmlak qismində 13 oktyabr 2010-cu il tarixli **********84-10301 reyestr nömrəli çıxarışın 0.0624 ha torpaq sahəsi hissəsində ləğv edilməsi qərara alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, Abşeron RİH başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamı ilə X13 ayrılmış, hazırda iddiaçının istifadəsində olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ mövcud qanunvericiliyə əsasən yaranmışdır. Abşeron RİH başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamı ilə, X14 ayrılmış Xırdalan qəsəbəsi, 22-ci məhəllədə yerləşən 0.10 ha torpaq sahəsinin 0.0624 ha hissəsi iddiaçının qanuni istifadəsində olduğu üçün X14 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması qanunsuz olmuşdur. cavabdeh inzibati orqan X9 adına qanunsuz qe ydiyyat apararaq, iddiaçının hüquqlarının qeydiyyat əsaslarına maneə yaratdığı üçün iddiaçının yuxarıda qeyd edilən hüquqları pozulmuşdur və iddia təmin edilərək, iddiaçının hüquqlarının qeydiyyatı üçün yaranmış maneə ortadan qalxmalıdır.

10. Cavabdeh və üçüncü şəxs X24 apellyasiya şikayətləri verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək “Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.0624 ha torpaq sahəsinədə dair mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini” xahiş etmişdir.

12. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

13. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-324/2023 nömrəli iş üzrə 30 noyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X8 (məruzəçi), X16 və X25) apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-702/2022 nömrəli qərarı dəyişdirilmiş, iddia təmin edilərək Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən (yaşayış sahəsi 66,8 m2, köməkçi sahəsi 38,4 m2,üç otaqdan ibarət olan) fərdi yaşayış evinin yerləşdiyi 0.0624 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadi yyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə üzərinə qoyulmuşdur.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində olan hüquq da əvvəlki mülkiyyətçiyə məxsus olan həcmdə yeni mülkiyyətçiyə keçdiyindən və daşınmaz əmlakın alqı-satqısına dar notarial qaydada təsdiq edilmiş müqavilə daşınmaz əmlaka dair mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etdiyindən, indiki halda iddiaçının sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Həmçinin, sözügedən torpaq sahəsi iddiaçının qanuni sahibliyinə verildiyi vaxtdan hazıradək onun faktiki istifadəsindədir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən əksinə iddiaçıya mülki yyət hüququ əsasında məxsus olan əmlaka dair hissədə X10 adına mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Belə olan halda isə cavabdeh inzibati orqanın X10 adına 0,10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması halına istinad etməklə, iddiaçının mövcud mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etməsi qanunvericiliyin tələbinə zidd olmuşdur.

15. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Şikayətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 9.1.2-ci maddələrinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsa ssızdır.

17. Qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə 0.0624 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyini Ərazi İdarəsinin üzərinə qoymaqla məhkəmə kollegiyası maddi hüquq normasının pozulmasına yol vermişdir. Belə ki, Abşeron RİH başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamından çıxarışla X13 ayrılmış 0.10 ha torpaq sahəsi üzərində vahid əmlak qismində 13 oktyabr 2010-cu il tarixli **********84-10301 reyestr nömrəli çıxarışla mülkiyyət hüququnun artıq bir dəfə rəsmiləşdirildiyi aşkar edilmişdir. Bundan sonra X21 tərəfindən xx.xx.2010-cu il tarixində 4Ə/1047 saylı Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsində mülkiyyətində olan 0,10 ha torpaq sahəsi üzərində yerləşən 1 0 otaqlı, ümumi sahəsi 233.07 kv.m olan fərdi yaşayış evindən yalnız 0,0326 ha torpaq sahəsini və onun üzərində yerləşən 4 otaqdan ibarət ümumi sahəsi 120,41 kv.m olan Liter A-nı mülkiyyətinə verilməsi barədə alqı-satqı müqaviləsinə əsasən alıcı X17 özgəninkiləşdirilmişdir. Yerdə qalan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evlərini xx.xx.2010-cu il tarixli, 4Ə/1364 saylı (**********44-10301) və xx.xx.2010-cu il tarixli, 4Ə/1345 saylı alqı-satqı (**********49-10301) müqaviləsinə əsasən X21 tərəfindən müvafiq olaraq X2 və X4 özgəninkiləşdirilmişdir. Bundan sonra yerdə qalan torpaq sahəsi X21 tərəfindən xx.xx.2013-cü il tarixli, 4Ə/526 saylı (**********31) alqı-satqı müqaviləsi əsasında X15 özgəninkiləşdirilmişdir. Yerdə qalan 0,0166 ha torpaq sahəsi (**********02) və fərdi yaşayış evi üzərində X10 vərəsələri X18, X19, X11, X1 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixində qeydiyyata alınmışdır, sadalanan həmin çıxarışlar hazırda qüvvədədir və ləğv edilməmişdir. Deməli 0.10 ha torpaq sahəsinə, o cümlədən 0.0624 ha torpaq sahəsinə mülkiyyət hüquqları artıq dövlət qeydiyyatına alındığına görə, iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün olmayacaq. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-ar vadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;

21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 6

7. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır....

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə

88. Daşınmaz əmlaka dair əqdlərin bağlanm ası ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri

1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir....

3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istif adə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsini n dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanu na əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23. “İnzibati icraat haqqında” Az ərbaycan Respublikasının Qanunu: Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı i şə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəm ə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələn dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. X33 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin "Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya məxsus torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun təsdiq edilməsi ilə b ağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirilməsi ilə də razılaşır.

29. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

30. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilir ki, hazırkı torpaq s ahəsi artıq başqa şəxslərin adına qeydə alındığından iddia tələbi əsassızdır.

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, iddiaçının iddia tələbi tam əsaslı olduğundan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin tələbi təmin etmişdir.

32. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Abşeron Rayonu İcra Hakimiyyəti başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamı ilə Xırdalan qəsəbəsi, 22-ci məhəllədə yerləşən 0.10 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün X13 ayrılmışdır. X21 ilə iddiaçı arasında 04 dekabr 2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmış və notarial qaydada təsdiq edilmiş, həmin müqaviləyə əsasən X5 qismində çıxış etməklə, ona məxsus olan Xırdalan qəsəbəsi 22-ci məhəllədə fa ktiki 624,0 kv.m torpaq sahəsində yerləşən yaşayış sahəsi 66,8 kv.m, köməkçi sahəsi 38,4 kv.m, 3 otaqdan ibarət fərdi yaşayış evi alıcı qismində İddiaçı satmış, İddiaçı isə müqavilədə qeyd edilən məbləğdə pul vəsaiti ödəməklə əmlakı satın almışdır.

33. Həmçinin, Abşeron rayonu, Xırdalan qəsəbəsi, 22-ci məhəllə küçəsində yaşayış sahəsi 66,8 kv.m, köməkçi sahəsi 38,4 kv.m, 3 otaqdan ibarət fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququ Abşeron rayonu, 1 saylı Notariusun 04 dekabr 2004-cü il tarixli 4Ə-1435 saylı alqı-satqı müqaviləsinə əsasən qeydə alınmış, həmin fərdi yaşayış evinə dair texniki pasport, tikilinin və torpaq sahəsinin planı tərtib edilmiş, həmin sənədlərdə də fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsünün 624 kv.m olduğu qeyd edilmişdir.

34. Beləliklə, məhkəmə kollegiyası yuxarıdakılara əsaslanaraq qeyd edir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində olan hüquq da əvvəlki mülkiyyətçiyə məxsus olan həcmdə yeni mülkiyyətçiyə keçdiyindən və daşınmaz əmlakın alqı-satqısına dar notarial qaydada təsdiq edilmiş müqavilə daşınmaz əmlaka dair mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etdiyindən, indiki halda iddiaçının sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır.

35. Eyni zamanda iş materialları ilə mübahisəli torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verildiyi vaxtdan hazıradək onun faktiki istifadəsində olduğu müəyyən edilir. Bütün bu hallar iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan əmlaka dair hissədə X10 adına mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı hərəkətləri qanunsuz olması barədə nətic əyə gəlməyə imkan vermir.

36. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın X10 adına olan torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması halına istinad etməklə, iddiaçının mövcud mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etməsi qanunvericiliyin tələbinə zidd olmuşdur.

37. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

38. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə ə sasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-324/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar