Məhkəmə qərarları › İş №2-1(102)-1004/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1004/2019

24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1004/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1004/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı, vəkili Vəkil iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı öhdəliyin icrası tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2656/2018 saylı qərarından İddiaçı və onu n vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xxxx 1994-cü il tarixli, 630 saylı sərəncamı əsasında ayrılmış DİN-nin Baş X4 İdarəsinin diaqnostika mərkəzi binasının yaxınlığında Binəqədi-Xırdalan şossesi kənarında 24 kvm torpaq sahəsinin kordinatları və miqyasının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, X2 qarşı “hüquqların həyata keçirilməsinə mane olan halların aradan qaldırılması, özbaşı na tutulmuş torpaq sahəsindən çıxarlması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət edərək, Binəqədi rayon icra Hakimiyyəti Başçısının xxxx 1994-cü il tarixli 630 saylı sərəncamı əsasında ayrılmış Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsinin diaqonostika mərkəzi binasının yaxınlığında Binəqədi-Xırdalan şosesi kənarında 24 kv.metr torpaq sahəsi ilə əlaqədar hüquqlarını həyata keçirməsinə mane olan halların aradan qaldırılmasına, özbaşına torpaq sahəsini tutan cavabdehin tutduğu torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbinə Binəqədi rayon məhkəməsində baxılaraq, məhkəmənin xxxx 2015-ci il tarixli, 2(001)4623/2015 saylı qətnaməsi ilə iddia təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xxxx 2016-cı il tarixli, 2(103)-776/2016 saylı qətnaməsi ilə cavabdehin verdiyi apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə, verdiyi iddia tələbi təmin olunmamışdır. İşdə olan xxxx 2009-cu ildə qeydiyyata alınmış MN seriyalı ******* saylı çıxarışdan görünür ki, cavabden Kamil Fərzəliyevin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 5750 kv metr torpaq sahəsi vardır. Tikili xüsusi mülkiyyətində olsa da torpaq sahəsi cavabdehin mülkiyyətində deyil, istifadəsindədir. Tikilinin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsinə dair isə işdə hər hansı bir sənəd yoxdur. xxxx 2009-cu ildə tərtib edilmiş texniki pasportda isə bina, qurğular və boş ərazinin 6521,6 kv. metr olması göstərilmişdir. Qeyriyaşayış sahəsinə da ir xxxx 2009-cu il qeydiyyat tarixli MH seriyalı ******* saylı Çıxarış veriləndə xxxx 2009-cu ildə tərtib edilmiş texniki pasportda qeyd edilən 6521,6 kv metr torpaq sahəsi deyil, 5750 kv. metr torpaq sahəsində qeyri-yaşayış sahəsi olması rəsmiləşdirilmişdir. İş üzrə alınmış ekspertitza rəyində isə cavabdehin hasara aldığı sahə 6521,6 kv. metr olması qeyd edilmiş, cavabdeh Kamil Fərzəliyev 5750 kv. metr torpaq sahəsindən istifadəsinə dair Çıxarış olduğu halda, faktiki 6521,6 kv. metr torpaq sahəsini hasara almış, beləliklə 771,6 kv. metr sahəni qanunsuz olaraq hasara alaraq istifadə edir, ondan da 24 kv. metr torpaq sahəsi iddiaçıya məxsusdur. Apellyasiya məhkəməsi tərəfindən təşkil edilib alınmış təkrar məhkəmə ekspertizasının rəyində də göstərilir ki, mübahisəli»24 kv. metr torpaq sahəsi X1 hasara aldığı 6521 kv. metr torpaq sahəsi daxilindədir, lakin həmin 24 kv. metr torpaq sahəsinin cizgi sxemi olsa da hasara alınmış torpaq sahəsinin hansı hissəsində olması barədə koordinat və miqyası göstərilməmişdir. Binəqədi rayon İcra Hakimiyyətinin 630 saylı sərəncamı ilə, 24 kv. metr torpaq sahəsinə aid cizgi-sxemlə, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər ərazisinin texniki inventarlaşdırma idarəsinin rəisi X1 rəsmi məktubu ilə təsdiq olunur ki, 24 kv.metr torpaq sahəsi Binəqədi-Xırdalan yolunun X4 İdarəsinin diaqnostika mərkəzinə dönən yolla kəsişdiyi yerdə yol kənarındadır. 24 kv. metr torpaq sahəsi ayrılandan bir neçə illər sonra hazırkı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti yaradılmış, həmin torpaq sahəsindən isə istifadə etməyin ə maneəçiliklər edilmiş, məhz bu səbəbdən də həmin torpaq sahəsinin qeyd edilən dövlət qurumunda qeydiyyatı aparılmamış, torpaq sahəsinin koordinatları və miqyası müəyyənləşməmişdir. Torpaq sahəsi ayrılan dövrdə isə torpaq sahəsinin koordinatları müəyyən edilmirdi, sadəcə olaraq cizgi və sxemi çəkilirdi. X1 adına qeyri-yaşayış sahəsi- Avtomobillərə Texniki Xidmət Mərkəzi barədə xxxx 2009-cu ildə tərtib olunmuş Texniki pasportda qeyri-yaşayış sahəsinin 6521 kv.metr torpaq sahəsində olması göstərilmişdir. Texniki pasportun sonuncu vərəqində olan qeyddə yazılmışdır ki, bu texniki pasportda göstərilən torpaq sahələrinin ölçülərində, bina və qurğuların texniki parametirlərində qanunvericilikdə nəzərdə tutulmuş qaydada hər hansı bir dəyişiklik edildiyi halda texniki pasportda müvafiq dəyişikli klər aparılması üçün Əmlakın Texniki İnventarlaşdırılması Bürosuna müraciət edilməlidir. Digər tərəfdən, Çıxarış veriləndə orda qeyd edilən 0,575 ha. (5750 kv. metr) torpaq sahəsinə aid sənəd olmuşdur, belə bir sənəd olmadan çıxarışa texniki pasportda göstərilən 6521.6 kv. metr torpaq sahəsi əvəzinə 5750 kv. metr torpaq sahəsi, yəni 771,6 kv. metr az göstərilməsi qeyri-mümkündür. Vəkil qurumunun rəsmi sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin verdiyi xxxx 2017-ci il tarixli ******* 44014 saylı məktubunda da qeyd edilmişdir ki, X1 məxsus ünvan ünvanda yerləşən əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi 0,5750 ha təşkil edir. X1 hasara aldığı torpaq sahəsinin hüdudu Çıxarışla onun ist ifadəsinə verilmiş torpaq sahəsindən 771,6 kv.metr artıqdır, ondan da 24 kv.metri iddiaçıya məxsusdur. İddiaçı Binəqədi rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, sərəncamla ayrılmış 24.kv.metr torpaq sahəsinin yerləşdiyi ərazinin həmin sahənin miqyas və koordinatları göstərilməklə rayon icra Hakimiyyətinin əlaqədar səlahiyyətli şəxsləri tərəfindən müəyyən edilməsinə göstəriş verilməsini xahiş etmiş, Binəqədi rayon icra Hakimiyyəti ərizəsinə baxaraq ərizənin təmin edilməsindən imtina barədə ona xxxx 2017-ci 1 tarixli, ***** saylı məktubla heç bir əsas və səbəb olmadan koordinatların və miqyasın müəyyən edilməsindən imtina etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)-2818/2018 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir (hakim - Ş.Məmmədo va). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2656/2018 saylı qərarı ilə (sədrlik edən A.B.Nuriyeva, hakimlər V.M.Ağayev və C.A.Yusifov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq no rmalarının pozuntusuna yol verilmiş, mübahisəli torpaq sahəsi Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xxxx 1994-cü il tarixli, 630 saylı sərəncamı əsasında ayrılmış, həmin dövrdə ayrılan torpaq sahəsinin koordinatları və miqyası müəyyən edilmirdi, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 630 saylı sərəncamı ilə 24kv.m torpaq sahəsinə aidcizgi-sxemlə, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhərərazisinin texniki inventarlaşdırma idarəsinin rəisi P.Əliyevin rəsmi məktubu ilə təsdiq olunur ki, 24 kv.m torpaq sahəsi Binəqədi-Xırdalan yolunun Dövlət YolPolisi İdarəsinin diaqnostikamərkəzinə dönən yolla kəsişdiyi yerdə yol kənarındadır, Kamil Fərzəliyevin mülkiyyətinə verilmiş qeyri-yaşayış sahəsinin texniki pasportunda torpaq sahəsinin sxemində də BinəqədiXırdal an yolundan Diaqnostika mərkəzinə dönən yol açıq-aydın göstərilmiş, 24 kv.m torpaq sahəsi ayrılandan bir neçə illər sonra hazırkı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti yaradılmış, həmin torpaq sahəsindən isə iddia tələbində qeyd edildiyi kimi istifadə etməyə maneəçiliklər edilmiş, məhz bu səbəbdən də həmin torpaq sahəsinin koordinatları və miqyası müəyyənləşməmiş, torpaq sahəsi ayrılan dövrdə isətorpaq sahəsinin koordinatları müəyyən edilmirdi, sadəcə olaraq cizgi və sxemi çəkilirdi, qeyd edilən torpaq sahəsi Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xxxx 1994-cü il tarixli, 630 saylı sərəncamı əsasında ayrıldığından, İH-nin müvafiq strukturları (Memarlıq və şəhərsalma, torpaq məsələləri ilə məşğul olan) zərurət olarsa mütəxəssislər dəvət edib ayrılan torpaq sahəsinin koordi natları və miqyasını müəyyən etməlidir. Tərəflərin izahatları İddiaçı və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh Binəqədi rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dai r işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, İddiaçı, vəkili Həsənov Rəsul Əsraf oğlunun izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqt isadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2656/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının “Kommersiya fəaliyyəti ilə məşğul olan X1 köşklə birlikdə avtobus dayanacağı tikməyə icazə verilməsi haqqında” xxxx 1994-cü il tarixli, 630 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin diaqnostika mərkəzi binasının yaxınlığında təsdiq edilib əlavə olunmuş cizgi əsasında müasir memarlıq üslubunda avtobus dayanacağı və ticarət köşkünün tikilməsinə X1 icazə verilmiş, X1 xxxx 2000-ci il tarixdə vəfat etmiş, Ə.Muradovun vərəsəsi İddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş, Binəqədi ray on İcra Hakimiyyəti iddiaçının müraciətinə xxxx 2017-ci il tarixli imtina cavabında onun qaldırdığı məsələ ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin xxxx 2016-cı il tarixli, 2(103)-776/2016 saylı qətnaməsi qüvvədə olduğundan, Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı bir müdaxilənin qanuna zidd olduğu göstərilmişdir. İş materiallarından həmçinin müəyyən edilmişdir ki, Binəqədi rayon məhkəməsinin 2(001)-4623/2015 nömrəli, xxxx 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilmiş, cavabdeh X1 faktiki sahibliyində olmaqla "xxxx" MMC-nin icarə hüququ əsasında istifadəsində olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 idarəsinin diaqnostika mərkəzi binasının yaxınlığında yerləşən, faktiki hasar daxili 6521.6 kv.m. torpaq sahəsinin daxilində yerləşən, iddiaçın ın mərhum atasının sahibliyinə və istifadəsinə verilən 24 kv.m. torpaq sahəsinin 16.3 kv.metr hissəsindən X1 çıxarılması və iddiaçının həmin torpaq sahəsi ilə əlaqədar hüquqlarını həyata keçirməsinə mane olan halların aradan qaldırılması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-776/2016 saaylı, xxxx 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən, cavabdeh X1 apellyasiya şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin xxxx 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı iddia tələbi təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1551/2017 saylı, xxxx 2017-ci il tarixli qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçı hazırkı tələbini Cavabdeh Başçısının “Kommersiya fəaliyyəti ilə məşğul olan X1 köşklə birlikdə avtobus dayanacağı tikməyə icazə verilməsi haqqında” xxxx 1994-cü il tarixli, 630 saylı sərəncamına və Binəqədi rayon İcra Hakimiyyəti Başçısının təsdiq etdiyi Cizgiyə istinad edərək əsaslandırmış, iddiaçı apelyasiya şikayətində torpaq sahəsi ayrılan dövrdə torpaq sahəsinin koordinatları və miqyasının müəyyən edilməməsini, sadəcə olaraq cizgi və sxeminin çəkilməsini qeyd etsə də, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının təsdiq etdiyi cizgidə İddiaçı X1 deyil, “Təmas” kiçik müəssisəsinə təklif olunan Avtobus dayanacağı və köşk yeri göstərilmiş, həmçinin həmin cizgidə “Təmas” kiçik müəssisəsinə Avtobus dayanacağı və köşk ye ri üçün nəzərdə tutulan torpaq sahəsinin hansı Sərəncam əsasında ayrıldığı göstərilməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Prezidentinin xxxx 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.4.-cü bəndinə əsasən Yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar. Həmin Əsasnamənin 3-cü bəndində yerli icra hakimiyyəti başçısı nın vəzifələri sadalanmışdır. Həmin bənddə yerli icra hakimiyyətinin torpaq sahəsinin koordinatlarının və miqyasının müəyyən edilməsinə dair hər hansı vəzifəsi nəzərdə tutulmamışdır. Torpaq ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (nömrə 254-Xİİ, xxxx 1991-ci ildə qəbul edilmiş) 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları sovetlərinin qərarı ilə yerquqruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. Məcəllənin 32-ci maddəsinin 4, 7, 8-ci hissələrinə əsasən torpaq sahəsinə və ya onun bir hissəsinə mülkiyyət, sahiblik və istifadə hüquqlar ına bu torpaqları vermiş rayon, şəhər xalq deputatları Sovetləri torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, respublika qanunvericiliyi və torpaq icarəsi (Müqavilələri ilə müəyyən edilmiş torpaq vergisi və ya icarə haqqı üzürlü səbəb olmadan 2 il dalbadal ödənilmədikdə, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən bir il ərzində və qeyri-kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal iki il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə, dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün torpaq sahələrinin geri alınması zəruri olduqda xitam verilir. İddiaçının torpaqdan istifadə hüquqlarına rəsmi qaydada cavabdeh tərəfindən xitam verilməsə də, iş materialları ilə konkret məqsədlər üçün ayılmış torpaq sahəsindən bu müddət ərzində iddiaçı və y axud mərhum Ə.H.Muradov tərəfindən hər hansı üzrlü səbəb olmadan istifadə edilmədiyi müəyyən edilir, hazırda isə işdəki ekspert rəyinə əsasən 24 kv.m torpaq sahəsinin 16.3 kv.m, "xxxx" MMC-nin faktiki hasarı daxilində, 7.7 kv.m hissəsinin isə yolkənarı piyada səkisində yerləşdiyi qeyd edilmişdir. Məcəllənin 99-cu maddəsinə əsasən yer quruluşu torpaq münasibətlərinin nizamlanması və torpaq ehtiyatlarından istifadə məsələlərinin həll edilməsi üzrə hüquqi, iqtisadi və texniki tədbirlər sistemini özündə birləşdirir. Yer quruluşu xalq təsərrüfatının bütün sahələrində torpaqlardan elmi surətdə əsaslandırılmış səmərəli istifadənin təşkilinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların m ühafizəsinə yönəldilir. Həmin Məcəllənin 100-cü maddəsinə əsasən yer quruluşu tədbirləri aşağıdakıları nəzərdə tutur; 1) respublika və zona proqnozlaşdırma sxeminin, torpaqların yaxşılaşdırılması proqnozlarının eləcə də yer quruluşu sxemlərinin hazırlanmasını; 2) inzibati ərazi qurumları sərhədlərinin, yerdə (naturada) müəyyən edilməsini; 3) torpaqların yerləşdirilməsində mövcud uyğunsuzluqlar, narahatlıqlar aradan qaldırılmaqla, yeni torpaq mülkiyyətçilərinin, sahiblərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) torpaq sahələri ayrılması, torpaq üzərində mülkiyyət, torpağa sahiblik və ondan istifadə hüququnu təsdiq edən dövlət sənədlərinin (aktlarının) hazırlanmasını; 4) təsərrüfatararası və təsərrüfatdaxili yer quruluşu layihələrinin və torpaqlardan, istifadə, onların mühafizəsi ilə əlaqədar digər layihələrin hazırlanmasını; 5) xüsusi təbiəti mühafizə, istirahət və qoruq rejimləri olan ərazilərin ayrılmasının və sərhədlərinin müəyyən edilməsinin əsaslandırılmasını; 6) şəhər, qəsəbə və kənd yaşayış məntəqələri, hüdudlarının müəyyən edilməsini və dəyişdirilməsini; 7) yer quruluşu layihələrinin həyata keçirilməsinə müəllif nəzarətini; 8) topoqrafiya-geodeziya, kartoqrafiya, torpaq, geobotanika və başqa müayinələr və axtarışlar aparılmasını. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçı, apellyasiya şikayətində torpaq sahəsi ayrılan dövrdə torpaq sahəsinin k oordinatları və miqyasının müəyyən edilmədiyini, sadəcə olaraq cizgi və sxeminin çəkildiyini qeyd etsə də, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının təsdiq etdiyi cizgidə İddiaçı Əşad oğluna deyil, “Təmas” kiçik müəssisəsinə təklif olunan Avtobus dayanacağı və köşkün yerinin göstərildiyini, cizgidə “Təmas” kiçik müəssisəsinə Avtobus dayanacağı və köşk yeri üçün nəzərdə tutulan torpaq sahəsinin isə məhz hansı Sərəncam əsasında ayrılmasının göstərilmədiyini, həmçinin iddiaçı və onun mərhum atası tərəfindən həmin torpaq sahəsindən 20 ildən artıq müddət ərzində hər hansı üzrlü səbəb olmadan istifadə edilmədiyini, müasir avtodayanacaq və köşkün tikilmədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci madd əsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2656/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tar ixli, 2-1(103)-2656/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar