Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1004/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlə yaşa görə əmək pensiyası təyinatı, yeni açılmış hallarla bağlı ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı X1 (25.05.1957-ci il təvəllüdlü; FİN: 1RKCEFX) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2-1(103)-684/2022 nömrəli qərardadından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun 1 4 oktyabr 1992-ci il tarixdən hal-hazıradək 28 May NQÇİ-də dənizdə işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, 25 may 2007-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli, 2-1(82)4062/2017 nömrəli qərarına əsas ən iddia təmin edilərək, X1 28 May NQÇİ-də dənizdə işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.
3. Qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, həmin qərarının ləğv edilməsi xahiş edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 oktyabr 2017ci il tarixli, 2-1( 103)-2491/2017 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli, 2-1(82)4062/2017 nömrəli tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
5. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 fevral 2018-ci il tarixli, 2-1(102)-428/2018 nömrəli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 oktyabr 2017-ci il tarixli, 2-1(103)-2491/2017 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Daha sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi məhkəmənin 05 sentyabr 2017-ci il tarixli, 2-1(82)-4062/2017 nömrəli qərarını cavabdehə göndərərək onun icrası barədə 10 may 2018-ci il tarixədək məhkəməyə məlumat verilməsini xahiş etmişdir.
7. Cavabdehin 25 aprel 2018-ci il tarixli, 15/1946 nömrəli məktubuna əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli, 2-1(82)-4062/2017 nömrəli qərarı icra edilərək iddiaçıya hüququ yarandığı tarixdən əmək pensiyası təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat 8. 10 fevral 2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizə verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli, 2-1(82)-4062/2017 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarl a bağlı icraatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
9. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarlarına əsasən 14 oktyabr 1992-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi 26 avqust 2017-ci il tarixədək 28 May NQÇİ-də kompressor qurğusunun, turbin və kompressor avadanlıqların maşinisti, qazın yığılması, hazırlanması, nəqli və kompressor stansiyalarında növbə rəisi vəzifələrində işlədiyi müddət nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı barədə qərar qəbul edilmişdir. Lakin hər üç instansiya məhkəməsində vətəndaşın istinad edilən iş yerindən onun xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələrdə çalışması barədə arayışın alınması təmin edilməmiş və ya tələb edilməmiş, ağır və zərərli işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, onun dəniz şəraitində işlədiyi barədə əsaslar olmadan iddia tələbi təmin edilmişdir. Beləliklə, fondun Nizami rayon şöbəsi tərəfindən məhkəmə qərarları əsasında iddiaçıya pensiyanın təyin edilməsi, yenidən hesablanması və 1 yanvar 2020-ci il tarixədək ödənilməsi nəticəsində dövlət büdcəsi hesabına külli miqdarda əsassız vəsait ödənilmişdir. İddiaçının müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymətin verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq materi allar Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Daxil olmuş məlumat əsasında cinayət işi açılaraq istintaqı aparılır.
10. Bakı İnzibati Məhkəməsinin 1 iyul 2021-ci il tarixli, 2-1(82)-4062/2017 nömrəli qərardadı (hakim F.İ.Mədətli) ilə ərizə təmin edilmiş, iddiaçının 28 May NQÇİ-də dənizdə işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə F ondunun Bakı şəhəri Nizami rayon Şöbəsinə həvalə edilməsi barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli, 2-1(82)-4062/2017 nömrəli qərarı ləğv edilmiş, məhkəmə qərarının icrası dayandırılmış, işə mahiyyəti üzrə baxılması təzələnmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yekun məhkəmə aktları əsasında iddiaçının 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün yaş və staj ilə bağlı şərtlərinin ödənilməsi, həmçinin, onun güzəştli pensiya hüququna imkan verən peşədə işlədiyi göstərilsə belə, cavabdeh tərəfindən təqdim olunmuş ərizə əsasında aparılmış məhkəmə icraatı zamanı iddiaçının 12.12.1977-ci il tarixdən 24.08.1992-ci il tarixədək, 14.10.1992-ci il tarixdən qərar çıxarılan tarixədək 28 May NQÇİ-də işlədiyi vəzif ələrin Azərbaycan Respublikası Nazirlər Kabineti 320 nömrəli, 21.06.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısına uyğunluğunun müəyyən edilməsi ilə bağlı yenidən araşdırmanın aparılması üçün kifayət qədər əhəmiyyətli hallar və əsaslar mövcuddur.
12. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2- 1(103)-684/2022 nömrəli qərardadı (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və C.A.Yusifov) ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş “yeni açılmış hallar üzrə icraatın təzələnməsi” barədə ərizə mümkün sayılmamışdır.
14. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunarkən bunun üçün qanunla müəyyən edilmiş şərtlərin ödənilib-ödənilməməsi məsələsi məhkəmələr tərəfindən yoxlanılmış və iddiaçının işlədiyi peşələrin ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 32 0 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na istinad edilmişdir. Cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin əsası kimi istinad etdiyi haldan (güzəştli arayışın olmamasından) ən geci 1 yanvar 2020-ci il tarixdə məlumatı olmuş, belə ki, cavabdeh 10 fevral 2021-ci il tarixli ərizəsində də qeyd etmişdi ki, iddiaçıya 1 yanvar 2020-ci il tarixədək pensiyanın ödənilməsi nəticəsində plastik kart hesabına dövlət büdcəsi hesabına külli miqdarda əsassız vəsait ödənildiyi məlum olmuşdur. Bundan sonra iddiaçıya pensiya ödənişi 1 yanvar 2020- ci il tarixdən dayandırılmışdır. Cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsi əsası kimi istinad etdiyi halın ona 1 yanvar 2020-ci il tarixdə, yəni hazırki ərizəni 10 fevral 2021-ci il tarixdə verdiyi gündən bir ildən də çox müddət əvvəlcədən məlum olduğu müəyyən olunur. Cavabdeh inzibati orqanın yeni açılmış hallar üzrə icraatın təzələnməsi əsası kimi istinad etdiyi hal barədə məlumatının olduğu 1 yanvar 2020-ci il tarixdən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən 3 aydan çox müddət keçdikdən sonra ərizə ilə məhkəməyə müraciət etmişdir, bu da ərizə üzrə icraatın təzələnməsini qeyri-mümkün edir. Cavabdehin ərizəsində qeyd etdiyi “X1 müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymətin verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq materialların Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi və daxil olmuş materiallar əsasında istintaq idarəsində cinayət işi açılaraq istintaqın aparılması” barədə dəlili qanuni qüvvədə olan məhkəmə qərarının yeni açılmış hal üzrə icraat qaydasında ləğv edilməsi üçün əsas yaratmır.
15. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Ərizəçi hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin İcrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə b axan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra İddianın i mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Yəni inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğu nun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia üm umi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, İddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Mümkünlük şərtlərini nəzərdə tutan normalar yalnız iddialar üzrə tətbiq edilməklə cavabdeh inzibati orqana qarşı iddianın mümkünlük şərtlərini yoxlayır. Hazırki mübahisə isə yeni açılmış hallara dair ərizədir. Eyni zamanda qanunda müddətin ötürülməsinin nəzərdə tutulmaması mümkün hüquq müdafiə vasitələrindən istifadəni məhdudlaşdıran qərarın qəbul edilməsi yol verilməz hesab olunmalıdır. b) Kassasi ya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə müba hisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 104.2. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Maddə 106.1. Məhkə mə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. İPM-in 100-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.
23. Yeni sübutlar və hallar dedikdə, başa çatmış icraat zamanı təqdim edilməmiş və araşdırılmamış sübut və hallar nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, istinad edilən sübut və hallar inzibati məhkəmə icraatının aparıldığı dövrdə mövcud olmalı və obyektiv maneələr səbəbindən məhkəməyə təqdim olunmamalıdır.
24. Ərizəçinin ərizədə göstərdiyi halların iş üzrə icraat başa çatdıqdan sonra aşkar edilən yeni hal kimi qəbul edilməsi mümkünsüzdür.
25. Göründüyü kimi, ərizədə mübahisə ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra yeni sübutların və ya halların aşkar olunmasına istinad edilməmiş və hər hansı sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığını bildirməmişdir. Ərizədə əvvəllər işdə olmuş sübutlara istinad olunaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun olmadığı bildirilmişdir.
26. Ərizəçinin istinad etdiyi – iddiaçının müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymətin verilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq materialların Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi, cinayət işinin açılması və istintaqının aparılması ilə bağlı halın da, iddiaçı barəsində qanuni qüvvəsini almış məhkəmənin ittiham hökmü mövcud olmadığı halda, yeni aç ılmış hal kimi qəbul edilməsi mümkünsüzdür.
27. Göründüyü kimi, ərizəçinin istinad etdiyi hallar məhkəmə tədqiqatının obyektlərini təşkil edən hallar olmuşdur ki, bütün bunlara da 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 5 sentyabr 2017-ci il tarixdə qəbul etdiyi yekun məhkəmə qərarında qiymət verilmişdir.
28. Həmin qərarın qüvvəyə mindiyi vaxtdan (28 fevral 2018-ci il) cavabdehin yeni açılmış hallara dair ərizə ilə məhkəməyə müraciət edən tarixə (10 fevral 2021-ci il) qədər isə 3 ilə yaxın bir müddət keçmişdir.
29. İPM-in 103.1-ci maddəsinin tələbindən göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər.
30. Göründüyü k imi, İPM-in 100 və 103.1-ci maddəsinin tələbləri baxımından, cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin məhkəmə icraatının mümkün sayılması üçün əsaslar müəyyən edilmir.
31. Cavabdeh yeni açılmış halla bağlı ərizəsində qeyd etdiyi məlumatın sonradan aşkar olunması və həmin məlumatın ondan asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması ilə bağlı hər hansı əsaslandırma verməmişdir.
32. Cavabdehin ərizəsində istinad etdiyi hallar əvvəllər də işə baxan məhkəməyə məlum olmuşdur.
33. İPM-in 106.3-cü maddəsinə əsasən, icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.
34. Cavabdeh mübahisə ilə b ağlı iş üzrə icraatın təzələnməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş hər hansı sübut təqdim etməmişdir. Cavabdeh icraatın təzələnməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcudluğunu sübut edə bilmədiyindən ərizə təmin edilə bilməz.
35. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından şikayətin dəlilləri əsaslı olmamışdır.
36. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
37. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 21(103)-684/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.