Məhkəmə qərarları › İş №2-1(102)-1004/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1004/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1004/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 30 noyabr 2023-cü il tarixli, 21(103)-3479/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1958-ci il tarixdə doğulmuş iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müxtəlif idarə, müəssisə və təşkilatlarda, o cümlədən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsində (baş məsləhətçi vəzifəsində) işləmişdir. 2. “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilmə si ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 01 may tarixli, 1358 nömrəli Fərmanına əsasən, iddiaçının vəzifə maaşına xx.xx.2017-ci il tarixdən əlavə ödənilmişdir.

3. İddiaçıya xx.xx.2023-cü il tarixdən hesablanmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci və 20.11.2-ci maddələrinə əsasən 29 il 10 ay 1 gün dövlət qulluğu stajına uyğun olaraq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.

4. İddiaçıya pensiya təyin edilərkən yuxarıda istinad olunan Fərmana əsasən ona ödənilmiş vəzifə maaşına əlavə nəzərə alınmamışdır.

5. İddiaçı cavabdehə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.30-cu maddəsi qüvvəyə mindiyi günədək vəzifə maaşına verilmiş əlavə (büdcədənkən ar vəsait) nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.

6. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının müraciətinin təmin edilməsindən imtina olunduğunu bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.30-cu maddəsinə uyğun olaraq əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına ödənilən əlavələr nəzərə alınmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.30-cu maddəsi qüvvəyə mindiyi günədək vəzifə maaşına v erilən əlavə (büdcədənkənar vəsait) də nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona yaşa görə əmək pensiyası təyin edilərkən həmin vaxt 29 il 10 ay 1 gün dövlət qulluqçusu kimi fəaliyyət göstərməsinə baxmayaraq, “Əmək pensiyaları haqqında” Qanuna 20.30-cu maddə əlavə edildiyinə görə vəzifə maaşına verilən əlavə (büdcədənkənar vəsait) ümumiyyətlə nəzərə alınmamışdır. Vəzifə maaşına verilən bu əlavə (büdcədənkənar vəsait) Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 01 may tarixli, 1358 nömrəli Fərmanına əsasən (Prezident Administrasiyasında işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə) verilmişdir. Aylıq vəzifə m aaşına əlavədən qanunvericiliyə uyğun olaraq gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Həmçinin Fərmanda ödənilən aylıq vəzifə maaşına əlavənin “Dövlət qulluğu haqqında” Qanunun 22.2-ci maddəsində nəzərdə tutulan dövlət məvacibinə aid edilməsi göstərilmişdir. Vəzifə maaşına bu əlavə ona xx.xx.2017-ci ildən xx.xx.2019-cu il tarixinədək verilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsi xx.xx.2019-cu il tarixdən qüvvədədir. Qeyd olunan maddə qüvvəyə minənədək, “Əmək pensiyaları haqqında” Qanunda göstərilmişdir ki, qulluq stajına görə əmək pensiyasına əlavələr “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Qanun qüvvəyə minənədək qanunvericilik, icra və məhk əmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş əmək pensiyaçılarına təyin edilir. Göründüyü kimi, cavabdeh pensiyanı hesablayarkən onu, digər dövlət qulluqçuları ilə qeyri-bərabər vəziyyətə salaraq, qanun qüvvəyə mindiyi günədək vəzifə maaşına verilən əlavəni hesablamamışdır. Hesab edir ki, işlədiyi dövrdə vəzifə maaşına verilən əlavə (büdcədənkənar vəsait) qanun qüvvəyə mindiyi günədək (xx.xx.2019-cu il) nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanmalıdır.

9. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən, bəzi gəlir növləri istisna olunmaqla məcburi dövlət sosial sığorta haqları əmək ö dənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır. İstisna olunmuş bu gəlirlərə ezamiyyə xərcləri, əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri, aliment, tələbələrə, doktorantlara və magistrlərə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd, məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri, dövlət büdcəsinin vəsaiti hesabına verilən dövlət təqaüdləri və dövlət müavinətləri və s. daxildir. Göründüyü kimi, bu gəlirlərin bir qismi birbaşa sığortaolunanın gəlirləri olmayıb, ü çüncü tərəfə sığortaolunan vasitəsilə ödənilən məbləğləri əks etdirir, məsələn ezamiyyə xərci. Belə ki, işəgötürən (sığortaedən) öz işçisini (sığortaolunan) müəssisənin cari, zəruri fəaliyyətini təmin etmək üçün müvəqqəti olaraq başqa yerlərə, ərazilərə göndərmək zərurəti yarandıqda, onun üçün münasib iş və sosial şərait yaratmalıdır. Bu cür xərclərin qarşılanması üçün təcrübədə ezamiyyə məbləği kimi ödənişdən istifadə olunur. Başqa sözlə, işəgötürən işçisinin göndərilən ərazidə, məsələn, yaşayış sahəsi üçün həmin yaşayış sahəsinin sahibinə ödəməli olduğu vəsaiti işçisinə, o isə öz növbəsində bu vəsaiti sonuncuya çatdırır. Beləliklə, bu məbləğdən sığortaolunanın gəliri kimi məcburi dövlət sosial sığorta haqqı ödənildiyindən, yaşayış sahəsi üçün məbləğ məcburi dövlət sosial sığorta haqların dan azad edilmişdir. Əks təqdirdə, bu məbləğlərə münasibətdə iki dəfə məcburi dövlət sosial sığorta haqqı ödənişi həyata keçirilməli olardı. Məcburi dövlət sosial sığorta haqlarından azad edilmiş digər bir qrup ödəniş isə sosial müdafiə alətləri olan aliment, təqaüd, müavinət, təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar, eləcə də müəssisənin ləğvi, işçilərinin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən ödənilən birdəfəlik ödəmələr və s. təşkil edir. Bu məbləğlər minimal sosial-maddi ehtiyacların qarşılanması, eləcə də təbii və fövqəladə risklərlə qarşı-qarşıya qalmış vətəndaşların müvəqqəti olaraq müdafiəsi məqsədini güdür və həmin məbləğlərin məcburi dövlət sosial sığorta haqqına cəlb edilməsi onların fəlsəfə si ilə ziddiyyət təşkil edir. Birincisi, məcburi dövlət sosial sığorta haqları vətəndaşların gəlirlərinə münasibətdə tətbiq edilir, bu məbləğlər isə gəlirdən daha çox sosial müdafiə alətləridir. İkincisi, bu şəxslərin bir sıra hallarda əmək müqaviləsi olmur və bu vəsaitlər əmək münasibətləri müstəvisində baş vermiş hadisəyə görə ödənilmir (məsələn, aliment, sosial müavinət və s.), dövlət sosial sığorta haqları isə əmək münasibətlərinə nəzərən tətbiq edilən məcburi ödəniş növüdür. Lakin əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər yuxarıda sadalanan xüsusiyyətlərə sahib olmadığından, həmin məbləğlərdən məcburi dövlət sosial sığorta haqları hesablanaraq ödənilməsi təmin edilir. Çünki bu məbləğlər əmək münasibətləri müstəvisində, əmək müqaviləsi əsasında şəxslərə ödənilir və bu sığortaolunanların birbaşa gəlirlərini təşkil edir. Bu baxımdan əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin məcburi dövlət sosial sığorta haqlarından azad edilməsi onun fəlsəfəsi ilə ziddiyyət təşkil edər. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.30-cu maddəsinə uyğun olaraq əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Büdcədənkənar vəsaitlər hesabına ödənilən əlavələr pensiyanın hesablanması zamanı nəzərə alınarsa, eyni təsnifatdan olub, eyni və ya oxşar vəzifədə çalışmış dövlət qulluqçularının pensiya məbləğləri arasın da əhəmiyyətli dərəcədə fərqlər yaranacaqdır. Eyni kateqoriyadan olan, dövlət və dövlətçilik qarşısında oxşar xidmətlərə sahib şəxslərə fərqli pensiya təminatının nəzərdə tutulması pensiyaçılar arasında ciddi ayrı-seçkiliyin yaranmasına səbəb olar. Həmçinin büdcədənkənar vəsaitlər hesabına ödənilən əlavələr adından da göründüyü kimi, dövlət büdcəsindən kənar mənbələr hesabına maliyyələşdirilir. Lakin, “Əmək pensiyaları haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən əmək pensiyasına bu Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdirilir. Başqa sözlə, ayrı-ayrı qurumlar tərəfindən büdcədənkənar fondlar hesabına ödənilən əlavələr əmək pensiyasının qulluq stajına görə əlavənin məbləği hesablanarkən nəzərə alınarsa, dövlət büdcəsi üçün uzunmüddət li dövrdə əhəmiyyətli məbləğdə əlavə maliyyə yükünün yaranması ilə nəticələnə bilər (çünki, qulluq stajına görə əlavəni dövlət büdcəsi maliyyələşdirir). Göstərilənlərə əsasən, büdcədənkənar vəsaitlərin əməkhaqqının, dövlət məvacibinin və vəzifə maaşının tərkibində nəzərə alınması məqsədəuyğun hesab olunmur.

10. Bakı İnzibati Məhkəməsinin (hakim: Bəhlul Cəlalov) 03 iyul 2023-cü il tarixli, 21(112)-9625/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.30-cu maddəsi qüvvəyə mindiyi günədək Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 01 may tarixli, 1358 nömrəli Fərmanına əsasən vəzifə maaşına verilən əlavə (büdcədənkənar vəsait) nəzərə alınaraq iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehin ü zərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsi qüvvəyə mindiyi günədək vəzifə maaşına verilən əlavə (büdcədənkənar vəsait) də nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını tələb edir. Cavabdeh Qanunun 20.30-cu maddəsinə istinad edərək iddiaçının əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. İddiaçı hazırda bununla razılaşmır və Qanunun 20.30-cu maddəsi qüvvəyə mindiyi günədək (xx.xx.2019-cu il) Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 01 may tarixli, 1358 nömrəli Fərmanına əsasən vəzifə maaşına verilən əlavə (büdcədənkənar vəsait) nəzərə alınaraq təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş edir. Məhkəmə aşağıda qeyd edilənlərə əs asən hesab edir ki, cavabdehin imtinası qanunsuz olmaqla iddia tələbi əsaslıdır. Belə ki, 30 noyabr 2018-ci il tarixli, 1362-VQD nömrəli Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 20.30-cu maddə əlavə edilmişdir. 1362-VQD nömrəli Qanunun 2-ci maddəsinə əsasən, əlavə edilən maddənin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minməsi nəzərdə tutulmuşdur. Əlavə edilən 20.30-cu maddəyə görə, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Məhkəmə qeyd edir ki, cavabdeh orqan iddiaçının əmək pensiyasını hesablayarkən bu normaya istinad edərək iddiaçıya verilən vəzifə maaşına əlavəni nəzərə almamaqla Qanunun normas ını səhv tətbiq etmişdir. Belə ki, 30 noyabr 2018-ci il tarixli, 1362-VQD nömrəli Qanun 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir və həmin Qanunun əvvəlki münasibətlərə şamil edilməsi barədə hər hansı qeyd nəzərdə tutulmamışdır.

12. Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017ci il 1 may tarixli Fərman imzalanmışdır. Həmin Fərmanla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidm ətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilmişdir. Həmin Qaydanın 5.2-ci bəndinə görə, əlavənin hesablanması üçün bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulan vəsait “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş məcburi dövlət sosial sığorta haqqı çıxıldıqdan sonra həmin ayda işçilər arasında bölünür. Həmin Qaydaların 6.2-ci bəndinə əsasən ödənilən mükafat və aylıq vəzifə maaşına əlavələrin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində nəzərdə tutulan dövlət məvacibinə aid edilməsi təsbit edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci ma ddəsinə görə, dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Göründüyü kimi, iddiaçıya verilən vəzifə maaşına əlavələr dövlət məvacibinin tərkibini təşkil etmiş, həmin əlavələr məcburi dövlət sosial sığorta haqlarına tabe tutulmuş, buna uyğun olaraq iddiaçıya ödənilən həmin əlavə vəsaitdən hər ay məcburi dövlət sosial sığorta haqları tutulmuşdur. Ona görə də, iddiaçının pensiyasına əlavələr hesablanarkən həmin vəsaitin nəzərə alınmaması qanunsuz və ədalətsiz bir nəticəyə gətirib çıxarmışdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı A pellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kamran Əkbərov /sədrlik edən və məruzəçi/, Mirzə Tağızadə və Rəşid Səmədov) 30 noyabr 2023cü il tarixli, 2-1(103)-3479/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 20.30 (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada). Bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. 21. 01 may 2017-ci il tarixdən qüvvəyə minmiş (2020-ci il 22 may tarixli, 1033 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ləğv edilmişdir) “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 01 may tarixli, 1358 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hesabına köçürülən vəsaitdən istifadə Qaydası” 5.

2. Əlavənin hesablanması üçün bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulan vəsait “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş məcburi dövlət sosial sığorta haqqı çıxıldıqdan sonra həmin ayda işçiləri (vakant ştat vahidləri və həmin ayda bu Qaydanın 5.7-ci bəndində nəzərdə tutulan səbəblərə görə işdə olmayan işçilər istisna olmaqla) arasında bölünür. Bu Qaydanın 5.9-cu bəndinə uyğun olaraq natamam vəzifə maaşına əlavə hesablandıqdan sonra qalıq qalan xüsusi vəsait növbəti ayda işçilər arasında bölünür. 5.4. Əlavə hər bir işçinin aylıq vəzifə maaşına və ya bu Qaydanın 5.9-cu bəndinə əsasən hesablanmış natamam vəzifə maaşına əmsal tətbiq edilməklə hesablanır. 6.1. Mükafatdan və aylıq vəzifə maaşına əlavədən gəlir vergisi və məcburi dövlət sosial sığor ta haqqı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tutulur. 6.2. Bu Qaydaya əsasən ödənilən mükafat və aylıq vəzifə maaşına əlavə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində nəzərdə tutulan dövlət məvacibinə aid edilir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutul muş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiy a instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya təyin edilmiş əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.30-cu maddəsinin qüvvəyə mindiyi günədək Azərbaycan Respublik ası Prezidentinin 2017-ci il 01 may tarixli, 1358 nömrəli Fərmanına əsasən vəzifə maaşına verilən əlavə (büdcədənkənar vəsait) nəzərə alınmaqla yenidən hesablanması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbi qi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdehin iddiaya qarşı etirazında və kassasiya şikayətində imtinanın əsası kimi istinad etdiyi dəlillər (məsələn, ayrı-ayrı qurumlar tərəfindən büdcədənkənar fondlar hesabına ödənilən əlavələr əmək pensiyasına qulluq stajına görə əlavənin məbləği hesablanarkən nəzərə alınarsa, dövlət büdcəsi üçün uzunmüddətli dövrdə əhəmiyyətli məbləğdə əlavə maliyyə yükünün yaranması ilə bağlı) şəxsin pensiya qanunvericiliyindən irəli gələn hüququnun məhdudlaşdırılmasını şərtləndirə və bunun üçün yetərli əsas sayıla bilməz. Xüsusilə nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçının həmin hüququnun təmin olunmasından məqsədəuyğunluqla bağlı mülahizələrə istinadən imti na edilməsi yolverilməzdir. Belə ki, cavabdeh yalnız diskresion səlahiyyətlərə malik olduğu təqdirdə bu və ya digər məsələyə məqsədəuyğunluq kontekstində qiymət verə və bununla bağlı qərar qəbul edə bilər. Hazırkı iş üzrə iddiaçının tələbinə münasibətdə cavabdeh diskresion səlahiyyətə malik olmadığından, bu məsələnin məqsədəuyğunluq prizmasından həlli əsaslı hesab oluna bilməz.

31. Odur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.30-cu maddəsinin qüvvəyə mindiyi günədək Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 01 may tarixli, 1358 nömrəli Fərmanına əsasən vəzifə maaşına verilən əlavə (büdcədənkənar vəsait) nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmi n tələbinin təmin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulması ilə nəticələnmişdir.

33. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdır. Bu baxımdan cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 2-1(103)-3479/2023 nömrəli qərarı dəyişdirilməd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar