Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1005/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri 21 saylı notariat kontoruna qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1005/19 Bakı şəhəri 17 aprel 2019-cu il 17.04.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı vəkili Vəkil iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 dekabr 2018-ci il tarixli, 2-1(103)-3124/2018 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Bakı şəhəri 21 saylı notariat kontoruna (bundan sonra mətndə cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası Rasimə Hacıyevadan miras qalmış ünvan 1 ünvanında yerləşən 3 otaqlı 21 saylı mənzilə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 384 saylı və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 358 nömrəli bağ sahələri ünvanlarında yerləşən torpaq sahələrinə dair onun adına vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsinin cavabdehə həvalə olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 23 oktyabr 2015-ci il tarixdə vəfat et miş anasından ona miras qalmış ünvan 1 ünvanında yerləşən 3 otaqlı 21 saylı mənzilə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 384 saylı və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 358 nömrəli bağ sahələri ünvanlarında yerləşən torpaq sahələrinə dair onun ərizəsinə əsasən qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün vərəsəlik işi açılmışdır. Lakin cavabdeh torpaq sahələri ilə bağlı heç bir notariat əməliyyatı aparmamış, mənzillə bağlı isə qeyd olunan ünvanda yerləşən əmlak üzərində məhdudiyyətin qoyulduğunu bildirmişdir. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentybar 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 6-cı maddəsini pozaraq, on a qanuni vərəsəlik hüququnu əldə etməyə maneələr yaratmışdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 avqust 2018-ci il tarixli, 2-1(82)3634/2018 saylı qərarı (hakim Etibar Mustafayev) ilə iddia mümkün sayılmamışdır. Həmin məhkəmə hesab etmişdir ki, “İnzibati və mülki hüquq münasibətərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyatına dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında ümumi məhkəmələrdə baxılmalı olduğundan, iddiaya inzibati icraat qaydasında baxılması qeyri-mümkündür. Həmin qərardaddan iddiaçı apell yasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 dekabr 2018-ci il tarixli, 2-1(103)-3124/2018 saylı qərardadı ilə (sədrlik edən hakim Vidadi Məmmədov, hakimlər Səriyyə Seyidova və İlham Əhmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərardadında qeyd olunan əsasları öz qərardadında da göstərmiş və bildirmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll et mək məqsədilə qəbul edilmədiyindən, yəni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mülki hüquq münasibətlərindən irəli gəldiyindən, inzibati aktın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilməli olması şərtinə iş üzrə əməl olunmur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məjəlləsinin 25.1, 31.1, 387.2, 387.3, 394.1, 421-2.1, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.2, 2.0.2-ci maddələri, Azərbayjan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 8, 13.3-cü bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan iddiaçı kassasiya şikayəti verərək, onun ləğv edilməsi, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, aşağı instansiya məhkəmələrinin qərardadlarına görə iddia tələbinin notariat hərəkətlərinin aparılması ilə bağlı olduğundan ona xüsusi icraat qaydasında ümumi məhkəmələrdə baxılmalıdır. Halbuki, iddiaçı eyni iddia tələbi ilə daha əvvəl məhkəməyə müraciət etmiş və həmin işlə bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2018-ci il tarixli, 2(103)-992/2018 saylı qərardadı ilə iddiaçının tələbinə dair iş üzrə icraata iddiaya aidiyyə ti üzrə inzibati-iqtisadi məhkəmələrdə baxılmalı olması əsası ilə xitam verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2018-ci il tarixli, 2(102)-4712/2018 saylı qərarı ilə də apellyasiya instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Dəlilin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə istinad etmişdir. Kassasiya şikayətinin surəti cavabdehə göndərilmiş və ondan kassasiya şikayətinə dair etiraz və ya rəy məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəm əsinin qərardadının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsi qərardadında işin halları və əsaslandığı sübutları göstərməmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərardadın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən aşağı instansiya məhkəmələri tərəfindən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verilmədiyini müəyyən edildiyindən mümkün sayılmamışdır. Bununla bağlı apellyasiya məhkəməsinin mövqeyinə görə iddiaçının tələbi mülki hüquq münasibətlərindən irəli gəldiyindən ona inzibati məhkəmə icraatında baxıla bilməz. Bu mövqeyi mübahisələndirən iddiaçı bildirmişdir ki, əvvəllər işə baxmış məhkəmələrin gəldiyi nəticəyə görə iddiaçının tələbi inzibati-iqtisadi məhkəmələrdə baxılmalı olduğu halda, hazırda inzibati-iqtisadi məhkəmə və kollegiyalar tərəfindən iddianın ümumi məhkəmələrdə baxılmalı olması əsası ilə onun mümkün sayılmaması konstitusion hüququn pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilinə münasibətdə aşağıdakıları bildirir. Azərbaycan Respublikası İPM-in: 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. 2.2-ci maddəsinə əsasən, inzibati məhkəm ə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) və s. Normaların məzmununa əsasən, inzibati icraat qaydasında işlərə baxılması üçün ilk növbədə tələb inzibati hüquq münasibəti ilə bağlı olmalı, daha sonra bu nunla bağlı İPM-in 2.2-ci maddəsində sadalanan müvafiq iddia növü ilə inzibati-iqtisadi məhkəmələrə müraciət edilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə nəzərdə tutulur - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında 28 avqust 2007-ci il tarixli, 1336 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş “İnziba ti orqanların Təsnifatı”nın 2.1.2-ci bəndinə 28 mart 2019-cu il tarixli, 132 saylı dəyişikliyə əsasən dövlət notariat ofisləri inzibati orqan hesab olunur. Lakin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 8-ci bəndinə əsasən, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli (“Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imt inaya dair şikayətlər”) həmin Məcəllədən çıxarılsa da, “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Qərarın 15.3-cü bəndinə əsasən, bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icra at qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İddiaçının inzibati icraat qaydasında baxılmasını tələb etdiyi iddia cavabdeh tərəfindən daşınmaz əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi ilə bağlıdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinin 3-cü bəndinə əsasən, vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməsi dövlət notariusu tərəfindən aparılan notariat hərəkətlərindən biridir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan hesab edilsə belə, iddiaçının tələb etdiy i - notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə xüsusi icraat qaydasında ümumi məhkəmələr tərəfindən baxılıması konkret şəkildə müəyyən olunduğundan, iddianı mükün hesab etməməklə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanunauyğundur. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı əsasən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96. 9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 dekabr 2018-ci il tarixli, 2-1(103)-3124/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1005/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1005/2019
17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver