Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1005/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: vəkillər kollegiyasının üzvlüyündən xaric edilmə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi),Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “cavabdehin kollegiyanın üzvlüyündən xaric edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-315/2022 nömrəl i, 27 yanvar 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh xx.xx.1977-ci ildə Lerik rayonunda doğulmuşdur.
2. Günay Əliyeva vəkil Cavabdeh barəsində şikayət ərizələri ilə müraciət edərək Cavabdeh Vəkillər Kollegiyasından xaric olunmasını xahiş etmişdir.
3. X22 tərəfindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının İntizam Komissiyasına 10 iyun 2020-ci il tarixli izahatdan görünür ki, Günay Əliyeva şikayət ərizəsi ilə bağlı ətraflı izahat vermişdir.
4. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının İntizam Komissiyasının 5 avqust 2020-ci il tarixli rəyində qeyd edilmişdir ki, araşdırma gedişində vəkil Cavab deh şikayətçi Günay Əliyevaya əxlaqsız SMS-lər göndərməsi, daha sonra sevgi hissələri barədə ərizə yazması ilə vəkil etikası tələblərinə riayət etməməsi, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə və ifadələrə yol verməsi, mədəni, nəzakətli, diqqətli olmaması, bununla vəkilliyə olan inamı azaltması, vəkillik peşəsinin nüfuzunu artırmağa yönələn və vəkilliyə olan ictimai etimadın bərpası üçün tədbirlər görməməsi öz təsdiqini tapır. Təqdim edilmiş CD yazılarında vəkil Cavabdeh Günay Əliyeva ilə aralarındakı danışıq zamanı Ölkə Rəhbərliyinə, müxtəlif rəhbər şəxslərə qarşı təhqiramiz ifadələr işlətməsi barədə xüsusatları Komissiyada araşdırma zamanı vəkil Cavabdeh qəbul etməmiş, oradakı səs yazılarına qulaq asdığını, lakin həmin səsin ona aid olmadığını, bunun üçün fonoqrafik ekspertiza keçirilməli olduğunu bildirmişdir. Qeyd edilən xüsusatlar vəkil Cavabdeh tərəfindən qəbul edilmədiyindən, həmçinin CD yazılarındakı danışıq səslərinin vəkil Cavabdeh aid olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və bunun üçün müvafiq ekspertiza rəyi tələb edildiyindən, həmçinin fonoqrafik ekspertizanın keçirilməsi barədə vəkil Cavabdeh tərəfindən Xəzər RPİ-nin İŞ-də Günay Əliyevanın barəsində qaldırılmış cinayət işində vəsatət verildiyindən və qeyd edilən vəsatət üzrə yekun qərar qəbul edilmədiyindən hesab edilir ki, bu xüsusatlara qiymət verilməsi Vəkillərin İntizam Komissiyasının səlahiyyətinə aid deyildir. X17 verdiyi şikayətdə cavabdehin ondan 75.000 AZN pul alması, pulunu hal-hazıradək qaytarmaması, G.Əliyevanın pulu tələb edərkən Cavabdeh onun təhqir etməsi ilə bağlı qeyd edilir ki, şikayətçi G.Əliyevanın izahatlarında bu pulu vəkil Cavabdeh vəkillik fəaliyyəti ilə bağlı vermədiyini, ucuz qiymətə daşınmaz əmlakları əldə edib özəlləşdirdikdən sonra baha qiymətə satmaqla qazanc əldə etmək məqsədi ilə verdiyini bildirmişdir. Şikayətin qeyd edilən halı vəkil Cavabdeh vəkillik fəaliyyəti ilə bağlı olmadığından, həmçinin Cavabdeh G.Əliyevanın təhqir etməsi ilə bağlı sübutlar Komissiyaya təqdim edilmədiyindən hesab edilir ki, bu xüsusatlara baxılması Vəkillərin İntizam Komissiyasının səlahiyyətinə aid deyildir. Həmçinin hesab edilir ki, vəkil Cavabdeh X17 barəsində Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində əsassız olaraq cinayət işi açdırması, bu yolla ona qarşı təzyiq etməsi, verilmiş şikayət ərizəsi geri götürməyəcəyi təqdirdə şikayət çini həbs etdirməklə hədələməsi, həmçinin şikayətçiyə qarşı iddia qaldırmış Əmrah Kərimovu şahid qismində dəvət etməsi ilə bağlı xüsusatlara baxılması Vəkillərin İntizam Komissiyasının səlahiyyətləri çərçivəsində deyildir. X1 şikayəti əsasında aparılmış intizam icraatı üzrə araşdırma materiallarını Komissiya məcmu halında qiymətləndirərək hesab etmişdir ki, Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Cavabdeh şikayətçi Günay Əliyevaya qarşı nalayiq ifadələr işlətdiyindən, əxlaqsız SMS-lər göndərildiyindən, əvvəllər müdafiə etdiyi şəxsə qarşı sevgi hissələri barədə ərizə yazmaqla, vəkil kimi hüquq və vəzifələrini düzgün icra etmədiyindən, vəkil etikası tələblərinə riayət etmədiyindən, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə və ifadələrə yol verdiyindən, mədəni, nəzakət li, diqqətli olmadığından, bununla vəkilliyə olan inamı azaltmaqla, vəkillik peşəsinin nüfuzunu artırmağa yönələn və vəkilliyə olan ictimai etimadın bərpası üçün tədbirlər görmədiyindən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİİ hissəsinin, 16-cı maddəsinin İ və İİİ hissəsinin, 18 və 19-cu maddələrinin, “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin 2.3, 2.5 və 2.8-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozmuş və intizam məsuliyyətinə cəlb etməyə əsas ola biləcək intizam pozuntusuna yol vermişdir. Yuxarıda şərh edilənləri nəzərə alaraq və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 22-ci maddəsini, “Vəkillərin İntizam Komissiyası haqqında” Əsasnamənin 6.12-ci maddəsinin tələblərini rəhbər tutaraq Komissiya hesab etmişdir ki, hazırki rəy müzakirə edilməsi və müvafiq qərar qəbul olunması üçün Azərbaycan Respublikası Vəkillər X5 təqdim edilməlidir.
5. Azərbaycan Respublikası Vəkillər X9 29 avqust 2020-ci il tarixli, 11 saylı iclas protokolundan çıxarışa əsasən Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Cavabdeh barəsində Vəkillərin İntizam Komissiyasının rəyinin nəzərə alınması, peşə fəaliyyətini həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinin İİİ hissəsinin, 16-cı maddəsinin İ və İİİ hissəsinin, 18 və 19-cu maddələrinin, “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin 2.3, 2.5 və 2.8-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozdu ğuna görə Cavabdeh Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə məhkəmə qətnamə qanuni qüvvəyə minənədək vəkillik fəaliyyətinin dayandırılması qərara alınmışdır.
6. X3 439 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən birinci sual üzrə təqdim olunan materialda Cavabdeh tərəfindən yazılmış əlyazmada sevgi münasibətlərdən söhbət gedir, müəllifin yazıda adını qeyd etdiyi X19 qarşı sevgisi ifadə olunur. İkinci sual üzrə yazıda əsasən sevgi etirafı və bununla yanaşı qayğı, diqqət, münasibətlərin davamlı olacağı barədə vədlər yer alır. Üçüncü sual üzrə əlyazmada göstərilənlərdə hər hansı əxlaqsızlıq göstəricisi müəyyən olunmur. Dördüncü sual üzrə iki tərəf arasında olan münasibətin normal qadın-kişi münasibətlərindən qaynaqlandığı anlaş ılır. İstifadə olunmuş sözlərdə və cümlələrdə mənəviyyata zidd heç bir məqam aşkarlanmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia aşağıdakılarla əsaslandırılmışdır: “...X2 ünvan ürosunun vəkili X16 cəzalandırılması və intizam məsuliyyətinə cəlb olunması məsələsinə baxılması barədə Vəkillər X5 müraciətləri daxil olmuş, Rəyasət Heyətinin 17 aprel 2020-ci il tarixli qərarı ilə vəkil Cavabdeh barəsində intizam icraatı başlanılaraq, müraciətlərdə göstərilən xüsusatların araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Vək illərin İntizam Komissiyasının 05 avqust 2020-ci il tarixli rəyi ilə ünvan ürosunun vəkili X20 tərəfindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİİ hissəsinin, 16-cı maddəsinin İ və İİİ hissələrinin, 18 və 19-cu maddələrinin, “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin 2.3, 2.5 və 2.8-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Vət. G.Əliyeva vəkil Cavabdeh barəsində olan müraciətləri belə əsaslandırılmışdır ki, 2019-cu ilin sentyabr ayının sonunda həm ailəsinin, həm də özünün yaxın dostluq münasibətində olduğu vəkil Cavabdehla aralarındakı iş razılığına əsasən sonuncu ona 75.000 manat pul verməli idi. Razılığa əsasən Cavabdeh on a 2019-cu ilin noyabr ayında 25.000 manat, 2020-ci ilin fevral ayında 50.000 manat pul verməli idi. 2019cu ilin noyabr ayında Cavabdeh ona 25.000 manat pul verməmiş və bildirmişdir ki, 2020-ci ilin yanvar ayında pulun hamısını tam olaraq verəcəkdir. 2020-ci il yanvar ayının bitməsinə baxmayaraq, Cavabdeh pulu verməmiş, o, Cavabdeh pulunu tələb etdikdə, sonuncu onu küçə söyüşləri ilə təhqir etmiş, ona seksual xarakterli SMS-lər göndərmişdir. Bundan başqa, Cavabdeh ölkə Rəhbərliyini, Birinci Xanımı təhqir etmişdir. Bununla bağlı onda səs yazısı da vardır. Həmçinin göstərmişdir ki, vəkil Cavabdeh ona əxlaqsız təkliflər etmiş, bununla bağlı WhatsApp şəbəkəsindən SMS-lər göndərmişdir. Vəkil Cavabdeh bu SMSlərin 2019-cu ilin sentyabr ayından 2020-ci ilin mart ayınadək olan müddətlərdə yazmışdır. Artıq Cavabdeh onun telefon nömrəsini WhatsApp şəbəkəsindən blok etdiyindən, həmin əxlaqsız SMS-lərin əks etdirildiyi fotoşəkillərin tarixini müəyyən etmək mümkün olmur. Şikayətində o, Cavabdeh cəzalandırılmasını xahiş etmişdir. İntizam icraatı üzrə şikayətçi G.Əliyeva yazılı izahat vermiş, həmçinin Vəkillərin İntizam Komissiyasının 02 iyul 2020-ci il tarixli iclasında iştirak edərək müraciətlərində və izahatında göstərdiklərini təsdiqləmişdir. Vəkillərin İntizam Komissiyası intizam icraatı üzrə araşdırma materiallarını məcmu halında qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, vəkil Cavabdeh əvvəllər hüquqlarını müdafiə etdiyi G.Əliyevaya qarşı nalayiq ifadələr işlətdiyindən, əxlaqsız SMS-lər göndərdiyindən, əvvəllər müdafiə etdiyi şəxsə qarşı sevgi hissləri barədə ərizə yazmaqla, vəkili n peşə fəaliyyətini həyata keçirərkən vəkil kimi hüquq və vəzifələrini düzgün icra etmədiyindən, vəkil etikası tələblərinə riayət etmədiyindən, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə və ifadələrə yol verdiyindən, mədəni, nəzakətli, diqqətli olmadığından, bununla vəkilliyə olan inamı azaltmaqla, vəkillik peşəsinin nüfuzunu artırmağa yönələn və vəkilliyə olan ictimai etimadın bərpası üçün tədbirlər görmədiyindən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİİ hissəsinin, 16-cı maddəsinin İ və İİİ hissəsinin, 18 və 19-cu maddələrinin, “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin 2.3, 2.5 və 2.8-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozmuş və in tizam məsuliyyətinə cəlb etməyə əsas ola biləcək intizam pozuntusuna yol vermişdir…”
9. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, “...təhdid, hədəqorxu, şantaj xarakterli müraciət və şikayətlərdə G.Əliyeva, ümumiyyətlə məsələni mübahisələndirməmiş, İntizam komissiyası onu süni şəkildə vəkillikdən xaric etmək üçün şikayətçinin adından bunları tərtib edərək intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə “hüquqi don” geyindirməyə çalışmışdır. Halbuki, 2 iyul 2020-ci il tarixli iclasda X13 küy salaraq iclası tərk etmiş, sonrakı iclasda isə ümumiyyətlə iştirak etməmişdir. X10 göstərilmişdir ki, “həmçinin Komissiyada araşdırma zamanı X22 əlavə olaraq göstərmişdir ki, vəkil Cavabdeh ona əxlaqsız təkliflər etmiş, bununla bağlı votsap şəbəkəsindən sms-lər göndərmiş, həmçinin xx. xx.2019-cu il tarixli ərizə də yazmışdır. Vəkil Cavabdeh bu smsləri 2019-cu ilin sentyabr ayından 2020-ci ilin mart ayınadək olan müddətədək yazmışdır. Artıq Cavabdeh onun telefon nömrəsini votsap şəbəkəsindən blok etdiyindən, həmin əxlaqsız sms-lərin əks etdirildiyi fotoşəkillərin tarixini müəyyən etmək olmur”. Əlavə edilmiş xx.xx.2019-cu il tarixli ərizədə Cavabdeh G.Əliyevaya qarşı olan hissləri barədə yazmış, onu sevəcəyini və bütün istək və kaprizlərini yerinə yetirəcəyini qeyd etmişdir kimi əsas təşkil edir (İddia ərizəsinin 5-ci səhifəsinin 3-cü abzası). Bununla bağlı tərəfindən təqdim edilən ekspertiza rəyi vardır. Əvvəla, Azərbaycan Respublikası Vəkillər X12 yazdığı hər iki izahatında tərəfindən “şikayətçi” G.Əliyevaya hər hansı votsap yazışmasının göndərilməsini etiraf etməmişdir. Əksinə, tərəfindən Xəzər rayon prokuroru Fəxri Ələsgərova ünvanladığı xx.xx.2020-ci il tarixli vəsatətdə göstərmişdir ki, “on ildən çox müddət ərzində tanıdığı X22 haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə ondan 75000 manat pul tələb edir. Bunun üçün məhkəmə, polis, prokurorluq orqanlarına müraciət etmədən birbaşa üzvü olduğu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyinə qanunsuz şikayət etmiş, guya şəxsi votsap yazışmaları və hansısa gizli telefon danışıqları barədə məlumatları təqdim etmişdir. Buradan görünmüşdür ki, X18 məqsədi şəxsi votsap yazışmaları və gizli telefon danışıqları barədə rüsvayedici hesab etdiyi məlumatları Kollegiyaya təqdim etməklə onu üzvlükdən kənarlaşdırmaq, barəsində intizam icraatı açdırmaqdır.
10. Azərbaycan Respublikası Vəkillər X4 mə hkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan ürosunda fəaliyyət göstərmiş Cavabdeh barəsində xx.xx.2020-ci il tarixədək intizam tənbehi tətbiq edilməmişdir.
11. Bakı İnzibati Məhkəməsinin (hakim Ş.A.Həsənova) 2-1(112)-2262/2021 nömrəli, 29 iyul 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Aygün Əliyevanın cavabdehdən şikayətinin yalnız “əxlaqsız SMS-lər göndərməsi, daha sonra sevgi hissləri barədə ərizə yazması” ilə bağlı hissəsinə Vəkillər Kollegiyasının İntizam Komissiyası tərəfindən qiymət verilmiş, şikayətin digər hissələri isə Vəkillər Kollegiyasının İntizam Komissiyasının səlahiyyətlərinə aid olmamas ı əsası ilə qiymətləndirilməmişdir. Cavabdeh şikayətçi Günay Əliyevaya qarşı nalayiq ifadələr işlətdiyindən, əxlaqsız SMS-lər göndərdiyindən, müdafiə etdiyi şəxsə qarşı sevgi hissləri barədə ərizə yazdığından vəkil kimi hüquq və vəzifələrini düzgün icra etməmiş, vəkil etikası tələblərinə riayət etməmiş, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə və ifadələrə yol vermiş, mədəni, nəzakətli, diqqətli olmamış, bununla da intizam məsuliyyətinə cəlb etməyə əsas ola biləcək intizam pozuntusuna yol vermişdir. Həmin əməllər cavabdehin Vəkillər Kollegiyasından xaric edilməsi üçün yetərli olan, qanunla nəzərdə tutulan əsaslardır. Belə olan halda Cavabdeh vəkil kimi peşə borcunu həyata keçirərkən yuxarıda qeyd edilən qanunvericilik aktlarının pozulması hallarına yol verdiyindən və sad alanan hallar Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduğundan iddiaçının gəldiyi nəticə əsaslı olmuşdur.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı İnzibati Məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və E.E.Nağıyeva) 2-1(103)-315/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
15. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəmə sinin qərarının ləğv edilməsi, iddianın rədd barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 16. “Vəkillərin İntizam Komissiyası G.Əliyeva tərəfindən verilən şikayətdə 3 halla bağlı nəticəyə gəlib.
17. Təqdim edilən SD yazılarda Cavabdehla vət. G.Əliyeva ilə aralarındakı danışıq zamanı ölkə rəhbərliyinə, müxtəlif rəhbər şəxslərə qarşı təhqiramiz ifadələr işlətməsi barədə xüsusatlara qiymət verilməsi fonskopik ekspertiza keçirilmədən İntizam Komissiyasının səlahiyyətlərinə aid deyildir.
18. G Əliyevanın şikayətində vəkil Cavabdeh 75.000 manat pul alması və halhazıradək qaytarılmaması, pulunu tələb edərkən sonuncu tərəfindən təhqir edilməsi ilə bağlı qeyd edilməlidir ki, G.Əliyeva izahatlarında bu pulu o na vəkillik fəaliyyəti ilə bağlı vermədiyini, ucuz qiymətə daşınmaz əmlakları əldə edib özəlləşdirdikdən sonra baha qiymətə satmaqla qazanc əldə etmək məqsədi ilə verdiyini bildirib. Şikayətin qeyd edilən halı onun vəkil fəaliyyəti ilə bağlı olmadığından və təhqir etməsi barədə sübutlar Komissiyaya təqdim edilmədiyindən bu xüsusatlara baxılması da Vəkillərin İntizam Komissiyasının səlahiyyətlərinə aid deyildir.
19. Vəkillər Kollegiyasının Rəyasət Heyəti 19 avqust 2020-ci il tarixində Vəkillər İntizam Komissiyasının rəyinə baxaraq 11 No-li protokolda onu kollegiyanın üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və məhkəmə qərarı qanuni qüvvəsini alanadək vəkillik fəaliyyətinin dayandırılması barədə qərar qəbul etdi. Rəyasət heyəti nəyə görə belə nəticəyə gəldiyini əsasla ndırmayıb, rəylə razılaşdığını izah etməyib.
20. Onun vəsatətləri əsassız olaraq məhkəmə tərəfindən rədd edilib. Cavabdeh məhkəməyə təqdim etdiyi “X11” MMC-nin 08 dekabr 2020-ci il tarixli 439 nömrəli ekspert rəyində göstərilir ki, Cavabdeh tərəfindən yazılmış əlyazmada sevgi münasibətlərindən söhbət gedir, müəllifin yazıda adını qeyd etdiyi G.Əliyevaya qarşı sevgisi ifadə olunur, yazıda əsasən sevgi etirafı və bununla yanaşı qayğı, diqqət münasibətlərin davamlı olacağı barədə vədlər yer alır, əlyazmada göstərilənlərdə hər hansı göstərici müəyyən olunmur. İki tərəf arasında olan münasibətin normal qadın-kişi münasibətlərindən qaynaqlandığı anlaşılır. İstifadə olunan münasibətin normal qadın-kişi münasibətlərindən qaynaqlandığı anlaşılır. Mənəviyyata zidd heç bir məqam aşkarlanmır.
21. Məhk əmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, onun vəkillik fəaliyyətinə müdaxilə edilməsi Avropa İnsan hüquqları Konvensiyasının 8-ci maddəsinə ziddir. Onun Kollegiyadan xaric edilməsi üç aspektdə şəxsi həyata müdaxiləni təşkil edir. Bu müdaxilə isə cavabdehin vəkillik fəaliyyətinə xitam verilməsi ilə nəticələnir (Elçin Namazovun Azərbaycana qarşı Avropa Məhkəməsinin qərarına istinad olunur). Bu müdaxilə cavabdehin vəkillik fəaliyyətindən kənar şəxsi həyatına görə müdaxilədir. Ona görə ki, onun kollegiyadan xaric edilməsi peşə fəaliyyəti ilə bağlı deyil, şikayətçi ilə aralarında olan dostluq və şəxsi münasibət çərçivəsində yaranmış səbəbindən müdaxilə baş verib. Cavabdehin hüquqlarına müdaxilənin əsasını şəxs yazışmalar və səsyazısı təşkil edir. (Nitis, Almaniyaya qarşı, X7rşı, X8rı” Avr opa Məhkəməsinin qərarlarına istinad olunur.)
22. Məhkəmə maddi hüquq normalarının tətbiqində yanlışlığa yol vermişdir. Məhkəmə cavabdehin “nalayiq ifadələr” işlətməsi, “əxlaqsız SMS-lər” göndərməsi kimi halları müəyyən etsə də bu hallar işdə olan heç bir mötəbər sübutla təsdiq edilmir. Ümumiyyətlə, məhkəmə belə halları (SMS-ləri) araşdırmayıb, hansı SMS-lərin və nə vaxt göndərilməsi, hansı ifadələrin işlədilməsi və bu ifadələrin hansı formada nalayiq qiymətləndirilməsi müəyyən edilməyib.
23. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin münasibətləri üzrə səhv nəticəyə gəlib, yəni yanlış olaraq cavabdeh ilə şikayətçi arasında münasibətləri vəkillə hüquqi yardım göstərdiyi şəxs arasında münasibətlər kimi təqdim edib və “vəkil kimi hüquq və vəzifələrini düzgün icra etməmiş” kimi nəticəyə gə lib. Cavabdeh vəkil kimi G.Əliyevaya hüquqi yardımı sonuncu dəfə 2016-cı ildə göstərib. G.Əliyeva şikayətində onlar arasındakı münasibətləri dostluq münasibətləri kimi göstərib…” b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
25. Qanunu “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası - 1-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır; - 1-ci maddəsinin 2-ci hissəsinə əsasən vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir; - 1-ci maddəsinin 3-cü hissəsinə əsasən vəkilliyin əsaslarını aş ağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi, vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi, vəkillərin hüquqlarının bərabərliyi, özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi. - 3-cü maddəsinə əsasən vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. - 5-ci ma ddəsinə əsasən vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir. - 14-cü maddəsinə əsasən Vəkillər Kollegiyasına üzv qəbul olunmuş şəxs X6 iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir: "Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrimi müstəqil olaraq şərəflə və vicdanla ye rinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm". - 16-cı maddəsinin 1-ci hissəsinə görə peşə fəaliyyətini həyata keçirərkən vəkil: qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir, vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir, yalnız qanunun tələblərini rəhbər tutmalıdır, hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq, zər ərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir, mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə məlum olan faktları və sənədləri, eləcə də mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlükəsizliyinə ziyan vura bilən, həmçinin yetkinlik yaşına çatmamışların mənafeləri və ya tərəflərin şəxsi və ailə həyatının müdafiəsi tələb edərsə, belə məlumatları yaymamalıdır, vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməlidir, vəkil onun tərəfindən qəbul edilən müdafiə öhdəçiliyindən imtina etməməlidir, «Сinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçulu ğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn tələblərə əməl etməlidir; - 16-cı maddəsinin 3-cü hissəsinə görə vəkilin mülki və ya cinayət işləri üzrə müvafiq olaraq nümayəndə və müdafiəçi qismində iştirakını istisna edən hallar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi və AR Mülki Prosessual Məcəlləsi ilə, inzibati xətalar haqqında işlər üzrə icraatda müdafiəçi və ya nümayəndə qismində iştirakını istisna edən hallar isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilir. - 18-ci maddəsinə əsasən vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. - 19-cu maddəsinə əsasən vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəz ərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin qonorarının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir. Vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razıl ığı ilə tənzimlənir. Vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hüquqi yardımın göstərilməsinə görə vəkilə dövlət hesabına ödənilən hüquqi yardım haqqının məbləği və ödənilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. - 22-ci maddəsinə əsasən vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir. İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkil ə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: irad tutma, töhmət, üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. - 23-cü maddəsinin 1-ci hissəsinə görə vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər: - öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə; barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda; - fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə; - vəfat etdikdə; məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə; - Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə; - bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə; - üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə. - 23-cü maddəsinin 2-ci hissəsinə görə vəkillərin fəaliyyətinə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə xitam verilir. Bu maddənin İ hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər. 26. “Vəkillərin davranış qaydaları haqqı nda” Əsasnamə - 1-ci bəndinə görə hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur; hər bir vəkil, vəkil andına sadiq qalmalı, peşə fəaliyyətində və peşə fəaliyyətindən kənar davranışında bu Əsasnamənin müddəalarını rəhbər tutmalıdır. Vəkilin peşə fəaliyyətindən kənar fəaliyyəti vəkilliyin nüfuzuna xələl gətirməməlidir. - 2.2-ci bəndinə görə vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən i stifadə etməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vəkil hər hansı şəxsə hüquq pozuntusunun törədilməsi istiqamətində yazılı və ya şifahi məsləhətlər verməməli və onu digər qanunsuz hərəkətlərə sövq etməməlidir. Peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunvericiliyə və bu Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edə bilməz. - 2.3-cü bəndinə görə vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamı nı artırmalıdır. - 2.5-ci bəndinə görə Vəkillik peşəsinin nüfuzunu artırmağa və möhkəmləndirməyə borcludur. Vəkil davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, о cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Vəkil çıxışlarında və yazışmalarında obyektivliyi qorumalıdır. - 2.8-ci bəndinə görə vəkil peşə fəaliyyətini həyata keçirərkən və peşə fəaliyyətindən kənar bütün şəxslərlə münasibətdə mədəni, nəzakətli, diqqətli və səbirli olmalıdır. - 3.4-cü bəndinə görə vəkil hüquqi yardım göstərdiyi şəxsi vicdanla və əzmlə təmsil etməli və məsləhətlər verməlidir. Vəkil ona etibar olunmuş işin gedişatı və icrası ilə bağlı hüquqi yardım göstərdiyi şəxsi mütəmadi olaraq məlumatlandırmalıdır. - 3.5-ci bəndinə görə vəkilin hüquqi yardım göstərdiy i şəxslərlə qarşılıqlı münasibətləri vəkilin dürüst və ədalətli olmasına dəlalət edən etimad üzərində qurulmalıdır.
27. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsi - 5.13-cü bəndinə əsasən Vəkillər Kollegiyasının üzvləri vəkillik fəaliyyətini tənzimləyən qanunların və bu Nizamnamənin tələblərinə əməl etməli, Ümumi yığıncağın (Konfransın) qərarlarını yerinə yetirməlidirlər. - 8.2-ci bəndinə əsasən Vəkillər X5 vəkillik fəaliyyəti üzrə bir sıra idarəetmə səlahiyyətləri ilə yanaşı Kollegiyanın üzvlüyünə qəbul və ondan xaric olunma, vəkilliklə məşğul olmanın müvəqqəti dayandırılması kimi səlahiyyəti vardır.
28. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər mater iallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
74. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlah iyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. Apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASASİYA BA XİŞİNİN HƏDLƏRİ
29. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə b ağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından apellyasiya məhkəməsi işin hallarını lazımı qaydada araşdırmışdır. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyən edilir ki, cavabdeh peşə fəaliyyətini həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİİ hissəsinin, 16-cı maddəsinin İ və İİİ hissəsinin, 18 və 19 maddələrinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə 2.3, 2.5, 2.8-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozmuşdur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərl ik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-315/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.