Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1005/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X8 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: işin hallarının hərtərəfli araşdırılmaması; bağ sahəsinin mərhum şəxsə məxsus olmasına dair arayış verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi y anında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin mərhum şəxsə məxsus olmasına dair arayış verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2-1(103)-2661/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və X2 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 33766 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Xaşa-Xuna ərazisində 0.12 hektar torpaq sahəsi olan 255B saylı bağ sonuncuya 10 il müddətinə istifadəyə verilmişdir. Müqavilənin ikinci bəndində qeyd edilmişdir ki, bağın istifadəyə verilməsi haqqında müqavilə 10 il müddətinə bağlanılır və istifadəçi müqavilə öhdəliklərini yerinə yetirdikdə müqaviləsi yeni müddətə artırılır.
2. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli Sərəncamı ilə İddiaçı2 Xaşa-Xuna yaşayış massivi, 255B saylı bağ sahəsində istifadəsində olan 60 kv.m.-lik mövcud tikilinin rekonstruksiya olunub ticarət obyekti kimi istifadə edilməsinə icazə verilmişdir.
3. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı2 yeni iki mərtəbəli yaşayış evinin tikintisinə icazə verilməsi ilə bağlı müraciəti əsasında 255B saylı bağ sahəsində tikinti işlərinin aparılması razı laşdırılmışdır.
4. İddiaçı2 xx.xx.2018-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ünvanında yerləşən 255B saylı bağ sahəsi üzərində hüququnun qeydiyyata alınmasını xahiş etmişdir.
5. Cavabdeh müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, göstərilən sahə və sözügedən bağ nömrəsi sxematik xəritədə aşkar edilməmişdir, həmin sahə Abşeron ərazisindən verilmiş digər şəxsin mülkiyyətində olan sahə ilə üstüstə düşür, göstərilən sahənin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına aiddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində birinci icraat
6. İddiaçı2 16 iyul 2018-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, bağ sahəsinə mül kiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsi onun və ailə üzvlərinin faktiki istifadəsindədir. Həmçinin, torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlər də mövcuddur. Odur ki, cavabdehin imtinası qanunsuz sayılmaqla, iddia təmin edilməlidir.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin imtina məktubunda göstərilənlər təşkil edir.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubu ilə daxil olmuş mütəxəssis rəyində və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13444 nömrəli, xx.xx.2019 -cu il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Bakı ŞİH BTİİ Birliyi ilə bağlanmış xx.xx.2004-cü il tarixli, 33766 saylı müqaviləyə əsasən İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, XaşaXuna bağ massivində yerləşən 0.12 hektar ölçüdə 255 nömrəli bağ sahəsi ayrılması barədə heç bir məlumat aşkar edilməmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsinin naturada koordinatları müəyyən edilmişdir, mübahisələndirilən torpaq sahəsinin başqa fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi barədə elektron kadastr bazasında məlumat yoxdur. Həmçinin, yüksək gərginlikli elektrik xətti iddia edilən torpaq sahəsindən 14 metr məsafədə yerləşir. 10. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim: X14) 19 noyabr 2019-cu il tarixli, 2-1(82)-171/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı2 Bakı şəhəri, Xaşa-Xuna bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 255 b saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X12 (sədrlik edən və məruzəçi), X15 və X11) 4 avqust 2020-ci il tarixli, 2-1(103)-769/2020 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
13. Məhkəmə sözügedən torpa q sahəsinin başqa şəxsə məxsus olub-olmaması məsələsinin araşdırılması məqsədi ilə işi təkrar baxışa göndərmişdir. c. birinci instansiya məhkəməsində ikinci icraat
14. Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin notariusu Nadir Vədətovun 58 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna, ölüm haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamənin surətlərinə əsasən, İddiaçı2 xx.xx.2022-ci ildə vəfat etmişdir və onun qanun üzrə vərəsəsi oğlu X5r.
15. İddiaçı2 xx.xx.2022-ci il tarixdə öldüyündən onun qanun üzrə vərəsəsi olan X9 iş üzrə iddiaçı qismində tanınmışdır.
16. İddiaçı X8 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, atası İddiaçı2 Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və Park-Bağ və X1 Birliyi ilə bağlanmış 14 de kabr 2004-cü il tarixli 33766 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ünvanda yerləşən sahəsi 0.12 ha torpaq sahəsi olan 255B saylı bağ sahəsi verilmişdir. Atası xx.xx.2022-ci ildə vəfat etmişdir. Odur ki, atasına ayrılmış həmin torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı yaranmış zəruriyyətlə əlaqədar torpaq sahəsinin mərhum atasına məxsus olmasına dair arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
17. Bakı İnzibati Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2-1(112)-433/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
18. Bakı İnzibati Məhkəməsinin (hakim: X6) 07 aprel 2022-ci il tarixli, 2-1(112)433/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Xaşa -Xuna ərazisində 0.12 ha torpaq sahəsinin göstərildiyi 33766 saylı müqavilə əsasında 255B saylı bağ sahəsinə dair hüquqların iddiaçının mərhum atası İddiaçı2 məxsus olması barədə iddiaçı X4 adına arayış verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən, bütün hüquqmüəyyənedici sənədləri təqdim etmişdir. Bununla yanaşı, məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin başqa şəxsin sahəsi ilə üst-üstə düşməsi müəyyən edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 6-cı bəndi və "xxxx" ASC-nin çıxar ış verilməsinə etiraz etməməsi nəzərə alındıqda, iddianın təmin edilməsi mümkündür.
20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. d. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X13 (sədrlik edən və məruzəçi), X7 və X18) 15 dekabr 2022-ci il tarixli, 2-1(103)-2661/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 7 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, iddiaçı bütün hüquqmüəyyənedici sənədləri təqdim etmişdir və cavabdehin istinad etd iyi uyğunsuzluq (torpaq sahəsinin faktiki 1091 kv.m. təşkil etməsi) iddiaçının iradəsindən asılı olan hal deyildir. Qeyd edilən uyğunsuzluğun aradan qaldırılması və reyestrin dəqiqliyinin təmin edilməsi cavabdehin öhdəliyidir.
23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
24. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin mübahisəli qərarı qəbul olunarkən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmiş, iş üzrə bütün hallar (torpaq sahəsinin faktiki 1091 kv.m. təşkil etməsi, torpaq sahəsinin hasarından 8.40/9.0 m aralı məsafədədən 35 kV-luq elektrik xəttinin keçməsi) araşdırılmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
25. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəs inə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məz munu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə
22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.2 Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hü ququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
27. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşd ırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya məhkəməsin in qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələbləri pozulmuş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır.
28. Belə ki, hazırkı iş üzrə iddia tələbinin əsası kimi Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və X2 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 33766 nömr əli müqaviləyə istinad edilmişdir. Həmin müqavilənin məzmununda qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 276 saylı Sərəncamı əsasında müqavilə bağlanmışdır, həmçinin müqavilənin ikinci bəndinə əsasən bağın istifadəyə verilməsi haqqında müqavilə 10 il müddətinə bağlanılır və istifadəçi müqavilə öhdəliklərini yerinə yetirdikdə müqaviləsi yeni müddətə artırılır.
29. İlk növbədə qeyd edilməlidir ki, iddia tələbinin əsasını təşkil edən müqavilənin əsli və ya notarial qaydada təsdiqlənmiş surəti iş materiallarında yoxdur. Eyni zamanda, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 276 saylı Sərəncamı, o cümlədən torpaq sahəsinin naturada ayrılması və təhvil verilməsinə dair sənədlər də iş materiallarına əlavə edilməmişdir.
30. Bundan əlavə, cavabdehin imtina dəlillərindən biri göstərilən bağ sahəsinin sxematik xəritədə aşkar edilməməsidir. Bununla belə, işə baxan aşağı instansiya məhkəmələri sxematik xəritənin əldə edilməsi və öyrənilməsi istiqamətində hər hansı araşdırma aparmamış, sxematik xəritədə iddiaçıya ayrılmış bağ sahəsinin (255b) nəzərdə tutulub-tutulmamasını öyrənməmiş, həmçinin iddia edilən torpaq sahəsinin Xaşa-Xuna bağ massivində olub-olmamasını araşdırmamışlar. Halbuki, cavabdehin imtina dəlillərindən biri də torpaq sahəsinin Abşeron rayonu ərazisində yerləşməsi ilə bağlıdır.
31. Bundan əlavə, iddiaçının iddia etdiyi torpaq sahəsinin başqa şəxsə məxsusluğu ilə bağlı məhkəmə araşdırması da natamam aparılmışdır.
32. Belə ki, cavabdehin imtinasında torpaq sahəsinin başqa şəxsə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü qey d olunmuş (həmin şəxsin adı məktubda qeyd edilməsə də, iş materiallarına "xxxx" MMC-yə Zeytun sovxosu ilə həmsərhəddə yerləşən 147 ha daimi istifadəyə verilmiş torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”, o cümlədən çıxarış əlavə edilmişdir), Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən (qurumun əvvəlki adı) tərəfindən verilmiş mütəxəssis rəyində (İ cild: iş v. 58) mübahisələndirilən torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsinin elektron kadastr bazası ilə müəyyən edilmədiyi qeyd olunmuşdur.
33. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması prinsipi pozulmuşdur.
34. Obyektiv araşdırma pri nsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, məhkəmə araşdırmasının predmetindən və konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə mübahisəyə aid sənədlərin, faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönələn və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməlidir. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarl a kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
35. Odur ki, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi ilk növbədə iddia tələbinin hüquqi əsasını təşkil edən sənədlərin mötəbərliliyini müəyyən etmək üçün müvafiq sorğular verməli (cavabdehə, icra hakimiyyəti orqanlarına, arxiv idarələrinə və sair), iddiaçıya ayrılmış torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənədləri əldə etməli (bağlar massivinin ayrıc aktı, sxematik xəritə, iddiaçıya bağ sahəsinin ayrılması və təhvil verilməsi barədə sənədlər və sair), ayrılmış torpaq sahəsinin yerini və müqavilədə göstərilə n bağ sahəsinin sxematik xəritədə əks olunubolunmamasını müəyyən etməlidir. Bununla yanaşı, iddiaçının iddia etdiyi torpaq sahəsinin bağ massivinin hüdudları daxilində yerləşməsi, o cümlədən torpaq sahəsinin faktiki Xəzər rayonu, yaxud Abşeron rayonu ərazisində olması istiqamətində də araşdırma aparmalıdır. Başqa sözlə, iddiaçıya hüquqmüəyyənedici sənədlərlə ayrılmış torpaq sahəsinin yerini dəqiqləşdirməlidir.
36. Digər tərəfdən, üçüncü şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmə halı baxımından isə, əlavə araşdırma aparılmalı, cavabdehə ilkin müraciət əsasında aparılmış icraatın materialları tələb edilməli, üst-üstə düşmə halının necə və hansı qaydada müəyyən edildiyi öyrənilməli, işdəki mütəxəssis rəyi ilə imtinadakı dəlillər arasındakı ziddiyyətin səbəbi araşdırılmalı və aradan qaldır ılmalıdır.
37. Beləliklə, İPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından barəsində şikayət verilən qərar ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Həmçinin qeyd edilməlidr ki, apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın rədd edilməsi hissəsində təmin oluna bilməz. 38.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasını n 15 dekabr 2022-ci il tarixli, 2-1(103)-2661/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir