Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1005/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina) 25.06.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2023-cü il tarixli, 2-1(105)-622/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1962-ci il təvəllüdlü iddiaçının xx.xx.1982-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasındakı qeydlərə əsasən, o, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Giləzi Quşçuluq fabrikində, xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985ci il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" ASC-də (keçmiş Azərbaycan Boruyayma zavodunda) (kimyəvi analiz laborantı və nasos qurğularının maşinisti vəzifələrində) işləmişdir.
2. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh güzəştli iş stajının olmadığını əsas gətirərək iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət tarixindən əvvəlki 3 il müddətinə hesablanmış məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, güzəştli pensiya hüququna malikdir. Lakin iş yerindən ona müvafiq arayışın verilməsindən imtina edilir. Ca vabdeh isə hər hansı araşdırma aparmadan onun işlədiyi vəzifənin xüsusi iş stajına daxil edilmədiyini bildirir. İddiaçının işlədiyi həmin vəzifədə işləmiş başqa işçilər isə həmin vəzifə ilə güzəştli pensiya hüququ qazanaraq pensiyaya çıxa biliblər. Ola bilər ki, iddiaçının işlədiyi vəzifənin adı müvafiq Siyahıda göstərilən vəzifə adı ilə uyğun olmasın, lakin gündəlik yerinə yetirdiyi işlər güzəştli pensiya hüququnun olduğunu təsdiq edir. Bu faktın məhkəmə vasitəsilə araşdırılmasına ehtiyacı var. Hesab edir ki, onun pensiya təminatı hüququ pozulur.
5. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" Boruyayma zavodunun Mərkəzi laboratoriyasında “laborant”, Baş ene rgetika şöbəsinin su və hava hövzəsinin mühafizəsi bürosunda “laborant” və Su, qaz təminatı sexində üfüqi çökdürmə stansiyası üzrə “nasos qurğularının maşinisti” vəzifələrində işlədiyini, qanunvericiliklə tələb olunan ümumi və güzəştli iş stajını tamamladığını iddia edərək ona 52 yaşının tamam olduğu tarixdən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. İddiaçının təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 46 nömrəli arayışında qeyd olunduğu kimi, onun xx.xx.1982xx.xx.1985-ci il və xx.xx.1985-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin Mərkəzi laboratoriyasında və Baş energetika şöbəsində su və hava hövzəsinin bürosunda işlədiyi “laborant” vəzifəsi, xx.xx.2004-xx.xx.2017-ci il tarixləri arasındakı d övr ərzində isə Su, qaz təminatı sexində üfüqi çökdürmə stansiyasında işlədiyi “nasos qurğularının maşınisti” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Metallurgiya istehsalı bölməsində (3) nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur.
6. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Leyla Mirzəyeva) 05 aprel 2023-cü il tarixli, 2-1(118)-758/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2018-ci il tarixdən ödənilməsi öhdəliyi cavabdehin üzərinə v əzifə olaraq qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə olunmuş əmək kitabçasından görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün xx.xx.2006-cı ilədək 20 ildən artıq ümumi, eyni zamanda iş materiallarına əlavə edilmiş arayışlarla öz təsdiqini tapan 10 ildən artıq güzəştli şərtlərlə pensiya hüququ verən stajı vardır. İddiaçıya pensiya təyini ilə bağlı mübahisənin əsasını iddiaçının xüsusi iş stajına malik olub-olmaması təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin bununla bağlı dəlili əsassızdır. Çünki iddiaçının xx.xx.1982xx.xx.1985-ci il və xx.xx.1985-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər ərzində "xxxx" ASC-nin Mərkəzi laboratoriyasında və Baş energetika şöbəsində su və hava hövzəsin in bürosunda işlədiyi “laborant” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın Vİİİ. Metallurgiya istehsalatı (əlvan metallar) bölməsində 2091300a-13321 kodu ilə (“kimyəvi analiz laborantları”) birbaşa olaraq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifə kimi göstərilmişdir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdeh orqana pensiya təyinatı ilə bağlı xx.xx.2021-ci il tarixdə müraciət olunmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, ona əmək pensiyası müraciət etdiyi tarixdən 3 il əvv əldən, yəni xx.xx.2018-ci il tarixdən ödənilməlidir.
8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Zaur Məmmədov /sədrlik edən və məruzəçi/, Hökümə Babayeva və Gülnar Cabbarova) 27 oktyabr 2023-cü il tarixli, 2-1(105)-622/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunmuş və iddia təmin edilməmişdir.
10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün xx.xx.2006-cı ilədə k 20 ildən artıq ümumi iş stajının olması işin mübahisəsiz halıdır. Bununla belə, iddiaçının əmək kitabçasına və əmək fəaliyyətinə dair təqdim edilmiş digər sənədlərə (arayışlara) əsasən onun 10 il xüsusi staja malik olmasına dair şərt yerinə yetirilmədiyindən, cavabdehin pensiya təyin edilməsindən imtinası əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən "xxxx" ASC-yə sorğu edilərək, iddiaçının "xxxx" ASC-də xx.xx.1982-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.2004-cü il, xx.xx.2004-xx.xx.2010-cu il, xx.xx.2010-xx.xx.2017-ci il tarixləri arasında işlədiyi vəzifələrin 1 nömrəli və ya 2 nömrəli Siyahıda göstərilib-göstərilməməsi barədə məlumat verilməsi xahiş olunmuşdur. xx.xx.2023-cü il tarixli məktubla sorğuya cavab olaraq bildirilmişdir ki, iddiaçının "xxxx" ASC-də (keçmiş Azərbaycan Bo ruyayma Zavodu) işlədiyi sahələr üzrə Su və hava hövzəsinin mühafizəsi laboratoriyasında “kimyəvi analiz laborantı” və Su, qaz təminatı sexində çirkab su nasos stansiyasının və üfüqi çökdürmə stansiyası üzrə “nasos qurğularının maşinisti” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilər in 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmamışdır.
11. Apellyasiya instansiyası məhkəməsi tərəfindən də işin həmin halının araşdırılması məqsədilə "xxxx" ASC-yə sorğu edilərək, xx.xx.2023-cü il tarixli məktubla əlaqədar izah verilməsi, yəni iddiaçının xx.xx.1982-xx.xx.1985-ci il və xx.xx.1985xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər ərzində "xxxx" ASC-nin Mərkəzi laboratoriyasında və Baş energetika şöbəsində su və hava hövzəsinin bürosunda işlədiyi “laborant” və xx.xx.2004-xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər ərzində isə Su, qaz təminatı sexində çirkab su nasos stansiyasının və üfüqi çökdürmə stansiyası üzrə “nasos qurğularının maşinisti” vəzifələrinin hansı səbəbdən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrə aid edilməməsi barədə məlumat verilməsi xahiş olunmu şdur. 12. 27.09.2023-cü il tarixli məktubla sorğuya cavab olaraq bildirilmişdir ki, "xxxx" ASC Azərbaycan Respublikasında metallurgiya üzrə aparıcı müəssisələrdəndir və müəssisənin əsas istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir. Müəssisənin fəaliyyət sahəsinə aid peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işləri n, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda Metallurgiya istehsalatı (Qara metallar) bölməsində nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi Su və hava hövzəsinin mühafizəsi laboratoriyasında “kimyəvi analiz laborantı” və Su, qaz təminatı sexində çirkab su nasos stansiyasının və üfüqi çökdürmə stansiyası üzrə “nasos qurğularının maşinisti” vəzifələri həmin bölmədə, həmçinin, ümumi peşələr bölməsində nəzərdə tutulmadığı üçün onun işlədiyi vəzifələr güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrə aid edilməmişdir.
13. Birinci instansiya məhkəməsi isə iddiaçının xx.xx.1982-xx.xx.1985-ci il və xx.xx.1985-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər ərzində "xxxx" ASC-nin Mərkəzi laboratoriyasında və Baş energetika şöbəsində su və hava hövzəsinin bürosunda işləd iyi “laborant” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda Vİİİ. Metallurgiya istehsalatı (əlvan metallar) bölməsində 2091300a-13321 kodu ilə (“kimyəvi analiz laborantları”) birbaşa olaraq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifə kimi göstərildiyini əsas gətirməklə iddianı təmin etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Belə olan halda, iddiaçının tələb olunan azı 10 il xüsusi staja malik olmasına istinad edən birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda qeyd edilən məzmunda təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir.
14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şika yətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək iddiaçının kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaol unanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 (hazırda qüvvədə olan redaksiyada). Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.11-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Naz irlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qeyd: Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələr in, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”
21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 2 nömrəli Əlavə - Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı
2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.
9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İ NSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona ai d müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pens iyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, o cümlədən xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 31. “Əmək pe nsiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
32. Bu qərarın 17 və 19-cu bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 20 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 10 ilini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağ ır olan işlərdə toplaması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını, yəni ümumi iş stajını və güzəştli pensiya hüququ verən stajı həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanması.
33. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcud deyildir. Belə ki, iddiaçının 2006-cı il yanvarın 1-dək qanunvericiliklə tələb olunan və güzəştli pensiya hüququ verən 10 il iş stajını topladığı iş üzrə materiallarla təsdiq olunmur. Eyni zamanda, iddiaçı tərəfindən də bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.
34. İddiaçının xx.xx.1982-ci il tari xdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" ASC-də (keçmiş Azərbaycan Boruyayma zavodunda) işlədiyi vəzifələrin və sahələrin müvafiq Siyahıda nəzərdə tutulmuş vəzifə ilə eynilik təşkil etdiyi və sahəyə uyğun olduğu mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur. Bununla bağlı iddiaçının işəgötürəni – "xxxx" ASC tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hallar iş üzrə apellyasiya icraatı zamanı müəyyən edilməmiş, iddiaçı tərəfindən isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır.
35. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Bu zaman həmçinin işçinin məşğul olduğu peşənin və həmin peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.
36. Beləliklə, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayıla bilməz. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.
37. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisəl əndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2023-cü il tarixli, 2-1(105)-622/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.