Məhkəmə qərarları › İş №2-1(102)-1006/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1006/2019

23.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1006/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı şəhər Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ 23.04.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və vəkili Vəkil cavabdehin nümayəndəsi Məmmədova Sevinc Fərhad qızının iştirakı ilə İddiaçı cavabdeh Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı doğum haqqında təkrar şəhadətnamənin verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İ qtisadi Kollegiyasının 2-1(103)-792/2018 saylı iş üzrə 27 iyun 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 23 aprel 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi 24 may 2014-cü il tarixli, 1049/08 saylı məktubu ilə İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarının 9.7-ci bəndinə əsasən 16 yaşma çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edil dikdə təkrar şəhadətnamələr verilə bilər. Eyni zamanda, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini təsdiq edən və ona Azərbaycan Respublikası ərazisində qanuni olaraq qalmaq hüququ verən sənəddir. Himayə sənədi «Qaçqınların statusu haqqında» Konvensiyada və Azərbaycan Respublikası qanunvericiliyində qaçqının şəxsiyyətini təsdiq edən sənəd kimi müəyyən edilməmişdir. Həmçinin Qanunun 1-ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, iriqi əlamətinə, milliyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsinə tam əsaslı ehtiyat üz ündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən ora qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. İddiaçıya izah olunmuşdur ki, o, şəxsiyyətini təsdiq edən sənədi əldə etdikdən sonra doğum haqqında təkrar şəhadətnamənin alınması ilə bağlı qeydiyyat şöbəsinə müraciət edə bilər. İmtinanı qanunsuz hesab edən iddiaçı məhkəməyə müraciət edərək ona şəxsiyyətini təsdiq edən sənəd tələb edilmədən, himayə sənədi əsasında doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla ə saslandırmışdır ki, xx.xx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi 19 noyabr 1974-cü il tarixli, **** saylı akt qeydi əsasında “Doğum haqqında” şəhadətnamə ilə təmin edilmiş, lakin sonradan həmin şəhadətnaməni itirmişdir. İddiaçının şəxsiyyətini təsdiq edən heç bir sənədi olmadığından o, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzə Ali Komissarlığı tərəfindən sənədsiz şəxs olaraq himayəyə götürülmüş və ***-**C***** saylı himayə sənədi ilə təmin edilmişdir. İddiaçı şəxsiyyətini təsdiq edən sənədlə təmin olunması məqsədilə müvafiq polis orqanına müraciət etmiş, lakin “Doğum haqqında” şəhadətnaməsinin olmaması səbəbindən onun tələbinin yerinə yetirilməsindən imtina edilmişdir. Daha sonra o, doğum haqqında təkrar şəhadətnamənin verilməsi üçü n cavabdehə müraciət etmiş, lakin cavabdeh də onun şəxsiyyətini təsdiq edən sənəd olmaması səbəbindən tələbin yerinə yetirilməsindən imtina etmişdir. Onun şəxsiyyət vəsiqəsi olmadığından cavabdeh, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədini onun şəxsiyyətini təsdiq edən sənədə bərabər tutmalı idi. Cavabdeh iddiaya təqdim etdiyi etirazında bildirmişdir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçıya verilmiş himayə sənədi “Qaçqınların statusu haqqında” Konvensiyada və Azərbaycan Respublikası qanunvericiliyində qaçqının şəxsiyyətini təsdiq edən sənəd kimi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 9.7-ci bəndinə əsasən isə 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 iyul 2015-ci il tarixli, 2-1(81)-135/2015 saylı qərarı ilə (hakim - M.S.Bayramov) iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının vətəndaşlıq mənsubiyyəti və ona əvvəllər “Doğum haqqında” şəhadətnamənin verilməsi müəyyən edilmədiyindən iddia əsassız olmuşdur. İddiaçı qaçqın olmadığından ona müəyyənləşdirilmiş qaydada qaçqının şəxsiyyətini təsdiq edən sənəd olan qaçqın vəsiqəsi deyil, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin himayəsində olması barədə himayə sənədi verilmişdir. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş dir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 noyabr 2015-ci il tarixli, 2-1(103)-1874/2015 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim - V.Ağayev, hakimlər – Ü.Mayılov və C.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilmasə barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 mart 2016cı il tarixli, 2-1(102)-474/2016 saylı qərarı ilə (sədrlik edən məruzəçi hakim – İ.Dadaşov, hakimlər – K.Bədəlov və A.Hüseynov) kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Kassasiya məhkəməsi öz qərarında göstərmişdir ki, iddiaçının valideynlərinin Azərbaycan Respublikası vətəndaşları olması ilə onun özünün Azərbaycan Respublikası ərazisində doğulması məhkəmələr tərəfindən mübahisələndirilməmişdir. Bundan başqa, iş materiallarında iddiaçının Bakı şəhəri, Nəsimi rayonu *** saylı natamam orta məktəbini bitirməsi barədə məlumatların olmasına baxmayaraq, məhkəmələr tərəfindən bu hal ilə bağlı hər hansı araşdırma aparılmamış, həmin məktəbə sorğu verilməklə zəruri sənədlər tələb edilməmişdir. İddiaçının təqdim etmiş olduğu 22 noyabr 2008-ci il tarixli, *** saylı arayış isə kserosurət olduğundan mötəbər sübut kimi qəbul edilməmiş, məhkəmələr bununla kifayətlənməklə işin həqiqi hallarını hərtərəfli araşdırmaqdan imtina etmişdirlə r. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 oktyabr 2016-cı il tarixli, 2-1(103)-1336/16 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim –M.Tağızadə, hakimlər – S.Hüseynov və K.Abiyeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2017ci il tarixli, 2-1(102)-402/2017 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim – R.Nəbizadə, hakimlər – N.Rəsulbəyova və Z.Quliyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar ba xılması üçün həmin məhkəməyə qaytarılmışdır. Kassasiya məhkəməsi öz qərarında göstərmişdir ki, cavabdehin birinci instansiya məhkəməsinə göndərdiyi 26 dekabr 2014-cü il tarixli məktubunda iddiaçının doğumu haqqında qeydin aşkar olunmadığı bildirmişdir. Halbuki, cavabdehin 22 noyabr 2008-ci il tarixli, *** saylı arayışında iddiaçının xx xx 1974-cü il tarixdə Bakı şəhərində doğulması və qeydiyyat şöbəsinin arxivində onun doğumu haqqında xx xx 1974-cü il tarixli, **** saylı aktın saxlanıldığı bildirilmiş və göstərilən akt cavabdeh şöbənin rəisi tərəfindən imzalanmaqla möhürlə də təsdiq edilmişdir. Apellyasiya məhkəməsi isə həmin arayışın iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilməməsinə hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd edilən doğum akt q eydinə məhkəmələr tərəfindən baxış keçirilməli, həmin qeydin iddiaçıya aid olması, həmçinin şəxsiyyətini müəyyən edən hallarını ətraflı araşdırmalı, zərurət yarandıqda isə anasının və digər qohumlarının izahatları alınmaqla, araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 may 2017-ci il tarixli, 21(103)-1062/17 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim – S.Seyidova, hakimlər – E.Nağıyeva və E.Vəliyeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bu qərardan da iddiaçı yenidən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 oktyabr 2017-ci il tarixli, 2-1(102)-1578/2017 say lı qərarı (sədrlik edən və məruzəçi hakim – S.Hüseynova, hakimlər – Ə.Əliyev və İ.Dəmirov) ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 may 2017-ci il tarixli, 2-1(103)-1062/2017 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-792/2018 saylı, 27 iyun 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim - A.B.Nuriyeva, hakimlər E.E.Nağıyeva və H.Ü.Həmidov) apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-135/2015 saylı, 07.07.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellya siya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 iyun 2018-ci il tarixli qərarını ləğv edib, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçının şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT QAK-ın himayəsindədi. Bu səbəbədən də ərizəsinə şəxsiyyət vəsiqəsi əvəzinə himayə sənədini əlavə etmişdir. Onun şəxsiyyəti, yəni onun kim olmağı artıq dövlət qurumları tərəfindən tanınıb. Belə ki, Dövlət Miqrasiya Xidməti onu olduğu yer üzrə qeydiyyata alıb. Göründüyü kimi, onun şəxsiyyəti BMT QAK-ın verdiyi himayə sənədindən müəyyən edilir. Bununla əlaqədar qeyd edirik ki, Miqrasiya Məcəlləsinin 21.6-cı maddəsinə əsasən BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən nümayəndəliyin məlumatları əsasında aparılır. BMT QAK-ın verdiyi məlumatlar əsasında olduğu yer üzrə qeydiyyatın aparılması şəxsiyyətin müəyyən edilməsinin dolayı üsullarından biridir. Müvafiq səlahiyyətli dövlət qurumu olmaqla DMX həmin məlumatlar əsasında şəxsin olduğu yer üzrə qeydiyyatını aparmaqla onun şəxsiyyətini müəyyən etmiş olur. Belə ki, yalnız şəxsiyyəti, yəni kim olması müəyyən edilmiş şəxsin olduğu yer üzrə qeydiyyatı ap arıla bilər. Bununla da, DMX onu olduğu yer üzrə qeydiyyata almaqla şəxsiyyətini müəyyən edib. Bundan əlavə, iş materiallarından bəlli olur ki, cavabdeh Nəsimi rayon Qediyyat şöbəsi 23 iyun 2018-ci il tarixdə məhkəməyə onun doğum akt qeydiyni təqdim etmişdir. Həmin akt qeydindən görünür ki, onun barədə doğum akt qeydi Bakı şəhər Nəsimi rayon qeydiyyat şöbəsində saxlanılır. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi doğum haqqında təkrar şəhadətnamənin verilməsindən imtina edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilən"Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası"na istinad etmişdir. Polis İdarəsi isə şəxsiyyət vəsiqəsi verilməsindən imtina edərkən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ha qqında" Azərbaycan Respublikası Qanununa istinad etmişdir.Göründüyü kimi, şəxsiyyət vəsiqəsi almaq üçün doğum haqqında təkrar şəhadətnamə, doğum haqqında təkrar şəhadətnamə almaq üçün isə şəxsiyyət vəsiqəsi lazımdır. Onda isə bu sənədlərin heç biri olmadığından nə şəxsiyyət vəsiqəsi, nə də doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilirəm. Bundan başqa, məhkəmə imtinanın əsası kimi öz qərarını Məhkəmənin bu işə birinci və üçüncü dəfə baxmış kollegiyalarının qərarında göstərilmiş eyni arqumentlərlə də əsaslandırıb. Halbuki, onun işi üzrə Bakı Apellyasiya Məhkəməsinin ilk və üçüncü qərarı məhz həmin arqumentlər əsassız hesab edildiyindən bu işə Ali Məhkəmə tərəfindən müvafiq olaraq baxılarkən ləğv edilmiş və geri qaytarılmışdı. Məhkəmənin qaldırdığı həmin məsələlər artıq mübahisə predme ti deyil. Həmin arqument aşağıdakılardan ibarətdir. Bakı Apellyasiya Məhkəməsi"Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı Qərarının 12.9-cu bəndinə istinad edərək qeyd edir ki, iddiaçı ona verilmiş doğum haqqında şəhadətnamənin Rusiya ərazisində oğurlanmasını göstərsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Birincisi, bu arqumentlə ilə əlaqədar nəzərə alınmalıdır ki, bu məsələ artıq mübahisə predmeti deyil, ikincisi, məhkəmənin istinad etdiyi həmin müddəa bu mübahisəyə tətbiq edilə bilməz, belə ki, həmin norma vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin itirilməsi hallarında şəxs tərəfindən görülməli olan hərəkətlə ri deyil, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrininblanklarınınitirilməsi və ya oğurlanması hallarında qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən görülməli olan tədbirlərimüəyyən edir. Belə ki, "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsihaqqında" AzərbaycanRespublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cii il tarixli 145 saylı Qərarının 12.2-ci maddəsiqeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsləri üçün vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının (bu sənədlər ciddi hesabat sənədləridir) uçotunu və saxlanılması təmin etmək öhdəliyi müəyyən edir və həmin qərarın 12-ci maddəsi bütünlüklə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarıilə bağlı məsələləri əhatə edir. Bundan başqa, ümumilikdə, qanunvericilik doğum haqqında şəhadətnamənin itirilməsi halında doğum haqqında şəhadətnaməsi itmiş yaxud oğurlanmış şəxs üçün həmin şəhadətnamənin itməsi və ya oğurlanması barədə məhkəmənin qeyd etdiyi kimi müvafiq orqanlara məlumat vermək öhdəliyini müəyyən etməmişdir. Əgər elə olsaydı, "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-ci il tarixli 145 saylı Qərarının 9-cu maddəsi təkrarşəhadətnamələrin verilməsi haqqında ərizə ilə qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə müraciət edən maraqlı şəxslər tərəfindən həmin ərizəyə doğum haqqında şəhadətnamənin itməsi barədə müvafiq dövlət orqanına məlumat verilməsini təsdiq edən sənədin də əlavə edilməsini öhdəlik kimi müəyyən edərdi. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçı və onun vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin olunmasına dair yeni qərar çıxarılmalıdır. Apellyasiya məhkəməsi iddianın əsassız olduğuna dair mövqeyini ilk növbədə onunla əsaslandırmışdır ki, iddiaçı “Doğum haqqında” şəhadətnamənin oğurlanmasını bildirsə də, buna dair sübutları təqdim etməmişdir. Bu əsası apellyasiya məhkəməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın təsdiq edilməsi haqqında 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarının 12.9-cu bənd i ilə əsaslandırmışdır. Həmin bəndə əsasən, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının itirilməsi və ya oğurlanması hallarında tədbirlərin görülməsi üçün həmin gün daxili işlər orqanı vasitəsilə itirilmiş və ya oğurlanmış blankların axtarılması üçün tədbirlər görür, hadisə və görülmüş tədbirlər barədə qeydiyyat şöbəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə, konsulluq idarəsi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, icra hakimiyyətinin nümayəndəliyi müvafiq yerli icra hakimiyyəti orqanına məlumat verir. Məhkəmə kollegiyası hesab edir ki, müddəanın mətnindən də göründüyü kimi, istinad edilən qayda qeydiyyat şəhadətna mələrinin blanklarının itirilməsi və ya oğurlanması hallarına aiddir ki, iddiaçı tərəfindən qaldırılan məsələ şəhadətnamələrinin blanklarının itirilməsi ilə bağlı olmamışdır. Kollegiya bununla bağlı olaraq xüsusilə qeyd edir ki, kassasiya məhkəməsi özünün əvvəlki qərarında bu məsələyə dair hüquqi mövqeyini bildirsə də, apellyasiya məhkəməsi təkrar baxışda heç bir yeni əsaslandırma gətirmədən əvvəlki mövqeyini olduğu kimi təkrarlamış, bununla da, İPM-in 96.11-ci maddəsinin müddəalarını pozmuşdur. Həmin maddəyə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Apellyasiya məhkəməsi iddianı rədd etmək üçün həmçinin o hala istinad etmişdir ki, iddiaçı şəxsiyyətini təsdiq edən sənəd təqdim etməmişdir. Məhkəmə bununla bağlı gös tərmişdir ki, Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəd şəxsiyyət vəsiqəsidir, BMT QAK tərəfindən verilmiş himayə sənədi Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəd kimi qəbul edilmir. Kollegiya aşağıda göstərlənlərə əsasən apellyasiya məhkəməsinin həmin mövqeyini də qanunsuz və əsassız hesab edir. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə bundan əvvəlki qərarında sözügedən məsələyə dair kassasiya məhkəməsinin mövqeyi aydın və dəqiq şəkildə ifadə edilmişdir. Həmin mövqe aşağıdakı kimi olmuşdur: “İddiaçı cavabdehə müraciət edərək “Doğum haqqında” təkrar şəhadətnamənin verilməsini xahiş etmişdir. Tələbin hüquqi əsasını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq və ziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları” təşkil edir. Həmin Qaydaların: - 9.1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir; - 9.7-ci bəndinə əsasən, (...) 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Qaydalarda nəzərdə tutulmuş müddəalara istinadən iddiaçı tərəfindən şəxsiyyətini təsdiq edən sənəd təqdim edilmədiyi əsası ilə cavabdeh təkrar şəhadətnamənin verilməsindən imtina etmişdir. Bu imtinanı mü bahisələndirərkən, iddiaçı bildirmişdir ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınması üçün müvafiq qanunvericiliyin tələblərinə görə “Doğum haqqında” şəhadətnaməni təqdim etməlidir. Lakin sonuncunun itirilməsi onu həm Azərbaycan Respublikasının vətəndaşı olmasını təsdiq etmək, həm də şəxsiyyətini müəyyən etmək imkanından məhrum etmişdir. Beləliklə, iddiaçının şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı kolliziya yaranmış və bu səbəbdən iddiaçı onun şəxsiyyətinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfındən verilmiş “Himayə sənədi” əsasında müəyyən edilməsini xahiş etmişdir. Müvafiq olaraq apellyasiya məhkəməsi tələbə uyğun olaraq iddiaçının şəxsiyyətinin “Himayə sənədi” əsasında müəyyən edilib-edilməməsi məsələsinə qiymət verməli idi. Belə ki, iddia tələbindən göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə “Doğum haqqında” qeydin olması və ya onun bərpa edilməsi ilə bağlı olmamış, bilavasitə iddiaçının təqdim etdiyi sənəd əsasında yuxarıda istinad edilmiş Qaydalara əsasən təkrar “Doğum haqqında” şəhadətnamənin verilməsi ilə bağlı olmuşdur. Beləliklə, məhkəmənin qiymətləndirməsi bilavasitə Qaydalarda nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənəd” anlayışına iddiaçının istinad etdiyi sənədin aid olub-olmaması ilə aparılmalıdır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bununla yanaşı, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir. Hər iki müddəaların mənasından aydın olur ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Sonuncu halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiy yata alınması qaydalarını tənzimləməklə, onun 21.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ) tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. Bu müddəadan göründüyü kimi, müvafiq inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə bağlı məlumatı əsasında həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını həyata keçirir. Məhkəmə kollegiyasında məsələ ilə bağlı iddiaçının nümayəndəsinin verdiyi izahatından məlum olmu şdur ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçı bilavasitə “Himayə sənədi” əsasında həmin inzibati orqan tərəfindən qeydiyyata alınmışdır və bununla bağlı müvafiq sənədlərin təqdim edilməsinin mümkünlüyü barədə bildirmişdir. Beləliklə, aparılmış təhlilin nəticəsi olaraq məhkəmə kollegiyası qeyd edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər, rəsmi sənədi ehtiva edir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təqdim etdiyi sənəd qanunvericiliyin aparılmış təhlilinə uyğun olaraq yoxlanılmalı və həmin sənəd iddi açının şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edildiyi halda, iddiaçıya “Doğum haqqında” təkrar şəhadətnamənin verilməsi tələbi üzrə nəticə verilməlidir”. Kollegiya kassasiya məhkəməsinin əvvəlki qərarında əks olunmuş hüquqi mövqeyinə bağlı olaraq və onu bir daha təsdiq etməklə hesab edir ki, Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir. Bu mənada, hazırkı mübahisə üzrə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçının barəsində verilmiş ***-**C***** saylı himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qə bul edilə bilər. Xüsusən nəzərə alınmalıdır ki, həmin sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi tanınmış və onun əsasında iddiaçı olduğu yer üzrə qeydiyyata alınmışdır. İddianın təmin edilməli olduğu həmçinin ondan irəli gəlir ki, cavabdeh Bakı şəhəri Nəsimi rayon Qediyyat şöbəsi tərəfindən 23 iyun 2018-ci il tarixli, *** saylı məktubla məhkəməyə iddiaçının doğum akt qeydini təqdim etmişdir. Həmin **** saylı, xx xx 1974-cü il tarixli akt qeydindən görünür ki, İddiaçı xx xx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X1, anası isə X2dir.. Beləliklə, iddiaçının barəsində əvvəllər aparılmış doğum akt qeydi mövcuddur. Ona görə də, iddiaçının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabındakı qeydə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə almaq hüququ vardır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Kollegiya hesab edir ki, İPM-in qeyd olunan müddəası nəzərə alınmaqla iddia tələbi təmin edilərkən iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadan cavabdehin üzərinə Bakı şəhəri Nəsimi rayon Qediyyat şöbəsində mövcud olan **** saylı, xx xx 1974-cü il tarixli vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabındakı qeydə əsasən iddiaçıya doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məh kəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-792/2018 saylı iş üzrə 27 iyun 2018-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin olunsun. Bakı şəhəri Nəsimi rayon Qediyyat şöbəsində mövcud olan **** saylı, 19 noyabr 1974-cü il tarixli vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabındakı qeydə əsasən İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nəsimi rayon Qediyyat şöbəsinə həvalə edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar