Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1006/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi (asfaltbetonçular)) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliy ində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 noyabr 2023-cü il tarixli, 2-1(103)-3241/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək “Komsomol” kolxozunda kolxozçu işləmiş, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək “Komsomol” kolxozunda kolxozçu, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Sanqaçal daş karxanasında yük daşıyıcısı, xx.xx.1988-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Dəmir-Beton zavodunun “Azərnefttikinti” trestində qəlibçi (xx.xx.1993-cü il tarixdə “Azərnefttikinti” trestinin adı “Azərneftlayihətikinti” Birliyi olmuşdur), xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ATSC-nin 1 saylı Yol Təmir Tikinti sahəsində fəhlə, xx.xx.2004-cü il tarixdən xx.xx.2019-cu il tarixədək “Bakı Yol Tikinti” ATSC-də fəhlə işləmişdir və xx.xx.2019-cu il tarixdən hal-hazıradək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2 №li X1 MMC-də fəhlə işləyir. 2. “Bakı Yol Tikinti” ATSC tərəfindən verilmiş 29 avqust 2022-ci il tarixli 08 nömrəli arayışdan görünür ki, iddiaçı gü zəştli şərtlə yaşa görə pensiya hüququ verən isti asfalt yayan fəhlə peşəsində xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək (işə qəbul, əmr № 48-k.xx.xx.2002 il, işdən çıxma, əmr № 98-k, xx.xx.2003 il) və xx.xx.2004-cü il tarixdən xx.xx.2019-cu il tarixədək (işə qəbul, əmr № 24-k, xx.xx.2004 il, işdən çıxma, əmr № 26-k, xx.xx.2019-cu il) "xxxx" ASC-də işləmişdir. İşlədiyi peşə üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün iş stajı 17 il 19 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri onun isti asfalt yayılması üzrə fəhlə kimi fəaliyyət göstərməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, xx.xx.1993-cü il tarixli Qərarının 1 nömrəli Əlavəsinin 27-ci maddəsinin (kod 22900000Bina.qurğu və digər obyektlərin inşas ı, yenidən qurulması, texniki təchizatı, bərpası, təmiri) “a” bəndinə (kod 2290000a-11140 asfalt-betonçular) əsasən iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir.
3. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2 nömrəli X1 MMC tərəfindən verilmiş 13 oktyabr 2022-ci il tarixli 15 nömrəli arayışdan görünür ki, iddiaçı güzəştli şərtlə yaşa görə pensiya hüququ verən isti asfalt yayan fəhlə peşəsində xx.xx.2019-cu il tarixdən hal-hazıradək (işə qəbul, əmr № 169, xx.xx.2019-cu il) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 nömrəli X1 MMC-də işləyir. İşlədiyi peşə üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün iş stajı 3 il 20 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri onun isti asfalt yayılması üzrə fəhlə kimi fəaliyyət göstərməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli Qərarının 1 nömrəli Əlavəsinin 27-ci maddəsinin (Kod 22900000Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası, təmiri) «a» bəndinə (Kod 2290000a- 11140 asfalt-betonçular) əsasən iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir.
4. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, iddiaçının xx.xx.2006-xx.xx.2019-cu illər arasındakı dövr üzrə fərdi hesabının sığorta hissəsində, ümumilikdə 5 il 11 ay (2006-cı il üzrə 2 ay, 2007-ci il üzrə 2 ay, 2008-ci il üzrə 4 ay, 2009-cu il üzrə 10 ay, 2010-cu il üzrə 12 ay, 2011-ci il üzrə 12 ay, 2012-ci il üzrə 10 ay, 2013-cü il üzrə 3 ay, 2014-cü il üzrə 8 ay, 2015-ci il üzrə 7 ay və 2018-ci il üzrə 1 ay) sığorta ödənişi öz əksini tapmadığından, həmin müddətin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Beləliklə, güzəştli iş stajı 12 il 6 aydan az (11 il 1 ay 19 gün) təşkil etdiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdən hesablanmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xah iş etmişdir.
6. İddiaçının tələbi hazırki qərarın 1-4-cü bəndlərində sadalanan faktiki hallara istinad edilməklə əsaslandırılmışdır.
7. Cavabdehin iddia tələbinə yazılı etirazının əsasını iddiaçının müraciətindən imtinaya dair cavab məktubda qeyd olunanlar təşkil edir.
8. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli məktubda Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsisteminin “Statistika” bölməsinin “Sığortaolunanların fərdi şəxsi hesabına baxış” bölümündə sığortaedən "xxxx" ASC tərəfindən İddiaçı xeyrinə xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədə k hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar məhkəməyə təqdim edilmişdir. Həmin cədvəl-məlumatdan görünür ki, iddiaçının gəlirindən xx.xx.2022-ci il tarixdən hazıradək işlədiyi sığortaedən “2 nömrəli X1” MMC tərəfindən onun xeyrinə 2019-cu ilin sentyabr ayından güzəştli pensiya almaq üçün cavabdehə müraciət etdiyi 2022-ci ilin avqust ayınadək məcburi dövlət sosial sığorta haqları mütəmadi ödənilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: T.R.Məlikov) 27 aprel 2023-cü il tarixli, 21(112)-4294/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 29 avqust 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh i nzibati orqanın yeganə mübahisələndirdiyi hal iddiaçının xüsusi iş stajının yetərli olmamasıdır. Cavabdehin imtinasının əsasını xx.xx.2006 - xx.xx.2019-cu il tarixləri arasında müxtəlif vaxtlarda (ümumilikdə 5 il, 11 ay) iddiaçıya münasibətdə sosial sığorta haqlarının ödənilməməsi təşkil edir. Bu səbəbdən, iddiaçının xüsusi iş stajı 11 il 1 ay 19 gün hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı təsdiq edilmişdir. Həmin Siyahının “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı bölməsində: a) fəhlələr: asfalt və beton döşəyənlər, asfalt və be ton bişirənlər vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi isti asfalt yayılması üzrə fəhlə vəzifəsi Siyahıda adıçəkilən vəzifələrə uyğun olduğundan, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verir. Məhkəmə iddiaçının imtina dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçının xx.xx.2019-cu il tarixdən işlədiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 nömrəli X1 MMC-nin arayışı və sığortaolunanların fərdi hesab məlumatları ilə müəyyən edilmişdir ki, iddiaçının işlədiyi isti asfalt yayılması üzrə fəhlə vəzifəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün iş stajı 3 il 20 gün təşkil edir və həmin müddət ərzində onun gəlirindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi həyata keçirilmişdir. Belə olan halda, cavabdeh inzibati orqanı n mübahisələndirdiyi dövr nəzərə alınmasa belə, iddiaçının qanunla tələb olunan 12 il 6 ay müddətdən artıq xüsusi iş stajı yaranmış olur (11 il, 1 ay, 19 gün + 3 il, 20 gün= 14 il, 2 ay, 9 gün).
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və P.A.Hüseynov) 07 noyabr 2023-cü il tarixli, 2-1(103)-3241/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2-1(112)-4294/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
13. Apellyasiya instan siyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
15. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 nömrəli X1 MMC-nin arayışı əsas götürülərək iddiaçının 3 il 20 gün stajı cavabdeh tərəfindən mübahisələndirilməyən staja əlavə edilməklə onun güzəştli iş stajının 12 il 6 aydan çox olması qənaətinə gəlinsə də, sözügedən arayış iddiaçının müraciəti zamanı cavabdeh inzibati orqana təqdim edilməmiş və həmin dövrlər üzrə inzibati icraat aparılmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
38. Sosial təminat hüququ 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Azərba ycan Respublikasının Qanunu: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. …
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsala tların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə
58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Madd ə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti v erən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdiril ə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Apellyasiya instansiya məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərba ycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 29- Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı bölməsi - a) fəhlələr: asfalt və beton döşəyənlər, asfalt və beton bişirənlər vəzifələri nəzərdə tutulmuşdur.
28. Aşağı instansiya məhkəmələri düzgün olaraq göstərmişlər ki, iddiaçının işlədiyi isti asfalt yayılması üzrə fəhlə vəzifəsi siyahıda adıçəkilən vəzifələrə uyğun olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verir. Belə ki, onun xx.xx.2019-cu il tarixdən işlədiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 nömrəl i X1 MMC-nin arayışı və sığortaolunanların fərdi hesab məlumatları ilə müəyyən edilmişdir ki, iddiaçının işlədiyi isti asfalt yayılması üzrə fəhlə vəzifəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün iş stajı 3 il 20 gün təşkil edir və həmin müddət ərzində onun gəlirindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi həyata keçirilmişdir. Belə olan halda, cavabdeh inzibati orqanın mübahisələndirdiyi dövr nəzərə alınmasa belə, iddiaçının qanunla tələb olunan 12 il 6 ay müddətdən artıq xüsusi iş stajı yaranmış olur (11 il 1 ay 19 gün + 3 il 20 gün= 14 il 2 ay 9 gün).
29. İşin mübahisələndirilməyən halı olsa da, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1960-cı il tarixdə doğulmaqla, tələb etdiyi xx.xx.2022-ci il tarixə qanunvericiliklə tələb olunan yaş həddinə ç atdığından və həmin tarixə ümumi (25 il) və güzəştli (12 il 6 ay) iş stajı tamamlandığından iddia əsaslıdır. Odur ki, iddia təmin edilməklə, iddiaçıya həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.
30. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 noyabr 2023-cü il tarixli, 21(103)-3241/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.