Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1006/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı firmasının cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış borcun şəxsi hesab vərəqəsindən silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı firmasının cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və fərdi uçot üzrə Mərkəzi Filialı) qarşı “borc un silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2-1(103)-1663/2024 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta (Hesabat)” altsistemində iddiaçının “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanuna əsasən, xx.xx.2018-ci il tarixində xx.xx.2006-cı il tarixinə yaranmış və xx.xx.2018-ci il tarixədək ödənilməmiş 2811,16 manat məcburi dövlət sosial sığorta haqqı, xx.xx.2018-ci il tarixində isə xx.xx.2015-ci il tarixinədək yaranmış və xx.xx.2018-ci il tarixinədək ödənilməmiş 1277,40 manat məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) silinmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək, ona Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Sığorta (Hesabat)” altsistemində məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış 2838,86 manat borcun “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanuna əsasən silinməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış 2836,86 manat məbləğində borcun silinm əsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan sonra iddiaçıya məcburi dövlət sosial sığorta haqqı üzrə 2838,86 manat borc hesablandığı məlum olmuşdur. Vergi orqanı həmin borcun Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesablandığını və ona ötürüldüyünü bildirmişdir. Borcun yaranması səbəbinin araşdırılması məqsədilə iddiaçı tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və fərdi uçot üzrə Mərkəzi Filialına edilmiş müraciətə xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanuna əsasən Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığ orta (Hesabat)” altsistemində iddiaçının xx.xx.2006-cı il tarixinə yaranmış və xx.xx.2018-ci il tarixədək ödənilməmiş 2811,16 manat məcburi dövlət sosial sığorta haqqı, maliyyə sanksiyaları (hesablanmış penya) silinmişdir. İddiaçı yenidən həmin inzibati orqana müraciət edərək, xx.xx.2006 - xx.xx.2018-cı illər üzrə iddiaçı tərəfindən Fonda təqdim edilmiş hesabatların, ödənilmiş sosial-sığorta haqlarının, borcun yaranmasının dinamikası və əsaslarının ona verilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixli cavab məktubunda xx.xx.2006-cı il tarixdən xx.xx.2011-cı il tarixədək olan dinamika barədə cədvəl şəklində məlumat verilmiş, əsaslar barədə isə heç bir açıqlama gətirilməmişdir. Halbuki, iddiaçı 2006-cı ildən 2011-cı ilə kimi yox, 2018-cı ilə kimi borcun yaranmasının əsasları və dinamikası ba rədə məlumatların təqdim edilməsini xahiş etmişdir. Paralel olaraq borcun yaranmasına dair iddiaçı tərəfindən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının iştirakı və xəbəri olmadan ona qarşı 2009-cu ildə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində DSMF-nin Bakı şəhəri üzrə HŞİD-in “məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiaya baxılmışdır və xx.xx.2009-cu il tarixdə iddianın təmin edilməsinə dair qiyabi qətnamə çıxarılmışdır. Həmin məhkəmə prosesinə dair bildirişlərin və məhkəmə qətnaməsinin iddiaçıya çatdırılması və ya təqdim edilməsi barədə məhkəmə işində heç bir sübut yoxdur. Qətnamənin surətini iddiaçı Bakı İnzibati Məhkəməsinin arxivindən 2022-ci ilin yanvar ayında almışdır. Bununla da iddiaçı məhkəmədə öz hüquqlarını müdafi ə etməkdən məhrum olmuşdur. İddiaçı 1993-cü ildə dövlət qeydiyyatına alınmış, 1998-ci ilə kimi daimi fəaliyyət göstərmişdir. xx.xx.2000-ci il tarixdən fəaliyyətini dayandırarkən işçilərə ehtiyac olmadığından iddiaçı ştat üzrə olan işçiləri işdən azad etmiş və həmin illər üzrə sosialsığorta haqları ödənilməmişdir. 2000-ci ildən iddiaçı müxtəlif dövrlərdə fəaliyyət göstərsə də, işçilərin işə cəlb edilməsinə ehtiyacı olmamışdır, çünki mal Bakı şəhərinə gələn kimi alıcıya təhvil verilirdi. Fəaliyyət göstərdiyi dövrdə üzərinə düşən vergi öhdəliklərini iddiaçı vaxtında və tam olaraq həyata keçirmiş, nə vergi, nə də sosial fonda heç bir borcun yaranmasına yol verməmişdir. İddiaçı 2016-ci ilin avqust ayında fəaliyyətini dirçəldərək Türkiyədən mal idxalına başlamış, idxal olunan malın birinci hissə sini sentyabr ayında, ikinci hissəsini isə noyabr ayında gətirməyi planlaşdırmışdır. Cavabdehin əsassız hərəkətləri nəticəsində iddiaçı planlaşdırılmış fəaliyyətini 2017-ci ildən yenidən dayandırmaq məcburiyyətində qalmışdır və bu, hal-hazırkı vaxtadək davam etməkdədir. İddiaçı hesab edir ki, Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olsa da, həmin borc 2006-ci ilə kimi yaranmışdır.
5. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, şəxsi hesab vərəqəsinə əsasən iddiaçının xx.xx.2021-ci il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə 2838,86 manat ödənilməmiş borcu vardır. İddiaçı tərəfindən mübahisələndirilən məsələ Vergi Məcəlləsi ilə tam əhatə olunur və məcburi dövlət sosial sığorta haqları üzrə ödənilməmiş borc məbləğlərinin silinməs i vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən, iddianın təmin olunmaması xahiş edilmişdir.
6. Birinci instansiya məhkəməsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və fərdi uçot üzrə Mərkəzi Filialı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
7. Üçüncü şəxsin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Sığorta (Hesabat)” altsistemində “Vahid rüblük hesabatlar”da iddiaçının şəxsi hesab vərəqəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı üzrə 2756,36 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 0,00 manat olmaqla, ümumilikdə 2756,36 manat Fonda borcu qalmışdır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənm əsinə dair Təlimat”a, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanuna və iddiaçının təqdim etdiyi hesabatlara əsasən “Sığorta (Hesabat)” altsistemində “Vahid rüblük hesabatlar”da iddiaçının şəxsi vərəqəsindən xx.xx.2018-ci il tarixində xx.xx.2006-cı il tarixinə yaranmış və xx.xx.2018-ci il tarixinədək ödənilməmiş 2811,16 manat məcburi dövlət sosial sığorta haqqı, xx.xx.2018-ci il tarixində xx.xx.2015-ci il tarixinədək yaranmış və xx.xx.2018-ci il tarixinədək ödənilməmiş 1277,40 manat məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) silinmişdir. Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə silinir. Qeyd olunanlara əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olsa belə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcların silinməsi vergi qanunvericiliyində nəzərdə tutulmayıb. İddiaçı tərəfindən borcun silinməsinə dair qaldırılmış iddia həmin müəssisədə çalışan işçilərin pensiya və digər sosial müdafiə hüquqlarının kobud surətdə pozulması deməkdir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: Nəriman Abıyev) 08 dekabr 2023-cü il tarixli, 2-1(1 12)-917/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya məcburi dövlət sosial sığorta haqları üzrə hesablanmış 2836 manat 86 qəpik borc məbləğinin onun şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim olunmuş iddiaçının 2002-xx.xx.2018-ci illərdə hesablanıb, ödənilmiş məcburi dövlət sosial sığorta haqları, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimələrin dinamikası barədə məlumatdan, həmçinin iddiaçı tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə təqdim olunmuş Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqq-hesab cədvəllərindən (2004-cü ilin İİ-İV rübləri; 2005-ci ilin İ-İV rübləri və 2006-cı ilin İ-İV rübləri üzrə) müəyyən olunur ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən borc 2004-cü ilin İİ-İV rübləri; 2005-ci ilin İ-İV rübləri və 2006-cı ilin İ-İV rübləri üzrə təqdim olunmuş Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqq-hesab cədvəlləri əsasında hesablanmış borclardır. Halbuki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə ünvanlandığı xx.xx.2005-ci il tarixli ərizədə onun xx.xx.2003-cü il tarixdən ərizə yazılan günədək (xx.xx.2005-ci il) heç bir fəaliyyətinin olmadığını və əmək haqqı hesablanmadığını bildirmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və fərdi uçot Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddiaçıya aid Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqq-hesab cədvəllərindən (2004-cü ilin İİ-İV rübləri; 2005-ci ilin İ-İV rübləri və 2006-cı ilin İ-İV rübl əri üzrə) görünür ki, həmin cədvəllər “Məcburi dövlət sosial sığorta haqlarının toplanması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olmadığı (hesabatın bütün məlumatları dəqiq olmalı, bank və mühasibat sənədləri ilə düz gəlməli, hesabat müəssisənin rəhbəri və baş mühasibi tərəfindən imzalanmalı və möhürlə təsdiq olunmalı; düzgün tərtib olunmayan və düzəlişlər edilmiş hesabatlar qəbul edilmir) halda, Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən Təlimatın tələblərinə zidd olaraq hesabatlardakı bütün məlumatlar dəqiqləşdirilmədən, hesabatların müəssisənin baş mühasibi tərəfindən imzalanmadığı nəzərə alınmadan, həmin hesabatlar qəbul olunsa da, qəbul olunması haqqında heç bir qeyd aparılmamışdır. Qeyd olunan hallar iddiaçıya əsassız olaraq məcburi dövlət sosial sığorta haqları üzrə 2836 manat borcun hesablanması ilə nəticələnmişdir.
10. Bundan əlavə iş materialları ilə müəyyən olunur ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” xx.xx.2018-ci il tarixli, 1042-VQ nömrəli Qanuna əsasən xx.xx.2018-ci il tarixində xx.xx.2006-cı il tarixinə yaranmış və xx.xx.2018-ci il tarixinədək ödənilməmiş 2811,16 manat məcburi dövlət sosial sığorta haqqı, xx.xx.2018-ci il tarixində isə xx.xx.2015-ci il tarixinədək yaranmış və xx.xx.2018-ci il tarixinədək ödənilməmiş 1277,40 manat məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) silinsə də, 2004-cü ilin İİ-İV rübləri; 2005-ci ilin İ-İV rübləri və 2006-cı ilin İ-İV rübləri üzrə təqdim olunmuş Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqq-hesab cədvəlləri əsasında hesablanmış mübahisələndirilən 2836 manat məbləğində borcun silinməsi təmin olunmamışdır.
11. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişlər. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşid Səmədov /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Elvin Əliyev) 26 noyabr 2024-cü il tarixli, 2-1(103)-1663/2024 nömrəli qərarı ilə cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Ca vabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir.
15. Həmçinin üçüncü şəxs də kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONLARA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətlərinin dəlilləri
16. Cavabdehin və üçüncü şəxsin kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə onların iddiaya qarşı etirazlarının və apellyasiya şikayətlərinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
17. İddiaçı tərəfindən kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilərək, kassasiya şikayətlərinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN H ÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 1.4 (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada). Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliy yət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan mə qamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 20. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Maddə
2. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları ( hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Maddə
4. Bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. M addə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayətləri mümkündür. Şikayətlər vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə ko llegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə apellyasiya şikayətlərinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətlərinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış 2836,86 manat məbləğində borcun onun şəxsi hesab vərəqəsindən silinməsinə nail olmaqdan ibarətdir.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya m əcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış 2836,86 manat məbləğində borcun onun şəxsi hesab vərəqəsindən silinməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, mübahisələndirilən borc iddiaçıya onun tərəfindən təqdim edildiyi iddia edilən və “Məcburi dövlət sosial sığorta haqlarının toplanması qaydaları haqqında Təlimat”ın tələblərinə cavab verməyən (hesabatın bütün məlumatları dəqiq olmalı, bank və mühasibat sənədləri ilə düz gəlməli, hesabat müəssisənin rəhbəri və baş mühasibi tərəfindən imzalanmalı və möhürlə təsdiq olunmalı; düzgün tərtib olunmayan və düzəlişlər edilmiş hesabatlar qəbul edilmir) hesabatlar əsasında hesablanmışdır.
31. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərində öhdəliyin yaranmasının hüquqi əsası mövcud olmalı, hər hansı suby ektiv mülahizə əsasında büdcə qarşısında yaranan öhdəliklər müəyyən edilməməlidir. Hazırda cavabdeh və üçüncü şəxs iddiaçıya hesablanmış borcun yaranmasının tarixini və qanuni əsasını sübut edə bilmirlər. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları isə bu qərarın 20-ci bəndində istinad edilən normaya əsasən tam məbləğdə silinir.
32. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin, o cümlədən məcburi dövlət sosial sığorta haqlarının vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ib arətdirsə, digər tərəfdən aidiyyəti orqanlar tərəfindən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.
33. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2-1(103)-1663/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.