Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1007/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X1 rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1007/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Rəfibəyli Fərhad Lətif oğlunun iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhali nin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X1 rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2276/2018 saylı qərarından cavabdeh Dövlət Sosial X1 rayon şöbəsi və onun vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xxxx 1973-cü ildən hazırkı dövrə qədər müxtəlif vəzifələrdə çalışdığını, xxxx 1979-cu ildən xxxx 1987-ci ilədək 2-ci dərəcəli çilingər işlədiyini və 8 saatlıq iş gü nü müddətində işlədiyi trestin Mingəçevir quraşdırma sahəsində hündürmərtəbəli binaların, yüksəkliklərlə əlaqədar qurğuların, qapalı çənlərin, rezervuarların və polad boruların quraşdırılmasında bilavasitə iştirak etdiyini, işlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olduğunu, südlə və xüsusi geyimlə təmin olunduğunu, xxxx 1996-cı ildən xxxx 2002-ci ilədək “Qafqazenerjiquraşdırma tresti”nin Abşeron quraşdırma idarəsində quraşdırıcı peşəsində işlədiyini, xxxx 2003-cü ildən xxxx 2005-ci ilədək “xxxx” X3-063 layihəsində quraşdırıcı peşəsində 01 il 11 ay 17 gün işlədiyini, xxxx 2014-cü ildən xxxx 2016-cı ilədək “xxxx” X3-063 layihəsində konstruksiya quraşdırıcı peşəsində 02 il 02 ay 01 gün işlədiyini, işlədiyi iş yerləri “Güzəştli şərtl ərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, göstəricilərin siyahısı”nın 29-cu maddəsində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş “polad və dəmir Beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar” bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququnu qazandığını, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ərizə ilə cavabdeh inzibati orqana müraciət etdiyini, sonuncu, xxxx 2018-ci il tarixli məktubla xxxx 1979-cu il tarixdən xxxx 1987-ci il tarixə kimi “Qafqazenerjiquraşdırma” trestinin Mingəçevir quraşdırma idarəsində çilingər peşəsində və xxxx 1996-cı il tarixdən xxxx 2002-ci il tarixdə “Qafqazenerjiquraşdırma” trestinin Abşeron quraşdırma idarəsində quraşdırıcı peşəsində işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısın”a aid olmadığına istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)-2803/2018 saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət S osial X1 rayon şöbəsinə həvalə edilmişdir (hakim – A.A.Abdullayeva). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2276/2018 saylı qərarı ilə (sədrlik edən E.E.Nağıyeva, hakimlər H.Ü.Həmidov və T.S.Səmədov) cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından cavabdeh Dövlət Sosial X1 rayon şöbəsi və onun vəkili Vəkil1 kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansi yası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, İddiaçı qeyd olunan illərdə işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısın”da göstərilməmiş, həmçinin “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır, məhkəmə tərəfindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsibarədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının n əzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2276/2018 saylı qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinin kassasiya şikayəti təmin edilməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.1954-cü ildə Salyan rayonu, Xolqarab ucaq kəndində anadan olmuş İddiaçı, xxxx 973-cü il tarixli əmək kitabçasına əsasən xxxx 1973-cü ildən xxxx 2017-ci ilədək müxtəlif vəzifələrdə işləmiş, Mingəçevir Enerjiquraşdırma ATSC tərəfindən verilmiş 27 nömrəli, xxxx 2016-cı il tarixli güzəştli arayışa əsasən iddiaçı “Qafqazenerjiquraşdırma” trestinin Mingəçevir quraşdırma idarəsində xxxx 1979-cu ildən (əmr 167k, xxxx 1979) xxxx 1987-ci ilədək (əmr 120k, xxxx 1987) 2-ci dərəcəli çilingər işləmiş və işlədiyi 8 saatlıq iş günü ərzində həmin trestin Mingəçevir Quraşdırma sahəsində hündürmərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların və qapalı çənlərin, rezervuarların, aşağılegirli polad boruların, buxar qazanlarının daxilində glegirli polad borularının quraşdırılmasında bilavasitə iştirak etmiş, işlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin olunmuş, iddiaçı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu, xxxx 2018-ci il tarixli məktuba xxxx 1979-cu il tarixdən xxxx 1987-ci il tarixə kimi “Qafqazenerjiquraşdırma” trestinin Mingəçevir quraşdırma idarəsində çilingər peşəsində və xxxx 1996-cı il tarixdən xxxx 2002-ci il tarixdə “Qafqazenerjiquraşdırma” trestinin Abşeron quraşdırma idarəsində quraşdırıcı peşəsində işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəric ilərin siyahısın”a aid olmadığına istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən ona istinad etmişdir ki, iddiaçı tam iş günü ərzində icra etdiyi çilingər vəzifəsində “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısının İİİ. Metallurgiya istehsalatı bölməsinin 4-cü yarımbölməsinin boru istehsalında (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, boru tökmə, fitnik, balon) və sinkləmə sexlərində (*******) nəzərdə tutulur, “Qafqazenerjiquraşdırma” trestinin Abşeron quraşdırma idarəsində xxxx 1996-cı ildən xxxx 2002-ci ilədək quraşdırıcı peşəsində iş sahəsi əsasən böyük həcmli çənlə rin, qara metalların quraşdırılması və istilik mərkəzlərinin quraşdırılması olmuş, işlədiyi sahə zərərli peşə sahəsi olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyul tarixli, 320 saylı qərarına (bölmə XXXİİİ- kod ******) əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ əldə etmiş, iddiaçı xxxx 003-cü ildən xxxx 2005-ci ilədək “xxxx” X3-063 layihəsində quraşdırıcı peşəsində 01 il 11 ay 17 gün, xxxx 2014-cü ildən xxxx 2016-cı ilədək müəssisənin Azf-81 layihələrində konstruksiya quraşdırıcısı peşəsində 02 il, 02 ay, 01 gün, cəmi 04 il, 01 ay, 18 gün işləmiş, iddiaçının cavabdehin imtinasında əsaslandığı xxxx 1979-cu il tarixdən xxxx 1987-ci il tarixə kimi “Qafqazenerjiquraşdırma” trestinin Mingəçevir quraşdırma idarəsində çilingər peşəsində və xxxx1996-cı il tarixd ən xxxx 2002-ci il tarixdə “Qafqazenerjiquraşdırma” trestinin Abşeron quraşdırma idarəsində quraşdırıcı peşəsində zərərli iş şəraitində işləməsi ona məxsus əmək kitabçası və arayışlar ilə təsdiq olunur, həmçinin iddiaçının xxxx 1979-cu ildən xxxx 1987-ci ilədək işlədiyi 2-ci dərəcəli quraşdırıcı və xxxx 1996-cı ildən xxxx 2002-ci ilədək quraşdırıcı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların vəzifələrin və göstəricilərin Siyahısı”nın “Boru” istehsalı (boruyayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri adlı 3.8-ci yarımbölməsinin 35-ci abzasına əsasən güzəştli şərtlərə pensiya hüququ ver ir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulması və iş materiallarının səthi araşdırılması nəticəsində gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların, kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduğda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şaraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İlk olaraq qeyd edilməlidir ki, məhkəmələrin iddia tələbini təmin edərkən istinad etdikləri (********) kodlu peşə bilavasitə metallurgiya istehsalı ilə bağlı peşədir, iddiaçının bu illər də işlədiyi vəzifələr isə işdəki sənədlərə əsasən metallurgiya istehsalına aid olmamış, iddiaçı özü də bu illər ərzində məhz metallurgiya istehsalında işlədiyini qeyd etməmişdir. Belə ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısının İİİ. Metallurgiya istehsalatı bölməsinin 4-cü yarımbölməsinin boru istehsalında (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, boru tökmə, fitnik, balon) və sinkləmə sexlərində təmirçi çilingərlər peşəsi güzəştli şərtlərlə 57 yaşdan pensiya hüququ verən peşə olaraq müəyyən edilmiş və onun kodu heç də məhkəmələrin istinad etdiyi kimi ******* deyil, *******olaraq müəyyən edilmişdir. Bundan başqa məhkəmələrin istinad etdiyi həmin Siyahının ( bölmə XXXİİİ- kod 23200000-11620) kod altında olan peşə “Ümumi peşələr” sırasında qaz qaynaqçıları kimi müəyyən edilmiş, iddiaçı və işə baxmış məhkəmər onun 2-ci dərəcəli çilingər (quraşdırıcı) işlədiyini qeyd etsələr də, Siyahıda ******* kod altında yalnız qaz qaynaqçıları qeyd edilmişdir. Beləliklə, istinad olunan kodlar altında nəzərdə tutulmuş peşələr bilavasitə iddiaçının əmək kitabçasında qeyd edilən peşələrlə tam uzlaşmasa da, məhkəmələr yanlış olaraq iddiaçıya məhz həmin kodlar əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə iş materialları ilə tam təsdiq olunmayan bir nəticəyə gəlmişlər, bu zaman həmçinin cavabdehin etiraz və apellyasya şikayətində göstərilən dəlillərə adekvat düzgün hüquqi qiymət verilməsi təmin olunmamış, məhkəmə qərarının nəticə hissə sində isə iddiaçıya hansı ildən, neçə yaşından pensiya təyin edilməli olduğu dəqiq göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Avropa İnsan Hüquqlarının Məhkəməsinin “Bidjiyeva Rusiyaya qarşı” xxxx 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin birinci paraqrafında göstərilən güman edilən zəmanətlər ədalət məhkəməsinin qərarları əsaslandırmaq öhdəliyindən ibarətdir, belə ki, tərəflərdən birinin gətirdiyi arqument icraatın nəticəsi üçün qəti xarakter daşıyır, həmin arqument öz növbəsində spesifik və aydın cavab tələb edir (X2rşı, xxxx 1994-cü il, paraqraf 29-30, seriya A no: 303-A). Avropa İnsan Hüquqları Məhkəməsi "OfertaPlus S.R.L. Moldovaya qarşı" xxxx 2006cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur; “Van de Hurk Niderlanda qarşı” xxxx 1994-cü il tarixli Qərarında göstərmişdir ki, məhkəmələr hər bir suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş dəlil işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin dəlillə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır; "Hiro Balani İspaniyaya qarşı" xxxx 1994-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, ərizəçi, məhkəməyə konkret yazılı dəlillər təqdim etsə də, dövlətdaxili məhkəmə həmin dəlillərə cavab vermədi və bu səbəbdən müəyyən etmək mümkün olmadı ki, məhkəmə həmin dəlillərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib və əgər rədd edibsə, bunu hansı əsaslara görə edib; bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən 6-cı maddənin 1-ci bəndinin pozuntusu kimi qəbul edilmişdir. "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xxxx 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinə əsasən kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azər baycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddələrinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, iddiaçının əmək kitabçasında qeyd edilən vəzifələrin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verib-vermədiyi, müvafiq Siyahıların konkret bəndlərinə istinad edilməklə mübahisənin obyektiv və qanuni həlli təmin edilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İşə kassasiya qaydasında məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində yol verildiyindən, Bakı Apellyasiya Məhkə məsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)2276/2018 saylı qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, kassasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2276/2018 saylı qərarı əğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinin kassasiya şikayəti təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(102)-1007/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1007/2019
17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver