Məhkəmə qərarları › İş №2-1(102)-1007/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1007/2023

23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1007/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni məlumat vərəqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 23.05.2023 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1971-ci il tarixli təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövl ət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) “yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2287/2022 nömrəli, 3 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin 6 yanvar 2016-cı il tarixli əmrinə əsasən, Bakı şəhəri Suraxanı rayon Mühafizə Şöbəsinin “polis serjantı” rütbəli polis nəfəri iddiaçı 10 yanvar 2016-cı il tarixdən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq xidmətdən xaric edilmişdir.

2. Cavabdehin 28 yanvar 2019-cu il tarixli əmrinə əsasən, iddiaçı 30 yanvar 2019-cu il tarix dən faktiki fasilə nəzərə alınmamaqla daxili işlər orqanlarında xidmətə yenidən qəbul edilərək Bakı şəhəri Xəzər rayon Mühafizə İdarəsinin polis nəfəri vəzifəsinə təyin edilmiş və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq “polis serjantı” xüsusi rütbəsi bərpa olunmuşdur.

3. Cavabdehin 25 iyul 2019-cu il tarixli əmrinə əsasən, Xəzər rayon Mühafizə İdarəsinin “polis serjantı” rütbəli polis nəfəri iddiaçı, “istefada olan polis serjantı” sayılmaqla 25 iyul 2019-cu il tarixdən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq (öz arzusu ilə) xidmətdən xaric edilmişdir. 4. “Əmək pensiyasının təyin edilməsi haqqında” **********3 nömrəli, 7 oktyabr 2019cu il tarixli qərara əsasən, iddi açıya 26 iyul 2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə əsasən 295,40 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir.

5. Əmək pensiyası təyinatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan 847 nömrəli Məlumat vərəqinə əsasən, iddiaçı xx.xx.1989-xx.xx.1991-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1998-xx.xx.2016 və xx.xx.2019 - xx.xx.2019-cu illərdə daxili işlər orqanlarında xidmət etmiş, cavabdehin xx.xx.2019-cu il tarixli Ə1074 ş/h-038-19 nömrəli əmri ilə xidmətdən xaric edilmişdir. Xidmətdən xaric edilərkən təqvimi hesablama ilə onun xidmət müddəti 20 il, 01 gün hesablanmışdır.

6. İddiaçı cavabdehə müraciət edərək, 3 (üç) illik faktiki fasilənin xidmət ill ərinə hesablanmasını xahiş etmişdir.

7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 12 mart 2020-ci il tarixli 038-5005İ3220 nömrəli məktubda qeyd edilmişdir ki, DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəyinə əsasən iddiaçı faktiki fasilə nəzərə alınmamaqla daxili işlər orqanlarına xidmətə bərpa deyil, yenidən qəbul olunduğundan 3 illik faktiki fasilənin xidmət illərinə hesablanması mümkün olmamışdır.

8. Cavabdeh tərəfindən verilmiş 12 mart 2020-ci il tarixli arayışa əsasən, iddiaçı daxili işlər orqanlarında xx.xx.1998-xx.xx.2016-cı illərdə (135-10) xidmət etmiş, xx.xx.2019-cu ildə xidmətə yenidən qəbul edilərək Xəzər RMİ-nin polis nəfəri vəzifəsinə təyin edilmiş, BMİ-nin xx.xx.2019-cu il tarixli Ə1074 ş/h-038-19 nömrəli əmri ilə “Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135 -ci maddəsinin 1-ci bəndinə əsasən öz arzusu ilə xidmətdən xaric edilmişdir. İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric olunarkən xx.xx.2019-cu il tarixə xidmət müddəti təqvimi hesablama ilə -20 il, 00 ay, 01 gün təşkil etməklə pensiya hüququ əldə etmişdir. İddiaçının DİN-in Daxili Təhqiqatlar İdarəsinin xx.xx.2017-ci il tarixli rəyinə əsasən faktiki fasilə nəzərə alınmamaqla daxili işlər orqanlarında xidmətə bərpa deyil, yenidən qəbul olunması, eləcə də DİN-in xx.xx.2002-ci il tarixli 225 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanlarında vəzifələrin komplektləşdirilməsi qaydaları haqqında Təlimat”ın 8.3-cü (xidmətdəki faktiki fasilə xidmətə yenidən qəbul olunmuş əməkdaşın ümumi xidmət stajına daxil edilmir) bəndi nəzərə alınaraq onun 3 illik faktiki fasiləsinin xidmət il lərinə hesablanması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

9. İddiaçı 26 avqust 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “AR DİN Baş Mühafizə İdarəsinin yanvar 2016-cı il tarixindən xx.xx.2017-ci ilə qədər müddətini eyni ilə həmin bu tarixdən 2019-cu il ilin 28 yanvarına qədər olan tarixə qədər onun ümumi iş stajı sayılmasına və təqaüdün artırılması, eyni zamanda 36 (otuz altı) ayda ona verilməli olan əmək haqqının, təxminən 20.000 (iyirmi min) manat maddi ziyanın, 6.000 (altı min) manat mənəvi ziyanın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.1998-ci il tarixdən polis serjantı rütbəsində Bakı şəhəri Yasamal rayon Mühafizə Polis İdarəsində xidmətə başlamış, 12 il Yasamal rayon Mühafizə Polis İdarəsində xidmətdən sonra, Suraxanı rayon Mühafizə Polis İdarəsinə keçirilməklə xidmətini davam etdirmişdir. Xidmət etdiyi illər ərzində rəislərindən təşəkkürnamələr, pul mükafatları almış, xx.xx.2015-ci il tarixə kimi xidmət etmişdir. Xidməti təqaüdə çıxmasına 5 ay qalmış xidmətdən xaric edilmişdir. xx.xx.2017-ci il tarixdə ailə vəziyyəti nəzərə alınaraq işə bərpa edilmiş, xx.xx.2019-cu il tarixdən istefada olan polis serjantı sayılmaqla xidmətdən öz arzusu ilə xaric olunmuşdur. Lakin təqaüdə çıxarkən buraxılmış 3 illik fasilə, iş stajı olaraq hesablanmamışdır. Qeyd olunanlara istinad edərək, cavabdehin imtinasını əsassız hesab etdiyini bildirmişdir.

11. Məhkəmənin 29 oktyabr 2020-ci il t arixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

12. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının 3 il müddətində işləmədiyi dövrün xidmət illərinə daxil edilmə tələbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” xx.xx.2000-ci il tarixli, 73 nömrəli Qərarı ilə uyğunsuzluq təşkil etdiyi üçün rədd edilməlidir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1515/2021 nömrəli, 16 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim A.P.Hüseynov) iddia mümkün sayılmamışdır.

14. Mə hkəmə qeyd etmişdir ki, iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi göstərilmişdir. Halbuki, əmək pensiyalarının yenidən hesablanması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir. Bunun üçün isə Filiala iddiaçının xidmət keçdiyi orqan tərəfindən yeni məlumatlar (tələb olunan iş stajı və s.) göstərilməklə yeni məlumat vərəqi verilməlidir. Göründüyü kimi, iddia tələbi iddiaya cavab verməli olmayan inzibati orqana qarşı yönəldilmişdir.

15. Bundan başqa, məhkəmə iddia tələbinin «maddi və mənəvi ziyanın ödənilməsi» hissəsi ilə əlaqədar qeyd etmişdir ki, vurulmuş ziyana görə kompensasiyanın ödənil məsi haqqında iddialarda iddia tələbinin mümkünlüyü şərtlərindən biri bu barədə iddiaçının məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqanlara müraciət etməsidir. Məhkəmə araşdırması zamanı iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh orqana maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə əlaqədar müraciəti müəyyən edilməmişdir.

16. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1733/2021 nömrəli, 2 sentyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və M.N.Tağızadə) apellyasiya şikayət i təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1515/2021 nömrəli, 16 aprel 2021-ci il tarixli qərardadı ləğv edilərək, işin sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. c) birinci instansiya məhkəməsində ikinci icraat

18. İddiaçı 4 fevral 2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının yenidən hesablanması üçün xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətin iş stajı və xidmət illərinə daxil edilməklə yeni məlumat vərəqəsinin verilməsi və həmin dövr üçün ödənilməli olan aylıq məvaciblərin ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

19. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Baş Mühafizə İdarəsinin mühafizə hissələri qarşı tərəflə mühafizə haqda bağladığı müqavilələrin bəndlərindən biri də obyektdə baş verən oğurluq hadisəsi barədədir. Həmin bənddə göstərilmişdir ki, oğurluq mühafizə əməkdaşının təqsiri səbəbindən, yəni polis əməkdaşının qoruduğu obyektdə sayıqlığı itirərək yatması ilə əlaqədar olduqda məsuliyyət tam mühafizə tərəfinin üzərində qalır və bu halda dəymiş ziyan mühafizə tərəfindən ödənilir. İddiaçı da xidmət apardığı postda dəfələrlə yatması ilə bağlı intizam tənbehi almışdır. İntizam tənbehlərindən nəticə çıxarmadığı üçün xx.xx.2015-ci il tarixdə daxili işlər orqanlarından xaric olunmuşdur. Mənfi motivlə xidmətdən xaric edilən iddiaçının həmin vaxt təqvimi hesablamaya görə 19 il xidmət illəri olmuşdur. Lakin DİN- in rəhbərliyinin qəbulunda olarkən onun yenidən xidmətə qəbul olunmasının mümkünlüyü barədə qərar qəbul edilmiş və DİN-in Daxili Təhqiqatlar İdarəsinin xx.xx.2017-ci il tarixli rəyinə əsasən xidmətə bərpa deyil, yenidən qəbul edilmişdir. Lakin yeni qəbul olunmuş əməkdaş xüsusi yoxlamalar keçməlidir ki, bu barədə onun ərizəsi tələb olunur. İddiaçı ərizə verməmiş, xidmətə bərpa olunmaq üçün israr etmişdir. Bunun mümkünsüzlüyünü görən iddiaçı xx.xx.2019-cu il tarixdə xidmətə yenidən qəbul olmağa qane olmuş və xx.xx.2019-cu il tarixdə pensiya hüququ əldə edərək öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Yubanma onun özündən asılı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 saylı Qərarına 22 iyul 2004-cü il tarixli 98 saylı Qərarla dəyişiklik edilərək “xidmət illəri, iş stajı” sözlərini n əvvəlinə “fasiləsiz” sözü əlavə edilmişdir. Bundan əlavə Nazirlər Kabinetinin 5 iyun 2014-cü il tarixli 174 saylı Qərarında göstərilmişdir ki, fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə “daxili işlər orqanlarından xaric edilmiş əməkdaş iki il ərzində yenidən xidmətə qəbul edilərsə, daxili işlər orqanlarında əvvəl xidmət etdiyi müddət” hesablanır. İddiaçı yenidən xidmətə qəbul olunarkən DTİ-nin rəyində və müvafiq əmrdə “faktiki fasilə nəzərə alınmamaqla xidmətə yenidən qəbul edilsin” sözləri göstərilmişdir. Yəni arada olan fasilə xidmət illərinə daxil edilmir. Cavabdeh yuxarıda göstərilənlərə əsasən, iddianın rədd edilməsini xahiş etmişdir.

20. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-339/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qərarı ilə (hakim A.H.Ağalarov) iddia təmin edilməmişdir.

21. Məhkəmə qeyd etmişdir ki, iddiaçı daxili işlər orqanlarında xidmətə bərpa edilməmiş, faktiki fasilə nəzərə alınmamaqla xidmətə yenidən qəbul edilmişdir. Bu barədə əmr iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda, 3 illik faktiki fasilənin iddiaçının xidmət illərinə hesablanması qanunvericiliyin tələblərinə uyğun olmadığından həmin müddətin iş stajı və xidmət illərinə daxil edilməklə yeni məlumat vərəqəsinin verilməsi və həmin dövr üçün ödənilməli olan aylıq məvaciblərin ödənilməsi tələbləri təmin edilə bilməz.

22. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2287/2022 nömrəli, 3 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-339/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

25. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

26. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. b) ka ssasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Üçüncü şəxs kassasiya şikayətinə dair mülahizə təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli, 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə:... Bənd

152. Bu Əsasnamənin 148-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidmətə bərpa edilən əməkdaşlara növbəti xüsusi rütbənin, eləcə də əlavələrin verilməsi və ya pensiyanın təyin edilməsi üçün xidmət illərinin hesablanması zamanı, daxili işlər orqanlarından xaric edildikləri gündən xidmətə bərpa olunma haqqında əmrin imza edildiyi günədək olan müddət fasiləsiz xidmət stajına daxil edilir....

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2004-cü il tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”:...

2. Fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə aşağıdakı dövrlər hesablanır:... daxili işlər orqanlarından xaric edilmiş əməkdaş iki il ərzində yenidən xidmətə qəbul edilərsə, daxili işlər orqanlarında əvvəl xidmət etdiyi müddət hesablanır;...

30. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən ) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

34. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla uyğunluq təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qe yd edir ki, iddiaçı cavabdehin 6 yanvar 2016-cı il tarixli əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 10-cu bəndinə əsasən 10 yanvar 2016-cı il tarixdən daxili işlər orqanlarında xidmətdən xaric edilmiş, üç ildən sonra həmin İdarənin 28 yanvar 2019-cu il tarixli digər əmri ilə 30 yanvar 2019-cu il tarixdən “faktiki fasilə nəzərə alınmamaqla” daxili işlər orqanlarında xidmətə yenidən idarənin polis nəfəri vəzifəsinə qəbul edilmiş, “polis serjantı” xüsusi rütbəsi bərpa olunmuşdur. Göründüyü kimi, iddiaçı üç illik fasilədən sonra xidmətə bərpa olunmamış, yenidən xidmətə qəbul olunmuşdur.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2004-cü il tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş, “Daxili işlər orqanla rının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın 2-ci hissəsinin 8-ci abzasına əsasən, fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə “daxili işlər orqanlarından xaric edilmiş əməkdaş 2 il ərzində yenidən xidmətə qəbul edilərsə, daxili işlər orqanlarında əvvəl xidmət etdiyi müddət” hesablanır. Lakin iddiaçı xidmətə 3 illik fasilədən sonra qəbul edilmişdir.

37. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2287/2022 nöm rəli, 3 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar