Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1008/2023 02.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "Şurataz LTD” MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi məsuliyyətinə cəlb etmə barədə qərarın mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı "Şurataz LTD” MMC-nin (VÖEN: **********) cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 2-1(103)-2699/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 27 avqust 2020-ci il tarixli, **********667100 nömrəli, 04 sentyabr 2020-ci il tarixli, **********893600 nömrəli, 03 noyabr 2020-ci il tarixli **********362600 nömrəli və 02 dekabr 2020-ci il tarixli, **********910900 nömrəli qərarları ilə vergi ödəyicisi hüquqi şəxs "Şurataz LTD” MMC-yə 2017-ci ilin mənfəət vergisi üzrə 43.644.98 manat, 2018-ci ilin mənfəət vergisi üzrə 5.985.76 manat, 2019-cu ilin may ayı üçün ƏDV üzrə 9371,45 manat, 2020-ci ilin mart ayı üçün ƏDV üzrə 4.312,8 6 manat borc hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” cavabdehin 27 avqust 2020-ci il tarixli, **********667100 nömrəli, 04 sentyabr 2020-ci il tarixli, **********893600 nömrəli, 03 noyabr 2020-ci il tarixli **********362600 nömrəli və 02 dekabr 2020-ci il tarixli, **********910900 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh əsassız və qanunsuz olaraq kameral vergi yoxlaması əsasında iddiaçıya əlavə olaraq 07 avqust 2020-ci il tarixli, **********308800 nömrəl i qərarla iyul 2018-ci il hesabat dövrü üzrə 6893,86 manat, 07 avqust 2020-ci il tarixli **********307100 nömrəli qərarla oktyabr 2018-ci il hesabat dövrü üzrə 7385,66 manat, 07 avqust 2020-ci il tarixli **********305700 nömrəli qərarla dekabr 2018-ci il hesabat dövrü üzrə 2459,48 manat, 07 avqust 2020-ci il tarixli, **********334100 nömrəli qərarla fevral 2019-cu il hesabat dövrü üzrə 1820,57 manat, 07 avqust 2020-ci il tarixli **********361100 nömrəli qərarla may 2019-cu il hesabat dövrü üzrə 9371,45 manat, 07 avqust 2020-ci il tarixli **********339600 nömrəli qərarla avqust 2019-cu il hesabat dövrü üzrə 3590,45 manat, 12 avqust 2020-ci il tarixli **********715900 nömrəli qərarla mart 2020-ci il hesabat dövrü üzrə 4130,31 manat vergilər, sosial sığorta və işsizlik sığortası haqları hesab layıb. Cavabdehin iddiaçıya əlavə vergilər və digər məcburi ödəmələr hesablaması barədə həmin qərarları vergi qanunvericiliyinin tələblərinin pozulması ilə çıxarılıb. Cavabdeh öz qərarlarında bəyannamələrdə və hesabatlarda göstərilən məbləğlərə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə bildirmişdir ki, guya iddiaçı dövriyyənin azalmasına baxmayaraq təsdiqedici sənədlər təqdim etməyib, hesablanmış kameral vergi məbləği bərpa olunub. Sonuncu 12 avqust 2020-ci il tarixli **********715900 nömrəli qərarda isə göstərilmişdir ki, guya təqdim edilmiş bəyannamənin 301-ci ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 38925,84 manat məbləğ hesabat dövrü ərzində ƏDV depozit hesabına 28696,85 manat məb ləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 159.426,94 manat daxil olmuş məbləğin (ƏDV DH-na daxil olmuş 28696,85 manat ƏDV/0,18) ilə bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1-ci) hesabat dövrü (ay) üzrə yarana və xx.xx.2020-ci il tarixə olan debitor borclar sətrinin (307-1. 1 -ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəminin fərqi olan 69327.00 manat məbləğdən 30401,16 manat az göstərilib. (Depozitə qayıdan vəsait 1341,9 manat nəzərə alınıb.) Lakin qərarlarda iddiaçının dövriyyənin azalmasına baxmayaraq təsdiqedici sənədlər təqdim etməməsi, hesablanmış kameral vergi məbləğlərinin bərpa olunması barədə yazılanlar həqiqəti əks etdirmir. Cavabdeh kameral vergi yoxlamalarının aparılması ilə bağlı **********079800 nömrəl i, 11 avqust 2020-ci il tarixli, **********938200 nömrəli, 11 avqust 2020-ci il tarixli, **********952400 nömrəli, 11 avqust 2020-ci il tarixli, **********966900 nömrəli, 11 avqust 2020-ci il tarixli, **********701200 nömrəli, 11 avqust 2020-ci il tarixli, **********655400 nömrəli, 11 avqust 2020-ci il tarixli, **********771300 nömrəli, 13 avqust 2020-ci il tarixli bildiriş ilə bağlı iddiaçı 12 və 13 avqust 2020-ci il tarixli məktubla cavabdehə müraciət edərək əsaslandırılmış cavab göndərilib və zəruri olan lazımı sənədlər əlavə olunub. Vergi orqanı tərəfindən şəxsi vərəqədə dəyişikliklərin edilməsi ilə əlaqədar 07 avqust 2020-ci il tarixli, **********334100 nömrəli, 07 avqust 2020-ci il tarixli, **********361100 nömrəli, 07 avqust 2020-ci il tarixli, **********339600 nömrəli, 12 avqust 20 20-ci il tarixli, **********715900 nömrəli və 18 sentyabr 2020-ci il tarixli, **********511700 nömrəli qərarlar ləğv edilmişdir. Belə ki, kameral yoxlamalar nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği olaraq yenidən hesablamalar aparılaraq, 18 sentyabr 2020-ci il tarixli, **********511700 nömrəli əvvəlki qərar ləğv edilmiş, 03 noyabr 2020-ci il tarixli, **********362600 nömrəli qərarla əvəz olunaraq 4211,38 manat hesablanmış və 12 avqust 2020-ci il tarixli, **********715900 nömrəli qərar 4312,86 manat isə dəyişdirilərək 02 dekabr 2020-ci il tarixli, **********910900 nömrəli qərarla əvəz olunaraq 4312,86 manat hesablanmışdır. Daha sonra tərəflərindən dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edilərək cavabdehin 07 avqust 2020-ci il tarixli, **********308800 nömrəli, 07 a vqust 2020ci il tarixli, **********307100 nömrəli, 07 avqust 2020-ci il tarixli, **********305700 nömrəli, 07 avqust 2020-ci il tarixli, 27 avqust 2020-ci il tarixli, **********667100 nömrəli, 04 sentyabr 2020-ci il tarixli, **********893600 nömrəli, eyni zamanda sonuncu 03 noyabr 2020-ci il tarixli, **********362600 nömrəli və 02 dekabr 2020-ci il tarixli, **********910900 nömrəli qərarlarının ləğv edilməsinə dair qərar çıxarılması xahiş edilmişdir. Bir neçə qərar da cavabdeh vergi orqanı tərəfindən ləğv edilmişdir. "Şurataz LTD” MMC tərəfindən təqdim edilən Mart 2020 cari ƏDV bəyannaməsi üzrə xx.xx.2020-ci il tarixdə 37.703,38 manat azalma üzrə vergi məbləği ilə vergi bəyannaməsi təqdim edilmişdir. xx.xx.2020-cı il tarixdə bəyannaməyə dəqiqləşmə verilərək büdcəyə 11.920,95 manat hesablam a aparılmış, xx.xx.2020-ci il tarixdə növbəti dəqiqləşmiş bəyannamə 182,53 manat azalma məbləği ilə təqdim edilmişdir. Sonuncu xx.xx.2020-ci il tarixli dəqiqləşmiş bəyannamə ilə vergilər üzrə şəxsi vərəqədə 0,02 manat azalma məbləği ilə bəyannamə təqdim edilmişdir. Yekun olaraq "xxxx" MMC tərəfindən təqdim edilən sonuncu dəqiqləşmiş bəyannamənin yekunu olaraq əlavə dəyər vergisinin vergitutma obyekti əsas götürülməklə Mart 2020-cu il dövrü üzrə vergi orqanına kassa metodu ilə təqdim etdiyi əlavə dəyər vergisi bəyannaməsinə əsasən müəssisənin topdan ticarət üzrə ƏDV-ə 18% dərəcə ilə cəlb edilən əməliyyatlar üzrə dövriyyəsi 14 286.58 manat, 2020-ci il üzrə dövriyyədən əldə etdiyi pul vəsaiti isə 38 925.84 manat təşkil etmişdir. Müəssisənin VM-nin 175.1 -ci maddəsinə əsasən alınmış elektron v ergi hesab fakturalar üzrə nağdsız qaydada ödənilmiş məbləğ üzrə əvəzləşmə məbləği 183 175.70 manat təşkil etmiş və müəssisənin göstərilən dövr üzrə əvəzləşdirilən ƏDV məbləği üzrə ödənişi çox olduğuna görə büdcədən qaytarılan ƏDV məbləği 25 964.98 manat olaraq formalaşmışdır. Qeyd edilən göstəricilər ilkin uçot sənədləri, dövlət gömrük komitəsi tərəfindən təqdim edilən məlumatlar, bank çıxarışları, elektron vergi alt sistemində mövcud məlumatlarda öz əksini tapmaqdadır. Vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixli **********715900 nömrəli vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə qərar ilə əlavə olaraq müəssisəyə 4130.31 manat kameral vergi hesablanmış, göstərilən hesablama xx.xx.2020-ci il tarixdə ləğv edilərək xx.xx.2020-ci il tarixli, ****** ****910900 nömrəli vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə qərar ilə əlavə olaraq yenidən 4.312,86 manat kameral vergi hesablanmış və göstərilən vergi məbləği bugünədək müəssisənin öhdəliyindən çıxarılmamışdır. Cavabdehin etirazları:
4. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı "Şurataz LTD” MMC ixtisaslaşdırılmamış topdansatış fəaliyyət növü üzrə sahibkarlıq fəaliyyətini həyata keçirir. 2018-ci ilin iyul, oktyabr və dekabr ayları üzrə vergi ödəyicisi tərəfindən dövriyyənin azalmasına baxmayaraq təsdiqedici sənədlər təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları, cari bəyannamə və araşdır maya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər, yəni gəlir və xərcləri təsdiq edən sənədlər, o cümlədən vergi orqanında uçot baza məlumatlarında sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər barədə məlumatlar, müqavilələr, bank hesabından çıxarışı, üzləşmə aktlarını, malların hərəkət cədvəlləri, ilkin uçot sənədləri, mühasibat uçotu sənədləri, malların texniki göstəriciləri cədvəli, kassa mədaxil və məxaric orderləri, qəbzlər təqdim edilmədiyindən 2019-cu ilin may ayı üzrə dövriyyənin azalmasına baxmayaraq təsdiqedici sənədlər təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş HV seriyalı, 335229 nömrəli, HU seriyalı, 823281 nömrəli və HU seriyalı, 769322 nömrəli elektron qaimə-fakturalar (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyük olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisinə kənarlaşma barədə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2020-ci il tarixli, **********655400 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə cari bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları, cari bəyannamə və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə ƏDV üzrə 2019-cu ilin may ayı üçün Cəmiyyətə 13582,83 manat olmaqla əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2020-cui il tarixli, **********361100 nömrəli və xx.xx.2020-ci il tarixli, **********51170 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarlar göndərilmişdir. 2019-cu ilin may ayı üzrə kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləğinin 9371,45 manat hissəsi azaldılmış və xx.xx.2020-ci il tarixli, **********362600 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir. 2020-ci ilin mart ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinin 301-ci ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 38925.84 manat məbləğ, hesabat dövrü ərzində ƏDV depozit hesabına 28696.85 manat məbləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 159426.94 manat daxil olmuş məbləği (ƏDV DH-na daxil olmuş 28696.85 manat ƏDV/0,18) ilə bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1-ci) hesabat dövrü (ay) üzrə yaranan və xx.xx.2020-ci il tarixə olan debitor borclar sətrinin (307-1.1-ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəminin fərqi olan 69327.00 manat məbləğdən 30401.16 manat az göstərilmişdir. Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisinə kənarlaşma barədə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********337500 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları, cari bəyannamə və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə ƏDV üzrə 2020-ci ilin mart ayı üçün cəmiyyətə 4130,31 manat olmaqla əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli, **********715900 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir. Aparılmış araşdırma zamanı cəmiyyətin 2017-ci il üzrə kassa metodu ilə təqdim etdiyi bəyannamənin "Xammal və materiallar” ( 221.3-cü), "Malın dəyəri” (221.4-cü), "Enerji xərcləri” (221.7-ci), "Qaz xərcləri" (221.8-ci), "Yanacaq xərcləri” (221.9cu), "Su və kanalizasiya xərcləri” (221.10- cu), "Rabitə xərcləri” (221.11-ci), "Mühafizə xərcləri" (221.12-ci), "Reklam xərcləri” (221.14- cü), "Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), "Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı) və "Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (6039900.42 manat), iddiaçı tərəfindən əvvəlki il üzrə təqdim edilmiş "Mənfəət vergisinin bəyannaməsi”nin (və ya "Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 N°-li Əlavəsinin "Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığın ın məbləği (699891.00 manat) (+) hesabat dövrü ərzində ƏDV depozit hesabınızın göstəricilərinə əsasən ödənilmiş ƏDV məbləğlərinə görə alınmış malların (işlərin, xidmətlərin) (147879.61 manat) məbləği (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 5689428.71 manat) məbləği (+) qeyri-rezidentdən alınmış işlərin (xidmətlərin) ödənilmiş dəyərinin (0 manat) cəmi məbləğləri (6537199.32 manat), çıxılsın cari il üzrə təqdim edilmiş "Mənfəət vergisinin bəyannaməsi”nin 1 N-li Əlavəsinin "Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (715277.40 manat) müqayisəsi nəticəsində baza məlumatlarına əsasən 217978.50 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd edilənlər verginin aza ldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli, **********996100 "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktub göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 43644.98 manat vergi məbləği hesablanmış və bu barədə xx.xx.2020- ci il tarixli, **********667100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Cəmiyyət tərəfindən xx.xx.2020- ci il tarixdə 2018-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində g əlir 1808232.69 manat göstərilməsinə baxmayaraq, xx.xx.2020-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə gəlir 1803148.82 manat olduğu müəyyən olunmuşdur. Lakin iddiaçı tərəfindən gəlirin azalmasına əsas verən təsdiqedici sənədlər (bank çıxarış sənədləri və dövriyyəni təsdiq edən digər sənədlər) vergi orqanına təqdim olunmadığı üçün müvafiq dövr üzrə dövriyyə bərpa olunaraq kameral vergi yoxlaması ilə 5985.76 manat vergi məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli, **********893600 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Vergi Məcəlləsinin 23.1.1ci maddəsinə əsasən vergi orqanının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarəti ni keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamay a aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək hüququ vardır. Eyni zamanda qeyd edilir ki, mübahisələndirilən xx.xx.2020-ci il tarixli, **********362600 nömrəli qərar xx.xx.2020-ci il tarixində vergi ödəyicisinə elektron qaydada göndərilmişdir. İddiaçı tərəfindən mübahisələndirilən inzibati akt xx.xx.2020-ci il tarixdə oxunmasına baxmayaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Eyni zamanda mübahisələndirilən xx.xx.2020-ci il tarixli, **********893600 nömrəli qərar xx.xx.2020-ciil tarixində vergi ödəyicisinə elektron qaydada göndərilmişdir. İddiaçı tərəfindən mübahisələndirilən inzibati akt xx.xx.2020-ci il tarixdə oxunmasına baxmayaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Bunlarla yanaşı mübahisələndirilən 02 dekabr 2020-ci il tarixli, **********910900 saylı qərar xx.xx.2020- ci il tarixində vergi ödəyicisinə elektron qaydada göndərilmişdir. İddiaçı tərəfindən mübahisələndirilən inzibati akt xx.xx.2020-ci il tarixdə oxunmasına baxmayaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Qeyd edilənlərə əsasən iddiaçı "Şurataz LTD” MMC-nin iddia tələbinin xx.xx.2020-ci il tarixli, **********667100 nömrəli qərarın mübahisələndirilməsi hissəsində rədd edilməsi, qalan hissədə isə mümkünsüz hesab edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-329/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qərarı ilə (hakim Ş.A.Həsənova) iddia təmin edilmiş, cavabdehin 27 avqust 2020-ci il tarixli, **********667100 nömrəli, 04 sentyabr 2020-ci il tarixli, **********893600 nömrəli, 03 noyabr 2020-ci il tarixli, ******* ***362600 nömrəli və 02 dekabr 2020-ci il tarixli, **********910900 nömrəli qərarları ləğv edilmiş, 200 manat ekspertiza xərcin, cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə verilmiş 08 sentyabr 2021ci il tarixli, 9/5133 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iş materiallarında olan sənədlərə (elektron qaimə fakturalar, bank sənədləri, hesab fakturalar, YGB-lər, bəyannamələr, müqavilələr və s.) əsasən "xxxx" MMC tərəfindən 2017-ci il üzrə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə hesablanmalı olan mənfəət vergisinin məbləği 67113,09 manat məbləğində, 2018-ci il üzrə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə hesablanmalı olan mənfəət vergisinin məbləği 998 5,74 manat məbləğində müəyyən olunmuş, tədqiqat zamanı hesablanan vergilər ilə müəssisə tərəfindən vergi orqanına təqdim edilən ƏDV bəyannamələrinin göstəriciləri arasında fərq aşkar edilməmiş, həmçinin vergi ödəyicisınin vergi orqanına təqdim etdiyi 2017-2018-ci illər üzrə mənfəət vergisi bəyannamələri üzrə hesablanan vergi məbləğlərində də fərq aşkar edilməmiş, mübahisələndirilən qərarlar üzrə "Şurataz LTD” MMC-yə hesablanmış vergi borcunun düzgünlüyü müəyyən edilməmişdir.
7. Vergi ödəyicisinin mübahisələndirilən dövrlər üzrə vergi öhdəliyinin yaranması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından, mübahisələndirilən 27 avqust 2020-ci il tarixli, **********667100 nömrəli, 04 sentyabr 2020-ci il tarixli, **********893600 nömrəli, 03 noyabr 2020-ci il tarixli **********362600 nö mrəli və 02 dekabr 2020-ci il tarixli, **********910900 nömrəli qərarlar qanunvericiliyin tələblərinin pozulması ilə qəbul olunduğundan "İnzibati icraat haqqında” Qanunun 58.1 və 67.1-ci maddələrinin tələblərinə əsasən qanunsuzdur. Ona görə də iddia tələbi əsaslı sayılmaqla həmin qərarlar ləğv edilməlidir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2699/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi/, A.V.Tanrıverdiyev və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112) -329/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin kameral yoxlamanın nəticələrinə dair qəbul etdiyi qərarlarından görünür ki, 27 avqust 2020-ci il tarixli qərarı ilə 2017-ci ilə görə 43.644.98 manat əlavə mənfəət vergisi, 04 sentyabr 2020-ci il tarixli qərarı ilə 2018-ci il üçün 5.985.76 manat əlavə mənfəət vergisi, 03 noyabr 2020-ci il tarixli qərarı ilə 2019-cu ilin may ayı ƏDV üzrə 9371,45 manat və 02 dekabr 2020-ci il tarixli qərarı ilə 2020-ci ilin mart ayı üçün 4.312,86 manat- əlavə dəyər vergisinin azaldılmasına görə əlavə vergilər hesablansa da, həmin qərarlar Qanunun qeyd olunan tələblərinə uyğun əsaslandır ılmamışdır.
11. Belə ki, qərarların hər birində iddiaçıya hesablanmış əlavə vergilərin əlaqəli məlumatlara əsasən hesablandığı bildirilsə də, hansı əlaqəli məlumatlardan söhbət getdiyi, həmin əlaqəli məlumatlarda hansı göstəricilərin aşkar olunduğu və bu göstəricilərin iddiaçının hesabatının və onun fəaliyyətinin hansı meyarlarına uyğun gəlmədiyi, eləcə də iddiaçı tərəfindən vergilərin hesablanmasında hansı pozuntulara verildiyi, hansı əsasa görə hesablayıb ödəməli olduğu vergilərdən yayındığı sübuta yetirilməmişdir.
12. Qeyd olunmalıdır ki, mübahisələndirilən həmin qərarların sonradan, cavabdeh vergi orqanının iddia ərizəsinə etirazında, nümayəndəsinin izahatlarında və hazırkı apellyasiya şikayətin dəlillərində müxtəlif versiyalarda əsaslandırılmağa çalışılması, heç də həmin qərarların əs aslılığını ehtiva edə bilməz.
13. Cavabdeh vergi orqanının iddia ərizəsinə etirazında və apellyasiya şikayətinin dəlilərində mövqeyindən belə anlaşılır ki, iddiaçıya əlavə vergilər Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddəsinin tələbləri qaydasında hesablanmışdır. Lakin bu zaman, cavabdeh istinad etdiyi Məcəllənin 67.14-cü maddəsinin tələbləri qaydasında bu Məcəllənin 83.9-cu maddəsinə əsaslanaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydanı tətbiq edənə qədər həmin Məcəllənin 67.1-ci maddəsində təsbit olunan halların müəyyən edilməsi istiqamətində araşdırma apardığı və hansı əsaslara görə Məcəllənin həmin norması ilə müəyyən edilən imkanlardan istifadə etmədiyini əsaslandırmadan, iddiaçının gəlirlərinin hesablanmasının mümkünsüz olması qənaətinə gəlməsini yetərincə süb uta yetirməmişdir.
14. Beləliklə də cavabdehin qeyd olunan "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarları ilə iddiaçının əlavə vergi məsuliyyətinə cəlb olunması vergi qanunvericiliyinin tələblərinə zidd olduğu sübuta yetirilir.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayəti iddia ərizəsinə etiraz və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarında qanunvericiliyin müddəaları kortəbii şəkildə sadalanmış, təqdim edilmiş hesablamaların yanlış olmasına dair hər hansı məntiqli və əsaslı səbəb gətirilməmişdir. Məhkəmə yanlışlığa yol verərək belə qənaətə gəlmişdir ki, guya iddiaçıya vergilər şərti rentabellik metodu əsasında hesablanmışdır, halbuki, yuxarıda qeyd olunan hesablama əsaslarında açıq-aydın görünür ki, hesablama zamanı şərti rentabellik metodu tətbiq edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq e dilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları... 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərind ən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə
67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təq dim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar (1.1.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Maddə
83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır:.... 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. 19. “İnzibati icraat haqqında” Qanun: Maddə
61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır.
20. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə ve rilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilm iş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmad ığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
28. Cavabdeh öz mövqeyini belə əsaslandırmışdır ki, müvafiq qərarlar ilə hesablanmış vergi məbləğləri əlaqəli məlumatlardan istifadə edilməklə hesablanmışdır.
29. Məhkəmə kollegiyası nəzərə alır ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, i dxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Bundan əlavə, yuxarıda qeyd edilmiş maddənin müddəalarının məzmunundan aşkar olaraq müəyyən olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır.
30. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı halda, cavabdehin əlaqəli məlumat kimi istinad etdiyi məlumatlar Vergi Məcəlləsinin 67.1-ci maddəsinin m əqsədləri üçün mötəbərlik şərtini ödəmir. Çünki qərarlarda əlavə vergilərin hesablanmasına əsas kimi əlaqəli məlumatlara istinad edilsə də, hansı əlaqəli məlumatlara istinad edildiyi, həmin əlaqəli məlumatlarda hansı göstəricilərin aşkar olunduğu və bu göstəricilərin iddiaçının hesabatının və onun fəaliyyətinin hansı meyarlarına uyğun gəlmədiyi müəyyən olunmur, eləcə də iddiaçı tərəfindən vergilərin hesablanmasında hansı pozuntulara yol verildiyi, hansı əsasa görə hesablayıb ödəməli olduğu vergilərdən yayındığı sübuta yetirilmir.
31. Halbuki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə isə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı işdə bu, baş vermədiyindən şikayətin dəlilləri ap ellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
32. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı barəsində qəbul etdiyi 27 avqust 2020-ci il tarixli, **********667100 nömrəli, 04 sentyabr 2020-ci il tarixli, **********893600 nömrəli, 03 noyabr 2020-ci il tarixli **********362600 nömrəli və 02 dekabr 2020-ci il tarixli, **********910900 nömrəli qərarlarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmədiyindən, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının iddia tələbinin təmin edilməsi olması qənaətinə gəlmişdir.
33. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməs inin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul edildiyindən, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2699/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.