Məhkəmə qərarları › İş №2-1(102)-1008/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1008/2024

07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1008/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarı ilə satılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon Masazır bələdiyyə sinin xx.xx.2003-cü il tarixli 20 nömrəli qərarı ilə ayrılmış 543.97 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2023-cü il tarixli, 2-1(105)-508/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Abşeron rayon Masazır bələdiyyəsinin 30 sentyabr 2003-cü il tarixli 20 nömrəli qərarı ilə iddiaçıya fərdi yaşayış evi tikmək məqsədilə 0.10 ha torpaq sahəsi satılmışdır. xx.xx.2003-cü il tarixli 01 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən torpağın dəyəri olan ******* manat (AZM ) məbləğində pul vəsaiti bələdiyyənin hesabına ödənilmişdir.

2. Bu barədə, Torpaqların alqı-satqısına dair akt tərtib edilərək Abşeron rayon Torpaq və Xəritəçəkmə şöbəsində 28 oktyabr 2009-cu il tarixdə 1239/09 nömrə ilə qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 29 oktyabr 2009-cu il tarixli 3819 nömrəli rəyi ilə, iddiaçıya fərdi evin tikintisi üçün 0.10 ha torpaq sahəsi satılması qanunamüvafiq hesab edilmiş və torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz edilməmişdir.

4. Abşeron rayon Masazır bələdiyyəsinin 30 sentyabr 2003-cü il tarixli 20 nömrəli qərarı ilə fərdi yaşayış evi tikintisi məqsədilə satılmış 543.97 kv.m torpaq sahəsinə dair iddiaçının adına A seriyalı 240436 nömrəli torpaq sah əsinin planı və ölçüsü hazırlanaraq, X1 kitabında xx.xx.2009-cu il tarixdə 13521 nömrə ilə uçota alınmışdır.

5. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncuxx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, aparılan araşdırma zamanı Masazır bələdiyyəsi tərəfindən iddiaçıya 0.10 ha torpaq sahəsinin 30 sentyabr 2003-ci il tarixdə 20 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 28 oktyabr 2009-cu il tarixdə, ləğv edilmiş DTXKnın Abşeron rayon şöbəsinin rəyinin 29 oktyabr 2009-cı il tarixdə verildiyi müəyyən edilmişdir. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi 2009-cu ildən mövcud olsa da, müraciət üzrə əlavə edilmiş Masazır bələdiyyəsi nin iddiaçıya 0.10 ha torpaq sahəsinin ayrılmasına dair 30 sentyabr 2003-ci il tarixli qərarında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə istinad olunduğu aşkar edilmişdir. Həmçinin, faktiki torpaq sahəsinin 49 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin (10 kv.t) mühafizə zolağında yerləşir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon Masazır bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 20 nömrəli qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini əsaslandırarkən işin ha llarında göstərilən xüsusatlara istinad etmiş və cavabdehin imtinasının əsassız olduğunu bildirmişdir.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını iddiaçının müraciətindən imtinanın dəlilləri ilə əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, təqdim edilmiş sənədlərlə faktiki vəziyyət arasında uyğunluğun müəyyən edilməsi məqsədilə 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə müayinə baxışı həyata keçirilmişdir. Baxış zamanı aşkar olunmuşdur ki, Masazır bələdiyyəsi tərəfindən 0.10 ha torpaq sahəsi ayrılmasına baxmayaraq, iddiaçının faktiki istifadəsində 0.0345 ha torpaq sahəsi mövcuddur.

9. Cavabdeh inzibati orqan tərəfindən məhkəmə araşdırması zamanı təqdim edilmiş xx.xx.2021-ci il tarixli müayinə aktında qeyd olunmuşdur ki, faktiki istifadədə olan torpaq sahəsi 0.0345 ha olmaqla, daş hasar daxilində yerləşir.

10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: İ.R.Quliyev) 16 mart 2023-cü il tarixli 21(118)-302/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin imtinasının ilkin əsasına görə, Masazır bələdiyyəsi tərəfindən İddiaçı 0.10 ha torpaq sahəsinin 30 sentyabr 2003-ci il tarixdə 20 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 28 oktyabr 2009-cu il, ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsinin rəyinin 29 oktyabr 2009-cı il tarixdə verildiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəs i 2009-cu ildən mövcud olsa da, müraciət üzrə əlavə edilmiş Masazır bələdiyyəsinin İddiaçı 0.10 ha torpaq sahəsinin ayrılmasına dair 30 sentyabr 2003-ci il tarixli qərarında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə istinad olunduğu aşkar edilmişdir. İş materialları ilə müəyyən olunur ki, Abşeron rayon Masazır bələdiyyəsinin 30 sentyabr 2003-cü il tarixli 20 nömrəli qərarı ilə iddiaçıya fərdi ev tikmək məqsədilə 0.10 ha torpaq sahəsinin satılması qərara alınmış, eyni zamanda qərarın 5-ci bəndində torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq sənədin hazırlanıb verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsindən xahiş edilmişdir. Daşınmaz Əmlakın İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Yaradılması haqqında Azərbaycan Respublikası Prezid entinin 16 sentyabr 2005-ci il tarixli, 1008 saylı Sərəncamı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Əmlakının İdarə Edilməsi və özəlləşdirilməsi departamentinin əsasında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi yaradılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi məhkəməyə təqdim edilmiş bələdiyyə qərarının göstərildiyi tarixdə mövcud olmamışdır. Bu halda, həmin tarixli qərarda Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsinin adının qeyd edilməsi qeyri-mümkündür. Məhkəmə hesab etmişdir ki, bu qeyd edilənlər iddianın rədd edilməsi üçün əsas təşkil edir. Cavabdehin digər imtina əsasına görə, təqdim edilmiş sənədlərlə faktiki v əziyyət arasında uyğunluq müəyyən edilmiş, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə müayinə baxışı həyata keçirilmiş və baxış zamanı aşkar olunmuşdur ki, Masazır bələdiyyəsi tərəfindən 0.10 ha torpaq sahəsi ayrılmasına baxmayaraq, iddiaçının faktiki istifadəsində 0.0345 ha torpaq sahəsi mövcuddur. Həmçinin, Masazır bələdiyyəsinin 30 sentyabr 2003-ci il tarixli 20 nömrəli qərarı əsasında keçmiş DTXK tərəfindən iddiaçının adına 543.97 kv.m torpaq sahəsinə A seriyalı 240436 nömrəli plan ölçü sənədi tərtib edilmişdir. Abşeron rayon Masazır bələdiyyəsinin 30 sentyabr 2003-cü il tarixli 20 nömrəli qərarı ilə iddiaçıya fərdi ev tikmək məqsədilə 0.10 ha torpaq sahəsi ayrıldığı halda, iş materiallarına əlavə edilmiş torpaq sahəsinin plan-ölçü sənədindən d ə göründüyü kimi, plan-ölçü sənədi 543.97 kv.m torpaq sahəsinə verilmiş, habelə cavabdeh tərəfindən məhkəmə araşdırması zamanı təqdim edilmiş müayinə aktında faktiki istifadədə olan torpaq sahəsinin 00345 ha olması müəyyən edilmişdir. Cavabdehin digər imtinasına görə, faktiki torpaq sahəsinin 49 kv.m hissəsinin yüksək gərginlikli elektrik xəttinin (10 kv.t) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən bələdiyyə qərarının etibarlı sənəd olmaması və bunun da iddianın rədd edilməsi üçün əsas təşkil etməsi səbəbi ilə, inzibati orqanın müəyyən etdiyi digər hallar üzrə əlavə araşdırma aparılmasını zəruri hesab etməmişdir.

12. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişd ir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu Masazır bələdiyyəsinin 30 sentyabr 2003-cü il tarixli 20 nömrəli qərarının verilməsinə əsas olmuş protokolda fərdi ev tikintisi üçün vətəndaşlara torpaq sahəsinin ayrılması ilə bağlı adlı siyahıda iddiaçının adı 3-cü sırada qeyd edilmişdir.

14. Abşeron rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 1267 nömrəli sərəncamına əsasən iddiaçıya Masazır bələdiyyəsinin 30 sentyabr 2003-cü il tarixli 20 nömrəli qərarına əsasən Masazır kəndində ayrılmış 543.97 kv.m torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.

15. İddiaçı işə apellyasiya qaydasında baxılarkən iddia tələbinin azaldılması barədə ərizə verərək 543.97 kv.m torpaq sahəsi üzərin də mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Z.İ.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və G.İ.Cabbarova) 17 noyabr 2023-cü il tarixli, 2-1(105)-508/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2-1(118)-302/2023 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin olunmuş, Abşeron rayon Masazır bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 20 nömrəli qərarına əsasən 543.97 kv.m (0.054397 ha) torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əml akın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdehə həvalə edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya bələdiyyə qərarı ilə ayrılmış Abşeron rayon Masazır kəndində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinasının qanuniliyi təşkil edir. Mübahisəyə baxılması ilə əlaqədar olaraq birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Belə ki, cavabdehin imtina dəlilləri aşağıdakılardan ibarət olmuşdur. - Masazır bələdiyyəsi tərəfindən iddiaçıya 0.10 ha torpaq sahəsi 30 sentyabr 2003-ci il tarixdə 20 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 28 oktyabr 2009-cu il tarixdə, ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsinin rəyinin 29 oktyabr 2009-cı il tarixdə verildiyi müəyyən edilmişdir. - Masazır bələdiyyəsinin iddiaçıya 0.10 ha torpaq sahəsinin ayrılmasına dair 30 sentyabr 2003-ci il tarixli qərarında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə istinad edilmişdir; - faktiki torpaq sahəsinin 49 kv.m hissəsinin yüksək gərginlikli elektrik xəttinin (10 kv.t) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. - Masazır bələdiyyəsi tərəfindən 0.10 ha torpaq sahəsi ayrılmasına baxmayaraq, iddiaçının faktiki istifadəsində 0.0345 ha torpaq sahəsi mövcuddur. Həmçinin, Masazır bələdiyyəsinin 30 sentyabr 2003-ci il tarixli, 20 saylı qərarı əsasında keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçının adına 543.97 kv.m torpaq sahəsinə AN 240436 nömrəli plan - ölçü sənədi tərtib edilmişdir. 17.1. Məhkəmə kollegiyası imtinanın birinci və ikinci dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada, hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, müvafiq hüquqmüə yyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar qəbul edilərkən həmin tələblər nəzərə alınmalıdır. İşdən görünür ki, Abşeron rayon Masazır bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 20 nömrəli qərarı əsasında iddiaçıya Masazır bələdiyyəsi ərazisində 0.10 ha torpaq sahəsi satılmışdır. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, torpaqların alqı-satqısına dair akt və ödəniş qəbzi ilə də təsdiq edilir. Torpaq sahəsinin satılması barədə qərarın qəbul edilməsinə əsas olan Masazır bələdiyyəsinin iclas protokolu da məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərin mötəbərliyi işin araşdırılmış hallarına uyğun olaraq məhkəmə kollegiyasında şübhə doğurmur. 17.2. Məhkəmə kollegiyası faktiki torpaq sahəsinin 49 kv.m hissəsinin yüksək gərginlikli elektrik xəttinin (10 kv.t) mühafizə zolağında yerləşməsi ilə bağlı dəlilə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydaları və ya “Gərginl iyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarında qeyd edilən halın torpaq sahəsinə dair mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas olan hal kimi müəyyən edilməsinə dair hər hansı imperativ norma öz əksini tapmamışdır. Bu baxımdan, cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi həmin hala istinad edilməsi özlüyündə qanunvericilik normalarının tələbinə zidd olmaqla, mülkiyyət hüququnun əsassız yerə məhdudlaşdırılmasına gətirib çıxara bilər. 17.3. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın iddiaçıya məxsus torpaq sahəsinin faktiki olaraq 0.0345 ha təşkil etməsi barədə dəlili ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən həmin dəlil irəli sürülməsinə baxmayaraq, torpaq sahəsinin digər torpaq sahələri ilə üst-üstə düş mə faktı, torpaq sahəsi ilə bağı hər hansi mübahisəli hal müəyyən edilməmişdir. Belə ki, torpaq sahəsinin 0.0345 ha hissəsinin faktiki istifadə olunması, daş hasar daxilində yerləşməsi 543.97 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün maneə deyildir. 17.4. Beləliklə məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən işin halları tam araşdırılmamış, iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir.

18. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

19. Cavabdeh inzibati orqanın kassasiya şikayətinin dəlilləri iddiaçının müraciətindən imtinanın və etirazın dəlilləri ilə eynidir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və d igər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icr a hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyada) Maddə 4.0.Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə s ərəncam vermək;... Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.... 6.5 Torpaq sahəsinin mülkiyy ətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.... Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.... Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, ya lnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.... Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edə n əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.... Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

24. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:...

5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətin i həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikint isi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkil atların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir....

18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.

19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaş ayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.

20. Yerquruluşu işləri (planlama) və ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda hüquqi və fiziki şəxslərin, digər hallarda bələdiyyənin vəsaiti hesabına aparılır.

21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir....

25. Azərbayc an Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydaları

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydaları

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştir akçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin tə şkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin bütün dəlilləri mahiyyətcə iddiaçının müraciətindən imtinanın və etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də imtinanın və etirazın dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin y uxarıda istinad olunan normalarına görə iddiaçıya bələdiyyə qərarı ilə ayrılmış 543.97 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmalı olub-olmaması ilə bağlı lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Bununla belə, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın kassasiya dəlillərinə münasibətdə əlavə olaraq onu da qeyd edir ki, cavabdeh inzibati orqanın istər imtinanın verildiyi zaman, istərsə də hazırda olan statusu baxımından, torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Hazırki iş üzrə Masazır bələdiyyəsinin torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan qərarı əsasında 543.97 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərar “Daşınmaz əmlakın döv lət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.

35. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və r azılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir.

36. Cavabdeh inzibati orqanın imtina dəlilləri əsassız olmaqla, yalnız formal mülahizə xarakteri daşıyır.

37. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA AL Dİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2023-cü il tarixli, 2-1(105)-508/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar