Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1009/2020 21.04.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə Açar söz: (yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Tərəflərin iştirakı olmadan, İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-126/2020 saylı 17.01.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 21.04.2020-ci il tarixində yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin müəyyən edilmiş faktiki hallarına əsasən, iddiaçı Iddiaçı **.**.1958-ci ildə Bakı şəhərində doğulmuş, 1976-cı ildən əmək fəaliyyətinə başlamış, 26.01.1976-cı ildən 25.07.1983-cü ilədək Azərbaycan SSR X, 14.05.1984-cü ildən 07.08.1989-cu ilədək X adına İTXB filialında, 15.08.1991-ci ildən 02.01.1997-ci ilədək 3 saylı Həyət və Məhəllədaxil Yaşıl Əkintilərin İstismar Trestində, 05.09.1997-ci ildən 02.03.2002-ci ilədək X şəxsi kiçik müəssisəsində, 14.03.2002-ci ildən 30.12.2005-ci ilədək X fermer təsərrüfatında çalışmış dır və ümumilikdə 25 ildən çox ümumi iş stajı var. 2019-cu ildə 61 yaşı tamam olduğundan ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh, iddiaçıya pensiya təyin olunmasından imtina edərək 16.04.2019-cu il tarixli, ******** nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7- ci maddəsinə uyğun olaraq 61 yaşa çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan verdikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının isə tələb olunan sosial sığorta stajı olmadığından yaşa görə pens iya almaq hüququ yoxdur. Bununla razılaşmayan iddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, ona 13.01.2015-ci ildən başlayaraq yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, onun əmək kitabçasında sözügedən müəssisələrdə işləməsi göstərildiyindən və 25 il sığorta stajı olduğundan ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının tələb olunan sosial sığorta stajı olmadığından yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2639/2019 saylı, 12.09.2019-cu il tarixli qəra rı ilə iddia qismən təmin edilmiş, iddiaçıya 13.01.2019-cu il tarixindən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı 13.01.2015-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən həmin vaxt qadınlar üçün yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə tələb olunan yaş həddi 61 yaş olduğundan, onun pensiya hüququ 13.01.2019cu il tarixində yaranmışdır. Odur ki, iddia qismən təmin olunmalı və iddiaçıya 13.01.2019cu il tarixindən pensiya təyin olunmalıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2639/2019 saylı, 12.09.2019-cu il tarixli qərarından cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-126/2020 saylı 17.01.2020-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2639/2019 saylı, 12.09.2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar çıxarılaraq iddianın təmin olunmaması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin 07.01.2020-ci il tarixli ******** saylı məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyy at İdarəsində olan reyestrdə “X Fermer” Təsərrüfatı adlı kommersiya qurumu aşkar edilməmişdir. Odur ki, “X Fermer” Təsərrüfatı adlı kommersiya qurumunun dövlət qeydiyatından keçməsi öz təsdiqini tapmadığından iddiaçı Iddiaçı 14.03.2002-ci il tarixdən 30.12.2005-ci il tarixədək “X Fermer” Təsərrüfatında işlədiyi illər onun sığorta stajına aid edilə bilməz. Bununla da ona pensiyanın hesablanması üçün 25 il sığorta stajı yoxdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-126/2020 saylı 17.01.2020-ci il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxsl ərin Dövlət Qeydiyyat İdarəsinin cavab məktubuna əsaslansa da, həmin məhkəmə sorğunu sorğuya cavab verməli olmayan quruma göndərməklə yanaşı müəssisənin adını da düzgün qeyd etməmişdir. Belə ki, sorğuda “X” Təsərrüfatının qeydiyyatı barədə məlumat tələb edilsə də, iddiaçının işlədiyi müəssisənin adı “X Fermer” Təsərrüfatı deyil, “X” Kəndli Fermer Təsərrüfatıdır. Həmçinin, həmin müəssisənin hüquqi ünvanı Şəmkir rayonu ərazisində olduğundan onun barəsində reyestr məlumatları vermək səlahiyyəti də Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinə yox, 14 saylı Ərazi Vergilər İdarəsinə aiddir. Kassator, Azərbaycan Respublikası Konstitusiyasının 60.1, 149-cu, 01.06.2017-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 3.1, 7, 30.1, 31.1, 37.7-ci “Əmək pensiyaları haqqında” Qanunun 31.1, 31.2, 32.1-ci, 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 69-cu, “İnzibati icraat haqqında” Qanunun 15.1, 15.2, 19.1, 19.2, 24.1-ci, İnzibati Prosessual Məcəllənin 14.1, 14.3, 34.1, 73.1, 90.1, 90.3-cü maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-126/2020 saylı 17.01.2020-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-126/2020 saylı 17.01.2020-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydal arının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. 01.07.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021c i il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə iddiaçının **.**.1958-ci il tarixində anadan olduğu, əmək kitabçasının qeydlərinə əsasən 25 ildən çox ümumi iş stajı olması, o cümlədən 2002-2005-ci illərdə “X Kəndli Fermer” Təsərrüfatında işləməsi müəyyən olunmuş, laki n Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin 07.01.2020-ci il tarixli ******** saylı məktubuna əsasən “X Fermer” Təsərrüfatı adlı kommersiya qurumu aşkar edilmədiyindən apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı X qızına məxsus **-* seriyalı ****** saylı əmək kitabçasında iddiaçının 14.03.2002-ci ildən 30.12.2005-ci ilədək “X Fermer” Təsərrüfatında çalışmasına dair edilmiş qeydlər şübhə altına düşür və iddiaçıya məxsus əmək kitabçasında aparılmış qeydlər sübut qismində qəbul edilə bilməz. İddiaçı, kassasiya şikayətinin dəlillərində sözügedən sorğunun lazımi orqana ünvanlanmadığını və həmin sorğuda müəssisənin adının düzgün qeyd edilmədiyini əsas gətirərək apellyasiya instansiya məhkəməsi nin əsassız qərar qəbul etdiyini bildirmişdir. Ali Məhkəmə Kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilini əsaslı hesab edərək qeyd edir ki, iddiaçının 14.03.2002-ci ildən 30.12.2005-ci ilədək “X” kəndli fermer təsərrüfatında işləməsi qeyd olunsa da (bax: möhürə), apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinə ünvanladığı sorğuda “X Fermer” Təsərrüfatının hüquqi şəxs kimi qeydiyyatdan keçib-keçməməsi barədə məlumat verilməsini xahiş etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, sözügedən sorğu həmin sorğuya cavab verməli olmayan orqana ünvanlanmışdır. Belə ki, iş materiallarına əsasən “X” Kəndli Fermer Təsərrüfatının hüquqi ünvanının Şəmkir rayonu ərazisində ol duğunu nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, sözügedən sorğu da Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinə yox, 14 saylı Ərazi Vergilər İdarəsinə verilməli idi. Odur ki, məhkəmə kollegiyası bu məsələ ilə bağlı da kassasiya şikayətinin dəlilini əsaslı hesab edərək bildirir ki, apellyasiya instansiya məhkəməsinin qərarından aydın olur ki, məhkəmə məhz sözügedən sorğuya verilən cavab məktubuna istinad edərək əmək kitabçasında bununla bağlı olan qeydləri sübut kimi qəbul etməmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutla r məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları məcmu halda qiymətləndirərək bildirir ki, apellyasiya instansiya məhkəməsi hərtərəfli araşdırma aparmamış, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya i nstansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-126/2020 saylı 17.01.2020-ci il tarixli tarixli qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İn zibati Kollegiyasının 2-1(103)-126/2020 saylı 17.01.2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1009/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1009/2020
21.04.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver