Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1009/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (tibbi kompensasiyanın məbləğinin təminat xərcliyinə uyğun hesablanaraq ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Səyyad Kərimov, Rahib Nəbizadədən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçının vəkili Vəkil1, cavabdehin nümayəndəsi Anar Qarayevin və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı qismən ödənilmiş birdəfəlik tibbi kompensasiyanın məbləğinin təminat xərcliyinə u yğun hesablanaraq tam şəkildə ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-307/2021 nömrəli iş üzrə 09.02.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 16 iyun 2021-ci tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı cavabdeh tərəfindən ona qismən ödənilmiş birdəfəlik tibbi kompensasiyanın məbləğinin 2 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)493/2019 nömrəli qərarı əsasında müəyyən olunmuş təminat xərcliyinə uyğun hesablanaraq tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəmə sinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya qismən ödənilmiş birdəfəlik tibbi kompensasiyanın məbləğinin iddiaçının sərəncama götürüldüyü günə peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə, eləcə də məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə əlavələr nəzərə alınmaqla hesablanaraq tam şəkildə iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ərizəsi üzrə 2 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 fevr al 2019-cu il tarixli 2-1(82)-493/2019 nömrəli qərarı ilə cavabdehin 01.05.2018-ci il tarixli 004699 nömrəli Məlumat Vərəqəsində səhv qeyd olunmuş təminat xərcliyinin natamam formasının düzəldilərək tam həcmdə tərtib olunması qət olunmuş, bununla da peşəkarlıqla, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə əlavənin, eləcə də məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə əlavənin düzgün ödənilməsi təmin olunmuşdur. 2 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2-1(82)-493/2019 nömrəli qərarı əsasında cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müvafiq sənəd i ünvanlanmış, Xüsusi Şərtlərlə Təyinat İdarəsi də öz növbəsində pensiyanı yenidən hesablayaraq hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müharibə əlili kimi iddiaçının pensiyaya çıxdığı 07.12.2017-ci il tarixdən pensiyanın ödənilməmiş bütün fərqinin hissə-hissə ödənilməsinə başlamışdır. Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaçının qanuni pensiyasına uyğun olaraq 07.12.2017-ci il tarixdən pensiyasının ödənilməmiş bütün fərqinin hissəhissə ödənilməsinə başlamasına baxmayaraq, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Qanun”unun V fəslinin 20.11-ci və 20.12-ci maddələrinə müvafiq olaraq iddiaçıya İnzibati orqan tərəfindən birdəfəlik tibbi kompensasiya ödənilərkən 2 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2-1(82)-493/2019 nömrəli qərarının müddə aları nəzərə alınmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hesablanması düzgün hesab edilməyən pensiya üzrə hesablama aparılmışdır. Bununla da inzibati orqan tərəfindən iddiaçıya ödənilən birdəfəlik tibbi kompensasiya azalmışdır. Buna səbəb isə inzibati orqan tərəfindən təminat xərcliyinə məhkəmə qərarı ilə müəyyən olunmuş əlavələr nəzərə alınmadan müvafiq ödənişin hesablanması olmuşdur. Bununla bağlı olaraq iddiaçı tərəfindən inzibati orqana 10.10.2019-cu il tarixdə yazılı müraciət edilərək “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun V fəslinin 20.11-ci və 20.12-ci maddələrinə müvafiq olaraq iddiaçıya ödənilən birdəfəlik tibbi kompensasiyanın 2 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-493/2019 nömrəli qərarı əsasında müəyyən olunmuş təminat xərcliyi ilə hes ablanmasının təmin edilməsi xahiş edilmişdir. Şikayət instansiyasına verilmiş 11 oktyabr 2019-cu il tarixli müraciəti ilə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə qərar qəbul edilməmişdir. İPM-nin 39.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək məhkəmədə iddia qaldırılmasına yol verilmir. Bununla da inzibati orqan tərəfindən iddiaçıya birdəfəlik tibbi kompensasiya ödənilərkən qüvvədə olan qanunvericiliyin və məhkəmə qərarının tələbləri nəzərə alınmamış, məhkəmə qərarı ilə əsassız hesab olunmaqla qüvvədən düşmüş təminat xərcliyindən hesablamalar aparılmışdır. Təminat xərcliyi tərtib edilərkən nəzərə alınmalı olan vəzifə maaşı, eləcə də vəzifə maaşından hesablanan əlavələr sərəncamda olarkən alınan deyil, məhz şəxsin sərəncamdan öncə aktiv fəaliyyət göstərərkən aldığı vəzifənin maaşı və həmin vəzifə maaşından hesablanan əlavələrdən ibarət olan məbləğdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
4. Birinci instansiya məhkəməsinin 07.08.2020-ci il tarixli, 2-1(112)1931/2020 nömrəli (sədrlik edən hakim Pərviz Hüseynov) qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya qismən ödənilmiş birdəfəlik tibbi kompensasiyanın məbləğinin iddiaçının sərəncama götürüldüyü günə peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilmə sinə, xidmətdə fərqlənməyə görə, eləcə də məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə əlavələr nəzərə alınmaqla hesablanaraq tam şəkildə iddiaçı X1 ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə edilməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən İPM-nin 2.2.3, 34.1, 52, 68.1, 68.2-ci maddələrinə, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.1, 20.2, 20.3, 20.4, 20.11, 20.12-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddia tələbi qanuni və əsaslıdır.
6. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 07.08.2020-ci il tarixli, 2-1(112)-1931/2020 qərarının ləğv edilməsi barəd ə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.02.2021-ci il tarixli, 2-1(103)-307/2021 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Aida Hüseyn) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 07.08.2020-ci il tarixli, 2-1(112)-1931/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən İPM-nin 82-ci maddəsinə, eləcə də birinci instansiya məhkəməsinin istinad etdiyi maddi hüquq normalarını tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki hallarını, tərəflərin münasibə tlərini və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
9. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-307/2021 nömrəli, 09.02.2021ci il tarixli qərarı əmək pensiyaları haqqında qanunvericiliklə əsaslandırılmış, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.02.2019-cu il tarixli, 2-1 (82)-493/2019 nömrəli qərara istinad etmişdir. Lakin “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanunun 20.12-ci maddəsində müəyyən olunan kompensasiyanın əmək pensiyası ilə heç bir əlaqəsi yoxdur. Pensiya sosial ödəniş olmaqla sosial sığort a prinsiplərinə əsaslanır, yəni sığorta ödənişidir və mütəmadi sığorta haqqlarının ödənilməsi ilə şərtləndirilmişdir. Yuxarıda qeyd edilmiş kompensasiya isə tam fərqli olaraq hər hansı haqqın ödənilib-ödənilməməsindən asılı deyil. Bir sözlə bu iki anlayışlar: “Əmək pensiyası” və “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanunun 20.12-ci maddəsinə uyğun kompensasiya tam fərqli anlayışlardır. Kompensasiya ilə bağlı hüquqi baza “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanunun 20.12-ci maddəsindən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.2004-cü il tarixli, 180-24 nömrəli qərarından ibarətdir. 10. “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanunun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Bu maddədə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Məhz həmin səlahiyyəti həyata keçirmək məqsədilə Nazirlər Kabinetinin 23.11.2004-cü il tarixli, 180-24 nömrəli qərarı ilə “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları” təsdiq edilir.
11. Məhkəmə hazırkı hüquq münasibətinə əmək pensiyaları haqqında qa nunvericiliyi tətbiq etməməli olduğu halda tətbiq edir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.2004-cü il tarixli 180-24 nömrəli qərarını tətbiq etməli olduğu halda bunu etmir. Tətbiq edilməli olan lakin tətbiq edilməmiş Nazirlər Kabinetinin 23.11.2004-cü il tarixli 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 2.2-ci bəndinə uyğun olaraq “Xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir”. Kompensasiyanın hansı tarixə olan təminat xərcliyindən hesablanması və xüsusən də sərəncama götürüldüyü günə olan təminat xərcliyindən hesablandığı bu Qaydalarda nəzərdə tutulmamışdır. Kompensasiya ilə bağlı qanunvericilik faktiki olaraq bu Qaydadan ibarətdir və bu Qaydada kompensasiyanın sərəncama götürüldüyü günə olan təminat xərcliyindən hesablanması qeyd olunmayıb.
12. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 09.02.2021-ci il tarixli, 2-1(103)307/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasın a yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 09.02.2021-ci il tarixli, 2-1(103)-307/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Anar Qarayev də vəkili Vəkil2 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 09.02.2021-ci il tarixli, 2-1(103)307/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 09.02.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 09.02.2021-ci il tarixli qərarının isə dəyişdirilmədən qüvvədə saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
17. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərç ivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
19. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 09.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır.
21. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
22. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd edir ki, həmin dəlillər əsassızdır.
23. Belə ki, cavabdeh kasasiya şikayətində göstərir ki, apelyasiya məhkəməsinin iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.02.2019 nömrəli, 2-1(82)-493/2019 saylı qərarına istinad etməsi əsassızdır, belə ki, “Əmək pensiyası” və “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanunun 20.12-ci maddəsinə uyğun kompensasiya tam fərqli anlayışlardır.
24. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.02.2019-cu il tarixli, 2-1(82)-493/2019 saylı qərarında məhkəmə qeyd etmişdir ki, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən məhkəməyə ünvanlanan 04.02.2019-cu il tarixli, 23/20-752 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı sərəncama götürüldüyü günə (05 yanvar 2017-ci il tarixə) onun pul təminatı (təmina t xərcliyi)-vəzifə maaşından, hərbi rütbəyə görə maaşdan, xidmət illərinə görə verilən üstəlik əlavədən, ərzaq payı əvəzinə pul kompensasiyasından, məharət dərəcəsinə görə əlavədən, xarici dilə görə əlavədən, peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə əlavədən (vəzifə maaşının 50%-i), məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə vəzifə maaşına artımdan (vəzifə maaşının 20%-i) ibarət olmuşdur.
25. Məhkəmə iddianı təmin etmiş, əmək pensiyasının təyini üçün hərbi xidmətdə olmuş hərbi qulluqçu kimi İddiaçı barəsində tərtib edilmiş 01.05.2018-ci il tarixli, 004699 nömrəli məlumat vərəqəsində təminat xərcliyinin natamam formasının düzəldilərək tam həcmdə tərtib olunması, yəni peşəkarlıqla, mühüm vəz ifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə və məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə əlavələr qeyd olunmaqla yeni məlumat vərəqinin tərtib olunaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş idarəsinə göndərilməsi öhdəliyinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə edilməsini qərara almışdır. Cavabdeh Dövlət Təhlükəsizliyi Xidməti qərardan şikayət verməmiş, qərar qanuni qüvvəyə minmişdir.
26. Cavabdeh kasasiya şikayətində daha sonra yazır ki, Nazirlər Kabinetinin 23.11.2004-cü il tarixli, 180-24 nömrəli qərarı ilə “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları” təsdiq edilir. Məhkəmə hazırkı hüquq münasibətinə əmək pensiyaları haqqında qanunvericiliyi tətbiq etməməli olduğu halda tətbiq edir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.2004-cü il tarixli, 180-24 saylı qərarını tətbiq etməli olduğu halda bunu etmir.
27. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır, belə ki, ilk öncə qeyd edilməlidir ki, iddiaçı yuxarıda göstərilmiş qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar olaraq müharibə əlili kimi pensiyaya çıxmışdır. Bu baxımdan iddiaçının sözügedən Qaydaların təsiri altına düşməsi bariz dir.
28. Digər tərəfdən apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh inzibati orqanda həqiqi hərbi xidmətdə olmuş, 2017-ci ildə sərəncama götürülmüş və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq 16.11.2017-ci il tarixli əmrlə ehtiyata buraxılmaqla pensiyaya çıxmışdır. İddiaçıya 07.12.2017-ci ildə ikinci dərəcəli əlillik təyin edilmiş, əlilliyin səbəbi hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillikdir. İddiaçının sərəncama götürüldüyü tarixə onun pul təminatı (təminat xərcliyi) - vəzifə maaşından, hərbi rütbəyə görə maaşdan, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, məharət dərəcəsinə görə əlavədən, xarici dil bilməyə görə əlavədən, peşəkarlığa, müh üm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə əlavədən (vəzifə maaşının 50%-i), məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə vəzifə maaşına artımdan (vəzifə maaşının 20%-i) ibarət olmuşdur. Hərbi xidmətdən buraxıldığı günə isə təminat xərcliyi vəzifə maaşından, hərbi rütbəyə görə maaşdan, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, məharət dərəcəsinə görə əlavədən, xarici dil bilməyə görə əlavədən ibarət olmuşdur. Tibbi kompensasiya verilərkən iddiaçıya hərbi xidmətdən buraxıldığı günə olan təminat xərcliyi nəzərə alınmış, peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə əlavə, məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və y a məlumat daşıyıcıları ilə işləməyə görə əlavə isə nəzərə alınmamışdır.
29. Bu baxımdan məhkəmə tərəfindən “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.1, 20.2, 20.3, 20.4, 20.11 və 20.12-ci maddələrinin tətbiq edilməsi düzgün olmuşdur.
30. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci və apelyasiya instansiyası məhkəməsinin “sərəncamda olduqdan sonra hər hansı vəzifəyə təyin edilməyərək tərxis edilən şəxslərə münasibətdə onların sərəncama çıxarılmazdan əvvəl tutduqları vəzifəyə görə aldıqları maaş və digər başqa əlavələr əsas götürülməklə təminat xərcliyi tərtib olunmalıdır. Çünki şəxsin sərəncama çıxarılması o anlama gəlir ki, o, sərəncamda olduğu müddət ərzində hər hansı konkret vəzifə tutmur. Təminat xərcliyi isə məhz vəzifə maaşı ilə yanaş ı, həm də vəzifə maaşından hesablanan əlavələrdən ibarət olan məbləğdir. Ona görə də təminat xərcliyi tərtib edilərkən nəzərə alınmalı olan vəzifə maaşı, eləcə də vəzifə maaşından hesablanan əlavələr sərəncamda olunarkən alınan deyil, məhz şəxsin sərəncamdan öncə aktiv fəaliyyət göstərərkən aldığı vəzifə maaşı və həmin vəzifə maaşından hesablanan əlavələrdən ibarət olan məbləğdir. İddiaçının daha az maaşlı vəzifəyə keçirilmədən, sərəncamda saxlanılması isə heç bir halda iddiaçının vəziyyətini ağırlaşdıran hal kimi qəbul edilə bilməz.” kimi hüquqi mövqeyi doğrudur.
31. Belə ki, apelyasiya məhkəməsi araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçı xüsusi xidmət orqanlarının əməkdaşı olaraq xidmətdə olduğu dövrdə peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlən məyə görə əlavə, eləcə də məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə əlavə alsa da, iddiaçıya tibbi kompensasiya hesablanarkən həmin əlavələr onun sərəncamdan ehtiyata buraxılması ilə əlaqədar ödənilməmişdir.
32. Buna görə də apelyasiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçıya müvafiq kompensasiya ödənilərkən hesablanmış təminat xərcliyinə qeyd olunan əlavələrin daxil edilməməsi yuxarıda qeyd olunanlara əsasən əsassızdır. Həmin əlavələr həm “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən (hərbi qulluqçularına pensiya təyin edilən zamanı), həm də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.02.2019-cu il tarixli, 21(82)-493/2019 nömrəli qərarına əsasən təminat xərcl iyinə (iddiaçının) daxil edilmişdir.
33. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 09.02.2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.02.2021-ci il tarixli, 21(103)-307/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.