Məhkəmə qərarları › İş №2-1(102)-1009/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1009/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1009/2023 18.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Döv lət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı “daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2-1(103)2713/2022 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Sabunçu (keçmiş Lenin) Rayon Məhkəməsinin 31 mart 1969-cu il tarixli, 2-207/1969 nömrəli qanuni qüvvəsini aldığı mübahisələndirilməyən qətnaməsi ilə iddiaçı X10 (hazırkı iş üzrə iddiaçının mərhum əri) iş üzrə cavabdeh X11 (hazırkı iş üzrə üçüncü şəxsin mərhum bibisi) qarşı nika hın pozulması və əmlakın bölünməsi tələbi təmin edilərək onların nikahları pozulmuş və Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi, 25B saylı ev bölünərək evin yan sağ hissəsi, yəni, sahəsi 13,6 və 13,33 kv.m olan iki otaq, sahəsi 7,36 kv.m olan otaq, habelə evin arakəsməsi istiqaməti boyunca 1305 kv.m olan torpaq sahəsinin yan hissəsi X8; evin yan sol hissəsi, yəni, sahələri 13,28 kv.m və 20,91 kv.m iki otaq, sahəsi 7,48 kv.m olan mətbəx, sahəsi 2,3 kv.m olan vanna otağı, habelə evin arakəsməsi istiqaməti boyunca 1305 kv.m olan torpaq sahəsinin yan hissəsi X9 istifadəsində saxlanılmışdır.

2. Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin “X1 məxsus Sabunçu qəsəbəsi, Anaşkin (Proletar) küçəsi 25B saylı yerdə yerləşən tikilmiş fərdi yaşayış evinin hüquqi qeydiyyata alınması barədə” 118 s aylı xx.xx.2005-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində X10 tərəfindən tikilmiş birmərtəbəli, kürsülü, üç yaşayış otağından sahəsi 47.8 kv.m, köməkçi sahəsi 31.7 kv.m, bağlı eyvan sahəsi 22.8 kv.m, torpaq sahəsində tikili qaraj sahəsi 275 kv.m, ayaqyolu sahəsi 4.0 kv.m torpaq sahəsi 1305.4 kv.m. olan yaşayış evinin Sabunçu qəsəbəsi, Anaşkin küçəsi 25 b saylı yerdə hüquqi qeydiyyata alınmasına icazə verilmişdir.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(011)637/2013 nömrəli qətnaməsi ilə X6 iddiası təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi 25b saylı evin eyvan hissəsi cavabdeh X4 tərəfindən boşaldılması və həmin eyvanın cavabdeh tərəfindən giriş hissəsinin bağlanaraq təcrid olunması qət edil mişdir. Qətnamə xx.xx.2013-cü il tarixdə qanuni qüvvəyə minmişdir.

4. Qanuni qüvvəyə minmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(011)-637/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsi və Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 118 saylı 28 fevral 2005-ci il tarixli sərəncamı ilə mübahisəli bağlı eyvanın X8 məxsus olması öz təsdiqini tapmışdır (qətnamənin 5-ci səhifəsinin yuxarıdan 1-ci abzası).

5. Həmin qətnamənin 3-cü səhifəsinin yuxarıdan 4 və 5-ci abzaslarında isə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 oktyabr 2010-cu il tarixli 2(008)-1711/2010-cu il tarixli qətnaməsinə istinadən müəyyən edilmişdir ki, X4 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi 25b saylı evin 22.80 kv.m sahəsi olan bağlı eyvanın vanna otağı ilə birləşdirərək 2/3 hissəsinin özünə aid etməsi ilə əlaqədar tikdiyi hörgünün sökülməsi qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 9 mart 2011-ci il tarixli 2(103)-886/2011 saylı qətnaməsi, sonuncu qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2011-ci il tarixli, 2(102)2243/2011 saylı qərarı ilə dəyişdirilmədən saxlanmışdır.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 avqust 2010-cu il tarixli, 2(008)2380/10 nömrəli qanuni qüvvəsinə almış qətnaməsi ilə, hazırkı iş üzrə üçüncü şəxs M.Rzayevin iddiaçının mərhum əri X8 qarşı qaldırdığı sonuncuya məxsus mübahisəli ünvanda yerləşən əmlakına dair 28 fevral 2005-ci il tarixli sərəncamın, 30 aprel 2005-ci il tarixli qeydiyyat vəsiqəsinin və həmin tarixli texniki pasportun etibarsız hesab olunması barədə iddia tələbləri rədd edilmişdir. Həmin qətnamə ilə də müəyyən olunan hallara görə mübahisəli fərdi yaşayış evinin 22,8 kv.m bağlı eyvanı X15 tərəfindən tikilmişdir, ona məxsusdur.

7. Bakı şəhəri Nərimanov Rayon VVAQ şöbəsi tərəfindən verilmiş 452019 saylı nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən 1 may 1997-ci il tarixdə iddiaçı, X10 ilə rəsmi nikah bağlamış və ərinin soyadını qəbul etmişdir.

8. Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 dekabr 2020-ci il tarixli 127392 saylı ölüm haqqında şəhadətnaməyə əsasən iddiaçının əri X10 xx.xx.2020ci il tarixində vəfat etmişdir. 9. 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu X12 tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş “Qanun üzrə vərəsə lik hüququ haqqında” şəhadətnaməyə əsasən mərhum X5 qalmış əmlak tam hissədə pay iddiaçıya, yəni İddiaçı keçmişdir.

10. Daşınmaz əmlakın dövlət reyestrindən 190679 nömrəli çıxarışa əsasən X6 ölümündən sonra vərəsəsi olan iddiaçının adına Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev (keçmiş İvan Anaşkin) küçəsi, ev 25B (yeni qaydalarla: AZ1034, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka dair hüquq sahiblərinin payları aşağıdakı kimi göstərilmişdir: - X2 – ümumi sahə 59.3 kv.m (1,3,5,6 saylı sahələr, 8 saylı sahədən 13.8 kv.m) və 0.06527 ha torpaq sahəsi (********** qeydiyyat nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli); - İddiaçı – ümumi sahə 43.1 kv.m (2, 4, 7 saylı sahələr, 8 saylı sahədən 9.0 kv.m) və 0.06527 ha torpaq sahəsi (********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qe ydiyyat tarixli).

11. X10 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi 25b saylı evə verilmiş sənədlərdə düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.

12. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********74 nömrəli məktubunda göstərilmişdir ki, texniki pasportda qeyd olunan 8 saylı bağlı eyvan sahəsinin iki hissəyə bölündüyü göstərilsə də, faktiki olaraq Sabir Azayevin istifadəsinə verilmişdir və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda müvafiq qeydlər aparılmışdır. Həmçinin ərizədə qeyd edilən əlavə 6.0 kv.m tikili ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun sənədlər və digər payçının əlavə sahənin qeydiyyata alınmasına etiraz etməməsi barədə razılıq ərizəsinin təqdim edilməsi məqsədəmüvafiqdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

13. İddiaçı X10 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpağa dair 12 mart 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın və 09 mart 2018-ci il tarixli texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 14. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)3479/2019 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2784/2019 nömrəli qərardadı ilə X6 apellyasiya şikayəti təmin edilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-3479/2019 nömrəli qərardadı ləğv edilərək, inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

16. İş məhkəməyə qaytarıldıqdan sonra məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında X4 cavabdehlər sırasından çıxarılaraq üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

17. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının “Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi, 25b saylı evin iddiaçının mülkiyyətində olan bağlı eyvanın 13,8 kv.m sahəsinin X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış yanlışlığın düzəldilməsi, bağlı eyvanın həmin sahə sinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatının bərpa olunması, X2 adına verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ******* nömrəli dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun dəyişdirilməsinin cavabdehə həvalə edilməsi”nə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.

18. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı X6 hüquq varisi müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır.

19. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçı X10 əsl iddiaçı (X6 vərəsəsi) İddiaçı ilə əvəz edilmişdir.

20. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu Bələdiyyəsinin 25 may 2018-ci il tarixli, 34 nömrəli sərəncamı ilə ünvan 3 ünvanında yerləşən 500 kv.m torpaq sahəsi iddiaçının adına qeydiyyata alınmış və Bakı şəhəri, Sabunçu rayonu Sabunçu Bələdiyyəsi tərəfindən müvafiq şəhadətnamə verilmişdir. Hazırda qeyd olunan torpaq sahəsi cavabdeh X4 tərəfindən zəbt edilmişdir. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, üçüncü şəxs qanunsuz hərəkətlərinə son qoymur, ona məxsus torpaq sahəsini geri qaytarmır. Bakı şəhəri Lenin Rayon Xalq Məhkəməsinin 31 mart 1969-cu il tarixli qətnaməsinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1/2 hissədə bölünməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışda yaşayış evinin torpaq sahəsi bərabər böl ünsə də, 9 mart 2018-ci il tarixli texniki pasporta əsasən iddiaçıya 652,5 kvadrat metr yox, cəmi 435 kvadratmetr torpaq sahəsi düşmüşdür. Bu qeyd olunan torpaq sahəsinin 1/2 deyi,l 1/3 hissəsini təşkil edir. Üçüncü şəxsə isə 870,4 kv.m torpaq sahəsi düşmüşdür. Bundan başqa, Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsinin 25 may 2018-ci il tarixli, 34 nömrəli sərəncamı ilə ona verilmiş ünvan 3 ünvanında yerləşən 500 kv.m torpaq sahəsi qanunsuz olaraq 9 mart 2018-ci il tarixli texniki pasportda X3 aid hissədə göstərilmişdir. Halbuki həmin torpaq sahəsi ona məxsusdur, sərhədləri məlumdur və hasara alınmışdır. Məhkəmə qətnaməsi ilə evin bölgüsü hissəsində göstərilmişdir ki, evin eyvanının sonundan düz xətt üzrə bölünməlidir. Lakin həmin hissədə də səhv bölünmüşdür.

21. Cavabdeh tərəfindən i ddia tələbinə dair yazılı etiraz təqdim edilməmişdir.

22. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-191/2022 nömrəli qərarı (hakim E.Ə.Əliyev) ilə iddia təmin edilmiş, Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi, 25b saylı evin iddiaçının mülkiyyətində olan bağlı eyvanın 13,8 kv.metr sahəsinin X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı aparılmış yanlışlığın düzəldilməsi, bağlı eyvanın həmin sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatının bərpa olunması, X2 adına verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ******* nömrəli dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun dəyişdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

23. Birinci instansiya məhkə məsi qeyd etmişdir ki, Sabunçu (keçmiş Lenin) Rayon Məhkəməsinin 31 mart 1969-cu il tarixli, 2-207/1969 nömrəli qətnaməsi ilə X10 və X14 arasında bölünmüş daşınmaz əmlak hal-hazırda X9 vəfatından sonra ona məxsus hissə vərəsəlik qaydasında üçüncü şəxs X2 adına, X6 vəfatından sonra isə ona məxsus hissə İddiaçı Qismət qızının adına keçmişdir. Bölünmüş daşınmaz əmlakla bağlı tərəflər arasında dəfələrlə məhkəmə mübahisələri olmuşdur. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(011)-637/2013 nömrəli qətnaməsi ilə hazırkı iddianın predmetini təşkil edən bağlı eyvanın tam olaraq, yəni 22.80 kv.m sahəsinin X8 məxsus olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbi baxımından ünvan 4 ünvanda yerləşən evin bağlı eyvanının 22.80 kv.m sahəsinin X8 məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Mübahisə predmeti olan bağlı eyvanın 13.8 kv.m hissəsinin hansı hüquqmüəyyənedici sənəd əsasında X2 adına qeydiyyat keçməsinə dair cavabdeh inzibati orqan tərəfindən hər hansı sübut təqdim edilməmişdir.

24. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2-1(103)-2713/2022 nömrəli qərarı (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, İ.S.Şirinov və M.N.Tağızadə) ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx. 2022-ci il tarixli, 2-1(112)-191/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

27. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

28. Üçüncü şəxs hesab edir ki, həmin sahə uzun illərdir onun istifadəsində olmuşdur. Onun adına verilən çıxarışda da həmin sahə öz əksini tapmışdır. 13,8 kv.m eyvanın altındakı torpaq sahəsi onun mülkiyyətindədir. Bu evin texniki pasportunda öz əksini tapmışdır. Həmin sahənin iddiaçıya verilməsi düzgün deyildir, ona görə ki, əvvəla həmin sahənin atındakı torpaq sahəsi onun mülkiyyətində olduğu üçün onun mülkiyyət hüquqlarını pozur. İşdə olan bütün qətnamələr onun xeyrinə qəbul edilmişdir. Bağlı eyvanın 13,8 kv.m sahəsi də ona məxsusdur, buna dair adına dövlət reyestrindən çıxarışı vardır. Sahəsi 22,80 kv.m olan bağlı eyvan hal-hazırda onunla S.Azayevin paylı mülkiyyətindədir, bağlı eyvanın ona aid hissəsinin altında olan torpaq sahəsi ona aiddir, həmin bağlı eyvanın yarısı mülkiyyətində olan evin, istifadəsində olan torpaq sahəsinin ayrılmaz hissəsini təşkil edir. İddiaçı ilə aralarında həmin bağlı eyvanın bölünməsi ilə bağlı razılıq əldə etməmişlər. Adına olan çıxarışda aydın şəkildə göstərilmişdir ki, sahəsi 102,3 kv.m olan yaşayış və yardımçı sahələrin, habelə sahəsi 22,8 kv.m olan bağlı eyvanın 1/2 hissəsi onun da mülkiyyətindədir. Vərəsəlikl ə həmin sahənin yarısı onun adına keçmişdir.

29. Dəfələrlə iddiaçı Sabir Azayev məhkəmədə həmin evə aid torpaq sahəsinin bölünməsi ilə bağlı iddia qaldırsa da, onun bu barədə heç bir iddia tələbi təmin edilməmişdir, bağlı eyvanın 13,8 kv.m torpaq sahəsi də ona məxsusdur, bu barədə məhkəmə qərarları vardır, həmin qərarları məhkəməyə təqdim etsə də, məhkəmə həmin qərarlar barəsində bir söz belə yazmamışdır. Bağlı eyvan sahəsi 3 dəmir sütunların üzərində tikilmişdir, həmin bağlı eyvanın altı boşdur. Bağlı eyvanın altından evinin zirzəmisinə daxil olmaq üçün istifadə edir.

30. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən məhkəməyə təqdim etdiyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(82)-433/2015 nömrəli qərarını, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2015-ci il tarixli, 2-1(103)1636/2015 nömrəli qərarını, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İİK-nın xx.xx.2016-cı il tarixli, 2-1(102)-894/2016 nömrəli qərarını, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2-1(82)-116/2016 nömrəli qərarını, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2017-ci il tarixli, 2-1(103)-832/2017 nömrəli qərarını, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İİK-nın xx.xx.2017-ci il tarixli, 2-1(102)1940/2017 tarixli qərarına əhəmiyyət verməmiş və qanunsuz qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

31. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyy atı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.... Maddə

9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən X7 Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata u yğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.... Maddə

11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğu n olmalıdır.... Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə

16. Dövlət reyest rində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir.... 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.... Maddə

140. Da şınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının ta m formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlu mat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndir ildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etm ələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

40. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsin in qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin mübahisəli eyvan sahəsinin üçüncü şəxsin adına qeydiyyata alınması və çıxarışda qeyd edilməsi ilə bağlı əsas və təkrarlanan dəlilinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

42. Belə ki, Sabunçu (keçmiş Lenin) Rayon Məhkəməsinin 31 mart 1969-cu il tarixli, 2-207/1969 nömrəli qətnaməsinin qanuni qüvvəyə minməsi, Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin “X1 məxsus Sabunçu qəsəbəsi, Anaşkin (Proletar) küçəsi 25B saylı yerdə yerləşən tikilmiş fərdi yaşayış evinin hüquqi qeydiyyata alınması barədə” 118 saylı xx.xx.2005-ci il tarixli Sərəncamının hazırda qüvvədə olması, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(011)- 637/2013 nömrəli qətnaməsinin qanuni qüvvəyə minməsi, həmçinin ünvan 4 ünvanda yerləşən evin bağlı eyvanının 22.80 kv.m sahəsinin X8 məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır.

43. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

44. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və ye nidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz.

45. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.

46. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyek t tərkibinin eyniliyini şərtləndirir.

47. Beləliklə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiallıq institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəl mişdir.

48. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

49. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(011)-637/2013 nömrəli qətnaməsi ilə hazırkı iddianın predmetini təşkil edən bağlı eyvanın tam olaraq, yəni 22.80 kv.m sahəsinin X8 məxsus olması müəyyən edilmişdir. Belə olan halda, mə hkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin mübahisəli bağlı eyvan sahəsinin 13.8 kv.m hissənin onun adına olan çıxarışda qeyd edilməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Çünki hazırkı inzibati mübahisənin əsasında məhz həmin qeydin cavabdehin yanlışlığı nəticəsində meydana çıxması dayanır.

50. Üçüncü şəxsin onun xeyrinə qəbul edilən və kassasiya şikayətində sadaladığı inzibati mübahisələrlə bağlı mövcud məhkəmə qərarlarına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin inzibati mübahisələr hazırkı iş üzrə üçüncü şəxs və iddiaçı (iddiaçının mərhum əri) arasında olsa da, həmin işlərdə mübahisə predmeti “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi, eləcə də, texniki pasportdakı torpaq sahəsinin bölgüsünün aparılmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və texniki pasportun ləğv edilməsi ilə bağlı olmuşdur.

51. Hətta üçüncü şəxsin kassasiya şikayətində dəlil kimi istinad etdiyi Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 21(102)-894/2016 nömrəli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1(103)-1636/2015 nömrəli qərarına əsasən iddianın texniki pasportun tikililərə aid hissəsinin ləğv edilməsinin təmin olunması hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin olunmamışdır.

52. Göründüyü kimi, üçüncü şəxsin kassasiya şikayətində qeyd etdiyi və torpaq sahəsi ilə bağlı olan məhkəmə qərarları hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik deyildir. Çünki, hazırkı iş üzrə mübahisə predmetini torpaq sahəsi de yil, tikili – bağlı eyvan sahəsi təşkil edir və bununla bağlı qanuni qüvvəyə minmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(011)-637/2013 nömrəli qətnaməsi mövcuddur.

53. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(011)637/2013 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə istinad etməklə düzgün nəticəyə gəlmişdir.

54. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

55. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxsin kassasiya şikayəti təmin edilməsin. Ba kı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 21(103)-2713/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar