Məhkəmə qərarları › İş №2-1(102)-1009/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1009/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1009/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin olunması; ödənilməmiş pensiya məbləğinin ödənilməsi; əmək kitabçasındakı məlumatların mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1958-ci il, FİN: 36 RZKZ0) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fi lialına qarşı “iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli, 2-1(103)-3823/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

2. Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanlanmış ********* saylı xx.xx.2022ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilən əmək kitabçasına və diplomun surətinə əsasən iddiaçının sığorta stajı 11 il 2 gün təşkil edi r. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq qeyd olunur ki, xx.xx.1976-cı il tarixdə iddiaçının adına tərtib olunmuş ИT-1 seriyalı ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Eyni zamanda, xx.xx.1999-cu il tarixədək “Xəzər” müəssisəsinin və xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ATSC-nın faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanı müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən iddiaçının ümumi siğorta stajı qanunla nəzərdə tutulandan (25 ildən) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyinin tələbləri baxım ından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı “iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

4. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və cavabdehin Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını və iddianın dəyişdirilərək “iddiaçıya xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın və cavabdehin dəyişdirilməsini qəbul etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, yaşa görə əmək pensiyası almaq üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin əmək stajının 25 ildən çox olmasına baxmayaraq, inzibati orqan xx.xx.2022-ci il tarixli ********** nömrəli məktubu ilə yaşa görə əmək pensiyasını təyin etməkdən imtina etmişdir. Cavabdeh həmçinin bildirmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq qeyd olunur ki, xx.xx.1976-cı il tarixdə iddiaçının adına tərtib olunmuş ИT-1 seriyalı ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlərin araşdı rılması zərurəti yaranmışdır. Eyni zamanda, xx.xx.1999-cu il tarixədək “Xəzər” müəssisəsinin və xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ATSC-nın faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanı müəyyən etmək mümkün olmamışdır.

6. Bu səbəbdən iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 ildən) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyinin tələbləri baxımından mümkün hesab edilməmişdir. cavabdehin etirazı:

7. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı xx.xx.2022-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə DSMF-yə müraciət etmişdir. İddiaçının hazırkı qanunvericiliyin tələblərinə cavab verdiyi halda yaşa görə əmək pensiyası hüququ xx.xx.2020-ci il tarixdə yaranır. Cavabdehin xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubunda iddiaçının təqdim etdiyi sənədlərə əsasən 11 il 2 gün sosial sığorta stajının olduğu qeyd edilmişdir. 8. “Əmək pensiyaları haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Eyni zamanda, həmin Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta staj ından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir.

9. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni pensiyanın təyin olunması üçün kifayət edəcək sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. 10. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2 və 3.2.1-ci maddələrində qeyd olunur ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək (7 il 6 ay 4 gün) “Xəzər” müəssisəsində işlədiyi, xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək (6 il 5 ay 25 gün) "xxxx" ATSCdə işlədiyi dövrlər hüquqi və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından sosial sığorta stajına daxil edilməmiş və mübahisələndirilmişdir.

11. Milli Arxiv İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-48/4/2-35/2023 nömrəli məktubda qeyd olunan müəssisələrin arxiv sənədlərinin Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi qeyd olunmuşdur.

12. Məhkəmə iclasında iddiaçının əmək kitabçasında xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi müəssisənin adının “Xəzər” müəssisəsi deyil, “X1 Firması” olduğu müəyyən olunmuşdur. Qeyd olunan ad üzrə Dövlət Vergi Xidmətinə və Əmlak Məsələləri Dövlət Xidmətinə təkrar sorğu verilmişdir. Dövlət Vergi Xidmətindən daxil olmuş xx.xx.2023-cü il tarixli **********753100 nömrəli məktubda “X1 Firması” adlı hüquqi şəxsin çox olması səbəbilə sorğu olunan hüquqi şəxsin müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir.

13. Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-21-3/21987/2023 nömrəli məktubda “X1 Firması” barədə məlumatın olmadığı qeyd olunmuşdur.

14. İş üzrə DSMF tərəfindən DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-34523/2023 nömrəli xidməti məktub yazılmış, nəticə də iddiaçının təqdim etdiyi təhsil haqqında sənədin (diplomun) surəti nə əsasən xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək (10 ay), əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək (10 ay) olmaqla ümumilikdə 1 il 8 ay təhsil dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “Xəzər” müəssisəsində (16 il 10 ay 6 gün) əmək fəaliyyəti dövrü olmaqla onun ümumilikdə 18 il 6 ay 6 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır.

15. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1999-cu il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" ATSC-dəki əmək fə aliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, qeyd edilən dövrlər üzrə "xxxx" ATSC-nin faktiki və arxiv sənədlərinin saxlandığı ünvanı müəyyən etmək mümkün deyildir. Eyni zamanda bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən həmin illər üzrə xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək 6 il 5 ay 25 gün mübahisələndirilən dövrün sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

16. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum mə bləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020ci il tarixli Qərarına əsaslanaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

17. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3723/2023 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçıya xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilmə miş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

18. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçıya xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunmasından iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “Xəzər” müəssisəsində, xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ATSC-də işləməsini təsdiqləyən arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilməməsi, təhsil illəri də nəzərə alınmaqla onun sığorta stajının 18 il 6 ay 6 gün, yəni 25 ildən az müddət təşkil etməsi, habelə xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması ilə əsaslandırmışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir.

19. Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında şəxsin 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin (əməkhaqqı cədvəlləri, əmrlər və s.) arxivə (Dövlət Arxivinə) təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiqlənməsindən asılı olmayaraq, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması həmin əmək kitabçasının məxsus olduğu şəxs kimi iddiaçının iradəsi ilə bağlı hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır.

20. Hazırkı iş üzrə cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyı r.

21. Qeyd olunanlara, habelə 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı əmək kitabçasında əks olunmuş xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək olan “”Fərəh” ATSC-də işlədiyi dövrün onun sığorta stajına daxil edilməməsi qanuna ziddir.

22. Nəzərə alınmalıdır ki, Dövlət Vergi Xidmətindən DSMF Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda bildirilir ki, dövlət reyestrində "xxxx" ATSC-nin xx.xx.1997-ci il tarixdə D-12 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxsin adından yeni VÖEN alm aq üçün vergi orqanına müraciət olunmamışdır. Reyestrdə “Xəzər” müəssisəsi adlı hüquqi şəxslərin sayı çox olduğundan sorğu edilmiş hüquqi şəxsi müəyyən etmək mümkün olmamışdır.

23. İşdə olan sənədlərdən görünür ki, iddiaçıya **********289 nömrəli “Dövlət Sosial Sığorta Şəhadətnaməsi” verilmişdir.

24. İddiaçının xx.xx.2006-cı il tarixədək “Xəzər” müəssisəsində və "xxxx" ATSC-də işlədiyi dövrlər də nəzərə alınmaqla sığorta stajı 25 ildən artıqdır (sözügedən dövr nəzərə alınmadan mübahisələndirilməyən dövr 18 il 6 ay təşkil edir).

25. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3823/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3723/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı iddiaçıya xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçıya pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ödənilməmiş pensiya məbləği ümumi məbləğin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməli olması nəzərə alınmaqla dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etmişdir.

28. Şikayətdə göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 21(112)-3723/ 2023 nömrəli qərarı Dövlət Vergi Xidmətinin "xxxx" ATSC-nin xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatından keçməsi barədə məktubla əsaslandırılmışdır. Lakin cavabdeh inzibati orqan qeyd olunan müəssisənin mövcudluğunu deyil, iddiaçının orada işləməsi və əməkhaqqı almasını mübahisələndirir.

29. Şikayətin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq bir daha vurğulayır ki, "xxxx" ATSC hüquqi şəxs kimi müvafiq dövrdə mövcud olması və onun fəaliyyəti təkzib olunmur və bu təqdirdə qurumun arxiv sənədlərinin müəyyən edilməməsi isə, iddiaçının iradəsindən asılı olan hal deyil.

30. Bundan başqa, məhkəmə qərarında cavabdeh tərəfindən “Xəzər” və "xxxx" ATSC-dəki dövrlərin mübahisləndirildiyi, bunun nəticəsində mübahisəsiz sosial sığorta stajının 18 il 6 ay 6 gün olduğu göstərilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının “Xəzər” müəssisəsində işlədiyi dövr mübahisəsiz sosial sığorta stajına daxil edilmiş və 18 il 6 ay 6 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır.

31. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda cavabdehin dəlili mübahisələndirilən qərarın ləğvi və ya dəyişdirilməsinə hər hansı əsas yaratmır.

32. Yekunda cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, eyni zamanda hazırki iş üzrə iddia tələbi xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və keçmiş dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi olsa da, məhkəmə qərara aldı hissəsində iddianı təmin etmiş, lakin xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üzrə ödəni lməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur.

33. Məhkəmə kollegiyası şikayətin göstərilən dəlilinə münasibətdə diqqətə çəkir ki, birinci instansiya məhkəməsi hazırda mübahisələndirilən qərarında iddiaçıya pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ödənilməmiş pensiya məbləği “ümumi məbləğ ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə” ödənilməli olduğunu göstərmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, texniki səhv nəzərə alınaraq aradan qaldırılmalı, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı iddiaçıya xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması nəzərə alınma qla dəyişdirilmədən saxlanılmalıdır.

34. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

35. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Bu səbəbdən də qərar ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir.

36. Belə ki, cavabdehə xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-34523/2023 nömrəli xidməti məktub yazılmış, nəticə də iddiaçının təqdim etdiyi sənədlərə əsasən ümumi 18 il 6 ay 6 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1999xx.xx.2007-ci il tarixədək "xxxx" ATSC-dəki əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, qeyd edilən dövrlər üzrə “Fərəh" ATSC-nin faktiki və arxiv sənədlərinin saxlandığı ünvanı müəyyən etmək mümkün deyildir.

37. Eyni zamanda, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən sonra pensiya kapitalı qeydə alınmamışdır.

38. Azərbaycan Respublikasının Ali Məhkəməsinin analoji işlə bağlı xx.xx.2023-cü il, 2-1(102)-1838/2023 nömrəli qərarında göstərilmişdir ki, mübahisə üzrə iddiaçının sosial təminat hüququnu n təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən hallarını - iddiaçının mübahisəli 19962000-ci iş illəri üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməmiş, iddiaçının işdən azad edilmədiyi halda ona əmək haqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmamış, əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə gəlmiş olduğu nəticəni tam əsaslandırmamışdır.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun unun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair qərarında qeyd olunur ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir.

40. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin. dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.

41. Apellyasiya instansiyası məhkəməsinin qərarı Dövlət Vergi Xidmətinin "xxxx" ATSC-nin xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatından keçməsi barədə məktubla əsaslandırılmışdır. Lakin cavabdeh inzibati orqan qeyd olunan müəssisənin mövcudluğunu deyil, iddiaçının orada işləməsi və əməkhaqqı almasını mübahisələndirir.

42. Müəssisənin sözügedən dövrlərdə fəaliyyət göstərməsi iddiaçının hə min müəssisədə işləməsinə dəlalət etmir. Belə ki, Fondun Arxiv və sosial ödəniş işlərinin inventarlaşdırılması üzrə mərkəzi filialı tərəfindən "xxxx" ATSC-nin (Fərəh- R Co LTD MMC) iş qovluğunda olan hesabat məlumatları məhkəməyə təqdim edilmiş və həmin hesabatlarda iddiaçının adına rast gəlinməmişdir. Bu hal isə iddiaçının mübahisələndirilən müəssisədə işləməməsi faktını təsdiq edir, (şikayətə əlavə olunur). 43.Göstərilənlərdən məlum olur ki, məhkəmə işi tam araşdırmamış və düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

44. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 45. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı ha qqında” Qanun (2007-ci il 6 mart tarixli, 260İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə

1. Əmək stajı iş, xidmət, t əhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kit abçaları nəzərə alınır. 47. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

48. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyi şdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

49. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

50. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normala rı düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan azı 25 il iş stajı yaranmışdır.

53. Cavabdehin mübahisələndirdiyi iş illərinə gəldikdə, iddiaçının həmin iş müddəti əmək kitabçası ilə təsdiq olunur.

54. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin s ənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

55. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

56. İddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixinədək işlədiyi müəssisələrin arxiv sənədlərinin olmaması isə iddiaçının əmək kitabçasında mübahisələndirilən illərə dair qeydlərin mötəbərliyini özü-özlüyündə aradan qaldırmır.

57. Beləliklə, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq iddiaçının əmək kitabçasındakı qeydlər üzrə əmək stajını ona əmək pensiyası təyin edilməsi üçün sosial sığorta stajına aid etmişdir. Bu səbəbdən də, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

58. Yuxarıda göstərilənlə rə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3823/2023 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar