Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-101/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nizami rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-101/2020 Bakı şəhəri xx xxxx 2020-ci il Açar sözlər: güzəştli şərtlərlə pensiya hüququ, peşə və iş sahələrinin müəyyən edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Hüseynov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı və vəkili Namiq Bağırovun, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhali nin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nizami rayon şöbəsinin vəkili Vəkil2 iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nizami rayon şöbəsinin müdiri xxx2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1874/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nizami rayon şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 57 yaşının tamam olduğu xx xxxxx 20 08-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 10.2, və 27-ci maddələrinin xx xxxxx 2008ci il tarixdə qüvvədə olan tələbləri əsasında əmək haqqından hesablanıb iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, xx xxxxx 1972-ci il tarixdən xx xxx 2014-cü il tarixədək müxtəlif peşələrdə çalışmış və onun 57 yaşının tamam olduğu xx xxxxx 2008-ci il tarixdə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli stajı mövcud olmuş, iddiaçının göstərilən iş stajı onun əmək kitabçası və güzəştli arayışlarla öz təsdiqini tapmışdır. İddiaçı ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının əmə k haqqından hesablanaraq yaranmış məbləğin ona birdəfəlik ödənilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə onun işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı qərarında nəzərdə tutulmuş vəzifələrə uyğun gəlməməsini əsas gətirməklə onun tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(82)1019/2019 saylı qərarı ilə (hakim Rauf Daşdəmirov) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçı 57 yaşının tamam olduğu tarixə 25 ildən artıq sığorta stajına sahib olmuş və həmin müddətin 12 il 6 aydan artıq hissəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin x x xxxxxx 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.5 və 29-cu bölmələrində öz əksini tapmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1874/2019 saylı qərarı ilə (sədrlik edən Valeh Ağayev, hakimlər Afaq Nuriyeva və Cahangir Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamışdır. Gəldiyi nət icəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8, 31.1, 32.1, həmin qanunun iddiaçının hüququnun yarandığı dövrdə qüvvədə olmuş 9.1, 10.2, 27-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, iddiaçının işlədiyi peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı qərarı ilə müəyyən edilmiş güzəştli peşə və vəzifələrin siyahısında öz əksini tapmam ış, habelə əmək pensiyaları haqqında qanunvericiliyin qüvvədə olan tələblərinə görə əmək pensiyasının hesablanması zamanı əmək haqqına istinad olunması aradan qaldırılmışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8 və 2010-cu il tarixədək qüvvədə olmuş redaksiyada 27-ci maddəsinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikay ətin təmin edilməməsini xahiş etmişdirlər. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı xx xxxxx 1972-ci il tarixdə əmək fəaliyyətinə başlamışdır, o cümlədən xx xxxxx 1972-xx xxxxxx 1973-cü illərdə Bakı Metropoliteni Elektromexanika Xidmətində çilingər-elektrik, xx xxxx 1976–xx xxxxxx 1979-cu illərdə maşinist köməkçisi, xx xxxxx 1997–xx xxxxxx 1997-ci illərdə Naxçıvan Tikinti Quraşdırma Dövlət Şirkətində fəhlə, xx xxxx 1998-ci il–xx xxxxxx 2001-ci illərdə Naxçıvan 6 nömrəli Tikinti İdarəsində betonçu, xx xxx 2002–xx xxx 2002-ci illərdə V dərəcə ilə çilingər, xx xxx 2002–xx xxx 2003-cü illərdə İV dərəcə ilə motovoz maşinisti köməkçisi, xx xxx 2003–xx xxxxxxx 2003 -cü illərdə Vİİİ dərəcəli usta, xx xxxxxxx 2003–xx xxxxxx 2004-cü illərdə 5-ci dərəcəli elektrik çilingəribriqadir, xx xxxxxx 2004–xx xxxxxx 2006-cı illərdə 1 saylı Elektromexanika stansiyasında 9-cu dərəcəli elektrik mexaniki vəzifələrində çalışmışdır. Ümumilikdə 25 ildən çox umumi iş stajına malikdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx xxx 2014-cü il tarixli 17041 saylı qərarı ilə iddiaçıya xx xxxxx 2014-cü il tarixdən yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. Bakı Metropoliteni Elektromexanika xidməti tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı Bakı Metropoliteninin Elektromexanika xidmətinə xx xxxxx 1972-ci il tarixdə çilingər-elektrik peşəsi üzrə işə qəbul edilmiş (xx.xx.1 972-ci il Əmr № 59 ok 1), xx xxxxxx 1973-cü il tarixdə hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad edilmiş (xx.xx.1973, Əmr № 191 ok 2), 15iyul 1976-cı il tarixdə hərbi xidməti başa vurub yenidən Bakı Metropoliteninə öz işinə qəbul edilmişdir. (xx.xx.1976, Əmr № 03 ok 1).xx xxxx 1976-cı il tarixdə Bakı Metropoliteninin Tunel və yol təchizatı xidmətinə təsərrüfat qatarının maşinist köməkçisi işinə keçirilmiş. (Əmr № 40 ok, xx.xx.1976) xx xxxxxx 1979-cu il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. (Əmr № 14 ok, xx.xx.1979) xx xxxxxxx 2003-cü il tarixdən (Əmr № 111 /KŞ xx.xx.2003) Elektromexanika xidmətinin 1 saylı Elektromexanika distansiyasının suxaric borularının əsaslı təmir briqadasına xüsusi ağır iş şəraiti ilə 5-ci dərəcəli elektrik çilingəri-briqadir peşəsinə qəbul olunmuşdur. x x xxxxxx 2004-cü il tarxdən (Əmr № 08/KŞ xx.xx.2004)xx xxxxxx 2007-ci il tarixə qədər (Əmr № 03/KŞ xx.xx.2007) Bakı Metropoliteninin Elektromexanika xidmətinin 1 saylı Elektromexanika distansiyasında xüsusi ağır iş şəraiti ilə suxarıc borularının əsaslı təmiri briqadasının 9-cu dərəcəli elektrik mexaniki vəzifəsində çalışmışdır. İddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarına əsasən “Güzəştli şərtlərlə” əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın 29-cu bəndinin metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər üzrə növbətçi elektrik, çilingəri, maşinist köməkçisi, elektromexanik vəzifələri üzrə 12 il 7 ay 28 gün zərərli peşələrdə çalışdığı üçün güzəştli şərtlər lə yaşa görə əmək pensiyasına çıxmaq hüququ vardır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 13/832 saylı arxiv arayışından görünür ki, iddiaçının Naxçıvan Tikinti Quraşdırma Dövlət Şirkətinə /30 nömrəli PMK/ xx xxxxxx 1997-ci il tarixli 2 nömrəli əmrlə fəhlə qəbul olunması, xx xxxxxx 1997-ci il tarixli 31 nömrəli əmrlə işdən azad edilməsi, Naxçıvan 6 nömrəli Tikinti İdarəsinə /SUM-6/ xx.xx.1998-ci il tarixli 44 k nömrəli əmrilə İV dərəcəli betonçu qəbul edilməsi, xx xxxxxx 2001-ci əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin inzibati orqan ərizəyə cavab olaraq xx xxxxx 2018-ci il tarixli **********7 saylı məktubla bildirmişdir ki, təqdim edilmiş sənədlərə əsasən işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarında sadalanan vəzifələrdə nəzərdə tutulmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması mümkün deyildir. İddiaçıya məxsus xx xxxxxxx 1973-cü il tarixdə tərtib edilmiş əmək kitabçasından, eyni zamanda Bakı Metropoliteni Elektromexanika Xidməti və Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş arayışlardan görünür ki, iddiaçı xx xxxxx 1972-xx xxxxxx 1973-cü ilərdə Bakı Metropoliteni Elektromexanika Xidmətində çilingərelektrik, xx xxxx 1976–xx xxxxxx 1979-cu illərdə maşinist köməkçisi, xx xxxxx 1997–xx xxxxxx 1997-ci illərdə Naxçıvan Tikinti Quraşdırma Dövlət Şirkətində fəhl ə, xx xxxx 1998-ci il-xx xxxxxx 2001-ci illərdə Naxçıvan 6 nömrəli Tikinti İdarəsində betonçu, xx xxx 2002–xx xxx 2002-ci illərdə V dərəcə ilə çilingər, xx xxx 2002–xx xxx 2003-cü illərdə İV dərəcə ilə motovoz maşinisti köməkçisi, xx xxx 2003–xx xxxxxxx 2003-cü illərdə Vİİİ dərəcəli usta,xx xxxxxxx 2003–xx xxxxxx 2004-cü illərdə 5-ci dərəcəli elektrik çilingəri-briqadir, xx xxxxxx 2004–xx xxxxxx 2006-cı illərdə 1 saylı Elektromexanika stansiyasında 9-cu dərəcəli elektrik mexaniki vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublika si Nazirlər Kabinetinin qərarına 2 saylı əlavədə göstərilmiş 2290100a-19931 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 21.5 və 29-cu bölməsinə əsasən iddiaçının çalışdığı peşələr güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən peşələr sırasına daxil edilmişdir. Göründüyü kimi, İddiaçı 57 yaşına çatanadək 25 ildən artıq sığorta stajı toplamış və həmin müddətin 12 il 6 aydan çoxunu xüsusilə zərərli olan işlərdə çalışmışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddind ə baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellaysiya məhkəməsi iddianın qanuni əsaslarının tam düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ o əsasla yaranmışdır ki, qanunla müəyyən edi lmiş yaş həddinə çatmış və müvafiq umumi və xüsusi iş stajını toplamışdır. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlilinə görə, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulmadığından, onun güzəştli şərtlərlə pensiya hüququ da yaranmamışdır. Məhkəmə kollegiyası dəlili qismən əsaslı hesab edir. İddiaçının iddia edilən güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı xx xxxxx 2008-ci il tarixinə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) müddəalarına görə: - 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanıtərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, (...) çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Pre zidentinin x xxxx 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Sadalanmış maddələrın mənası onunla bağlıdır ki, 57 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına malik olduqda, onun isə 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. Azərbaycan Republikasının Nazirlər Kabineti xx xxxxxx 2007-ci il tarixli, 23 saylı qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ ve rən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, xx xxxxx 2008-ci il tarixinə iddiaçının 57 yaşı tamam olmuş, həmin müddətə onun 25 il sığorta stajı və onun daxilində 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi sığorta stajı toplanılmışdır. Lakin apellyasiya məhkəməsi iddiaçının xx xxxxx 1972-ci il tarixindən xx xxxxx 2008ci il tarixinə qədər müxtəlif sahələrdə və müxtəlif peşələrdə işlədiyi müddətlərin onun xüsusi iş stajına aid olduğu nəticəsinə gəldiyini bildirsədə, lakin bilavasitə hansı müddətin xüsusi iş stajını müəyyən edən normativ akta əsasən aid olduğunu və cəm şəklində onların bilavasitə 12 il 6 ay təşkil etdiyini göstərməmişdir. Halbuki, istinad edilmiş Qanununun 22-ci maddəsi “Sığo rta stajının hesablanması qaydası”nı aşağıdakı kimi tənzimləmişdir: - 22.1-ci maddəsinə əsaəsn, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddələrin tələblərinin tətbiqi onu ehtiva edir ki, şəxsin sığorta stajı müəyyən edilərkən, onun hesablanması zamanı bilavasitə 25 il (onun daxilində 12 il 6 ay) təşkil etdiyi işlədiyi dövrlər üzrə hər bir əmək fəaliyyətinin müddəti illər, aylar və günlərlə hesablanmalıdır ki, onların cəm şəklində toplanmasının istinad edilən nəticənin verdiyi aydın olsun. Kassasiya instansiyası məhkəməsi işin hallarını və iş üzrə sübutları müəyyən etmir, yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayır. Qeyd edilmiş səlahiyyət çərçivəsində apellaysiya məhkəməsinin qərarı yoxlanılarkən, məhkəmə kollegiyası bildirir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun hansı qaydada yarandığı qeyri-müəyyəndir və bu halda kassasiya instansiya məhkəməsi həmin müddətlərin hesablanması məcburiyyəti qarşısında qalır. Halbuki, işin halı olmaqla, xüsusi şərtlərlə pensiya hüququnu verən sığorta stajı apellyasiya məhkəməsi tərəfindən istinad edilmiş maddənin tələblərinə əsasən müəyyən edilməli idi. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82 -ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranmasına əsas olmuş faktiki hallara, yəni xüsusi iş stajının hansı qaydada toplandığına dair işin halını müəyyən etməklə, hüquq norması əsasında qiymət verməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apel lyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nizami rayon Şöbəsinin müdiri xxx2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1874/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-101/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-101/2020
03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver