Məhkəmə qərarları › İş №2-1(102)-101/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-101/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-101/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X6 rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyası təyin edilməsi, arxiv arayışında qeyd edilən stajın nəzərə alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X6 rayon şöbəsinin nümayəndəsi və vəkili Nüm ayəndə iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X6 rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “1972-1997-ci illərdə S.Vurğun adına kolxozda, 1977-ci ildə 28 May kolxozunda, 1979-1980-ci illərdə Musabəyov adına kolxozda işlədiyi 22 il 9 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-282/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1955-ci il tarixdə Balakən rayon Sarıbulaq kəndində anadan olmuşdur. Hazırda həmin kənddə yaşayır.

2. Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arxiv arayışına əsasən iddiaçı 1972-1997-ci illərdə S.Vurğun adına kolxozda, 1977-ci ildə 28 May kolxozunda, 1979-1980-ci illərdə Musabəyov adına kolxozda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdehin xx.xx.2020-ci il tarixli arayışına əsasən iddiaçının kolxozda iş stajı 22 il 9 ay olmuşdur.

3. İddiaçı xx.xx.2019-cu ildə 64 yaşı tamam olduğundan sənədlərini yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdehə təqdim etmişdir.

4. Cavabdeh x xxxxxxx 2019-cu il tarixli məktubla bildirmişdir ki, iddiaçının kolxozda işlədiyi illər əmək kitabçasında qeyd olunmadığına görə həmin müddətin sığorta stajına daxil edilməsi qanunauyğun deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı xx xxxxxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “19721997-ci illərdə S.Vurğun adına kolxozda, 1977-ci ildə 28 May kolxozunda, 1979-1980-ci illərdə Musabəyov adına kolxozda işlədiyi 22 il 9 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qaza nılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

7. Cavabdehin məhkəməyə təqdim olunmuş etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi arxiv arayışlarına əsasən Balakən rayon təsərrüfatları üzrə o, 1 ildə minimum adam gün norması 200 a/g və ya 1400 a/saat nəzərə alsaq, 21 il tam və 4 il yuxarıda göstərilən minimum a/g normalarını doldurmayan illəri 2 il 2 ay nəzərə aldıqda cəmi arxiv arayışına əsasən onun iş stajı 23 il 2 ay təşkil edir. Hərbi xidmət dövrü də əlavə edilsə, ümumi iş stajı 25 il 2 ay təşkil etmişdir. İddiaçının kolxozdakı iş stajı əmək kitabçasında qeyd edilmədiyindən ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunauyğun olmamışdır.

8. Şəki İnzibati Məhkəməsinin (hakim X3, 2-1(116)-193/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının 1972-1997-ci illərdə S.Vurğun adına kolxozda, 1977-ci ildə 28 May kolxozunda, 1979-1980-ci illərdə Musabəyov adına kolxozda işlədiyi 22 il 9 ay müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İddiaçının 1972-1997-ci illərdə S.Vurğun adına kolxozda 1977-ci i ldə 28 May kolxozunda 1979-1980-ci illərdə Musabəyov adına kolxozda işləməsi Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 160 saylı arxiv arayışları ilə öz təsdiqini tapmışdır. Həmin sənədlər iddiaçının iş stajını təsdiq edir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2019-cu ildə yaranmışdır. Qeyd olunan tarixə onun hərbi xidmət – 2 il 13 gün, təhsil – 11 ay 26 gün və arxiv arayışlarına əsasən kolxozda 22 il 9 ay, cəmi 25 il 8 ay 26 gün sığorta stajının olması müəyyən edilmişdir.

10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X2-məruzəçi, X5 və X8, 2-1(107)-282/2020 saylı iş) xx xxxxxxxx 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlanmışdır.

12. Cavabdeh qərarın surətini xx xxxxxxxx 2020-ci tarixdə almış, xx xxxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri 13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1 -ci maddəsinə əsasən, İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 14. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

15. Qeyd edilən maddi hüquq normalarının tələbindən göründüyü kimi, iddiaçının Qanunla tələb olunan sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından, qanun iddiaçıya əmək pensiyasının minimum məbləğindən az olmayan yaşa görə pensiya təyin olunmasını istisna edir. Bu səbəbdən cavabdehin imtinası əsasl ı olduğu üçün iddia tələbi təmin edilə bilməz.

16. Apelyasiya instansiya məhkəməsi qeyd edilən hallara hüquqi qiymət verməmiş, qanunvericiliyin müddəalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi sığorta stajının hesablanması üçün zəruri tələb kimi qoyulmuşdur. Yəni, şəxsin iş stajını təsdiq edən əmək kitabçası, əmr və s. sənədlər o zaman sığorta stajının hesablanması üçün əsas ola bilər ki, həmin şəxsin işlədiyi dövr ərzində müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən sənəd olsun. Məhkəmənin qanunvericiliyin əsas tələbini nəzərə almadan birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlaması qanunun qeyd olunan tələbinə ziddir. b) Kasasiya şikayətin ə qarşı etirazın dəlilləri

17. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinə teleqram göndərərək xx.xx.2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasına səhhətilə əlaqədar gələ bilmədiyini bildirmiş, Şəki Apelyasiya Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.

19. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən a z olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin xx xxxxxxxx 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən dü şmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

22. SSRİ Nazirlər Sovetinin x xxxxxx 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır.

23. Ali Məhkəmənin İnzibati kollegiyası olaraq əvvəlki qərarlarında, o cümlədən 2-1(102)-1389/2020 saylı xx xxxx 2020-ci il tarixli və 2-1(102)-1615/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarlarında da x xxxxxx 2006-c ı ilədək olan dövr üzrə ayrı-ayrı iş illəri arxiv arayışı ilə təsdiq olunduğuna edilməsinin zəruriliyi bildirilmişdir. görə həmin illərin şəxsin sığorta stajına daxil

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şi kayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

25. Cavabdehin kasasiya şikayəti v axtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarını n ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, qanunvericiliyə görə iş stajı əmək kitabçası ilə təsdiq edilir, iddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcud olmamışdır.

29. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

30. İddiaçı 1972-ci ildən 1997-ci ilədək Sarıbulaq kəndində yerləşən S.Vurğun adına kolxozda, 1977-ci ildə Gərəkli kəndində yerləşən 28 May kolxozunda, 1979-1980-ci illərdə Mahamalar kəndində yerləşən Musabəyov adına kolxozda işləmişdir. xx.xx.2019-cu ildə 64 yaşı tamam olduğundan sənədlərini yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdehə təqdim etmişdir. Lakin onun kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyinə görə ona yaşa görə əmək pensiyası tə yin etməkdən imtina etmişlər.

31. İddiaçının 1972-1997-ci illərdə S.Vurğun adına kolxozda, 1977-ci ildə 28 May kolxozunda, 1979-1980-ci illərdə Musabəyov adına kolxozda əmək fəaliyyəti ilə məşğul olması Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışları ilə təsdiq edilir və arxiv arayışına əsasən iddiaçının kolxozda iş stajı 22 il 9 ay olmuşdur.

32. İddiaçının 22 il 9 ay kolxozda işlədiyi dövr dövlət arxiv müəssisəsinin verdiyi arayışlarla təsdiq edilmişdir. Cavabdeh dövlət arxivində apardığı qarşılıqlı yoxlama zamanı iddiaçının kolxozda 22 il 9 ay staja malik olmasını təsdiq etmişdir.

33. İddiaçının işləmiş olduğu dövrdə qüvvədə olmuş hüquq normalarına görə arxiv müəssisələri tərəfindən verilmiş arayışlar pensiya hüququ verən iş stajının müəyyən edilməsi ü çün əsasdır.

34. Odur ki, iddiaçının kolxozda işlədiyi müddəti onun sığorta stajına aid etməklə məhkəmə haqlı olmuşdur.

35. İddiaçının hərbi xidmət dövrü 2 il 13 gün, texniki peşə təhsil dövrü 11 ay 26 gün və arxiv arayışlarına əsasən kolxozdakı iş dövrü 22 il 9 ay nəzərə alınarsa, sığorta stajının olması təsdiq olunur.

36. İddiaçının pensiya hüququ yaranması üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələbləri- 25 ildən az olmayan sığorta stajı və pensiya yaşı mövcud olmuşdur.

37. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozu lmasına səbəb olmuşdur.

38. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

39. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-282/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar