Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-101/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxsi adına verilmiş çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu, Susayqışlaq kəndi ərazisində yerləşən, ona məxsus 0,48 ha torpaq sahəsinə dair X1 adına verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-357/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Torpağa mülkiyyət hüququna dair” JN-0018, Kod 30308028 nömrəli Dövlət Aktına əsasən, Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 8 nömrəli qərarı ilə həmin akta əlavə olunmuş cizgidə göstərilən sərhəd daxilində 0.48 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Quba rayonu, Susayqışlaq kənd sakini İddiaçı verilmişd ir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, Quba rayonu, Susayqışlaq kəndində yerləşən 0,48 ha torpaq sahəsinə X2 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ləğv olunmasını xahiş etmişdir.
3. İddiaçının müraciətinə cavabdehin 04 oktyabr 2021-ci il tarixli imtina məktubu onunla əsaslandırılmışdır ki, ərizədə qeyd olunan Quba rayonu, Susayqışlaq kəndində yerləşən 0,48 ha torpaq sahəsinə dair X2 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Susayqışlaq kəndi ərazisində yerləşən, ona məxsus 0.48 ha torpaq sahəsinə dair X1 adına verilmiş çıxarışın ləğv olunmasını xahiş etmişdir.
5. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, X1 adına verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, **********54 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 8 nömrəli qərarı ilə torpağa mülkiyyət hüququna dair dövlət aktına əlavə olunmuş cizgidə göstərilən sərhəd daxilində 0.48 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə iddiaçıya verilmiş və bu barədə ona torpağa mülkiyyət hüququna dair JN-0018, Kod 30308028 nömrəli Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsi abadlaşdırılmış, bütün aqrotexniki qulluq işləri görülmüş, tərəfindən qeyd olunan torpaq sahəsinə gilas ba ğı əkilmişdir və 1997-ci ildən bu günədək təyinatına uyğun olaraq tərəfindən istifadə edilməklə onun sahibliyində və istifadəsindədir. Eyni zamanda həmin torpaq sahəsinə dair qanunla nəzərdə tutulmuş bütün vergiləri (torpaq vergisi) və başqa dövlət ödənişlərini vaxtı-vaxtında ödəmiş və bu günə qədər də ödəyir, bununla bağlı X12 səlahiyyətli şəxsləri tərəfindən akt tərtib olunmuş, həmin torpaq sahəsinin 1997-ci ildən onun istifadəsində olması və mülkiyyətçi kimi tanınması qeyd olunmuşdur. Həmin torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur. İ mtina onunla əsaslandırılmışdır ki, tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluq vardır. Belə ki, imtinada Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitabında uyğunsuzluq olduğu göstərilmişdir. Qeyd olunan xüsusatla bağlı Sumqayıt İnzibati Məhkəməsinə tərəfindən müraciət olunmuş, inzibati işin baxışı zamanı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin MXMT(085)-61/2019 saylı, 18 noyabr 2019-cu il tarixli qərarına əsasən Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 8 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə İddiaçı verilmiş və torpağa mülkiyyət hüququna dair JN0 018, Kod 30308028 nömrəli Dövlət Aktı ilə ona məxsus 0,48 hektar torpaq sahəsinə dair hər hansı alqı-satqı, sənədləşmə, çıxarışın alınması və bütün növ işlərin görülməsi X3 və Daşınmaz Əmlakın Dövlət Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qadağan edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, 1997-ci ildən bu günə qədər iddiaçının üçüncü bir şəxslə həmin torpaq sahəsinə dair heç bir mübahisəsi, problemi olmamış və heç bir şəxsin iddiaçının torpaq sahəsinə dair hər hansı bir iddiası olmamışdır. Hazırda iddiaçıda olan məlumata görə, X5 iddiaçıya məxsus torpaq sahəsini qeyri-qanuni yollarla mənimsəməyə və həmin torpaq sahəsinə dair öz adına hüquqmüəyyənedici sənədlər (müqavilə, çıxarış, və s.) almağa çalışır. Əgər iş üzrə üçüncü şəxs hər hansı vasitə ilə qeyd olunan sənədləri al mağa müvəffəq olsa, həmin hal yeni məhkəmə çəkişmələrinə, yeni mübahisələrə və iddiaçının qanunla qorunan hüquqlarının kobud surətdə pozulmasına gətirib çıxaracaqdır. Ona görə də iddiaçı hesab edir ki, hazırkı işə baxılıb yekun qərar qəbul edilənədək qeyd olunan torpaq sahəsinə dair hər hansı alqısatqının, sənədləşmənin aparılması, çıxarışın verilməsi və bütün növ sənədləşmə işlərinin görülməsi X4, cavabdehə və o cümlədən bu sahədə bütün səlahiyyətli dövlət orqanlarına qadağan olunmalıdır. Lakin bütün bunlara baxmayaraq, X5 həmin torpaq sahəsinə dair öz adına hüquqmüəyyənedici sənədlər (müqavilə, çıxarış, və s.) almağa nail olmuş, qanunsuz yollarla 1997-ci ildən bu günə ona məxsus olan və onun istifadəsində olan torpaq sahəsinə çıxarış almışdır. Qeyd olunan torpaq sahəsinə dair bütün hüquq müəyyənedici sənədlər ona məxsusdur, torpağa mülkiyyət hüququna dair şəhadətnamə iddiaçıya verilmişdir. Torpaq sahəsi 1997-ci ildən onun istifadəsindədir. Pənah Ağabalayevə çıxarışın verilməsinə səbəb olan sənədlər ona məlum deyildir. Hansı əsaslarla çıxarış alması şübhəlidir.
7. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, X1 adına verilmiş dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənəd-torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında hazırlanmışdır. Etirazda qeyd edilən Qanunun 4.1-ci və 8-ci maddələrinə istinad edilməklə göstərilmişdir ki, həmin Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayr ı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır və qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri üzərində hüquqları təsdiq edən...aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
8. Sumqayıt İnzibati Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2-1(118)-344/2022 nömrəli qərarı ilə (hakim C.Məmmədov) iddia təmin edilmiş, X1 adına verilmiş xx.xx.2021ci il qeydiyyat tarixli, **********54 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Re yestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X3 verilmiş Quba rayonu Susayqışlaq kəndi ərazisində yerləşən, JN-18 saylı kodu məlum olmayan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 0.48 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınsa da, həmin hüququn yaranması üçün əsas olmuş heç bir rəsmi sənəd və hal yoxdur. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş cavabdehin **********26 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunmuşdur ki, saxlanılan arxiv məlumatlarında Pənah Ağabalayevə çıxarış verilməsi üçün əsas olmuş sənədlər ümumiyyətlə mövcud deyildir. Belə olan halda cavabdehin istinad etdiyi mövcud olmayan JN-18 kodu məlum olmayan “Torpağın mülkiyyətə verilməsinə dair” X7 adına çıxarışın verilməsi üçün əsas hesab edilə bilməzdi. Həmçinin, Quba rayonu X12 04 nömrəli, xx.xx.2021-ci il tarixli arayışından da müəyyən olunmuşdur ki, İddiaçı Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 8 nömrəli qərarı ilə ona ayrılmış 0.48 ha torpaq sahəsini ayrıldığı vaxtdan hal-hazıradək istifadə etmiş və bələdiyyə vergilərini ödəmişdir. Belə olan halda hesab olunur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.3-cü maddəsinə əsasən. həmin dövlət aktı əsasında 3-cü şəxs X1 mülkiyyət hüquqlarının qeydiyyata alındığı xx.xx.2021-ci il qeydiyyat tarixli, **********54 reyestr nömrəli çıxarış qanunsuz olduğundan ləğv edilməlidir.
10. Üçüncü şəxs P.Ağabalayev apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbini n rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-357/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər Z.Məmmədov - sədrlik edən və məruzəçi, H.Babayeva və F.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 7 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı iddiası təmin olunmamışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsinə 3-cü şəxsin adına Quba rayonunun Susayqışlaq kəndində yerləşən 0,48 ha torpaq sahəsinə dair qeydiyyat nömrəsi ********** olan çıxarışın verilməsi üçün əsas olmuş s ənədlərin, o cümlədən qeyd edilən torpaq sahəsinə dair dövlət reyestrində saxlanılan məlumatların təsdiq olunmuş surətlərinin məhkəməyə göndərilməsi barədə sorğu verilmişdir. Sorğuya cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, X1 adına Quba rayonunun Susayqışlaq kəndində yerləşən 0,48 ha torpaq sahəsinə dair JN 018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçmiş, baza məlumatlarında öz əksini tapmış, lakin arxiv nüsxəsi aşkar edilməmişdir. Qeyd olunan əsaslara görə, eləcə də, xx.xx.2019-cu il tarixli polis arayışına və qəzet elanına əsasən X1 adına dövlət reyestrində xx.xx.2021-ci il tarixli, **********754 reyestr nömrəli çıxarış işlənilmişdir. Cavabdehin məktubuna çıxarışın və çıxarışa əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri əlavə edilmişdir. Həmin sənədlərə Pənah Ağabalayevə məxsus JN-18 nömrəli dövlət aktının naməlum şəraitdə itməsi və tapılmasının mümkün olmaması barədə Xaçmaz RPŞ-nin xx.xx.2019-cu il tarixli arayışı, həmin şəhadətnamənin itməsi barədə qəzetdə verilmiş elan və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı daxildir.
13. Hazırkı işə baxılması ilə əlaqədar məhkəmə kollegiyası tərəfindən tələb olunaraq öyrənilmiş İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 8 nömrəli qərarı ilə kənd təsərrüfatı mə hsulları istehsalı məqsədilə torpağa mülkiyyət hüququna dair JN-0018, KOD 30308028 nömrəli dövlət aktına əsasən iddiaçıya verilmiş 0.48 hektar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinin plan-ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair 2-1(118)-273/2020 saylı iş materiallarından görünür ki, həmin iş üzrə məhkəmənin sorğusuna DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli cavab məktubunda qeyd edilmişdir ki, JN0018 KOD 30308028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın arxiv nüsxəsi aşkar edilməmiş, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında və subyektlərin adlı siyahısında 18-ci sırada 0.48 ha ilə X2 adı qeyd edilmişdir. Bundan əlavə, məhkəmənin xx.xx.2020-ci il tarixli sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş cavab məktubuna Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayonu, Susayqışlaq kəndinin dövlət aktlarının qeydiyyat kitabının siyahısı və kadastr məlumat bazasında subyektlərin (DBF) adlı siyahısının surəti əlavə edilmişdir. Həmin siyahıda 0.48 ha torpaq sahəsi X2 adına qeydə alınmmışdır. Bundan əlavə siyahıda Mərdanov soyadlı digər şəxslər olsa da, İddiaçı adı siyahıda mövcud deyil. Həmin iş üzrə Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda İddiaçı xx.xx.2005-ci il tarixdən hazıradək Quba rayonunun Susayqışlaq kəndində yaşayış yeri üzrə qeydiyyatda olduğu göstərilmişdir. Qeyd edilən iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı iddiası rədd edilmiş, qərar qanuni qüvvəyə minmişdir. Həmin qərarda məhkəmə göstərmişdir ki, “...torpaq sahəsinin iddiaçının istifadəsində olması, onun torpaq vergisini ödəməsi mübahisə olunmasa da, inzibati orqanın imtinasının əsasını təşkil edən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqların mövcudluğu öz təsdiqini tapmışdır. Bu isə inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir”. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüv vəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya baxışı zamanı üçüncü şəxsin nümayəndəsi Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 8 nömrəli qərarı ilə mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair digər şəxslərin adlarına verilmiş JN-0045 KOD30308028 (xx.xx.1998-ci il tarixli) və JN-0092 KOD 30308028 (verilmə tarixi göstərilməmişdir) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının surətlərini təqdim edərək, həmin aktlarda da üçüncü şəxs P.Ağabalayevə məxsu s 0.48 ha torpaq sahəsinin öz əksini tapdığını bildirmişdir. Qeyd edilən dövlət aktlarının surətlərindən görünür ki, həmin aktların hər ikisində “mülkiyyətə verilmiş torpaq sahəsinin planı (cizgisi)” bölməsində torpaq sahəsinin qonşu sərhədlərində 18 nömrəli torpaq sahəsinin mülkiyyətçisi kimi X6 göstərilmişdir. İddiaçının nümayəndəsi iş üzrə sonuncu məhkəmə iclasında qeyd edilən torpaq sahəsinin daşınmaz əmlakın elektron baza məlumatlarında iddiaçının adına qeydiyyatdan keçməsini təsdiq edən sübut kimi iki vərəqdən ibarət kserosurət təqdim etsə də, həmin kserosurətlər mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, cavabdeh inzibati orqan həm birinci instansiya məhkəməsinə, həm də apellyasiya baxışı zamanı təqdim etdiyi rəsmi sənədlərlə mübahisəli torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına qeydiyyatda alındığını bildirmiş və bu barədə müvafiq sənədləri təqdim etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, hazırkı iş üzrə üçüncü şəxs X1 adına cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, **********54 reyestr nömrəli çıxarışın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün hüquqi nəticəyə gəlməmişdir.
15. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, Quba rayon X12 04 nömrəli, xx.xx.2021-ci il tarixli arayışından da müəyyən olunmuşdur ki, İddiaçı Quba rayonu, Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 8 nömrəli qərarı ilə ona ayrılmış 0,48 ha torpaq sahəsini ayrıldığı vaxtdan halhazıradək istifadə etmiş və bələdiyyə vergilərini ödəmişdir. X15 Filialından verilmiş 16 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, təsərrüfat başçısı kimi X11 qeyd edilmiş, onun təsərrüfata 1997-ci ildən gəldiyi göstərilmişdir. Onların DƏDRX-nin müraciətinə cavab olaraq Pənah Ağabalayevin adına heç bir arayış aşkar edilmədiyi qeyd edilsə də, sonradan sonuncu tərəfindən 5 ay geriyə çıxarış aşkar edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “D aşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların d övlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə
4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə
9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquq ların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 19. “İnzibati icraat haqqında” Qanun Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
20. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxıla n zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərar ı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri məzmun və mahiyyət baxımından iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından 3-cü şəxsin adına verilmiş çıxarışın ləğv olunması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzər ə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və məqsədi üçüncü şəxsin adına verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, **********54 reyestr nömrəli çıxarışın ləğv edilməsinə nail olmaqdan ibarətdir. İddiaçının bununla bağlı müraciətinin təmin olunmasından imtinada, elə cə də apelyasiya şikayətində cavabdeh X1 adına dövlət reyestrindən çıxarışın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd olan torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında hazırlandığını qeyd etmişdir.
30. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Quba rayonunun Susayqışlaq kəndində yerləşən 0,48 ha torpaq sahəsinə dair X1 adına tərtib olunmuş JN 018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitabında qeydə alınmış və müvafiq baza məlumatlarında əksini tapmışdır.
31. Bundan başqa, Azərbaycan Re spublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli sorğusuna cavab olaraq təqdim edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayonu, Susayqışlaq kəndi üzrə dövlət aktlarının qeydiyyat kitabının siyahısından və subyektlərin (DBF) adlı siyahısından 0.48 ha torpaq sahəsinin X2 adına qeydə alındığı, siyahıda Mərdanov soyadlı digər şəxslərin adlarının qeyd olunduğu halda, İddiaçı adının siyahıda mövcud olmadığı görünür. Həmin iş üzrə Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı Quba rayonunun Susayqışlaq kəndində xx.xx.2005-ci il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadır.
32. Həmçinin nəzərə almaq lazımdır ki, üçüncü şəxsin nümayəndəsi tərəfindən apellyasiya məhkəməsində icraat zamanı təqdim olunmuş Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 8 nömrəli qərarı ilə verilmiş mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair digər şəxslərin adlarına olan xx.xx.1998-ci il tarixli, JN-0045 KOD30308028 nömrəli və JN-0092 KOD 30308028 nömrəli (verilmə tarixi göstərilməmişdir) “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”larının surətlərindən görünür ki, həmin aktlarda torpaq sahələrinin qonşuluğunda yerləşən 0.48 ha torpaq sahəsi Ağabalayev Pənahın adına qeyd olunmuş, həmin aktların hər ikisində “mülkiyyətə verilmiş torpaq sahəsinin planı (cizgisi)” bölməsində torpaq sahəsinin qonşu sərhədlərində 18 nömrəli torpaq sahəsinin mülkiyyətçisi qismində X6 göstə rilmişdir.
33. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, X2 adına tərtib edilmiş çıxarışın ləğvini şərtləndirən əsasların mövcudluğu işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallar ilə və iş üzrə materiallarla təsdiq olunmur. Bu baxımdan iddiaçı həmin çıxarışın ləğvini tələb etməkdə haqlı sayıla bilməz.
34. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalı, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2022-ci il t arixli, 2-1(105)-357/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.