Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-101/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər 3 nömrəli şəhər poliklinikasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ölüm haqqında tibbi şəhadətnamənin verilməsi; ölüm səbəbinin məlum olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər 3 nömrəli şəhər poliklinikasına qarşı “X5 xx.xx.2018-ci il tarixdə ölməsi ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2-1(103)-238/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1934-cü il təvəllüdlü X7 iddiaçının anasıdır. 2. xx.xx.2018-ci il tarixdə X5 həkiməqədər ölümü hadisəsi baş vermiş və Abşeron rayon X2 və X4 Stansiyası tərəfindən bu hal barədə xx.xx.2018-ci il tarixli xəbərdarlıq vərəqəsi verilmişdir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək anasına ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmiş, sonuncu xx.xx.2020-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə ölüm baş verdiyi vaxtdan 3 gündən gec olmayaraq verilir. İddiaçının anası xx.xx.2018-ci il t arixdə ölsə də, iddiaçı şəhadətnamə alınması üçün poliklinikaya müraciət etmədiyindən anasına ölüm haqqında şəhadətnamə verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X5 xx.xx.2018-ci il tarixdə ölməsi ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini əsaslandırarkən işin hallarında göstərilən xüsusatlara istinad etmiş və cavabdehin imtinasının əsassız olduğunu bildirmişdir.
6. Bakı İnzibati Məhkəməsinin (hakim: M.C.Qarayeva) 12 yanvar 2021-ci il tarixli 2-1(112)-1216/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon X2 və X4 Stansiyasının verdiyi xəbərd arlıq vərəqəsinə əsasən 06 dekabr 2018-ci il tarixdə ünvan 1 ünvanında xx.xx.1934-cü il təvəllüdlü X5 ölümü hadisəsinin baş verməsi ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamənin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli, 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın tələblərinə uyğun olaraq tərtib edilməsi və mərhumun oğluna - iddiaçıya təqdim edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2018ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.B.Zərdabi küçəsi, dalan 6, ev 55 ünvanında iddiacının anası, xx.xx.1934-cü il təvəllüdlü X5 ölümü hadisəsi baş vermişdir. Azərbayc an Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın tələblərinə əsasən iddiacıya anasının ölümü haqqında tibbi şəhadətnamə verilməlidir.
8. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) 10 avqust 2021-ci il tarixli, 21(103)-1236/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 12 yanvar 20 21-ci il tarixli, 2-1(112)-1216/2021 nömrəli qərarı ləğv edilmiş, inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan Abşeron rayon X2 və X4 stansiyasının xəbərdarlıq vərəqəsində “Çağırışın tarixi – 06 dekabr 2018-ci il, xəstənin yanına gəlmə vaxtı – 17:55, ünvan – ünvan 2ş materiallarında olan X5 şəxsiyyət vəsiqəsinin surətindən onun ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğu müəyyən edilsə də, Təcili və X4 Abşeron rayonu, Xırdalan şəhəri, H.B.Zərdabi küçəsi, dalan 6, ev 55 ünvanına gəlmişdir. Həmçinin, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Abşeron rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.x x.2020-ci il tarixli, 1915 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2018-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.B.Zərdabi küçəsi, dalan 6, ev 55 ünvanında yaşayan X7 üçün saat 17:55-də çağırış qəbul olunduğu qeyd edilsə də, Abşeron rayon X2 və X4 Stansiyasının xəbərdarlıq vərəqəsində “xəstənin yanına gəlmə vaxtı – 17:55” göstərilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində, iddiaçının şəxsiyyət vəsiqəsindəki qeydiyyat ünvanında, şəxslərin verdikləri ərizələrdə Məmmədova Turanın vəfat etməsi ilə bağlı ünvan ünvan 4 rayon X2 və X4 Stansiyasının xəbərdarlıq vərəqəsində ünvan – ünvan 5östərilən ziddiyyətlərin aradan qaldırılması ilə bağlı iş materiallarında hər hansı sənəd mövcud deyildir. Bu halların araşdırılması, əlavə sənədlərin və izahatların alın masına zəruriyyət olduğundan, iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının şəxsiyyət vəsiqəsində göstərilmiş qeydiyyat ünvanı ilə “Abşeron rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli, 1915 nömrəli məktubunda göstərilmiş ünvan, X3 və X6 ərizələrində göstərilmiş ünvan arasında ziddiyyətlərin olması, həmçinin xəbərdarlıq vərəqəsində “xəstənin yanına gəlmə vaxtı ilə Abşeron rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli, 1915 nömrəli məktubunda göstərilmiş çağırış vaxtının eynilik təşkil etməsi birinci instansiya məhkəməsi tərəfindən araşdırmamış, beləliklə də, məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. c) birinci instansiya məhkəməsində ikinci icraat
11. Bak ı İnzibati Məhkəməsinin (hakim: H.A.Ağalarov) 05 may 2022-ci il tarixli 21(112)-290/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ambulator tibb müəssisəsi tərəfindən “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi ölümün baş vermə səbəbi məlum olan hallarda mümkündür. Hazırkı işdə “xəbərdarlıq vərəqəsi”nə əsasən şəxsin (X5) ölüm faktının həkim gələnə qədər baş verdiyi məlum olur. Eyni zamanda, şəxsin ölməsinin səbəbi ilə bağlı hər hansı tibbi sənəd məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, iddiaçı tərəfindən hər hansı sənədə istinad olunmamış və belə sənəd məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, şəxsin ölüm səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının anası X5 ölüm faktı nın müəyyən edilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında (hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında) aidiyyəti üzrə ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət etmək hüququ vardır.
13. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, V.Ə.Baxışova və R.Ə.Qurbanov) 22 iyun 2023-cü il tarixli, 2- 1(103)-238/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2-1(112)-290/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instan siyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
17. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, ünvan 7 ünvanında qeydiyyatda olan anası xx.xx.2018-ci il tarixdə iddiaçının ünvan 8 ünvanındakı evində, övladlarının gözü qarşısında yüksək təyziq səbəbindən ölmüşdür. Anası ölümündən əvvəl bir neçə gün özünü pis hiss etmiş, təyziqi çox yüksək olmuş, ona dəfələrlə təcili yardım çağırılmış, lakin sonuncu dəfə təcili yardım gələnə kimi ölmüşdür. Anasının ölüm səbəbləri, o cümlədən xəstəlikləri və səhhətindəki probleml ər onun tibbi kitabçasında əks olunmuşdur. Məhkəmələr isə qeyd olunan halları araşdırmamışdır. Beləliklə də, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” Bənd 4.1. “ölüm haqqında tibbi şəhadətnamə”' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-ana tomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X4 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-nin həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. 4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. 4.5. Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tə rəfindən verilir. … 4.7. Şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X1 (XBT-10)” üzrə kodlaşdırılmalıdır. … Bənd 5.3. Şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur.
20. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2015-ci il, 52 nömrəli əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair” Təlimat: Bənd
3. Ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X4 Stansiyasının (bundan sonra – TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat e dənin şəxsiyyət vəsiqəsi əsasında ambulator tibb müəssisəsinin həkiminə təqdim etmək üçün bu təlimata əlavə olunan formada “Xəbərdarlıq vərəqəsi” doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq (hüquq-mühafizə) orqanına məlumat verir. Yaşayış yerində zorakı ölüm barəsində şübhə olduqda, həmçinin ölüm hadisəsi ictimai yerlərdə, küçələrdə və s. qeyri-yaşayış yerlərində baş veribsə TTTYS-in həkimi hüquq-mühafizə orqanlarının nümayəndəsinə gələnə qədər meyitin yanında gözləməlidir. Bənd
4. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər (ambulator karta, xəstəlik tarixindən çıxarış və s.) əsasında onun qeydiyyatda olduğu, qeydiyyatda olduğu yerdə yaşamadığı halda isə faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəf indən verilir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şi kayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərar ı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsi ndə məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avro pa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ambulator tibb müəssisəsi tərəfindən “ölüm haqqı nda tibbi şəhadətnamə”nin verilməsi ölümün baş vermə səbəbi məlum olan hallarda mümkündür. Hazırkı mübahisə üzrə “xəbərdarlıq vərəqəsi”nə əsasən iddiacının anasının ölüm faktının həkim gələnə qədər baş verdiyi məlum olsa da, ölümün səbəbi müəyyən edilmir. Başqa sözlə, iddiaçının anasının ölməsinin səbəbi ilə bağlı hər hansı tibbi sənəd məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, iddiaçı tərəfindən hər hansı sənədə istinad olunmamış və məhkəməyə bu barədə heç bir sənəd təqdim edilməmişdir. Belə olan halda, hazırkı qərarın 19-20-ci bəndlərində sadalanan qanunvericilik aktlarının tələbinə əsasən cavabdeh tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilə bilməz. Odur ki, cavabdehin imtinası qanuni və əsaslıdır.
30. Qeyd edilməlidir ki, iddiaçı anası X5 ölüm faktının müəyyən edilməsi ilə bağl ı mülki məhkəmə icraatı qaydasında (hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında) aidiyyəti üzrə ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət etmək hüququna malikdir.
31. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 32.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 21(103)-238/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.