Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-101/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: minik avtomobilinə tibbi göstərişin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin qərarı ləğv edilərək ona avtomobilə tibbi göstərişin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024cü il tarixli, 2-1(105)-275/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 469 nömrəli qərarı ilə, iddiaçının hərbi xidmət dövründə xx.xx.1995-ci ildə aldığı travmanın (Diaqnoz: “Hər iki ayağın İİİ-İV dərəcəli donvurması, hər iki pəncənin ayaqdarağı sümüklərinin 1/3 səviyyəsində amputasiyası, sol pəncənin daban hissəsinin nekrotik toxumalarının kəsiməsi əməliyyatı” və “İV dərəcəli donvurma nəticəsində sağ pəncənin ayaqdarağıfalanqa səviyyəsində, dəri defekti ilə sol pəncənin ayaqdarağı sümüklərinin distal metafizi səviyyəsində amputasion güdüllər”) səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdaf iəsi zamanı alınmışdır” olaraq müəyyən edilmişdir.
2. İddiaçıya “Hər iki ayağın İİİ-İV dərəcəli donmasından sonrakı vəziyyət, ayağın digər hissələrinin travmatik amputasiyası, sağ ayaqdarağı falanqa səviyyəsində, sol ayaq darağı distal ucunun amputasiyası, digər artrozlar, hər iki aşıq baldır ayaq darağı oynaqlarının artrozu, ağrı sindromu, hərəkətin və yerişin pozulmaları” diaqnozuna əsasən xx.xx.2016-cı il tarixdən hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək, əlilliyi müəyyən edilmiş şəxs kimi barəsində minik avtomobilinə tibbi göstərişin verilməsini xahiş etmişdir.
4. Cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ilə, iddiaçıya əlillik təyinatına əsas verən diaqnozun minik avtomobilinə tibbi göstə rişin təyinatına əsas vermədiyinə istinadən müvafiq müraciətin təmin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv olunması, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 nömrəli qərarına əsasən avtomobilə tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1994-cü ilin iyun ayından 1995ci ilin fevral ayınadək Müdafiə Nazirliyinin tərkibində hərbi hissədə düşmənlə həmsərhəd ərazi də hərbi xidmət keçmiş, 1995-ci ilin fevral ayında Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar İkinci qrup müddətsiz əlildir. Belə ki, iddiaçı xx.xx.1995-ci ildə N saylı hərbi hissədə hərbi xidmət vəzifələrini yerinə yetirən zaman travma almış, hər iki ayaq barmaqları amputasiya edilmişdir. Hal-hazırda xəstəliyi ilə bağlı çox əziyyət çəkir, daimi müalicə və müayinələrdə olur. İddiaçı cavabdehə minik avtomobilinə tibbi göstərişin verilməsi üçün müraciət etmiş, lakin cavabdeh onun ayağında olan problemləri nəzərə almadan avtomobilə tibbi göstəriş verilməsindən imtina etmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 nömrəli qərarına əsasən hesab edir ki, səhhətində olan aşağıdakı xəstəliklərə görə ona avtomobillə tibbi göstəriş verilməlidir. 3. bir aşağı ətrafın iflici və ya nəzərə çarpan parezi; 4.hemiplegiya, nəzərəçarpan hemiparez; 6.hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla; 7. hər iki aşağı ətrafın fillik xəstəliyi. Göründüyü kimi, cavabdehin imtinası əsassız və qanunsuzdur.
7. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və ona “Hər iki ayağın lll-İV dərəcəli donmasından sonrakı vəziyyət, ayağın digər hissələrinin travmatik amputasiyası, sağ ayaqdarağı falanqa səviyyəsində, sol ayaqdarağı distal ucunun ampu tasiyası, digər artrozlar, hər iki aşıq baldır ayaq darağı oynaqlarının artrozu, ağrı sindromu, hərəkətin və yerişin pozulmaları” diaqnozu ilə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz əlillik dərəcəsi verilmişdir. İddiaçının minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinə aparılaraq sağ ayaq pəncəsində metatarsal amputasiya, sol ayaq pəncəsində ayaqdarağı sümüklərin distal metafizi səviyyəsində amputasiyası təsbitlənmişdir. Nəticədə ona əlillik təyinatına əsas verən diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na uyğun olaraq minik avtomobilinə tibbi göstərişin təyinatına əsas vermədiyi müəyy ən edilmişdir.
8. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən Məhkəmə Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş xx.xx.20223-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tərtib edilmiş göndərişdə qeyd edilmiş “Hər iki ayağın İİİ-İV dərəcəli donmasından sonrakı vəziyyət, ayağın digər hissələrinin travmatik amputasiyası, sağ ayaqdarağı falanqa səviyyəsində, sol ayaqdarağı distal ucunun amputasiyası, digər artrozlar, hər iki aşıq baldır ayaqdarağı oynaqlarının artrozu, ağrı sindromu, hərəkətin və yerişin pozulmaları” diaqnozu onun əyani müayinəsi zamanı bir daha təsdiq olundu. İddiaçının adına Azərbaycan Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən, ona həmin tarixdə institutda müayinə nəticəsində “Donvurma nəticəsində sağ ayağın bütün falanqalarının daraq sümüyü səviyyəsində amputasiya güdülü, sol ayağın bütün ayaqdaraq sümüklərinin bağları səviyyəsində ağrılı amputasiya güdülləri, əzələ artrofiyası, daimi ağrı sindromu və dayaq hərəkət funksiyasının pozulması” diaqnozu təyin edilmişdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Leyla Mirzəyeva) 02 oktyabr 2023-cü il tarixli, 2-1(118)-786/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli, 501 nömrəli qərarına əsasən avtomobilə tibbi göstərişin verilməsi öhdəliyi cava bdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hal-hazırda ona əlillik təyin edilərkən müəyyən edilmiş “Hər iki ayağın İİİ-İV dərəcəli donmasından sonrakı vəziyyət, ayağın digər hissələrinin travmatik amputasiyası, sağ ayaqdarağı falanqa səviyyəsində, sol ayaqdarağı distal ucunun amputasiyası, digər artrozlar, hər iki aşıq baldır ayaqdarağı oynaqlarının artrozu, ağrı sindromu, hərəkətin və yerişin pozulmaları” və “Donvurma nəticəsində sağ ayağın bütün falanqalarının daraq sümüyü səviyyəsində amputasiya güdülü, sol ayağın bütün ayaq-daraq sümüklərinin bağları səviyyəsində ağrılı amputasiya güdülləri, daimi ağrı sindromu və dayaq hərəkət funksiyasının pozulması” xəstəliklərindən hələ də əziyyət çəkir. İddiaçının hal-hazırda ə ziyyət çəkdiyi xəstəliklərdən biri olan “Donvurma nəticəsində sağ ayağın bütün falanqalarının daraq sümüyü səviyyəsində amputasiya güdülü, sol ayağın bütün ayaqdaraq sümüklərinin bağları səviyyəsində ağrılı amputasiya güdülləri” xəstəlikləri “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na “Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri” barədə əlavənin 57-ci qrafasının 8-ci bəndində birbaşa olaraq avtomobillə təmin edilməyə əsas olan xəstəliklər sırasında göstərilmişdir.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apelly asiya instansiyası məhkəməsində icraat
12. İş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirmişdir ki, iddiaçının müraciətinə imtina cavabı verilməsinin səbəbi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na uyğun olaraq minik avtomobilinə tibbi göstərişin təyinatına əsasın olmamasıdır. Belə ki, müvafiq Qaydanın 57-ci qrafasının 6-cı və 8-ci bəndlərində qeyd edilir ki, minik avtomobili aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir: hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla; hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü. İddiaçı əyani müayinə edilmiş, onda yalnız sol pəncənin Şopar oynağından amputasiyası vəziyyəti aşkar edilmişdir. Sözügedən Qaydaya əsasən isə hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü vəziyyəti aşkar edilməlidir. Birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza zamanı ekspert qarşısında fərqli suallar qoyulmuşdur. Ekspert yalnız əlillik faktını təsdiqləmişdir. İddiaçının əlilliyi mübahisələndirilmir. Sözügedən Qaydanın 57-ci qrafasının 6-cı bəndində qeyd edilən hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəliklərinin iddiaçıda olma ehtimalı vardır. İddiaçı tərəf təqdim etdiyi arayışa istinad edərək sözügedən Qaydanın 5 7-ci qrafasının 6-cı bəndinə əsasən avtomobilə tibbi göstərişin verilməsinə əsas olduğunu bildirir. Birinci instansiya məhkəməsi isə 57-ci qrafanın 8-ci bəndinə istinad etmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Zaur Məmmədov /sədrlik edən və məruzəçi/, Hökümə Babayeva və Gülnar Cabbarova) 14 iyun 2024-cü il tarixli, 2-1(105)-275/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin qərar 35 nəfər vətəndaşın minik avtomobilinə tibbi göstərişin müəyyən edilməsi ilə b ağlı olmuşdur. Qərarla müəyyən edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1999-cu il təvəllüdlü X3 minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinə zamanı ona “Sol ayaqda baş barmağın amputasiyası, sol baldırın kobud yumşaq toxuma defekti ilə çapığı, sol baldırın yuxarı 1/3-də osteomielit fistulun xarici dəliyi (ifrazat var)” diaqnozu qoyulmuş, nəticədə əlillik təyinatına əsas verən diaqnoz ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na uyğun olaraq minik avtomobilinə tibbi göstərişin təyinatına əsas vermişdir.
15. Həmin qərardan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X4 qoyulmuş əsas diaqnozlardan biri olan “Sol ayaqda baş barmağın amputasiyası” cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən minik avtomobilinə tibbi göstərişin təyinatına əsas verən diaqnozlardan biri kimi qəbul edilmişdir. Lakin cavabdeh orqan hazırkı mübahisədə iddiaçıda hal-hazırda mövcud olan “Ayaqların digər hissələrinin amputasiyası” diaqnozunu “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən minik avtomobilinə tibbi göstərişin təyinatına əsas verən diaqnozlardan biri kimi qəbul etməmişdir. Belə olan halda isə, bir vətəndaşa avtomobillə təmin edilməyə əsas diaqnozlardan biri kimi qəbul edilmiş diaqnozun, digər vətəndaşa münasibətdə avtomobillə təmin edilməyə əsas olmayan diaqnoz kimi qiymətləndirilməsi vətəndaşın hüquqlarının və Konstitusiyada nəzərdə tutulmuş bərabərlik prinsipinin pozulmasıdır.
16. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən məhkəmə kollegiyasına onun M.A.Topçubaşov adına X6 xx.xx.2024-cü il tarixli doppleroqrafiya müayinəsinin nəticələri təqdim edilmişdir. Həmin tibbi sənədlə müəyyən olunur ki, iddiaçıda “Hər iki aşağı ətrafın trombangit mənşəli 70-85% stenookllüziyaları” olmuşdur. xx.xx.2024-cü il tarixli ambulator kitabçadan çıxarışla müəyyən olunur ki, iddiaçıya əsas xəstəlik kimi “Obliterasiyaedici trombangit, hər iki aşağı ətrafın baldır arteriyaların stenookllüziyaları, əsas xəstəliyin ağırlaşması olan aşağı ətrafların üçüncü dərəcəli xroniki işemiyası, hər iki pəncənin amputasiya güdülü” diaqnozu qoyulmuşdur. Beləliklə, iddiaçının minik avtomobilinə tibbi göstərişin təyini barədə tələbi “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə göstərilmiş meyarlara (6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri,...) uyğundur.
17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQU Q 20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 30.1. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. Maddə 30.2. Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 30.3. Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
21. Azərbaycan Respublikası Naz irlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli, 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” 1.1. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” (bundan sonra – Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin (bundan sonra – Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. 1.2. Şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bunda n sonra – Agentlik) və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X1 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 2.1. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq, X1 reabi litasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri (bundan sonra – “DOST” mərkəzi), digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir. 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X2 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. 3.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;
23. Azərbaycan Respublikasının İnzibati Pro sessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASS ASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının l əğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli g ələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçı tələbində həmçinin ona minik avtomobilinə tibbi göstərişin təyinatından imtina edilməsi barədə cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv olunmasını xahiş etsə də, həqiqətdə iddiaçının hüquqi marağı və məqsədi ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 nömrəli qərarına əsasən minik avtomobilinə tibbi göstərişin təyinatı barədə cavabdeh tərəfindən qərarın (əlverişli inzibati aktın) qəbul edilməsinə nail olmaqdan ibarətdir. Yəni iddiaçının həqiqi niyyəti ona münasibətdə əlverişli qərarın qəbuluna yönəlmişdir. Nəzərə alm aq lazımdır ki, cavabdehin üzərinə iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 nömrəli qərarına əsasən minik avtomobilinə tibbi göstərişin təyinatı barədə qərarın (əlverişli inzibati aktın) qəbul edilməsi öhdəliyi həmin iddia üzrə məhkəmənin pozitiv qərarı vasitəsi ilə qoyula bilər. Bu baxımdan hazırkı iddia məcburetmə haqqında iddia kimi qiymətləndirilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia, eyni zamanda, cavabdeh tərəfindən qəbul edilmiş imtina qərarının da ləğvini ehtiva edir və bunun müstəqil tələb kimi xüsusi vurğulanmasına ehtiyac yoxdur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 nömrəli qərarına əsasən iddiaç ıya minik avtomobilinə tibbi göstərişin təyinatı üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səb əblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli, 2-1(105)-275/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.