Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1010/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qərarların ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2092/2020 nömrəli iş üzrə 07.12.2 020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 26 may 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı fərdi şəxsi firması cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin 30.04.2020-ci il tarixli **********540500 nömrəli və 07.05.2020-ci il tarixli **********608200 nömrəli, 31.05.2020-ci il tarixli **********485600 nömrəli, 22.05.2020-ci il tarixli **********922200 nömrəli, 31.05.2020-ci il tarixli **********488700 nömrəli, 31.05.2020-ci il tarixli **********883500 nömrəli, 31.05.2020-ci il tarixli **********486300 nömrəli, 31.05.2020-ci il tarixli **********551400 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarlarının ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin 08.10.2020-ci il tarixli, 2-1(112)-4482/2020 nömrəli (sədrlik edən hakim Aygün Abdullayeva) qərardadı ilə iddiaçının ərizəsinin qismən təmin edilməsi, müvəqqəti xarakterli müdafiə tədbiri qismində işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçının ƏDV depozit hesabına, bank hesablarına sərəncamların qoyulması, firmanın hesablarının dondurulması, mübahisələndirilən məbləğdə 105 faiz dondurulması istisna olmaqla dayandırılması və həmin borclara görə hazırda mövcud olan, habelə, onun hüq uqi ünvanına daxil olan bütün növ əmlakın, o cümlədən, xammalların, dəzgahların, avadanlıqların və əmlakın siyahıya alınması cavabdehə qadağan edilməsi qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən İPM-nin 40.1. 40.2, 40.3, 43.1.1-ci maddələrinə, Vergi Məcəlləsinin 16.1.11-2, 65.2, 65.2.1.1, 65.2.1.4-cü maddələrinə istinadən hesab etmişdir ki, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi qismən əsaslıdır.
4. Cavabdeh həmin qərardaddan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 08.10.2020-ci il tarixli qərardadının ləğv edilməsini və həmin hissədə ərizənin təmin edilməməsi haqqında qərardadın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (b undan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 2-1(103)-2092/2020 nömrəli iş üzrə 07 12.2020-ci il tarixli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Cahangir Yusifov) qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4482/2020 nömrəli iş üzrə 08 oktyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsi, inzibati işin həmin məhkəməyə göndərilməsi, cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən İPM-nin 41.2, 43.1, 43.1.1, 43.1.2, 43.2, 68.1,. 80.1, 80.3-cü maddələrinə tətbiq etməklə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv edilməlidir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəl illəri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
7. İddiaçıların kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin MXMT( 102)-13/2020 02 dekabr 2020-ci il tarixli qərarına əsasən, məhkəmə kollegiyası xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, Qərar əsasında vergilər hesablandığı zaman isə həmin qərarın (inzibati aktın) mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. Hesab edir ki, iddiaçı müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə ərizə təqdim etdikdə həmin ərizədə ifadə olunan istəyin ifadə olunduğu tərzdə qeyd olunmasından asılı olmayaraq həmin istəyin mahiyyətindən irəli gələrək baxılmalıdır. Belə ki, iddiaçı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasın a görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı mübahisələndirərsə, İPM-in 40-cı maddəsinə əsasən müvəqqəti xarakterli müdafiə tədbiri olaraq inzibati aktın icrasının dayandırılması barədə məhkəməyə ərizə ilə müraciət etmək hüququna malikdir. İPM-in 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. İddiaçı öz ərizəsində müdafiə tədbiri olaraq cavabdehə müəyyən hərəkətlərin qadağan edilməsi (bank hesablarına sərəncamın qoyulmasından çəkindirmək, qoyulan sərəncamların icrasını dayandırmaq və s.) barədə istəyi faktiki olara q mübahisələndirilən inzibati aktın icrasının dayandırılmasından ibarətdir. Başqa sözlə iddiaçının ərizəsində göstərdiyi müdafiə tədbirinə baxılan zaman həmin ərizədə ifadə olunan istək hərfi mənada başa düşülməməlidir. Əgər hesablanmış vergilərə münasibətdə müvəqqəti müdafiə tədbiri olaraq inzibati aktın icrasının dayandırılınması barədə məhkəmə qərardad qəbul edirsə, bu tədbirlərə hesablanmış vergilər üzrə borcların dövlət büdcəsinə alınmasını təmin etmək məqsədi ilə Vergi Məcəlləsində nəzərdə tutulmuş bütün tədbirlərin görülməsi, yəni vergi ödəyicisinin əmlakını siyahıya almaq və siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq, vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldı rmaq, banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəmə) müraciət etmək və s. bu kimi hərəkətlərin edilməsinin qadağan olunması deməkdir.
8. Həmin qərarda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, inzibati aktın icrasının dayandırılması, iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldi) hallarda iddiaçının vəsatəti və ya ərizəsi əsasında inzibati aktın icrasının dayandırılmas barədə qərardad qəbul edə bilər.
9. Digər məsələ isə ondan ibarətdir ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Bu o deməkdir ki “V ergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı məhkəmədə mübahisələndirilirsə həmin qərar əsasında hesablanımış vergilər və tətbiq olunmuş maliyyə sanksiyaları da məhkəmə qərarı ilə də təsdiqin tapmalıdır. Mübahisənin getdiyi müddət ərzində isə şəxs təqsirsiz hesab edildiyindən və məhkəmənin qərardadı ilə inzibati aktın icrası dayandırıldığından, həmin şəxs hesablanmıış vergi və tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsinə məcbur edilə bilməz.
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şəhr edilməsinə dair 20 aprel 2015-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrası nın dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdir; biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Qanunverici müvəqqəti xarakterli müdafiə barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı işlərə baxarkən məhkəmələrə geniş səlahiyyətlər vermişdir. Bu ilk növbədə məhkəmənin iddia üzrə mübahisəni araşdırmadan öz ehtimalı əsasında gələcəkdə iddianın uğurlu olma sı qənaətinə gəlməsində təzahür edir. Qeyd edilməlidir ki, qanunverici məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiəni; tətbiqi əsaslarını İnzibati Prosessual Məcəllənin 43-cü maddəsində dəqiq müəyyən etmişdir. Göründüyü kimi, işə mahiyyəti üzrə baxan məhkəmə müvəqqəti xarakterli müdafiə haqqında qərardadını şəraitin dəyişməsi ilə əlaqədar kifayət qədər əsaslar olduğu halda dəyişdirməyə haqlıdır. Məhkəmə həmin qərardadın dəyişdirilməsi ilə əlaqədar vəsatət, baxarkən İnzibati Prosessual Məcəllənin 43.1.1 və 43.1.2-ci maddələrində müəyyən olunan əsasları nəzərə alaraq, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarına hansı dərəcədə ziyan dəyəcəyini qiymətləndirməlidir. Eyni zamanda, məhkəmə şəraitin dəyişməsinin baş verməsini işin taktiki hallarının araşdırılması və qiymətləndi rilməsi nəticəsində müəyyən edə bilər. Müvəqqəti xarakterli müdafiə barədə qərardaddan şəraitin dəyişməsi ilə əlaqədar inzibati icraat iştirakçılarının vəsatətinə baxarkən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsi üçün əsas olan halların dəyişməsi aradan qalxmasına səbəb olmuş halları və sübutları dəqiq qiymətləndirməlidir. Yuxarıdakılara əsasən, hesab edir ki, Bakı Apelyasiya Məhkəməsi qanunvericiliyin tələblərinə düzgün riayət etmədən qərardad qəbul etmişdir.
11. Bütün yuxarıda göstərilənlərə əssən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli 2-1(103)-2092/2020 saylı qərardadının ləğv edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "İddiaçı" X1 barəsində qəbul edilmiş 30.04.2020-ci il tarixli **********540500 nömrəli və 07.05.2020-ci il tarixli **********608200 nömrəli, 31.05.2020-ci il tarixli **********485600 nömrəli, 22.05.2020-ci il tarixli **********922200 nömrəli, 31.05.2020-ci il tarixli **********488700 nömrəli, 31.05.2020-ci il tarixli **********883500 nömrəli, 31.05.2020-ci il tarixli **********486300 nömrəli, 31.05.2020-ci il tarixli **********551400 nömrəli Vergilərin, sosial sığorta və işsizilik sığortası haqlarının hesablanması barədə qərarlarının icrası, yəni Firmanın bank hesablarının və ƏDV depozit hesabına sərəncamların qoyulması, hesabların dondurulması və həmi borclara görə Firmanın hazırda mövcud olan, habelə Firmanın ünvanına idxal olunan bütün növ əmlakın, o cümlədən xammalların, dəzgahların avadanlıqların siyahıya alınması və digər məcburiyyət tədbirlərinin tətbiq edilməsinin cavabdehə qadağan edilməsi müvafiq olaraq qeyd edilən qərarlardan verilən şikayətlərə məhkəmədə baxılıb qurtaranadək qərarların icrasının dayandırılması və Bakı İnzibati Məhkəməsinin 08.10.2020-ci il tarixli, 1(112)-4482/2020 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdi.
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.
13. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. ( 04 may 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
14. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
17. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
18. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda artıq göstərildiyi kimi apelyasiya instansiyası məhkəməsinin 07.12.2020-ci il tarixli, 2-1(103)2092/2020 nömrəli qərardadla birinci instansiya məhkəməs inin 08.10.2020-ci il tarixli 21(112)-4482/2020 nömrəli qərardadını ləğv etmiş, inzibati işi həmin məhkəməyə göndərmişdir.
19. Məlum olduğu kimi, sözügedən prosessual məsələ İPM-nin “apelyasiya instansiyası məhkəməsində icraat” adlı 87-ci maddəsinin müddəaları ilə tənzimlənir.
20. Belə ki, İPM-nin 87.7-ci maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.
21. Həmin Qanunun 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətl i sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda.
22. Həmin Qanunun 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.
23. Beləliklə inzibati prosessual qanunvericilik yalnız 2 (iki) müstəsna halda apelyasiya instansiyası məhkəməsinin, barəsində şikayət vermiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərilməsi səlahiyyətinin olmasını müəyyən etmişdir ki, bunlardan birincisi inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu, bunlardan ikincisi-inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədiyi zaman.
24. Digər hər hansı bir halda apelyasiya instansiyası mə hkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir (İPM-nin 87.7-ci maddəsi).
25. Burada, yeri gəlmişkən, qeyd edilməlidir ki, İPM-nin 82-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
26. Bununla əlaqədar həmçinin xüsusi olaraq qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin 08.10.2020-ci il tarixli qərardadını ləğv edib, işi həmin məhkəməyə göndərilməsi qənaətinə gələrkən ümum iyyətlə bu prosessual məsələni tənzimləyən İPM-nin 87.7.1., 87.7.2-ci maddələrinə istinad etməmişdir.
27. Belə ki, apelyasiya instansiyası məhkəməsinin 07.12.2020-ci il tarixli qərardadının əsaslandırıcı hissəsindən göründüyü kimi, apelyasiya məhkəməsi İPM-nin 41.2., 43.1., 43.1.1., 43.1.2., 43.2-ci maddələrinə əsaslanmaqla qərarında yazır ki, “Məhkəmə kollegiyası bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün: 1. işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli; 2. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dər əcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı; 3. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli; 4. müvəqqəti xarakterli müdafiənin tətbiqi ərizədə aydın şəkildə əsaslandırılmalıdır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20.04.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlar ından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Qanunverici müvəqqəti xarakterli müdafiə barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı işlərə baxarkən məhkəmələrə geniş səlahiyyətlər vermişdir. Bu ilk növbədə, işə baxan məhkəmənin iddia üzrə mübahisəni araşdırmadan, öz ehtimalı əsasında gələcəkdə iddianın uğurlu olması qənaətinə gəlməsində təzahür edir.”
29. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin əsaslı sayılması üçün ilk növbədə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticə sində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməlidir. Lakin hazırkı işin hallarının ilkin araşdırılması iddianın böyük ehtimalla uğurlu olacağı barədə məhkəmə kollegiyasında hər hansı qənaət formalaşdırmır. Bu nəticə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi ilə də hasil olmur. Birinci instansiya məhkəməsi də göstərilən halları qərardadında müzakirə etməmiş və müvafiq hüquqi qiymət verməmişdir.
30. Bununla bağlı, məhkəmə kollegiyası hesab edir ki, İPM-lə müəyyən edilən şərtlər müzakirə edilmədən və sözügedən hallara hüquqi qiymət verilmədən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin tam yaxud qismən təmin edilməsi haqqında qəbul edilən qərardad əsaslandırılmış sayıla bilməz.”
31. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəm əsinin 07.12.2020-ci il tarixli qərardadının əsaslandırıcı hissəsində İPM-nin 82-ci və 87.7-ci maddəsinin müddəalarının tələbləri ilə ziddiyyət təşkil edən bir məqama toxunmağı zəruri hesab edir, belə ki, apelyasiya instansiyası məhkəməsi 07.12.20220-ci il tarixli qərardadının əsaslandırıcı hissəsində göstərir ki, “Lakin hazırkı işin hallarının ilkin araşdırılması iddianın böyük ehtimalla uğurlu olacağı barədə məhkəmə kollegiyasında hər hansı qənaət formalaşmır. Bu nəticə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi ilə də hasil olmur”.
32. Beləliklə apelyasiya instansiyası məhkəməsinin özünün yazdığı kimi, apelyasiya instansiyası məhkəməsi hazırkı işin hallarının ilkin araşdırılmasını aparmış və bunun nəticəsində apelyasiya instansiyası məhkəməsində iddianın böyük ehtimalla uğur lu olacağı barədə hər hansı qənaət formalaşdırılmamış eyni zamanda apelyasiya məhkəməsinin yenə də özünün yazdığı kimi ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi də aparılmışdır. 33.
43. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddianın uğurluluq ehtimalının faktiki olaraq araşdırmış və bununla bağlı konkret şəkildə mənfi rəy formalaşdırılmışdır.
34. Bu baxımdan apelyasiya məhkəməsi sözügedən məsələyə dair birinci instansiya məhkəməsinin 08.10.2020-ci il tarixli qərardadını ləğv edib, işi həmin məhkəməyə göndərmək əvəzinə, qərardadı ləğv edib işin hallarına müvafiq olaraq özü konkret qərardad qəbul edə bilərdi.
35. Bu xüsusi ilə ona görə önəmlidir ki, apelyasiya instansiyası məhkəməsinin 07.12.2020-ci il tarixli qərardadında birinci instansiya məhkəməsinin 08.10.2020-ci il tarixli qərardadını ləğv edilməli işi həmin məhkəməyə göndərərək baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə rədd edilməlidir.
36. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 07.12.2020-ci il tarixli, 2-1(104)-2029/2020 nömrəli qərardadı ləğv edilməli, iş baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidr. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsin in İnzibati Kollegiyasının 07.12.2020-ci il tarixli, 2-1(103)-2029/2020 nömrəli qərardadı ləğv edilsin. İş baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.