Məhkəmə qərarları › İş №2-1(102)-1010/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1010/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1010/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərara izah verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qər ara izah verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1125/2023 nömrəli, 13 yanvar 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A-B yaşayış sahəsi, ev 16, mənzil 27 ona məxsusdur və hazırda həmin mənzildə ailəsi ilə birlikdə onun oğlu X1 yaşayır. A-B yaşayış sahəsi 16 saylı binanın qarşısında, yolun kənarında sakinlərə məxsus bir neçə şəxsi avtomobil qarajları fəaliyyət göstərir və həmin qarajlardan biri, yəni 224 nömrəli qaraj İddiaçı məxsusdur.

2. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən, “Günəş” qaraj tikinti kooperativinin əlavə 5 nəfər ü zvünün siyahısı təsdiq edilmişdir. Sözügedən siyahıda 2-ci sırada İddiaçı Oruc oğlunun adı və onun mənzilinin nömrəsi qeyd olunmuşdur.

3. İddiaçı qarajın dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmişdir.

4. Cavabdeh tərəfindən müraciətə cavab olaraq bildirilmişdir ki, sözügedən qeyriyaşayış binası (qaraja) yaşayış binalarının həyətindəki yaşıllıq olan ərazidə yerləşdiyindən və yerləşməsinə dair texniki sənədlər təqdim edilmədiyindən müraciətinin təmin edilməsi tərəflərindən mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “AB” Y/S 16 saylı binanın qarşısında yerləşən qarajın üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və qarajın faktiki vəziyyətinə uyğun olaraq texniki pasportun tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1987-ci ildən 2012-ci ilədək ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Həmin mənzil yenə də, ona məxsusdur və orada oğlu yaşayır. 2012-ci ildən etibarən isə ünvan 2 ünvanında yaşayır. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 23 mart 1992- ci il tarixli, 844 nömrəli Sərəncamı ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” Y/S 16 saylı binanın bir qrup sakini ilə birlikdə ona qarajın tikintisi üçün yer ayrılmış və həmin vaxtdan etibarən öz hesabına mişar daşı ilə qaraj inşa edilərək, bugünədək tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun həyata keçirilməsi məqsədilə qeyd olunan qarajın dövlət qeydiyyatına alınması üçün xx.xx.2019-cu il tarixdə cavabdehə rəsmi məktubla müraciət etmiş, lakin adıçəkilən qurumun xx.xx.2019-cu il tarixli, **********86 nömrəli məktubu ilə müraciəti rədd edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-642/2021 nömrəli, 19 may 2021-ci il tarixli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “AB” Y/S 16 saylı binanın qarşısında yerləşən qarajın üzərində iddiaçının hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qarajın faktiki vəziyyətinə uyğun olaraq texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respu blikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etdiyi qaraj ona qanuni əsaslarla ayrılmış və bununla bağlı hüquqmüəyyənedici sənədlərin bir nüsxəsi Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Eləcə də, cavabdeh imtina məktubunda sözügedən qarajın yaşayış binalarının həyətindəki yaşıllıq olan ərazidə yerləşdiyinə və yerləşməsinə dair texniki sənədlərin təqdim edilmədiyinə istinad etsə də, məhkəmə araşdırması zamanı sözügedən qarajın A-B yaşayış sahəsi 16 saylı binanın qarşısında, yolun kənarında sakinlərə məxsus bir neçə şəxsi avtomobil qarajları ilə bir sırada yerl əşməsi, sıra nömrəsinin 224 nömrəsi olması müəyyən edilmişdir.

9. Göründüyü kimi, iddiaçı sözügedən qaraja dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə hüquqmüəyyənedici sənədlər təqdim etmişdir ki, həmin sənədlər də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçının qeyd olunan qaraj üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsasdır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2320/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)650/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli (hakimlər: Z.M.Quliyev /sədrlik edən və məruzəçi/, R.S.Nəbizadə və S.Ə.Kərimov) qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Cavabdeh tərəfindən məhkəməyə qərarın izah olunmasına dair ərizə ilə müraciət edi lərək bildirilmişdir ki, məhkəmə qərarının nəticə hissəsində qeyd edilən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” Y/S 16 saylı binanın qarşısında yerləşən qarajın üzərində İddiaçı məxsus hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının yalnız qarajın faktiki vəziyyətinə uyğun olaraq texniki pasportun tərtib edilməsi ilə əlaqədar olub-olmaması dəqiqliklə göstərilmədiyindən qərarın icrasında müəyyən çətinliklər yaranmış, izah verilməsini zəruri etmişdir.

16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-642/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərardadı ilə (hakim A.A.Abdullayeva) cavabdehin birinci instansiya məhkəməsinin 19 may 2021-ci il tarixli qərarına izah verilməsi barədə ərizəsi rədd edilmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının nətic ə (qərara aldı) hissəsində cavabdehin üzərinə həvalə edilmiş öhdəliklər aydın və dəqiq şəkildə göstərilmiş, cavabdehin (ərizəçinin) hazırki ərizəsinin əsası məhkəmə qərarının aydın və ya dəqiq olmaması, həmçinin ziddiyyətli olması ilə əlaqədar olmayıb, yalnız cavabdehin (ərizəçinin) formal mülahizələrindən ibarətdir.

18. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1125/2023 nömrəli, 13 yanvar 2023-cü il tarixli qərardadı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsi nin 14 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinə ünvanlanan məktubda da qeyd edildiyi kimi, birinci instansiya məhkəməsinin 19 may 2021-ci il tarixli qərarının nəticə hissəsində qeyd edilən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “AB” Y/S 16 saylı binanın qarşısında yerləşən qarajın üzərində İddiaçı məxsus hü quqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının yalnız qarajın faktiki vəziyyətinə uyğun olaraq texniki pasportun tərtib edilməsi ilə əlaqədar olub-olmaması dəqiqliklə göstərilməmişdir. Məhkəmə qərarının nəticə hissəsində göstərilən hallar dəqiqliklə qeyd edilmədiyinə görə qərarın icrası mümkün olmamışdır.

23. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.1, 8.0.9, 8.0.9.2, 11.1-ci, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 4 nömrəli qərarının 2.1, 2.4, 5-ci bəndləri, Mülki-Prosessual Məcəllənin 217 və İPM-in 90-96-cı maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışd ır. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Mülki Prosessual Məcəllə: Maddə 230.1. İşə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Maddə 230.3. Qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir.

26. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

27. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kass asiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. İlk öncə qeyd edilməlidir ki, cavabdeh tərəfindən məhkəməyə qərarın izah olunmasına dair ərizə ilə müraciət edilərək bildirilmişdir ki, məhkəmə qərarının nəticə hissəsində qeyd edilən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” Y/S 16 saylı binanın qarş ısında yerləşən qarajın üzərində İddiaçı məxsus hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının yalnız qarajın faktiki vəziyyətinə uyğun olaraq texniki pasportun tərtib edilməsi ilə əlaqədar olub-olmaması dəqiqliklə göstərilmədiyindən qərarın icrasında müəyyən çətinliklər yaranmış, izah verilməsini zəruri etmişdir.

32. Bununla bağlı məhkəmə tərəfindən qeyd edilmişdir ki, məhkəmə qərarının nəticə (qərara aldı) hissəsində cavabdehin üzərinə həvalə edilmiş öhdəliklər aydın və dəqiq şəkildə göstərilmiş, cavabdehin hazırkı ərizəsinin əsası məhkəmə qərarının aydın və ya dəqiq olmaması, həmçinin ziddiyyətli olması ilə əlaqədar olmayıb, yalnız cavabdehin formal mülahizələrindən ibarətdir.

33. Göründüyü kimi qərar aydındır, onun məzmununda anlaşılmazlıq mövcud deyil və onun iz ah edilməsinə əsas yoxdur.

34. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq ərizənin təmin olunmaması nəticəsinə gəlmişdir. Ona görə də, kasasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22-1(103)-1125/2023 nömrəli, 13 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar