Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1010/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, əmək kitabçasındakı qeydlərin əsaslılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Ə halinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “15 iyun 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və sosial müavinət aldığı dövr ərzində yaranmış fərq pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-367/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxx 1956-cı il tarixdə anadan olmuşdur.
2. İddiaçı xx.xx.1974-cü il tarixdən 14 dekabr 1976-cı il tarixədək hərbi xidmət keçmişdir.
3. İddiaçıya məxsus 25 yanvar 1978-ci il tarixdə tərtib edilmiş əmək kitabçası ilə müəyyən edilir ki, o, xx.xx.1977-ci ildə əmək fəaliyyətinə başlamışdır.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
5. Cavabdeh 13 oktyabr 2023-cü il tarixli məktubla iddiaçıya yaşa görə pensiya təyin olunmasından imtina edərək bildirmişdir ki, onun ümumi iş staji qanunla nəzərdə tutulandan az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, eyni zamanda xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixdən 180 manata çatdırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək 15 iyun 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və sosial müavinət aldığı dövr ərzində yaranmış fərq pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
7. Tələb onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1956-cı il tarixdə doğulmuşdur. 15 iyun 2021-ci il tarixdə 65 yaşı tamam olmaqla yaşa görə əmək pensiyası almaq üçün 2021-ci ilin may ayında sənədlərini ərizə ilə birlikdə DSMF-nin 16 saylı regional ərazi idarəsinə təqdim etmişdir. Lakin cavabdeh işin hallarını ətraflı araşdırmadan iddiaçının yaşa görə əmək pensiyası hüququnun olmadığını bildirmişdir.
8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil etmişdir.
9. Şəki İnzibati Məhkəməsinin 28 ma rt 2023-cü il tarixli, 2-1(116)-745/2023 saylı qərarı ilə (hakim X3) iddia təmin edilməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının cəmi iş stajı 24 il 3 ay 28 gün olmaqla qanunla tələb edilən 25 il sığorta stajına malik olmadığından ona yaşa görə əmək pensiyası təyin edilə bilməz.
11. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-367/2023 nömrəli iş üzrə 16 noyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X1 (məruzəçi), X5 və X2) apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2-1(116)745/2023 saylı qərarı ləğv edilmiş, iddia təmin edilərək İddiaçı 15 iyun 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və müavinət aldığı dövr ərzində yaranmış fərq pulunun ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
13. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus əmək kitabçası və arxiv arayışları ilə 25 ildən artıq sığorta stajı müəyyən edildiyindən iddiaçının tələbi əsaslı olmuşdur.
14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində “Əmək p ensiyaları haqqında” Qanunun 1.0.2, 25-ci maddələrinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır.
16. Belə ki, iddiaçının cəmi 24 il 3 ay 12 gün iş stajı var ki, bu da yaşa görə əmək pensiyasına çıxmağa imkan vermir. İddiaçı tərəfindən təqdim olunan sənədlərə əsasən onun xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək “Azad/Lenin” adına kolxozdakı əmək fəaliyyəti dövrü; xx.xx.1974-cü il tarixdən xx.xx.1976-ci il tarixədək - hərbi xidmət dövrü; əmək kitabçasının surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək; xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək; xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək: xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək; xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək; xx.xx.1988-ci il tarixdən 01,08.1994-cü il tarixədək; xx.xx.1994-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan əmək fəaliyyəti dövrü; X6 xx.xx.2021-ci il tarixli 77 №li arayışına əsasən Balakən rayonu Kolxozlararası Tikinti İdarəsində işlədiyi müddət üzrə 1 ay 19 gün əməkhaqqı aldığı dövrlər olmaqla ümumilikdə 24 il 3 ay 12 gün təşkil edir. İddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək işlədiyini iddia etdiyi dövr onun mübahisəli sosial sığorta stajına daxil edilir.
17. Daha sonra qeyd edilir ki, İddiaçı əmək kitabçasındakı bəzi ziddiyyətli məqamların mövcudluğu həmin sübutların mötəbərliyinə əsaslı şübhələr yaradır. Belə ki, İddiaçı əmək kitabçasında xx.xx.1977-ci il tarixdə “Kolxozlararası Tikinti İdarəsi”nin 2 saylı kərpic zavoduna fəhlə vəzifəsinə qəbu l olunduğu, xx.xx.1978-ci il tarixdə işdən çıxdığı qeyd olunur. İddiaçı xx.xx.1977-ci ildə işə qəbul olunsa da, əmrin tarixi 1978-ci il qeyd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formal arından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
4. Əmək pensiyasının növləri və tərkibi 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına im kan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
23. Azərbaycan Respublikası Nazirlər Kabi netinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tu tulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati müba hisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellya siya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hər tərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq, yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyini cavabdehin üzərinə qoyulmasını xahiş edir.
32. Apelyasiya instansiyası məhkəməsinin hərtərəfli araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı yaşa görə əmək pensiyası almaq üçün qanunvericilikdə müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iddiaçının yaşa görə pensiya hüququ 15 iyun 2021ci ildə (65 yaş) yaranmışdır. Hazırkı halda isə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iki şərtdən biri mövcud olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır.
33. Cavabdeh kassasiya şikayətində iddiaçının 25 il sığorta stajının toplanmadığını mübahisələndirir. Qeyd edilir ki, iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək olan dövr mübahisəlidir. Belə ki, İddiaçı əmək kitabçasında xx.xx.1977-ci il tarixdə “Kolxozlararası Tikinti İdarəsi”nin 2 saylı kərpic zavoduna fəhlə vəzifəsinə qəbul olunduğu, xx.xx.1978-ci il tarixdə işdən çıxdığı qeyd olunur. İ ddiaçı xx.xx.1977-ci ildə işə qəbul olunsa da əmrin tarixi 1978-ci il qeyd edilmişdir. Sözügedən əmək kitabçasının surətinin 2 və 3-cü səhifələrində onun digər müəssisədən işdən çıxma tarixi xx.xx.1977-ci il qeyd olunsa da, 4 və 5-ci səhifələrdə Kolxozlararası tikinti idarəsində isə girmə tarixi xx.xx.1977-ci il kimi qeyd olunmuşdur.
34. Məhkəmə kollegiyası cavabdehin mövqeyinin iş materiallarına və qanunvericiliyin müvafiq normalarına uyğun olmaması qənaətindədir.
35. Belə ki, iş materiallarında olan xx.xx.1978-ci il tarixli əmək kitabçasından iddiaçının xx.xx.1977 - xx.xx.1977-ci il (3 ay, 15 gün), xx.xx.1977 - xx.xx.1978-ci il (1 il, 11 ay, 9 gün), xx.xx.1979 - xx.xx.1980-ci il (1 ay, 23 gün), xx.xx.1980 - xx.xx.1985-ci il (5 il, 6 ay, 15 gün), xx.xx.1985 - xx.xx.1985-ci il (10 gün), xx.xx.1985 - xx.xx.1987-ci il (1 il, 10 ay, 9 gün), xx.xx.1988 - xx.xx.1997 (9 il, 5 ay, 16 gün) və xx.xx.1997 - xx.xx.2000-ci il (3 il, 14 gün) tarixlərdə işlədiyi müəyyən olunur.
36. Həmçinin iş materiallarından İddiaçı xx.xx.1973-xx.xx.1974-cü il tarixlərdə (1 il, 10 ay, 9 gün) Balakən rayonu Hənifə kəndi “Azad Lenin” adına kolxozunda işləməsi, xx.xx.1974-xx.xx.1976-cı il tarixlərdə (2 il, 1 ay, 4 gün) keçmiş Sovet Ordusu sıralarında xidmət etməsi müəyyən olunur. Beləliklə onun 25 ildən artıq əmək stajının olması öz təsdiqini tapır.
37. Cavabdehin kassasiya şikayətinin dəlillərindən belə anlaşılır ki, inzibati orqan əmək kitabçasının düzgün tərtib edilməməsini mübahisələndirir (Sözügedən əmək kitabçasının surətinin 2 və 3-cü səhifələrində onun digər müəssisədən işdən çıxma tarixi xx.xx.19 77-ci il qeyd olunsa da, 4 və 5-ci səhifələrdə Kolxozlararası tikinti idarəsində isə girmə tarixi xx.xx.1977-ci il kimi qeyd olunmuşdur).
38. Hüququn prinsiplərinə əsaslanaraq əminliklə bildirmək olar ki, heç kim başqasının məsuliyyət sferasına daxil olan hərəkətlərə görə məsuliyyət daşımır. Başqa sözlə əgər əmək kitabçası iddiaçının işlədiyi dövrdə həmin müəssisə (orqan) tərəfindən düzgün doldurulmayıbsa, bu hal iddiaçının əleyhinə şərh edilə bilməz. Çünki əmək kitabçasını düzgün və vaxtında doldurulması, eləcə də zəruri rekvizitlərlə təsdiq edilməsi “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarına əsasən işəgötürənin funksiyalarına aiddir.
39. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq bildirmişdir ki, iddiaçının əmək s tajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.
40. Şikayətdə həmçinin bildirilir ki, iddiaçının əmək kitabçasında onun xx.xx.1978-ci il tarixdə işdən azad edildiyi qeyd edilsə də, Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışında 1979-cu ildə də işdən çıxmadığı göstərilir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.x x.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndində əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
42. Beləliklə, yuxarıda Əsasnamədən görünür ki, iş stajını təsdiq edən sənəd əmək k itabçasıdır. O olmadığı təqdirdə digər sənədlərdə olan məlumatlara müraciət etmək olar. Hazırkı vəziyyətdə qeyd edilən illərdə bağlı iddiaçının əmək kitabçasında müvafiq qeydlər olduğundan əmək kitabçasındakı məlumatlar əsas götürülməlidir.
43. Beləliklə, iddiaçının 25 il sığorta stajı olduğundan, eləcə də cavabdehin mübahisələndirdiyi məsələ öz həllini hazırkı qərarda tapdığından iddiaçının kifayət qədər pensiya kapitalının olmaması əsası ilə onun pensiya hüququnun məhdudlaşdırılması qanuni və əsaslı sayıla bilməz.
44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul o lunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-367/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.