Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1011/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1011/19 Bakı şəhəri 17 aprel 2019-cu il 17.04.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı tərəfind ən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 dekabr 2018-ci il tarixli, 2-1(103)-2816/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 07 fevral 2018ci il tarixli, 016 ş/h saylı əmrinin ləğv edilməsinə və onun tutduğu vəzifəyə bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 2006-cı ilin mart ayından hərbi xidmətdədir, 2016-cı ilin mart ayından cavabdeh orqanın Abşeron Rayon Şöbəsinin Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin za biti vəzifəsinə təyin edilmişdir. 22 fevral 2018-ci il tarixdə şöbənin rəhbərliyi tərəfindən ona tanış olması üçün təqdim edilən əmrdə qeyd olunmuşdur ki, o, 07 fevral 2018-ci il tarixli əmr ilə ehtiyata buraxılmışdır. Hesab edir ki, əmr verilərkən müvafiq qaydalara riayət olunmamış, eləcə də onun məhkum olunması barədə müvafiq hökmdən apellyasiya şikayəti vermiş olması nəzərə alınmamışdır. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, Gəncə Hərbi Məhkəməsinin 03 iyul 2017-ci il tarixli, 1-1(095)-145/2017 saylı hökmünə əsasən, iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 32.4, 312.1, 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaların qismən toplamaq yolu ilə qəti cəza olaraq 1300 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Qeyd olunan hökm daxil olduqdan sonra Xidmət rəisinin 07 fevral 2018-ci il tarixli, 016 ş/h saylı əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin b bəndinə uyğun olaraq, iddiaçı həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyyatına buraxılmış hesab edilmişdir. Həmin bəndə əsasən, qeyd edilmiş şəxslər (...) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə, bir qayda olaraq, ştatla tabeliyində hərbi qulluqçular olmayan vəzifələrdə istifadə edilmək üçün həqiqi hərbi xidmətdə saxlanıla bilərlər. Bu halda Əsasnamənin 158-ci maddəsinin “b” bəndində göstərilən şəxslərin hərbi xidmətdə saxlanılması Xidmət rəisinin səlahiyyətinə aid edilir. 2 saylı Bakı İnzi bati-İqtisadi Məhkəməsinin 08 avqust 2018-ci il tarixli, 2-1(82)3036/2018 saylı qərarı (hakim Rüstəm Kərimli) ilə iddiaçının əmrin ləğv edilməsi və onun tutduğu vəzifəyə bərpa olunması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi iki hissədən ibarət olsa da, ikinci tələb ilkin tələbdən irəli gəlir. Birinci tələb isə qanuni deyildir. İddiaçı barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması faktı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “b” bəndinin təsir dairəsinə düşdüyündən, cavabdeh tərəfindən onun hərbi qulluqçu kimi ehtiyata buraxılması qanuna müvafiq olmuşdur. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasi ya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 dekabr 2018-ci il tarixli, 2-1(103)-2816/2018 saylı qərarı ilə (sədrlik edən hakim Afaq Nuriyeva, hakimlər Valeh Ağayev və Cahangir Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında da təkrar göstərmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun preambulası, 1.2, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 2, 158, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında” Əsasnamənin 1.1, 1.7, 5.3-cü maddələri, Azərbaycan Respublikası Prezidentinin “Hərbi vəzif ə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 13 fevral 2012-ci il tarixli 593 nömrəli Fərmanının 1, 2-ci bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək, onun ləğv, iddia tələblərinin tam təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, cavabdehin 07 fevral 2018-ci il tarixli 016 ş/h saylı əmrinin tərtib edilməsi zamanı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələbləri pozulmuşdur. Əmrdə iddiaçının konkre t olaraq hansı səbəbdən ehtiyata buraxılması qeyd olunmamış, onun şikayət edə biləcəyi və hüqularının müdafiə edə biləcəyi orqan göstərilməmişdir. Əsasnaməyə görə törətmiş olduğu cinayət əməli ilə bağlı həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına o zaman yol verilir ki, məhkəmə tərəfindən həmin şəxs barəsində təyin edilmiş cəza şəxsin hərbi xidmətdə olmağını istisna etmiş olsun. Aşağı instansiya məhkəmələri isə törədilmiş əməlin nəticəsində şəxs barəsində cərimə cəzasının təyin edilməsini, həmin cəza növünün iddiaçının hərbi xidmətdə olmasına hər hansı maneə törətmədiyini nəzərə almamış, əsassız olaraq iddia tələbini rədd etmişdir. Burada cavabdeh orqan da diskression səlahiyyətlərin həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməmişdir. Daha bir dəlillə bildirilmişdir ki, cavabdeh tərəfindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161, 162-ci maddələrinə əksini tapmış hərbi xidmətdən buraxılma barədə proseduranın tələbləri pozularaq iddiaçı ilə fərdi söhbətlər aparılmamış, ona ehtiyata buraxılma barədə xəbərdarlıq edilməmişdir. Həmçinin, apellyasiya məhkəməsinin qərarında onun vəkilinin iştirakı və izahatı ümumiyyətlə qeyd edilməmiş, iddiaçının izahatı təhrif olunmuş şəkildə yazılmış, nəticə hissəsində birinci instansiya məhkəməsinin qərarının tarixi və nömrəsi düzgün göstərilməmişdir. Dəlilin hüquqi əsası kimi “İnzibati İcraat haqında” Azərbaycan Respublikası Qanunun 14, 16.2, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 15, 158, 161, 162, Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 42, 44.1, 62, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69-cu maddələrinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdirlər. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Ap ellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Gəncə Hərbi Məhkəməsinin 03 iyul 2017-ci il tarixlli, 1-1(095)-145/2017 saylı hökmünə əsasən, iddiaçı barəsində cərimə cəzası tətbiq edilmişdir. Cavabdeh tərəfindən iddiaçı hərbi qulluqçu kimi 07 fevral 2018-ci il tarixli, 016 ş/h nömrəli əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “b” bəndinə istinad edilməklə ehtiyata buraxılmışdır. Hüquqiməsələlər AzərbaycanRespublikası İnzibatiProsessualMəcəlləsinin (bundansonra İPM-nin) 91-cimaddəsinə əsasən, AliMəhkəmə mübahisə ilə bağlı işə şikayəthəddində baxırvə yalnızapellyasiyainstansiyası məhkəməsitərəfindənmaddivə prosessualhüquqnormalarınındüzgüntətbiqedilməsiniyoxlayır. Kassasiya şikayətiilə qərarınləğvolun ması xahiş edildiyindən, məhkəmə kollegiyası həminqərarıntamolaraqmaddivə prosessualhüquqnormalarınauyğunqəbuledildiyiniyoxlayır. ProsessualhüquqnormalaryoxlanılarkəniddianınAzərbaycanRespublikası İPM-nin 35.1-cimaddəsinintələblərinə uyğunverildiyimüəyyənedilmiş və onunmümkünlüyü mübahisə olunmamışdır. Maddihüquqnormaları yoxlanılarkənməhkəmə kollegiyası belə nəticəyə gəlmişdirki, apellyasiyainstansiyaməhkəməsiiddianınqanuni əsaslarını düzgünmüəyyənetmişdir. Apellyasiyaməhkəməsininmövqeyinə görə, iddiaçı barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması onun hərbi qulluqçu kimi ehtiyyata buraxılması üçün kifayət qədər qanuni və yetərli əsas olmuşdur. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə cinayət törətmiş həqiqi hərbi xidmətdə olm ağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına yalnız təyin edilmiş cəzanın onun hərbi xidmətdə olmasını istisna etdiyi hallarda yolverildiyi göstərilmişdir. Onun barəsində cəzimə cəzasının tətbiq edilmiş olması nəzərə alınmamışdır. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinə əsasən:
1. Hərbi qulluqçular hüquq pozuntuları törətmək üstündə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar.Hərbi rütbəsindən və xidmət vəziyyətindən asılı olmayaraq hərbi qulluqçular qanun qarşısında bərabərdirlər.
3. Qeyri-hərbi cinayətlərin törədilməsinə görə hərbi qulluqçular ümumi əsaslarla cinayət məsuliyyəti daşıyırlar. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 41.0-ci maddəsinə əsasən, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla). “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 15-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına aşağıdakı halla rda yol verilir: törətdiyi cinayətə görə məhkəmə tərəfindən hərbi xidmətdə olmağı istisna edən cəzaya məhkum edildikdə. 155-ci maddəsinə əsasn, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 - 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. 158-ci maddəsinə əsasən, törətdikləri cinayətlərə görə məhkum (hərbi rütbəsindən məhrum olunmadan) edilmiş hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar: b) törətdikləri cinayətlərə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzalara məhkum edilmişlər, o cümlədən şərti məhkum olunanlar, yaxud hökmün icrası təxirə salınanlar, həmçinin azadlıqdan məhrum olunmağa məhkum edilib, lakin amnistiya nəticəsində cəza çəkməkdən azad edilənlər. Normaların məzmunundan belə müəyyən olunu r ki, hərbi qulluqçular hərbi rütbəsindən və xidmət vəziyyətindən asılı olmayaraq hüquq pozuntuları törətməyə görə qanun qarşısında bərabər məsuliyyət daşıyırlar. Törətdiyi cinayətə görə məhkəmə tərəfindən hərbi xidmətdə olmağı istisna edən cəzaya məhkum edildikdə, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular, əgər onlar dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, vaxtından əvvəl ehtiyata buraxılmasına yol verilir. Əsasnamə görə törətdikləri cinayətlərə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzalara məhkum edilmişlər və s. həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Kassasiya şikayətinin əsasında o dəlil dayanır ki, cərimə cəzasını iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün əsas kimi götürmüş cavabdehin mövqeyini qanu ni hesab etmiş apellyasiya məhkəməsi qanunvericiliyin tələblərini – daha konkret olaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin göstərişlərini nəzərə almamışdır. Lakin iddiaçının şikayətində də istinad etdiyi Əsasnamə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzalara məhkum edilmiş şəxslərin həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını nəzərdə tutmuşdur. Bu isə onu göstərir ki, iddiaçının azadlıqdan məhrumetməyə nisbətən daha yüngül cəzaya, yəni cərimə cəzasına məhkum olması onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını istisna etmir. Şikayətdə iddiaçı cavabdehin diskresion səlahiyyətlərin həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə əməl etmədiyini qeyd etmişdir. Bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə istinad olunaraq bildirilmişdir ki, Əasnamənin 158-c i maddəsinin “b” bəndində göstərilən şəxslər (azadlıqdan məhrum edilmək cəzası çəkməkdən amnistiya ilə azad olunanlardan başqa) Azərbaycan Respubliasının müvafiq icra hakimiyyəti orqanın qərarı ilə, bir qayda olaraq, ştatla tabeliyində hərbi qulluqçular olmayan vəzifələrdə istifadə edilmək üçün həqiqi hərbi xidmətdə saxlanıla bilərlər. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə bağlı aşağıdakıarı qeyd edir. Azərbaycan Respublikası İPM-in: 73.3-cü maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymə tləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə;73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. 74-cü maddəsinə əsasən, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından q anunsuz olub-olmadığını yoxlayır. Sadalanmış normalar birbaşa göstərir ki, inzibati orqanın diskresion səlahiyyətlərinə aid olan məsələlərlə bağlı məhkəmə nəzarəti həyata keçirilərkən iki hala diqqət yetirilir: 1) diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması; 2) diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığı. İddiaçının məhkəmə hökmü əsasında azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məhkum edilməsi səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə cavabdehin diskresion səlahiyyəti olduğundan və diskresion səlahiyyətlər “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.7-ci maddəsinə əsasən qanunla inzibati orqana və ya və zifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi kimi qəbul edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin inzibati icraat çərçivəsində diskresion səlahiyyətləri əsasında həyata keçirdiyi hazırki hərəkətində iddiaçının hüquqlarına müdaxilə olunmamışdır. İddiaçının kassasiya şikayətində göstərdiyi digər dəlili cavabdeh tərəfindən hərbi xidmətdən buraxılma barədə proseduranın tələblərinin pozulması - iddiaçı ilə fərdi söhbətlərin aparılmaması, ona ehtiyata buraxılma barədə xəbərdarlıq edilməməsi ilə bağıdır. Dəlilin hüquqi əsası kimi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161, 162-ci maddələrinə istinad olunmuşdur. Əsasnamənin 161-ci maddəsi ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçuların xəbərdar edilmələri, 162-ci maddəsi isə onl arla fərdi söhbətlərin aparılması ilə bağlıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini aşağıda göstərilənərə əsasən əsassız hesab edir və qeyd edir ki, Əsasnamənin 161-162-ci maddələrinin həmin Əsasnamənin158-ci maddəsi ilə əlaqələndirilməsi düzgün deyildir. Çünki, Əsasnamənin 161 və 162-ci maddələri həmin Əsasnamənin 156-cı maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılan hərbi qulluqçulara münasibətdə tətbiq edilməsi nəzərdə tutulan prosedur qaydalarıdır. Əsasnamənin 158-ci maddəsi məhkum olunmuş hərbi qulluqçularla bağlıdır, hansı ki, bu hal 156-cı maddədə qeyd edilməyərək, xüsusi bir norma şəklində göstərilmişdir. Əsasnamənin 161-162-ci maddələrinin həmin Əsasnamənin 158-ci maddəsi ilə bağlı olmaması, həmin normaların məzmunundan da aydın şəkildə görünür. Belə ki, Əsasnamənin 162-ci maddəsinə əsasən, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başq a) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olmağa ehtiyacı olan hərbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi həkim komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir. Göründüyü kimi norma hansı hallarda fərdi söhbətlərin bir qayda olaraq aparılmalı olması göstərilmişdir. Bunlara aiddir: 3) həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); 4) Hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrini n gələcək icrasından azad olmağa ehtiyacı olan hərbi qulluqçular. Əsasnamənin 162-ci maddəsi fərdi söhbətlərin aparıldığı halları dəqiq şəkildə tənzimlədiyindən və iddiaçının həqiqi hərbi xidmətdən buraxılmasının səbəbi sadalanan kateqoriyalardan heç birinə aid olmadığı aydın şəkildə göründüyündən, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən prosedur qaydaları pozulmamışdır. Eyni vəziyyət Əsanamənin 161-ci maddəsinədə şamil edilir. Kassasiya şikayətində iddiaçı həmçinin göstərmişdir ki, apellyasiya məhkəməsinin qərarında vəkilinin iştirakı və izahatı ümumiyyətlə qeyd edilməmiş, iddiaçının izahatı təhrif olunmuş şəkildə yazılmış, nəticə hissəsində birinci instansiya məhkəməsinin qərarının tarixi və nömrəsi düzgün göstərilməmişdir. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2-1(103)2816/2018 saylı qərarının giriş, təsviri və nəticəvi hissələrində olan aşkar yanlışlığın düzəldilməsinə dair həmin məhkəmənin 12 dekabr 2018-ci il tarixli, 2-1(103)-2816/2018 saylı qərardadı ilə qərarın giriş hissəsində “İddiaçı” sözlərindən “iddiaçının vəkili və nümayəndəsi Vəkil1” sözləri, təsviri hissəsində “İddiaçı” sözlərindən sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil1” sözləri əlavə edilmiş, nəticə hissəsində “27 iyun 2018-ci il tarixli, 2-1(82)-1117/2018 saylı qərarı” sözləri “08 avqust 2018-ci il tarixli, 2-1(82)-3036/2018 saylı” sözləri ilə əvəz edilmişdir. Qərarda iddiaçının izahatının təhrif olunması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materialında olan 05 dekabr 2018-ci il tarixli, 2-1(103)-2819/2018 saylı protokoldan görünür ki, iddiaç ının və onun vəkilinin izahatları üst-üstə düşür və eyni tarixli və saylı apellyasiya məhkəməsini qərarında da iddiaçının izahatı kimi protokolda göstərilənlər təkrar yazılaraq, onun birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etdiyi konkret şəkildə göstərilmişdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 dekabr 2018-ci il tarixli, 2-1(103)-2816/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova