Məhkəmə qərarları › İş №2-1(102)-1011/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1011/2020

14.04.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1011/2020 14.04.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: iddianın mümkünlüyü, iddia müddətinin ötürülməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-3049/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxx 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı ca vabdeh Müdafiə Nazirliyinə qarşıMüdafiə Nazirliyinin 0451 nömrəli xx.xx.2008-ci il tarixli əmrinin qeyri-qanuni hesab edilməsi və xx.xx.2008 - xx.xx.2014-cü ilədək xidmət illərinin və yaşa görə əmək pensiyasının yenidən hesablanmasıbarədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(81)-3657/2019 nömrəli (sədrlik edən hakim Ş.Süleymanova) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İq tisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli,2-1(103)-3049/19 nömrəli (hakimlər V.Ağayev - sədrlik edən və məruzəçi, A.Nuriyeva və C.Yusifov) qərardadı ilə İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3657/2019 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddiaçı 2008-ci ildən hərbi xidmətdən tərxis olunmuşdur. 2014-cü il tarixdə onun şikayəti əsasında yenidən onun barəsində yuxarıda qeyd olunan xidməti uyğunsuzluqla əlaqədar işdən çıxarılma barədə əmr olmasına baxmayaraq hərbi xidmətə bərpa olunmuş və 2018-ci ilədək hərbi xidmət keçmişdir. X idmətə bərpa olunduqdan sonra polkovnik-leytenant hərbi rütbəsini almış, eyni zamanda 2-ci məharət dərəcəsinə yüksəlmişdir. 2018-ci ildə yaşla əlaqədar olaraq pensiyaya çıxarkən ona məlum olmuşdur ki, hazırda mübahisələndirdiyi xx xxxxxx 2008-ci il tarixli əmr işə bərpa olunan zaman ləğv olunmamışdır. Halbuki, həmin əmr mövcud olaola iddiaçının işə bərpa olunması tamamilə qanunvericiliyin tələbinə ziddir. İşin bu kimi mübahisəsiz hallarından da belə nəticəyə gəlmək olar ki, iddiaçı əmrin mövcudluğundan məhz pensiyaya çıxdığı zaman məlumatlı olmuşdur. Əmrin ləğv edilməməsi ona məlum olduğu andan isə hazırda mübahisəsi gedən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Beləliklə, sadalanan xüsusatlardan və istinad olunan hüquq normalarından göründüyü kimi, hazırkı işə mahiyyəti üzrə apelyas iya icraatı qaydasında baxılarkən aşağı instansiya məhkəmələri İnzibati Prosessual Məcəllənin 38-ci və 35.1-ci maddələrini tətbiq etməkdə yalnışlığa yol vermiş və nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir.Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-3049/2019 saylı qərardadının ləğv edilməsinə dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Bu səbəbdən şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə yazılı icraat qaydasında baxılmışdır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsini n hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-3049/2019 saylı qərardadla, İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 21(81)-3657/2019 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 35.1, 35.3-cü maddələrinə, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarına əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətindəki faktiki olaraq yeganə dəlili, yəni, iddiaçının mübahisələndirdiyi xx xxxxxx 2008-ci il tarixli əmrin mövcudluğundan məhz pensiyaya çıxdığı zaman (2018-ci ildə) məlumatlı olması barədə dəlili əsassızdır. Beli ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0451 nömrəli xx xxxxxx 2008-ci il tarixli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. Təbii ki, iddiaçı sözügedən əmrlə ehtiyata buraxıldığı zaman iddiaçının bundan, yəni, həmin əmrdən xəbəri olmuşdur. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Müdafiə Nazirliyinin xx xxxxxx 2008-ci il tarixli, 0451 nömrəli əmrinin ləğv edilməsi tələbi ilə 2013-cü il tarixdə də məhkəməyə müraciət etmiş, iddiaçının kasasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Eyni zamanda, adi haldır ki, istənilən şəxs işdən azad edildiyi vaxt, işdən azad olunmasını bilməyə bilməz, ən azından ona görə ki, o, həmin vaxtdan iş yerinə işləməyə getmir. Göründüyü kimi, iddiaçı xx xxxxxx 2019-cu il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət olunan zaman istər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci, istərsə də, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsi ilə müəyyən edilmiş müddətlər ötürülmüşdür. Həmin əmrin çıxarılmasından 11 ildən çox müddət keçdikdən sonra iddiaçı tərəfindən məhkəməyə yenidən müraciət edilmişdir. Halbuki, işin hallarından müəyyən edilir ki, iddiaçı həmin əmrlərin mövcudluğundan uzun illərdir ki, xəbərdar olmuşdur. Belə olan halda, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətləri ötürüldüyündən hazırkı iddia tələbi mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasında əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübah isənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-3049/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə sax

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar