Məhkəmə qərarları › İş №2-1(102)-1011/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1011/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1011/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizliyi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddia müddəti, iddianın mümkünlük şərti 16.06.2021 Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, Azərbaycan Respublikası Prezidentinin nümayəndəsi X6 və vəkili X2 iştirakı ilə, Təhlükəsizliyi İdarəsinin İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizliyi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “əmrin ləğv edilməsi, xidmə tə bərpa edilməsi və bu xidmətdə olmadığı müddətdə işsiz olduğu üçün kompensasiya almasının təmin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-750/2021 saylı, 10 fevral 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən verilmiş 10 saylı 04.02.2017-ci il tarixli arayışda qeyd edilmişdir ki, 1xxx-cı il təvəllüdlü iddiaçı XDMX rəisinin xxx-ci il tarixli əmri ilə ehtiyata buraxılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı 12 oktyabr 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə i lə məhkəməyə müraciət edərək, Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisinin xxx-ci il tarixli əmrinin ləğv edilməsi, xidmətə bərpa edilməsi və bu xidmətdə olmadığı müddətdə işsiz olduğu üçün kompensasiya almasının təmin edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 01.04.2003-cü il tarixdə Xüsusi Dövlət mühafizə xidməti obyektinin 2-ci mühafizə şöbəsinin əməkdaşı vəzifəsinə təyin olunmuş, həmin vəzifədə 31.01.2005-ci il tarixə kimi çalışmışdır. 01.02.2005-ci il tarixdə İxrac Neft və X9 Təhlükəsizliyi İdarəsinin Şəmkir regional şöbəsinin mühafizə zabiti vəzifəsinə təyin olunmuşdur. Təyin olunduğu vəzifədə kapitan rütbəsinədək yüksəlmişdir. İşlədiyi müddətdə heç bir nöqsana yol verməmişdir. 12.06.2012-ci il tarixdə Şəmkir rayon Məhkəməsinin qərarı ilə həyat yoldaşı X1 ayrılmış, bununla bağlı cavabdehin kadrlar şöbəsinə məlumat vermədiyi üçün 25.11.2012-ci ildə töhmət almışdır. 31.07.2017-ci il tarixdə işdən azad olunmuşdur.

4. Bakı İnzibati Məhkəməsinin (hakim X4, 2-1(112)-7042/2020 saylı iş) 19 noyabr 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

5. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamasını iddiaçının iddia ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi, həmin müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən hər hansı sübutun əlavə edilməməsi ilə əsaslandırmışdır.

6. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X5-məruzəçi, X3 və X7, 2-1(103)-750/2021 saylı iş) 10 fevral 2021-ci il tarixli qərardadla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qərardadını dəyişdirmədən saxlamışdır.

8. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi inzibati akt (əmr) ona may 2019-cu il tarixdə təqdim edildiyi halda qanunla müəyyən edilmiş müddəti ötürməklə 12 oktyabr 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddia müddətinin üzrlü səbəbdən ötürülməsini əsaslandırmamaqla yanaşı bu müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən hər hansı mötəbər sübutu nə birinci instansiya, nə də apelyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir.

9. İddiaçı 1 mart 2021-ci il tarixdə qərardadın surətini almış, 10 mart 2021-ci tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

10. İddiaçı həm birinci instansiya, həm də apelyasiya məhkəməsində verdiyi izahatlarında göstərmişdir ki, ona cavabdeh tərəfindən yenidən işə götürüləcəyi barədə vədlər verilmiş, lakin yerinə yetirilməmiş, bundan başqa, iddiaçı beynində damar distonasiyası diaqnozu ilə ambulator müalicə götürmüş, bununla bağlı sənədləri var, həmin sənədləri məhkəməyə təqdim etmək istəmiş, lakin məhkəmələr həmin sənədləri qəbul etməmişlər. İddiaçı xəstə olması, bu müddət ərzində ö lkədə Covid-19 koronovirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilən məhdudiyyətlər barədə məhkəmədə verdiyi izahatını, məhkəmələrin işləməməsini (sənədlər qəbul etməmələrini) nəzərə almamışlar.

11. Apelyasiya instansiyası məhkəməsi qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Lakin nəzərə almır ki, məhkəmə qərardadı iddiaçıya təqdim ediləndən sonra 1 il keçməmiş ölkədə Covid-19 koronovirus pandemiyası mövcuddur, ona görə də iddiaçı bununla bağlı məhkəməyə müraciə t edə bilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir.

14. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

15. Əmək Məcəlləsi: Maddə

5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular (-).

2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüqu qi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. (-). Maddə

296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri (-).

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər;

3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozu lduğu gündür. (-).

16. İnzibati Prosessual Məcəllə: Maddə Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. (-). Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə h aqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-). Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qəra rdadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-ol mamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqan a müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

18. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

19. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan z aman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Cavabdehin 04.02.2017-ci il tarixli arayışdan görünür ki, iddiaçı cavabdehin 01.02.2017-ci il tarixli əmri ilə ehtiyata buraxılmışdır.

22. Əmrin iddiaçıya elan edilməsi, yaxud təqdim edilməsi barədə işdə məlumat mövcud deyil.

23. Lakin iddiaçı apelyasiya məhkəməsinin iclasında bildirmişdir ki, cavabdehin əmrinin surəti 2019-cu ilin may ayında ona təqdim edilmişdir.

24. İddiaçı ehtiyata buraxılması barədə cavabdehin əmrinin ləğvi barədə iddia ilə məhkəməyə 2020-ci ilin oktyabr ayında müraciət etmişdir.

25. İddiaçı iddia müddətinin üzrlü səbəbdən buraxması ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmiş, iddia müdd ətinin bərpa olunması ilə bağlı məhkəməyə vəsatət verməmişdir.

26. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən işə götürülməsi barədə vədlər verildiyindən, ambulator müalicədə olduğundan, həmçinin pandemiya ilə bağlı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir.

27. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

28. Prosessual qanunvericiliyin tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının ol ubolmaması ilə yanaşı iddia müddətinə də riayət edilib-edilməməsi yoxlanılmalıdır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir.

30. İstinad edilən qərarda göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisəl əndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır.

31. İddiaçı tərəfindən 1 fevral 2017-ci il tarixli əmr mübahisələndirilmişdir. O, apelyasiya məhkəməsində məhkəmə iclasında 2019-cu ilin may ayında ehtiyata buraxılma barədə əmri aldığını bildirmiş, lakin əmrin ləğvi ilə bağlı 1 il 4 ay keçdikdən sonra iddia ilə məhkəməyə müraciət etmişdir.

32. İddiaçı bu dövrdə cavabdehə müraciət etməsi, ona iş təklif ediləcəyi, xəstə olma sı və məhkəməyə müraciət etməsinin mümkünsüzlüyü ilə bağlı məhkəmələrə sübut təqdim etməmişdir.

33. Nəzərə alınsa ki, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən tədbirlər 2020-ci ilin mart ayından tətbiq olunmağa başlamış, iddiaçı 2019-cu ilin may ayından 2020-ci ilin mart ayına qədər məhkəmədə iddia qaldırmasının səbəbini izah edə bilməmişdir. Digər tərəfdən, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar 2020-ci ilin mart ayından başlayaraq hüququ pozulmuş şəxsin məhkəmələrə müraciət etməsinə hər hansı məhdudiyyət qoyulmamışdır.

34. İddiaçı qanunda nəzərdə tutulmuş müddəti təqsiri olmad an buraxılması ilə bağlı hər hansı sübut təqdim etməmişdir.

35. Odur ki, iddia müddəti buraxıldığına görə iddianı mümkün saymamaqla məhkəmə haqlı olmuşdur.

36. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

37. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-750/2021 saylı 10 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar