Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1011/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: reyestrdən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1957, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin D aşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 33/5 saylı qərarı ilə Mingəçevir şəhəri Az.DRES qəsəbəsi “Yeni Həyat” yaşayış massivindən baş planda göstərilən yerdən fərdi yaşayış evi tikintisi üçün alqı-satqı yolu ilə onun xüsusi mülkiyyətinə verilmiş 500 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-28/2022 nömrəli, 01 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİ N HALLARİ
1. Mingəçevir Bələdiyyəsinin 19 mart 2007-ci il tarixli, 33/5 nömrəli Qərarı ilə iddiaçıya Az.DRES qəsəbəsi "Yeni həyat" yaşayış massivindəki ərazidən baş planda göstərilən yerdən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 500 (beş yüz) m2 torpaq sahəsinin onun xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır. 2. “Torpaqların alqı-satqısına dair” 19 mart 2007-ci il tarixli akta əsasan müəyyən olunur ki, Mingəçevir Bələdiyyəsinin nümayəndəsi X1 ilə iddiaçı arasında müqavilə bağlanmış, müqaviləyə əsasən Mingəçevir Bələdiyyəsinin 19 mart 2007-ci il tarixli, 33/5 nömrəli qərarı ilə 0.05 ha torpaq sahəsi iddiaçıya satılmışdır. 3. 13 mart 2012-ci il tarixli “Verilmiş torpaq sahəsinin hüdudlarının yerində (naturada) müəyyənləşdirilməsi” aktına əsasən iddiaçıya bələdiyyə qərarı ilə a yrılan torpaq sahəsi naturada müəyyənləşdirilmiş və torpaq sahəsi başqa torpaq sahələrindən sərhəd nişanları ilə ayrılmışdır.
4. İddiaçı cavabdeh orqana müraciət edərək 0.05 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir.
5. Cavabdeh orqan 06 aprel 2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının sənədləşdirmək istədiyi Mingəçevir Bələdiyyəsinin 19 mart 2007-cı il tarixli, 33/5 nömrəli qərarı ilə şəhərin Az.DRES qəsəbəsi “Yeni həyat” adlanan ərazisindən fərdi mənzil tikintisi üçün onun mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsidir. Təqdim edilən sənədlərdə torpaq sahəsinin ayrılmasına dair DT və XK-nin Mingəçevir şəhər şöbəsinin və Mingəçevir ŞİH Memarlıq və tikinti şöbəsinin m üvafiq rəyi mövcud deyildir. Torpaqların alqı-satqısına dair akt DT və XKnin Mingəçevir şəhər şöbəsində qeydə alınmamış, həmçinin sxematik yerquruluşu planı eyni zamanda həmin orqan ilə razılaşdırılaraq təsdiqlənməli idi. Təqdim edilən sənədlər natamam olduğu üçün iddiaçıya məxsus 0.05 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması idarənin imkanı xaricindədir. Hal-hazırda həmin orqan ləğv edildiyi üçün “Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında” Əsasnamənin 3.0.10-cu və 3.0.12-ci maddələrinə əsasən fiziki və hüquqi şəxslərin istifadəsində, icarəsində və ya mülkiyyətində olan torpaq sahələrinə dair yerquruluşu işlərinin aparılması və müvafiq sənədlərin hazırlanması onların səlahiyyətinə aid olduğuna görə həmin torpaq sahəsinə dair yerquruluşu planının hazırla nması üçün ilkin torpaqayırma sənədlərinin əsli ilə birlikdə "xxxx" MMC-nin Mingəçevir şəhər Layihə Tədqiqat İdarəsinə müraciət etməsi iddiaçıya tövsiyə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı 20 may 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Mingəçevir Bələdiyyəsinin 19 mart 2007-ci il tarixli 33/5 saylı qərarı ilə Mingəçevir şəhəri Az.DRES qəsəbəsi “Yeni Həyat” yaşayış massivindən baş planda göstərilən yerdən fərdi yaşayış evi tikintisi üçün alqı-satqı yolu ilə onun xüsusi mülkiyyətinə verilmiş 500 m2 torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir
7. İd diа onunla əsaslandırılmışdır ki, Mingəçevir Bələdiyyəsinin 19 mart 2007ci il tarixli 33/5 saylı qərarı ilə iddiaçıya Mingəçevir şəhəri Az.DRES qəsəbəsi “Yeni Həyat” yaşayış massivindən baş planda göstərilən yerdən fərdi yaşayış evi tikintisi üçün alqı-satqı yolu ilə 500 kv.m torpaq sahəsi xüsusi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsinin dəyərini iddiaçı bələdiyyənin hesabına ödəmişdir. Qeyd edilən torpaq sahəsinin cizgisi bələdiyyə tərəfindən təsdiq edilmiş, torpaq sahəsi iddiaçıya 13 mart 2012-ci il tarixli aktla tanıdılaraq təhvil verilmişdir. Torpaq sahəsinin alqı-satqı aktı tərtib edilsə də, bələdiyyə və iddiaçı tərəfindən imzalanmış, bələdiyyə tərəfindən təsdiq edilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək 0.05 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və texni ki pasportun verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir.
8. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya dair etiraz onunla əsaslandırılmışdır ki, vətəndaşın ərazi idarəsinə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün təqdim etdiyi sənədlər hüquqların dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilə bilmədiyi üçün ona bu barədə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsində və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması haqqında” Əsasnamənin 1, 13-1, və 23-cü bəndlərinin tələbləri izah olunmuşdur. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci və “Daşınmaz əmlakın dö vlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələri, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə əsas kimi müəyyən edilmiş sənədlər əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Eyni zamanda, iddiaçının ərizəsinə qoşma etdiyi sənədlərdən göründüyü kimi Mingəçevir bələdiyyəsindən satın aldığı torpaq sahəsinə dair tərtib edilmiş texniki sənədlər “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanm ası haqqında” Əsasnamənin tələblərinə uyğun deyildir.
9. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-937/2021 nömrəli, 31 avqust 2021-ci il tarixli qərarı ilə (hakim İ.H.Cabbarov) iddia tələbi rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.4, 2.1, 8.0, 11.1, 15-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinə və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”yə istinad edərək qeyd etmişdir ki, iddiaçının mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsi Mingəçevir Bələdiyyəsinin 19 mart 2007-cü il tarixli, 33/5 nömrəli qərarı ilə iddiaçıya verilm işdir. Lakin torpaq sahəsinə dair alqı-satqı aktı Mingəçevir şəhər Torpaq şöbəsinin müdiri tərəfindən imzalanmamış, həmçinin aktın Torpaq şöbəsində qeydiyyatının aparılmasına dair müvafiq qeydlər aparılmamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, iş materiallarında olan torpaq sahəsinin cizgisi də yalnız bələdiyyə tərəfindən təsdiqlənmişdir. İddiaçıya torpaq sahəsinin ayrılması barədə müvafiq icra hakimiyyəti orqanlarının (DT və XK-nın yerli şöbəsinin və yerli icra hakimiyyəti orqanının) razılıq və rəyləri mövcud deyil.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(107)-28/2022 nömrəli, 01 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər E.Ş.Hüseynov /sədrlik edən və məruzəçi/, G.İ.Cavadova və V.İ.Məlikov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 31 аvqust 2021-ci il tаrixli, 2-1(116)-937/2021 nömrəli qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbinin təmin edilməsi, cavabdehin üzərinə Mingəçevir Bələdiyyəsinin 19 mart 2007-ci il tarixli 33/5 saylı qərarı ilə Mingəçevir şəhəri Az.DRES qəsəbəsi “Yeni Həyat” yaşayış massivindən baş planda göstərilən yerdən fərdi yaşayış evi tikintisi üçün alqı-satqı yolu ilə onun xüsusi mülkiyyətinə verilmiş 500 m2 torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, cavabdeh orqan iddiaçıya bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qeydə alınmasından imtinasını torpaq sahəsinin ayrılmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin və Mingəçevir ŞİH-nin Memarlıq və tikinti şöbəsinin müvafiq rəylərinin olmaması ilə şərtləndirməsi özü-özlüyündə yolverilməzdir. Digər tərəfdən, torpağın alqı-satqısının mövcudluğu mötəbər sübutlarla öz təsdiqini tapsa da, cavabdeh DT və XK-nin Mingəçevir şəhər şöbəsində qeydə alınmamasını göstərməklə formal mülahizələrə əsasən iddianın təmin edilməməsini xahiş etmiş olsa da, mübahisə predmeti olan torpaq sahəsinin yaşayış evi tikilməsi üçün bütün zəruri sənədlərin əldə olunmaqla iddiaçıya bələdiyyənin qərarı ilə ayrı laraq satılması, iddiaçı tərəfindən torpaq sahəsinin dəyərinin bələdiyyəyə ödənilməsi, həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmaması halının mövcudluğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır. Qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş qaydada ayrıldığından və torpaq sahəsinə dair qərar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Belə ki, yuxarıda şərh olunan qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmuşdur.
14. Cavabdeh kassasiya şikayəti verər ək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 15. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinə (12 dekabr 2008-ci tarixinədək qüvvədə olan redaksiyası) və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin 7-ci bəndinə əsasən (12 dekabr 2008-ci il tarixinədək qüvvədə olan redaksiyası) torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının r əyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.
16. Məhkəmə kollegiyası məhkəmə qərarında bu maddi hüquq normalarına münasibət bildirməmiş, nəzərə almamışdır ki, hazırki iş üzrə iddiaçıya satılmış 500 kv.m. torpaq sahəsi ləğv edilmiş DT və XK-nın Mingəçevir şəhər şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi olmadan Mingəçevir Bələdiyyəsi tərəfindən 19 mart 2007-ci il tarixli 33/5 saylı qərarına əsasən ayrılmışdır. Bununla da torpağın ayrılması qaydaları pozulmuşdur.
17. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, hazırki iş üzrə Mingəçevir Bələdiyyəsi tərəfindən həmin vaxt mövcud olmuş DT və XK-nin Mingəçevir şəhər şöbəsinə iddiaçının müraciəti göndərilməmişdir. 18. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılm ası qaydaları haqqında Əsasnamə”nin 22-ci maddəsinə əsasən (12 dekabr 2008-ci tarixinədək qüvvədə olan redaksiyası) bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir.
19. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, Mingəçevir Bələdiyyəsi həmin vaxt mövcud olmuş DT və XK-nin Mingəçevir şəhər şöbəsindən sənədlər daxil olmadan Mingəçevir şəhəri, Az.DRES qəsəbəsi “Yeni Həyat" yaşayış massivində 500 kv.m. torpaq sahəsinin iddiaçıya satılması barədə qərar qəbul etmişdir.
20. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, iddiaçıya Mingəçevir şəhəri, Az.DRES qəsəbəsi “Yeni Həyat” yaşayış massivində 500 kv.m ölçüdə satılmış torpaq sahəsinin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçıya torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarı öz özlüyündə inzibati aktdır və ləğv edilməmişdir. Hər hansı bir orqanın rəyinin olmaması, hər hansı bir orqana məktub və sənədlərin göndərilməməsi bələdiyyə qərarının etibarsızlığına dəlalət etmir.
22. Bundan əlavə sözügedən torpaq sahəsinin sahəsi və koordinatları "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi arayışda öz əksini tapmışdır. Torpaq sahəsi bələdiyyə tərəfindən ayrılarkən iddiaçıya tanıdılmış, sərhəd nişanları ilə ayrılmışdır. Əgər koordinatlar səhv olsa idi, onda sərhəd nöqtələri və koordinatlar arasında uyğunsuzluqlar olardı, lakin bu hal da mövcud deyil.
23. Bund an başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007- ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu nun 8.0.7-ci maddəsinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
25. Azərbaycan Respublikası Prezidentinin 439 nömrəli 13 yanvar 2015 ci il tarixli Fərmanının 1-ci bəndi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərin də hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir. Siyahının 2.5ci bəndində Azərbaycan Respublikası Sovet, Sosialist Respublikaları ittifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların, altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yemdən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri nəzərdə tutulmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeyd iyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqları n əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilm iş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüqu qun yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Ə sasnamə”
27. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını di ndirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qəra rı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılm ış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının pre dmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. İlkin olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqanın iddiaçıya bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qeydə alınmasına imtinasını torpaq sahəsinin ayrılmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin və Mingəçevir ŞİH-nin Memarlıq və tikinti şöbəsinin müvafiq rəylərinin olmaması ilə şərtləndirməsi özü-özlüyündə yolverilməzdir.
34. Digər tərəfdən, torpağın alqı-satqısının mövcudluğu mötəbər sübutlarla öz təsdiqini tapsa da, cavabdeh alqı-satqı müqaviləsinin DT və XK-nin Mingəçevir şəhər şöbəsində qeydə alınmamasını göstərməklə formal mülahizələrə əsasən iddianın təmin edilməməsini xahiş etmiş olsa da, mübahisə predmeti olan torpaq sahəsinin yaşayış evi tikilməsi üçün bütün zəruri sənədlərin əldə olunmaqla iddiaçıya bələdiyyənin qərarı ilə ayrılaraq satılması, iddia çı tərəfindən torpaq sahəsinin dəyərinin bələdiyyəyə ödənilməsi, həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmaması halının mövcudluğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır. 35. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinin tələblərinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin səlahiyyətli orqanlar tərəfindən rəy verilmədən vətəndaşlara satılması və bununla əlaqədar iddiaçı tərəfindən 13 oktyabr 2006-cı il tarixdə 90 (doxsan) manat və 19 fevral 2007-ci il tarixdə 210 (iki yüz on) manat olmaqla, cəmi 300 (üç yüz) məbləğində torpağın satışına görə pulun Mingəçevir Bələdiy yəsinin hesabına ödənilməsi özü-özlüyündə torpaq sahəsinin alqı-satqısına dair aktın mövcudluğunu (torpaq sahəsinin alqı-satqısının lazımi qaydada rəsmiləşdirilməsini) ehtiva edir. 36. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli 709-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərə qədər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun 6.5ci maddəsinin qüvvədə olmuş mətninə görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texni ki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.
37. Torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
38. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati a ktın qəbul edilməsinə yardım edir.
39. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.
40. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səb əbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).
41. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
42. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin (X.Mustafayevanın şikayə ti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarı).
43. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş qaydada ayrıldığından və torpaq sahəsinə dair qərar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır.
44. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-28/2022 nömrəli, 01 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.