Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1011/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğvi, subyektiv hüquq) 12.05.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə (üçüncü şəxs: X3) “üçüncü şəxsin mənzildə n qeydiyyatdan çıxarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1(103)669/2023 nömrəli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Ordjonokidze (indiki Suraxanı) Xalq məhkəməsinin xx.xx.1988-ci il tarixli 279/1988 saylı qətnaməsi ilə Ordjonokidze rayonu 63 saylı MİK-nın X2 qarşı Serebrovski qəsəbəsi 4048/49-cu məhəllə, ev 10 ünvanında yerləşən mənzildən çıxarılma tələbinə dair iddiası rədd edilmişdir.
2. Həmin qətnamə ilə müəyyən olunan hallara görə “cavabdeh X3 mübahisələndirilən mənzildə muzdlu tutan tərəfindən yerləşdirilmişdir və onlar birlikdə 1987-ci ilin yanva r ayından avqust ayına kimi, yəni muzdlu tutanın vəfat etməsinə kimi yaşamışdır. Həyatda olduğu dövrdə birgə təsərrüfat aparmışlar və onların münasibəti ailə xarakteri daşıyıb. Mənzil 16.59 kv.m sahəli, bütün kommunal şəraiti olan bir otaqdan ibarətdir ki, cavabdeh ondan istifadə hüququna malikdir. Məhkəmə hesab etmişdir ki, B.Ə.Babayeva Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq mübahisələndirilən mənzilin yaşayış sahəsinə hüquq qazanmışdır və buna görə də iddia rədd edilməlidir.” (i.v.48-49)
3. Bundan əlavə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1268/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə X4 cavabdeh X2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia tələbi təmin olunaraq cavabdeh X1 Bakı şəhəri, Suraxanı rayonu, Qara çuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllə, ev 10, mənzil 3 ünvanında yerləşən mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması qət edilmiş, həmin qətnamədən cavabdeh B.Babayeva apellyasiya şikayəti versə də, müddət ötürüldüyündən geri qaytarılmış, bu qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə, sonuncu qərardad isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
4. Daha sonra, X1 cavabdeh X6 qarşı onun mübahisəli “mənzilə köçürülməsi” barədə iddia tələbi Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 8 noyabr 2017-ci il tarixli qətnaməsi ilə təmin edilərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllədə yerləşən, 10 nömrəli evin mübah isəli 3 nömrəli mənzilinə köçürülməsi qət edilmiş və həmin qətnamə Bakı Apellyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli, qətnaməsi, bu qətnamə də Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
5. İş materiallarının 186-cı vərəqində olan “Forma B” kartından görünür ki, üçüncü şəxs B.Babayevanın mübahisəli mənzilə köçürülməsi barədə Suraxanı rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli qətnaməsi qərarı qanuni qüvvəsini aldıqdan sonra o, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə mənzilə qeydiyyata alınmışdır.
6. Cavabdeh iddiaçının müvafiq müraciətinə xx.xx.2022-ci il tarixli imtina məktubu ünvanlayaraq, vətəndaşların qeydiyyatdan çıxarılması daxili işlər orqanlarının səlahiyyətlərinə aid olmadığından və Azərbayc an Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndini tələbinə zidd olduğundan iddiaçının müraciətinin müsbət həlli mümkün olmadığını bildirmiş, aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X1 ünvan 1 ünvanından qeydiyyata alınmasının ləğv edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. İddianın əsaslarına görə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49 məhəllə, ev 10, mənzil 3 dövlət mənzil fonduna məxsus olmaqla, Suraxanı rayon MKTBnin balansındadır. Suraxanı rayon Pİ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsi 2009-cu ilin oktyabr ayının 1-dən qüvvədə olan və bundan sonra qüvvəyə minmiş Mənzil Məcəllənin tələbinə əməl etməyərək 34-35 ildən sonra əsassız olaraq üçüncü şəxsi dövlətə məxsus mənzilə qeydiyyata almışdır. Cavabdeh üçüncü şəxs 06 oktyabr 2018-ci ildə həmin mənzilə qeydiyyata düşüb. Dövlət Mənzil fondu mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olmaqla müvafiq icra orqanı tərəfindən qorunur. Cavabdehin hansısa yolla və necə həmin mənzilə qeydiyyata alınması, həmin mənzilə köçürülmə hüququ alması qeyri-qanuni və əsassızdır. B.Babayevanın Suraxanı rayonu Qaraçuxur qəs. 4048-49-ci məhəllə ev 10 m.3 guya istifadə hüququ Ordjenikidze (indiki Suraxanı rayon) Məhkəməsinin 19 dekabr 1988-ci il tarixli qətnaməsi ilə tanınmışdır. Əgər belədirsə, hanı onun sərəncamı, orderi, və yax ud sosial kirayə müqaviləsi bağlamaq haqqında rəsmi sənədi? Mənzil həmişə dövlətin balansında olub, bu gündə dövlətin balansındadır və toxunulmazdır. 3-cü şəxs lə digər X7, X5 arasında qeyri-qanuni mübahisələr, məhkəmə çəkişmələri olmuşdur və bu günədək davam edir. Qanuni qüvvəsini almış məhkəmə qərarları ilə üçüncü şəxs yaşayış yeri üzrə qeydiyyata alınma və yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 2-1(112)-8809/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
10. Birinci instansiya məhkəməsi iddianın mümkün saymamasını onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək, qeyd edilən mənzilə dair hüquqi marağını təsdiq edən sənədlərin məhkəməyə təqdim e dilməsi təklif edilmişdir. Konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı müəyyən etmək üçün iddiaçının hüquqi marağını təsdiq edən sübutlar təqdim edilməmişdir.
11. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasını (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/ P.A.Hüseynov və Ş.A.Məmmədova) 19 yanvar 2023-cü il tarixli, 2-1(103)-669/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2-1(112)-8809/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razıl aşmışdır.
14. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh, balanssaxlayıcı qurumun müvafiq razılığı və ya hər hansı bir hüquqmüəyyənedici sənəd olmadan üçüncü şəxsi dövlət mənzil fonduna məxsus Suraxanı rayon Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllədəki 10 saylı evin 3 saylı mənzilinə qeydiyyata almış, bununla da yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9-cu və 10-maddələrinin tələblərini pozulmasına baxmayaraq məhkəmə buna hüquqi qiymət vermədən qərar qəbul etmişdir.
16. Məhkəmə prosessual hüquq normalarına və d igər normativ hüquqi aktlara əsasən qərar qəbul etmədiyindən qərardadın ləğv edilməsini qanunamüvafiq hesab edirik.
17. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.9.6-cı bəndinə əsasən mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılması və idarə olunması, həmçinin əsasnamənin 3.9.8-ci bəndinə əsasən müvafiq ərazidə dövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti yerli İcra Hakimiyyətləri həyata keçirir.
18. Şikayət əsaslandırılarkən Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli qərarının 2.2-ci, 3.5-ci, 8.6-cı, 9-cu bəndinə istina d edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müv afiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin p ayının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Ka ssasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə ic lasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
21. Mülki Prosessual Məcəllə: Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların və zifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 22. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs;... Maddə 4.Aidiyyət 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 4.2. İnzibati orqan mür aciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur. 4.3. İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübah isələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etmə klə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Hazırki iş üzrə iddia tələbinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Cavabdeh qanuni qüvvəsini almış məhkəmə qətnamələ rinə əsasən üçüncü şəxs B.Babayevanı ünvan 1 ünvanına qeydiyyata almışdır.
30. Belə Ordjonokidze (indiki Suraxanı) Xalq məhkəməsinin xx.xx.1988-ci il tarixli 279/1988 saylı qətnaməsi ilə Ordjonokidze rayonu 63 saylı MİK-nın X2 qarşı Serebrovski qəsəbəsi 4048/49-cu məhəllə, ev 10 ünvanında yerləşən mənzildən çıxarılma tələbinə dair iddiası rədd edilmişdir.
31. Göründüyü kimi, iddiaçının hüquq sələfi Ordjonokidze rayonu XDS İK-nin tabeçiliyində olan, Ordjonokidze rayonu 63 saylı MİK-ın məhkəmədə qaldırdığı X1 mübahisəli mənzildən çıxarılması barədə iddia tələbinin rədd edilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur.
32. Bundan əlavə, X1 cavabdeh X6 qarşı onun mübahisəli “mənzilə köçürülməsi” barədə iddia tələbi Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli qətnaməsi ilə təmin edilərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllədə yerləşən, 10 nömrəli evin mübahisəli 3 nömrəli mənzilinə köçürülməsi qət edilmiş və həmin qətnamə Bakı Apellyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli, qətnaməsi, bu qətnamə də Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
33. Qanunvericiliyə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
34. Beləliklə məhkəmənin qanuni qüvvəsini almış qərarının icrası qaydasında qeydiyyata alınmışdır. Qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən edilən hallar, iddiaçının bir daha cavabdehə qarşı hazırkı iddianı qaldırmasının mümkünlüyünü istisna edir.
35. Bundan başqa tərəflərin subyektiv tərkibindən göründüyü kimi, hazırkı mübahisənin tərəfləri - iddiaçı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti və cavabdeh Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi dövlət qurumları - inzibati orqanlardır.
36. Yuxarıda istinad edilən qanunvericiliyə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.
37. Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 №-li qərarı ilə təsdiq olunmuş “İnzibati orqanların Təsnifatının İİİ hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları, İİ hissəsinin 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri - inzibati orqanlar sırasına aid edilmişdir.
38. Məhkəmə kollegiyası onu da qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normalarında iki inzibati orqan arasındakı hazırkı mübahisəyə baxılmasının qanunla, başqa icraat qaydası müəyyən edilmişdir ki, belə olan halda da, bu iddianın İPM-in 2.2-ci maddəsində nəzərdə tutulan iddialara (o cümlədən, 2.2.3-ci maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddialara) aid edilməsi və inzibati məhkəmə icraatının mümkün sayılması istisna edilir.
39. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 4.3— cü maddəsinə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
40. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan kasasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdiril mədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 21(103)-669/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.