Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1011/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinə qarşı QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2165/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasi ya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX, ******* № li, xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1106ş saylı, 0,1025 ha bağ sahəsi İddiaçı mülkiyyətindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1106 ş nömrəli bağ torpaq sahəsinin 0,0175 ha hissəsi 2017-2018-ci illərdə “NovxanıPirşağı Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi həyata keçirilən zaman həmin yolun altına düşdüyünə görə ona 30.000 manat kompensas iya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, bağ sahəsi 01 iyun 2005-ci il tarixdə 35014 saylı müqaviləyə əsasən onun istifadəsinə verilmişdir. Hazırda həmin bağ sahəsi onun mülkiyyətindədir. Həmin bağ torpaq sahəsinin 0,0175 ha hissəsi 20172018-ci illərdə “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi həyata keçirilən zaman həmin yolun altına düşmüşdür. 1 saylı Ərazi İdarəsi bağı mülkiyyətinə verərkən torpaq sahəsinin 1 sotunun hazırkı bazar qiymətini 10000 manat dəyərində qiymətləndirmişdir.
4. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, bu tip işlərdə alan orqan qismində Agentlik tərəfindən avtomobil yolunun tikintisi ilə bağlı işlər həyata keçirilərkən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 10-cu maddəsinin tələblərinə uyğun olaraq alınmanın təsiri altına düşən torpağın kimə məxsusluğunu müəyyən etmək məqsədilə aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Komitəsinə və ya onun aidiyyəti qurumuna müraciət edilir. Komitənin müvafiq qurumunda olan göstəricilər əsasında və baza məlumatlarında torpağın mövcud mülkiyyətçisi və ya sahibi barədə məlumatlar müəyyən edilməklə alan orqana məlumat verilir. Həmin məlumatlar əsasında alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiyanın ödənişi alan orqan tərəfindən həyata keçirilir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Agentliyə ünvanladığı müvafiq məktubunda qeyd olunmuşdur ki, iddiaçının adına daşınmaz əmlak aşkar edilməmiş və həmçinin, “Novxanı -Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində iddiaçıya məxsus daşınmaz əmlakın tikinti sahəsinə düşməsi təsdiq olunmamışdır. İş materiallarından aşkar surətdə göründüyü kimi, iddiaçının kompensasiya tələbinə görə istinad etdiyi Binəqədi rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsi keçmiş X1 və İstismarı Birliyinə aid əraziyə aidiyyəti yoxdur və iddia olunan kompensasiya tələbinə görə torpaq sahəsi dövlət torpağıdır. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxiv lərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri ləğv edilərək onun əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yaradılması qərara alınmışdır. İddiaçının iddia olunan kompensasiya tələbinə görə torpaq sahəsinin planı və təsviri hazırlanmamış, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilməmiş və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməmişdir. İddiaçının kompensasiya tələb etdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatdan keçməmiş, ona məxsusluğu və ya hər hansı hüquqi bağlılığı dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməmiş, beləliklə, iddiaçının kompensasiya tələb etdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikası Mülki və Torpaq Məcəllələrində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədi mövcüd deyildir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-20/2024 saylı, 26 yanvar 2024-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia rədd edilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçının torpaq sahəsinə dair hüququnu mübahisələndirsə də, iş materiallarına əlavə edilmiş dövlət reyestrindən verilmiş çıxarışdan müəyyən edilir ki, mübahisəli ərazidə yerləşən 0,10 25 ha bağ sahəsi iddiaçının mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli rəydə qeyd edilmişdir ki, “...1106ş saylı bağ kimi 1025,0 kv.m sahə **********58 reyestr nömrəsi ilə iddiaçının adına qeydiyyatdan keçmişdir (məhkəmə qərarı və X1 və İstismarı Birliyinin 35014 nömrəli xx.xx.2005-ci il tarixli müqaviləsi əsasında). Vətəndaşın nümayəndəsi 1106ş saylı bağ sahəsinin ilkin sənədinin 1200,0 kv.m olduğunu əsas gətirərək əskik qalan 175,0 kv.m sahənin müəyyənləşdirilməsini istəyir. İddia olunan 175,0 kv.m sahənin faktiki 32.0 kv.m hissəsi yol və yolun səki hissəsinə düşür. Qalan 143,0 kv.m hissəsindən isə yolun işıqlandırılması üçün quraşdırılmış elektrik dirəklərinə gedən yeraltı elektrik xətləri keçir (faktiki həmin hissə çınqıl daşlarla doldurulub). Torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olunur”. Görünüyü kimi, iddiaçının kompensasiya tələb etdiyi torpaq sahəsi mülkiyyət hüququna dair sənədə əsasən onun mülkiyyətində deyildir. Rəydən göründüyü kimi, 175,0 kv.m sahənin faktiki 32.0 kv.m hissəsi yol və yolun səki hissəsinə düşür. Qalan 143,0 kv.m hissəsindən isə yolun işıqlandırılması üçün quraşdırılmış elektrik dirəklərinə gedən yeraltı elektrik xətləri keçir. Baxılan işdə iddiaçı mülkiyyətində və eyni zamanda faktiki istifadəsində olmayan torpaq sahəsinə görə kompensasiya tələb edir ki, istinad edilən normalara görə, iddiaçı alınmanın təsirinə məruz qalan şəxs heab edilmir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab e dir ki, iddia tələbi rədd edilməlidir.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2165/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.Səmədov - sədrlik edən və məruzəçi, E.Əliyev və X.Cəmilova) apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 26 yanvar 2024-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinə qarşı «torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi» barədə iddia tələbi qismən təmin edilmiş, İddiaçı 17500 (on yeddi min beş yüz) manat məbləğində kompensasiyanın ödəni lməsi öhdəliyi cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır.
9. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaqların dövlət ehtiyacları üçün alınmasına görə iddiaçıya kompensasiya ödənilməsi torpaq sahəsini dövlət ehtiyacı üçün alan orqanın vəzifəsidir. İddiaçının tələbi isə ona məxsus torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar ona kompensasiya ödənilməsindən ibarətdir. Prinsip ondan ibarət dir ki, qanunvericiliyə uyğun olması üçün inzibati orqan tərəfindən mülkiyyətin alınması qanuni hərəkətlər yolu ilə, qanunvericiklə nəzərdə tutulmuş tələblərə və şərtlərə uyğun şəkildə həyata keçirilməlidir. Lakin, konkret mübahisəyə münasibətdə, iddiaçının hüququna müdaxilə onun qanuni istifadəsində olan torpaq sahəsinin alınması qeyd olunan tələblərin ciddi şəkildə pozulması ilə müşayiət olunmuşdur. Bununla bağlı həmçinin nəzərə almaq lazımdır ki, mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd olunan tələblər və prosedurlar yalnız şəxsin mülkiyyətində deyil, həm də onun qanuni istifadəsində olan torpaq sahəsinə və daşınmaz əmlaka münasibətdə də tətbiq olunmalıdır. Başqa sözlə, belə hallarda şəxsin qanuni istifadə hüququ da müdafiə olunmalıdır. Əmlakın bazar qiyməti müəyyən edilərkən “Torpaql arın dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1-58.3-cü maddəsi ilə müəyyən edilmiş məlumatlar (torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100-500 metrədək əhatə edən ərazidə torpaqla bağlı notariat qaydada təsdiq edilmiş alqısatqı müqavilələrində göstərilmiş bazar qiyməti) mövcud olmadığı halda, həmin əmlakın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülməlidir. Əmlakın yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında alınacaq əmlaka uyğun torpağın bazar qiymətini müəyyən edən bazar olmadıqda isə, əmlakın bazar qiyməti digər mötəbər sübutlara istinadla müəyyən edilməlidir. Belə mö təbər sübutlara isə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə riayət edilməklə verilmiş mütəxəssis rəyləri və Əmlak Məsələləri Dövlət Xidmətindən alınmış rəylər aid edilə bilərlər. Məhkəmə araşdırması zamanı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,0175 ha olan 1106ş nömrəli bağ torpaq sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 17500,00 manat müəyyən edilmişdir.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
11. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsi nin yolun tikinti altına düşməsi işin mübahisəsiz halıdır və bununla bağlı cavabdehə ünvanlanmış məktubdan görünür ki, Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində işlər dayandırılmış, layihə tikinti işlərinin başlanması zamanı kompensasiya məsələsinə baxılacaqdır.
12. Lakin alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslə torpağın alınması rəsmiləşdirilməmiş və alqı-satqı müqaviləsi bağlanmamışdır.
13. Hazırda isə birinci instansiya məhkəməsi, eləcə də apellyasiya instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin yerdə-naturada təyinatı üzrə istifadə olunmasını araşdırmamışdır. Bu cür analojı işlərdə məhkəmələrin belə yanaşması dövlət büdcə qarşısında əsassız öhdəliklər yaradır.
14. Məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsin ə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə
3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə
4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə
5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; Maddə
23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və di gər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; Maddə
58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağı n bazar qiyməti əsas götürülür.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
157. Mülkiyyətin müdafiəsi 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə
211. Mülkiyyət hüququna xitam verildikdə əmlakın qiymətləndirilməsi. Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə
246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alqı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 (doxsan) təqvim günü ərzində aşağıdakıları həyata keçirir: 246.4.1. mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir; 246.4.2. torpaq la bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirləri görür; 246.4.3. satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
17. İnzibat i Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya müm kün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxa rı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəru ri hesab edir.
24. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı mülkiyyətində olan torpaq sahəsinin 0,0175 ha hissəsi yolun altına düşdüyündən həmin hissəyə görə cavabdeh tərərfindən ona 30000 manat kompensasiya ödənilməsinə yönəlmişdir.
25. Cavabdeh tərəfindən isə həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair sənəd təqdim edilməməsinə, təqdim edilən bağların icarə müqaviləsinin müddətinin bitməsinə istinad edilərək imtina edilmişdir.
26. İşin apellyasiya baxışı zamanı araşdırılmış hallara əsasən müəyyən edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1925/2018 saylı, 11 may 2018-ci il tarixli qərarına əsasən, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “bağ sahəs inin yerləşdiyi torpaq sahəsinin sxematik xəritəyə uyğunlaşdırılmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilərək, Bakı şəhər İcra Hakimiyyətinin X1 və İstismarı Birliyinin 35014 saylı, 01 iyun 2005-ci il tarixli müqaviləsinə əsasən ayrılmış Novxanı bağlar sahəsində ölçüsü 0,12 ha torpaq sahəsi olan, 1106ş saylı bağ sahəsinin yerləşdiyi torpaq sahəsinin sxematik xəritəyə uyğunlaşdırılmaqla, torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə hə valə edilməsi qərara alınmışdır.
27. Həmçinin məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)1925/2018 nömrəli, 11 may 2018-ci il tarixli qərarının icrası ilə bağlı bütün inzibati icraat materialların surətləri təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, İddiaçı adına qeydə alınmalı olan Bakı şəhər İcra Hakimiyyətinin X1 və İstismarı Birliyinin 35014 saylı, 01 iyun 2005-ci il tarixli müqaviləsinə əsasən ayrılmış Novxanı bağlar sahəsində ölçüsü 0,12 ha 1106ş saylı bağ sahəsinin 175,0 m2 hissəsi yeni çəkilən yola düşdüyündən sahə faktiki olaraq 1025,0 m2 təşkil edir. Bu səbəbdən də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlə t Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 1106ş saylı bağın sahəsi 1025,0 m2 olaraq, İddiaçı adına qeydə alınmaqla buna dair reyestrdən çıxarış verilmişdir.
28. Bununla yanaşı məhkəmə kollegiyası bildirir ki, apellyasiya məhkəməsinin qərarında qeyd etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, torpaq sahəsinin ümumi sahəsinin 0,0175 ha təşkil etdiyini nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,0175 ha olan 1106ş nömrəli bağ torpaq sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 17500,00 (0,0175x10000 man) manat müəyyən edilir.
29. Nəzərə alınmalıdır ki, torpaqların dövlət ehtiyacları üçün alınmasına görə iddiaçıya kompensasiya ödənilməsi torpaq sahəsini dövlət ehtiyacı üçün alan orqanın vəzifəsidir. İddiaçının tələbi isə ona məxsus torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar ona kompensasiya ödənilməsindən ibarətdir.
30. Məhkəmə kollegiyası vurğulayır ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şə xsə kompensasiya ödənilməlidir.
31. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisə üzrə Ali Məhkəmənin 2-1(102)-466/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 21(102)-244/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarlarında da oxşar hüquqi mövqe əks olunmuşdur.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 2-1(103)-2165/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.