Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1012/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı12 və digərlərinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iş üzrə QƏRARDAD (kassasiya şikayətinin mümkünlüyü barədə) iş № 2-1(102)-1002/19 Bakı şəhəri 22 may 2019-cu il 22.05.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı12 nümayəndəsi Elmira Abbasovanın, İddiaçı58 və onların vəkili Əkrəm Həsənovun, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Mehti Mehtizadənin, tərcüməçi Həsən Əliyevin iştirakları ilə, İddiaçı12 v ə İddiaçı58 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 noyabr 2018-ci il tarixli, 2-1(103)-2554/2018 saylı qərarından verilmiş kassasiya şikayətinin mümkünlük məsələsinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1 və digərləri (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin vurduğu zərərin əvəzi olaraq əmanət müqaviləsində göstərilmiş məbləğin tutulmasının xahiş etmişdirlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 avqust 2018-ci il tarixli, 2-1(81)2241/2018 saylı qərarı ilə (hakim Miminat Hacıbəyova) iddia rədd edilmişdir. Həmin qərardan iddiaçıların bir qismi apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 noyabr 2018-ci il tarixli, 2-1(103)-2554/2018 saylı qərarı ilə (sədrlik edən Kəmalə Abiyeva, hakimlər Mirzə Tağızadə və Ülvi Mayılov) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qərardan iddiaçıların bir qismi, o cümlədən iddiaçılar İddiaçı12 və İddiaçı58 kassasiya şikayətləri verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdirlər. Kassasiya şikayətləri Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olduqdan sonra onlara 22 may 2019-cu il tarixində baxılacağına dair məhkəmə bildirişi iddiaçıl ara və cavabdehə göndərilmişdir. Lakin kassasiya şikayətləri öyrənilərkən müəyyən edilmişdir ki, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 03 avqust 2018-ci il tarixli qərarından iddiaçıların bir qismi apellyasiya şikayəti vermiş, lakin həmin qərardan iddiaçılar İddiaçı12 və İddiaçı58 apellyasiya şikayətlərini vermədiyi halda, apellyasiya məhkəməsinin qərarından kassasiya şikayətləri vermişdirlər. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Bu barədə məhkəmə iclasında iddiaçıların və onların vəkillərinin nəzərinə çatdırılmış və göstərilmiş iddiaçı lar tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə münasibətin bildirilməsi onlara təklif olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasda iştirak edən İddiaçı12 nümayəndəsi E.Abbasova, İddiaçı58 və onların vəkili Ə.Həsənov kassasiya şikayətinin mümkün sayılmaqla, onların icraata qəbul olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Kassasiya şikayətlərini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayətləri aşağıdakı hüquqi əsaslara görə müm kün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM): - 90.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasına şikayət verilə bilər; - 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər; - 96.2.-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; - 96.3-ci maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddələrdən göründüyü kimi, kassasiya icraatı zamanı şikayətin mümkünlüyü məsələsi həll olunmalı və kassasiya şikayətinin verilməsinə dair tələblərə riayət edilibedilməməsi yoxlanılmalıdır. Bu tələblərə həmçinin kassasiya şikayətinin apellyasiya məhkəməsinin qərarı ilə tələbləri təmin olunmamış şəxslər tərəfindən verilməsi aiddir. Bu müddəaları tətbiq edərkən müəyyən olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə iddiaçılar İddiaçı12 və İddiaçı58 tələblərinin təmin olunmaması halı mövcud deyildir. Belə ki, iş üzrə həmin iddia çılar iddia tələblərinin təmin olunmaması barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 avqust 2018-ci il tarixli qərarından apellyasiya şikayəti verməmiş, lakin həmin qərarın qüvvədə saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 noyabr 2018-ci il tarixli qərarından kassasiya şikayəti vermişdirlər. İddia tələblərinin təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin qərarı ilə onların tələblərinin təmin olunmadığı halda, iddiaçılar həmin qərardan apellyasiya şikayəti, daha sonra isə göstərilən qərarı dəyişdirilmədən qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verə bilərdi. Lakin birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermək hüququna malik olduğu halda, onlar bu hüququn dan istifadə etməmişdirlər. Bu isə o anlamı yaradır ki, həmin iddiaçılar qərarla verilmiş nəticə ilə razılaşmışdır və onun apellyasiya məhkəməsinin icraatı zamanı şikayət tələbi olmamışdır. Belə olan halda həmin iddiaçılar tərəfindən istinad edilmiş Məcəllənin 90.2-ci maddəsində müəyyən edilmiş qaydaya görə – apellyasiya məhkəməsinin qərarında hansı tələbinin təmin olunmadığı müəyyən deyildir və bu əsasla onlar tərəfindən kassasiya şikayətinin verilməsi istisna olunmalıdır. İstinad edilmiş qanunvericiliyin müddəalarına əsaslanmaqla, iddiaçılar İddiaçı12 və İddiaçı58 tərəfindən verilmiş kassasiya şikayətlərinin mümkünlüyü məsələsinə baxarkən belə nəticəyə gəlirəm ki, şikayət mümkün hesab edilə bilməz. Habelə, yuxarıda göstərilmiş Məcəllənin 96.3-cü maddəsində nəzərdə tutulmuş proses iştir akçılarının dinlənilmə hüququnu təmin edilməsi məqsədilə iddiaçılara və onların vəkilinə kassasiya şikayətinin mümüknülüyü məsələsinə hansı hüquqi əsaslarla baxılması barədə bildirilmişdir. Bu səbəbdən şikayətin qəbulundan imtina edilməli, iddiaçıların kassasiya şikayətləri mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 90, 91, 94, 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərar aldı: İddiaçılar İddiaçı12, İddiaçı58 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 06 noyabr 2018-ci il tarixli, 2-1(103)-2554/2018 saylı qərarından verilmiş kassasiya şikayətləri mümkün hesab edilməsin və onların qəbulundan imtina edilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdü
Məhkəmə qərarları › İş №2-1(102)-1012/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1012/2019
22.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver