Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1012/2020 03.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlə 57 yaşdan pensiya təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2643/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1959-cu ildə Qazax rayonunda anadan olmuşdur, hazırda orada qeydiyyatdadır. (AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi) O, əmək fəaliyyətinə 1976-cı i ldə başlamış, xx.xx.1978-ci ildən xx.xx.1978-ci il tarixədək 2 saylı Tikinti İdarəsinin bazasında fəhlə işləmiş, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1981-ci ildən 1986-cı ilədək həmin İdarədə xarrat vəzifəsində çalışmış, xx.xx.1987-ci ildən iş usta, xx.xx.1992-ci il tarixindən xx.xx.2011-ci il tarixədək iş icraçısı vəzifəsində işləmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra mətndə cavabdeh) müraciət edərək ona 57 yaşının tamam olduğu xx xxxx 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdeh bundan imtina etmiş və bildirmişdir ki, əmək pensiyası təyin edən ko missiyasının xx.xx.2018-ci il tarixli, 950 saylı qərarına əsasən güzəştli sığorta stajının olmamasına görə onun müraciəti təmin edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşından, yəni xx.xx.2016-cı il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2016-cı il tarixindən hal-hazırkı vaxtadək yaranacaq fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1959-cu il tarixində anadan olmuşdur. Uzun illər tikinti sahəsində tikinti ustası və iş icraçısı vəzifəsində işləmişdir. xx.xx.2011-ci il işdən azad olunmuşdur. İşlədiyi vəzifə Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarın ın 29-cu bölümünün “b” bəndinə əsasən ona güzəştli pensiya almaq hüququ verir. Onun pensiya hüququ 57 yaşında, xx.xx.2016-cı il tarixində yaranmışdır. Ancaq o, həmin vaxt bundan məlumatlı olmamışdır. Pensiya təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə rəsmi müraciət etmişdir. Ona güzəştli şərtlərlə pensiya təyin edilməsi mümkün olduğu halda bundan imtina edilmişdir. İdarə dəyişiklikləri ilə əlaqədar olaraq yenidən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün hazırki cavabdehə müraciət etmişdir. Cavabdeh onun xx xxx 2019-cu il tarixli ərizəsini nə icra etmiş, nə də ki, cavab vermişdir. Ərizənin rəsmi verilməsindən 35 gün keçməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Odur ki, ona güzəştli şərtlərlə pensiyanın təyin olunması üçün məh kəməyə müraciət etmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi “xxxx” QSC tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş arayışdan göründüyü kimi, o, xx.xx.1987-ci il tarixdən 2 nömrəli Tikinti İdarəsində tikinti ustası vəzifəsində, xx.xx.1992-ci il tarixdən isə iş icraçısı vəzifəsində işləmişdir. Daha sonra həmin Tikinti İdarəsinin bazasında “xxxx” Səhmdar Cəmiyyəti yaranmış və o, xx.xx.2011-ci il tarixədək orada iş ustası və iş icraçısı vəzifəsində işləmişdir. DSMF-nun Sabunçu rayon şöbəsindən DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə daxil olmuş iddiaçıya aid pensiya işindən göründüyü kimi, iddiaçı xx.xx.2018-ci ildə yaşa görə pensiya təyin edilməsi barədə ərizə ilə müraciət etmiş, lakin onun müraciəti sığort a stajının olmamasına görə rədd edilmişdir. Həmin pensiya işində olan xx.xx.2018-ci il tarixli DSMFnun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş İdarəsi tərəfindən DSMF-nun Sabunçu rayon şöbəsinin sorğusuna əsasən tərtib edilmiş məktubdan göründüyü kimi, “xxxx” QSC tərəfindən 2006-2011-ci illərdə, “xxxx” MMC tərəfindən isə 2015-ci il üzrə təqdim edilmiş “məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (forma B) vətəndaş İddiaçı adı sığortaolunan kimi qeyd edilməmişdir. Bununla da təsdiq olunur ki, iddiaçı həmin tarixlərdə həmin müəssisələrdə işləməmişdir. Pensiya işində olan “məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”dan (forma B) göründüyü kimi, iddiaçı “xxxx” MMC-də işlədiyi 2011, 2012 və 2013-cü ilin 8 ayı üzrə, “xxxx” MMC-də isə işlədiyi 2014 və 2016-cı illəri ərzində məcburi dövlət sosial sığorta ödənişləri etmişdir. Həmin pensiya işində olan xx.xx.2018-ci il tarixli DSMF-nun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş İdarəsi tərəfindən DSMF-nun Sabunçu rayon şöbəsinin sorğusuna əsasən tərtib edilmiş məktubdan göründüyü kimi, “xxxx” ASC-nin xx.xx.1996-cı ildən xx.xx.2006-cı ilədək hesablanıb ödənilmiş sosial sığorta haqlarının dinamikası hər il üzrə azalmış, sonuncu 2006-ci ildə isə ən az ödəmə olmuş, sonra isə ümumiyyətlə ödənişlər edilməsi barədə məlumat olmamışdır. Bunun nəticəsində həmin müəssisənin qeyd edilən dövr ərzində fəaliyyətdə olmaması qənaətinə gəlmək olar. İddiaçının təqdim etdiyi əmək kitabçasından onun 2 nömrəli Tikinti İdarəsində xx.xx.1978-ci ildən işləməsi qeyd edilsə də, iddiaçı tərəfindən təqd im edilmiş “xxxx” Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş arayışdan göründüyü kimi, həmin cəmiyyət 2 nömrəli Tikinti İdarəsinin bazasında yaranmış və iddiaçı orada xx.xx.1987-ci il tarixdən xx.xx.2011-ci il tarixədək işləmişdir. Bu da əmək kitabçasında iddiaçının həmin idarədə işləməsi barədə qeydlərin qeyri mötəbər olmasını sübut edir. Beləliklə də, qeyd edilənlərdən göründüyü kimi, iddiaçının pensiya təyin edilməsi ilə əlaqədar müraciəti əsaslı olaraq rədd edilmişdir. İddiaçının sosial sığorta stajı olmadığından ona yaşa görə əmək pensiyası təyin edilə bilməz. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2940/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: E.Q.Məmmədov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması nəti cəsində xx.xx.1959-cu il təvəllüdlü iddiaçının xx.xx.2016-cı il tarixədək (57 yaşı tamam olan vaxt) 25 ildən artıq ümumi əmək stajının olması iş materiallarına əlavə edilmiş əmək kitabçası ilə müəyyən edilsə də, həmin ümumi stajın 12 il 6 aydan çox müddətinin güzəştli əmək stajına daxil olması təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2643/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.Ə.Baxışova) apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-2940/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək i ddia tələbi təmin edilmiş, iddiaçıya 57 yaşından, yəni xx.xx.2016-cı il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yaranacaq fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbinin təmin olunması üçün onun 57 yaşının tamam olması, minimum 25 il sosial sığorta stajına malik olması və bunun 12 il 6 ayını müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahıda təsbit edilmiş zərərli peşə üzrə işləməsi tələb olunur ki, iddiaçı da bütün bu şərtlər ödənilmişdir. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarında olan DSMF-nin Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, “xxxx” QSC tərəfindən 2006-2011-ci illər, “xxxx" MMC tərəfindən isə 2015-ci ilin İ rübü üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (forma B) iddiaçının adı qeyd edilməyib. Məhkəmə işdəki bu sübuta belə qiymət verib ki, bu hal, iddiaçının pensiya hüququna xələl gətirməməlidir. Halbuki, sosial sığorta haqlarının ödənilməməsi həmin dövrdə müəssisənin fəaliyyəti ilə bağlı ciddi şübhələr yaradır. Bu isə həmin döv rün iddiaçının güzəştli iş stajına daxil edilməsini istisna edir. Bu anlamda, bu və ya digər dövrün güzəştli iş stajına aid edilməsi o zaman mümkündür ki, şəxs həmin dövrdə çalışmış olsun. Məhkəmə bu hala lazımi hüquqi qiymət verməyib. Halbuki, məsələ məcburi dövlət sosial sığorta haqqının ödənilibödənilməməsi ilə bağlı deyildir. Ödənilməmə, şəxsin güzəştli iş stajına aid edilən dövrdə çalışmamasına dəlalət edir. Bundan başqa, fərz edilsə ki, iddiaçı güzəştli iş stajını tamamlayıbdır, məhkəmə xx xxxx 2016-cı ildən indiyədək olan pensiya məbləğinin birdəfəlik ödənilməsini qərara almaqda haqlı olmayıb. Belə ki, bu halda belə, “Əmək pensiyaları haqqında” qanunun 37.7-ci maddəsinin tələbləri nəzərə alınmalı idi. Həmin maddəyə görə, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanu nun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də, şikayət qəbul oluna bilən hesab edilir. Lakin, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabil iyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüqu qu var. Cavabdeh kassasiya şikayətində “xxxx” QSC tərəfindən sosial sığorta haqlarının ödənilməməsini əsas gətirərək həmin dövrün iddiaçının güzəştli iş stajına daxil edilməsini mümkünsüz hesab edir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçının şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən o, xx.xx.1959-cu il təvəllüdlüdür, onun 57 yaşı xx.xx.2016-ci ildə tarixində tamam olub. xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyy əti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş y erindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, p eşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki şərtin ödənilməsi tələb olunur. 1) 25 il ümumi iş stajının olması; 2) bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olması. İş materiallarından da göründüyü kimi, iddiaçı xx xxxxxx 1976-cı il tarixdə əmək fəaliyyətinə başlamış, xx xxxxxx 1978-ci ildən xx xxxxxx 1980-ci il tarixə kimi Sovet ordusunda hərbi xidmət də olmuş, xx xxxxxx 1981-ci ildən xx xxxxx 2013-cü il tarixə kimi müxtəlif işlər üzrə işləmişdir və onun ümumi sosial sığorta stajı 35 ildən artıq olmaqla qanunvericiliklə tələb olunan 25 ildən artıqdır. İddiaçı xx xxxx 1992-ci il tarixdən (2 №-li Tikinti İdarəsində, daha sonra “xxxx” QSC-də) xx xxxxxx 2011-ci il tarixə kimi iş icraçısı işləmişdir. Həmin peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı 29-cu bölməsinin “b” bəndinə nəzərdə tutulmuşdur. İddiaçı həmin peşə üzrə 20 ildən artıq işləmişdir və zərərli peşə üzrə xüsusi stajı 12 il 6 aydan artıqdır. Kassasiya şikayətində mübahisə edilən əsas məsələ “xxxx” QSC tərəfindən 20062011-ci illər, “xxxx" MMC tərəfindən isə 2015-ci ilin İ rübü üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (forma B) iddiaçının adının qeyd edilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydal arı” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyət orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının əmək kitabçasında isə onun “xxxx” QSC-də işlədiyi qeyd edilir. Əmək kitabçasında olan qeydlərin isə əsassız sayılması üçün hər hansı əsas mövcud deyildir. Digər tərəfdən, hətta cavabdehin mübahisələndirdiyi dövrdə -“xxxx” QSC-də 20062011-ci illərdə, eləcə də “xxxx" MMC-də 2015-ci ilin İ rübündə iddiaçının iş stajı nəzərə alınmasa belə, onun güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün ümumi və xüsusi iş stajı şərtlərini ödəməsi mübahisəsizdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı 35 ildən artıq ümumi, 20 ildən artıq xüsusi iş stajına malikdir. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, fərz edilsə ki, iddiaçı güzəştli iş stajını tamamlayıbdır, məhkəmə xx xxxx 2016-cı ildən indiyədək olan pensiya məbləğinin birdəfəlik ödənilməsini qərara almaqda haqlı olmayıb. Belə ki, bu halda belə, “Əmək pensiyaları haqqında” qanunun 37.7-ci maddəsinin tələbləri nəzərə alınmalı idi. Həmin maddəyə görə, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini də əsassız hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi xx xxxx 2017-ci il tarixdən qüvvədə olduğundan yalnız həmin vaxtdan sonra yaranan münasibətlərə tətbiq oluna bilər. İddiaçının pensiya hüququ 2016-cı ildə yarandığında həmin normanın ona münasibətdə tətbiq edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəm ənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2643/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1012/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1012/2020
03.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver