Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1012/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı сavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin müddətsiz təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1979-cu il təvəllüdlü, ŞV- AA*******) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliy asiya Agentliyinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Laçın Rayon Mərkəzi Xəstəxanası” X5) “xx.xx.2021-ci il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-885/2022 nömrəli, 3 fevral 2022-ci il tarixli, qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarına əsasən (İş №21(112)- 3029/2021) İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddiası təmin edilərək xx.xx.2008-ci il tarixdə a ldığı “Qapalı kəllə veyin travması, baş beyin silkələnməsi xəsarətinin səbəbli əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmuşdur.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2021- ci il tarixli 195 nömrəli qərarına əsasən, Bakı şəhəri Xətai RHK tərəfindən 1996-cı ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş tapşırığını yerinə yetirərkən xx.xx.2008-ci ildə aldığı və xx.xx.2008-ci il tarixdə N nömrəli hərbi hissənin tibb məntəqəsində ambulator müayinə və müalicə olunduğu travma - diaqnoz: “Qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi” (Azərbaycan Respublikası SHXÇDX-nin Laç ın rayon bölməsinin xx.xx.2019-cu il tarixli 48 nömrəli göndərişi, xx.xx.2019-cu il tarixli 49 nömrəli arayışı, N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 699 nömrəli travma haqqında arayışı, zədələnmələrin qeydiyyatı kitabından və tibbi kitabçadan çıxarışlar, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli İş № 2-1(112)-3029/2021 nömrəli Qərarı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” və xx.xx.2013-cü il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalın terapiya profilli hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəlik - diaqnoz: “Anadangəlmə inkişaf qüsuru: qulaqcıqlararası çəpərin defekti, l(birinci) fun ksional sinif ürək çatışmazlığı. Xroniki eroziv qastroduodenit, remissiya mərhələsində” (SQ Baş Klinik Hospitalın terapiya profilli hospital hərbi-həkim komissiyası tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 2732 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə təsdiq edilir), “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR". MN MHHK-nın xx.xx.2015-ci il tarixli 822 nömrəli Qərarındakı travmanın hərbi xidmətlə səbəb əlaqəsi ləğv edilir. Əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a), ç) yarımbəndi və Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli İş № 2-1(112)3029/2021 nömrəli Qərarı.
3. Laçın Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib olunmuş Forma 88 - 0280003AAFMA nömrəli göndərişə əsasən, iddiaçı xx.xx.2013-cü il tarixdən göndəriş verən müəssisədə qeydiyyatdadır və TSEK-ə göndəriş zamanı əsas diaqnozu XBT 10 (X2 10-cu baxış)-dur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiyası məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlil kimi müddətsiz əlillik təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1996- cı ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdi r. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmiş, hazırda ehtiyatda olan zabit, Prezident təqaüdçüsü, 2-ci qrup hərbi əlildir. İddiaçı 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı ilə, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubiley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunub. Bundan əlavə, xidmətinin axırıncı 8 ilini düşmənlə təmas xəttində olan ərazilərdə keçirib. İddiaçının xəstəlik diaqnozu 2008-ci ildən bu günədək dəyişməmiş, eyni diaqnozla və səhhətində olan digər xəstəliklərlə bağlı bir çox vaxtlarda, bir çox xəstəxanalarda müalicələrdə olub, bu xəstəlik diaqnozuna əsa sən əlilliyinin səbəb əlaqəsi dəyişdirilməli və 2-ci qrup xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək 5 il müddətinə əlillik təyin edilməlidir.
6. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakim: G.Sevdimalıyeva) iddia tələbi təmin edilərək, iddiaçıya 09 iyul 2021-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
8. Məhkəmə hesab etmişdir ki, aparılmış qiymətləndirmə zamanı səhiyyə müəssisəsi tərəfindən təqdim edilən Forma 88 arayışına əsasən XBT 10-a əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.4.1., 2.4.3. və 2.4.4-cü maddələrinə əsasən, ikinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər östərilməsinə və həmin xəstəliklərlə bağlı uzun müddət stasinar müalicədə olmasına və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq, əlillik 5 il müddətinə təyin edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-885/2022 nömrəli 3 fevral 2 022-ci il tarixli qərarı ilə (hakimlər: A.Hüseyn (sədrlik edən və məruzəçi), S.Bəktaşi və İ.Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21(112)-8104/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-885/2022 nömrəli 3 fevral 2022-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiyaçı şikayətində qeyd etmişdir ki, məhkəmə qərarında “Əlilliyin və sa ğlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin təsdiq edilməsi haqqında Azerbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.4-cü maddəsinə istinad etmiş və iddiaçıya qoyulmuş diaqnozlari- 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101-109,111.0, 113.0-113.2, 123-123.8, 124-124.8, 125.3-125.5, 150-150.9, Z95.0); 2.4.3. şizofreniya, paranoidpsixotik hali (remissiya baş verməyən hal) (F20-F20.9); 2.4.4. emosİonal- iradi pozuntular və psixopatabənzər davranışla müşayiət oluna n imbesillik və ya debillik İQ^SSO arası, o cümlədən orta derəcəli kəmağıllıq(demensiya) (F60.0- F62.9, F45-F45.9, F48F48.9, F70-F79) - əsas gətirərək müddətsiz əlillik təyin edilməli olduğunu qeyd etmişdir. Halbuki işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə ekspertiza təyin etməli idi.
14. Əlilliyi müddətsiz təyin etməyə əsas verən xüsusi hallar-2.4.1,2.4.3, 2.4.4iddiaçıya aid nə əsas diaqnozda, nə də ağırlaşmalarda öz əksini tapmamışdır. Məhkəmə isə bütün bunları nəzərə almamış, açıq-aşkar qanunsuz və əsassız qərar qəbul etmişdir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İşin hallarından göründüyü kimi TSEK tərəfindən iddiaçıya ilkin əlillik Laçın Mərkəzi Rayon Xəstəxanasının göndərişi əsasında xx.xx.2014-cü il tarixdə qiymətləndirilmiş və 2-ci dərəcə əlillik təyin olunmuşdur. Belə ki, ilkin əlilliyin təyin olunmasından 10 il keçmədiyi üçün iddiaçının əlilliyinin müddətsiz təyin olunması ilə bağlı iddia tələbi əsassızdır.
15. İddiaçı məhkəməyə müraciətində əlilliyin 23.06.201-ci il tarixdən xx.xx.2026cı il tarixinədək 5 il müddətinə təyin edilməsini istəsədə məhkəmə müddətsiz əlillik təyin etmişdir ki, buda öz növbəsində İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin(Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbind ən kənara çıxmağa haqlı deyildir) tələblərinin pozulması deməkdir. Diaqnoz əsasında şəxsin əlil hesab olunub-olunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
16. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 2-l(103)-855/2022 nömrəli 3 fevral 2022-ci il tarixli qərarını ləğv edərək, iddia üzrə tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə etiraz edərək, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.... - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.... - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitə silə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.4-cü maddəsinə əsasən, tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir:... - 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0);... - 2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20-F20.9); 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79).
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”na əsasən:... 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: - 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əql i və ya hissiyyat pozuntularının olması; - 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); -1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; -1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; -1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.
21. İnzibati Prosessual Məcəllə Maddə
12. İşin hallarının araşdırılması prinsipi -12.1. Məh kəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası -58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.... -58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul e də bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının qəbul etdiyi 2-1(103)-855 /2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qərarla və həmin qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh kassasiya şikayətində göstərir ki, “işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə ekspertiza təyin etməli idi”.
25. Yəni, cavabdehin qənaətinə görə, məhkəmə tərəfindən ekspertiza təyin edilməsi məhkəmənin hüququ deyil, vəzifəsidir.
26. Lakin məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili (İPM-nin 1.2-ci maddəsinə istinadən) MPM-nin 97.1-ci maddəsinə zidd olduğu üçün əsassızdır.
27. Cavabdeh kassasiya şikayətində həmçinin göstərmişdir ki, “iddiaçı məhkəməyə müraciətində əlilliyin 23 iyun 2021-ci il tarixdən 23 iyun 2026-cı il tarixədək 5 il müddətinə təyin edilməsini istəsə də, məhkəmə müddətsiz əlillik təyin etmişdir ki, bu da öz növbəsində İPM-nin 52-ci maddəsinin (Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir) tələblərinin pozulması deməkdir”.
28. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır, belə ki, işdə olan (işin İİ cildi, 58-60-cı səhifələr) iddia ərizəsinə əlavədən görünür ki, iddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək iddianı dəyişdirmiş (İPM-nin 54-cü maddəsi) 2-ci qrup üzrə müddətsiz əlillik təyin edilməsini xahiş etmiş, məhkəmə də qərardadla həmin ərizəni qəbul etmişdir.
29. Cavabdeh kassasiya şikayətində eyni zamanda yazır ki, “diaqnoz əsasında şəxsin əlil hesab olunub-olunmaması agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz”.
30. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır, belə ki, mübahisə predmeti olan məsələ cavabdehin diskresion səlahiyyətlərinə aid olmamaqla yanaşı, apellyasiya məhkəməsi tərəfindən iş üzrə aparılmış araşdırma həm də İPM-nin 74cü maddəsinin tələblərinin nəzərə alınması ilə həyatda keçirilmiş və hər hansı bir pozuntuya yol verilməmişdir.
31. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qərarına əsasən (İş № 2-1(112)- 3029/2021) İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddiası təmin edilərək, 16 avqust 2008-ci il tarixdə aldığı “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi xəsarətinin səbəbli əlaqə sinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmuşdur.
32. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 195 nömrəli qərarına əsasən, Bakı şəhəri Xətai RHK tərəfindən 1996-cı ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş tapşırığını yerinə yetirərkən xx.xx.2008-ci ildə aldığı və xx.xx.2008-ci il tarixdə N nömrəli hərbi hissənin tibb məntəqəsində ambulator müayinə və müalicə olunduğu travma-diaqnoz: “Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi” (Azərbaycan Respublikası SHXÇDX-nin Laçın rayon bölməsi nin xx.xx.2019cu il tarixli 48 nömrəli göndərişi, xx.xx.2019-cu il tarixli 49 nömrəli arayışı, N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 699 nömrəli travma haqqında arayışı, zədələnmələrin qeydiyyatı kitabından və tibbi kitabçadan çıxarışlar, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli İş № 2-1(112)-3029/2021 nömrəli Qərarı, MN MHHK- nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” və xx.xx.2013-cü il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalın terapiya profilli hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəlik diaqnoz: “Anadangəlmə inkişaf qüsuru: qulaqcıqlararası çəpərin defekti, l (birinci) funksional sinif ürə k çatışmazlığı. Xroniki eroziv qastroduodenit, remissiya mərhələsində” (SQ Baş Klinik Hospitalın terapiya profilli hospital hərbi-həkim komissiyası tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 2732 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə təsdiq edilir), “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR". MN MHHK-nın xx.xx.2015-ci il tarixli 822 nömrəli Qərarındakı travmanın hərbi xidmətlə səbəb əlaqəsi ləğv edilir. Əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a), ç) yarımbəndi və Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli İş № 2-1(112)3029/2021 nömrəli Qərarı.
33. Bununla yanaşı, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, Laçın Rayon Mərkəzi Xəstəxanası t ərəfindən iddiaçı barəsində tərtib olunmuş Forma 88 0280003AAFMA nömrəli göndərişə əsasən, iddiaçı xx.xx.2013-cü il tarixdən göndəriş verən müəssisədə qeydiyyatdadır və TSEK-ə göndəriş zamanı əsas diaqnozu XBT 10 (X2 10-cu baxış) əsasən: əsas diaqnoz - Y36.9 “dəqiqləşdirilməmiş hərbi əməliyyatlar nəticəsində zədələnmələr. Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kəllə beyin travması baş beyin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 8-9 dəfə)” olmaqla; ağırlaşmaları - XBT 10-a uyğun olaraq: H81.1 Xoşxassəli paroksizmal başgicəllənmə Xoşxassəli paroksizmal başgicəllənmə Xoşxassəli par oksizmal başgicəllənmə; G 11.2 Gecikmiş beyincik ataksiyası Gecikmiş beyincik ataksiyast Gecikmiş beyincik ataksiyası; T 90 Başın travmalarının nəticələri Başın travmalarının nəticələri Başın travmalarının nəticələri; G 40 X3 tez-tez təkrarlanan epoleptik qıcolma tutmaları (ayda 8-9 dəfə); H.36.8 Digər rubrikalarda təsnif olunan xəstəliklərdə başqa retinal pozğunluqlar Digər rubrikalarda təsnif olunan xəstəliklərdə başqa retinal pozğunluqlar Digər rubrikalarda təsnif olunan xəstəliklərdə başqa retinal pozğunluqlar; F07.2 Postkontuzion sindrom Postkontuzion sindrom Postkontııziun sindrom Postravmatık ensefalopatiya, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 8-9 dəfə. kəllədaxili hipertenziya. vaqo- vegetativ krizlər vegeto-damar paroksizmləri. koordinatıstatik pozuğunluqlar. T ez-tez təkrarlanan simpatoadrenergetik paroksizmlərlə, diensefal sindrom; G 39.5 Baş beynin sıxılması Baş beynin (kötüyün) sıxılması Baş beynin (kötüyün) əzilməsi Baş beynin sıxılması Baş beynin (kötüyün) sıxılması Baş beynin (kötüyün) əzilməsi Baş beyinin sıxılması. Baş beyinin (kötüyün) əzilməsi davamlı qalıq əlamətləri; T 90.5 Kəllədaxili travmaların nəticələri Kəllədaxili travmaların nəticələri Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmalarının qalıq əlamətləri; F 23 Kəskin və ötüb keçən psixotik pozğunluqlar kəskin və ötüb keçən psixotik pozğunluqlar Davranış pozulmaqla uzun müddətli (iki ildən çox) təzahür edən psixiatrik hallar; G45.0 Vertebrobazilyar arterial sistem sindromu Vertebrobazilyar arterial sistem sindromu Beyin qan dövranının vertebrobazilyar hövzədə xroniki çatışmazlığı, vestibulyar pozğunluqlarla; G93.4. Dəqiqləşdirilməmiş ensefalopatiya Dəqiqləşdirilməmiş ensefalopatiya Posttravmatik ensefalopatiya İİ mərhələ. Kəllədaxili hipertenziya; F48.0. Nevrasteniya. Kəskin asteno - nevrotik sindrom; F07 Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları. Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən Üzvi (Ppstkontuzion sindrom n əticəsində yaranmış) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalat və koqnitiv funksiyaların enməsi ilə. Anamnezində psixotik epizodlar keçirilməsi qeyd olunur. Yanakı xəstəliklər: H 35.0 Fon retinopatiyaları və retinal damar dəyişiklikləri Fon retinopaliyaları və retinal damar dəyişiklikləri Fon retinopatiyaları və retinal damar dəyişiklikləri 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi] [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hiperlenziv [hipertoniya] xəstəlik [-yi] Hipertoniya xəstəliyi İİİ mərhələ İV risk qrupu 123.1 Qulaqcıqlararası arakəsmənin qüsuru-kəskin miokard infarktının cari ağırlaşması kimi Qulaqcıqlararası arakəsmənin qüsuru-kəskin miokard in farktının cari ağırlaşması kimi Qulaqcıqlararası çəpərin qüsuru. Qulaqcıqlurarası çəpərin qüsuruna görə edilmiş ( 2(12(1) əməliyyatdan sonrakı vəziyyət. 149 Ürək ritminin digər pozğunluqları Ürək ritminin digər pozğunluqları Ürək ritminin digər pozğunluqları. Ekstrasistolik aritmiya. Xroniki eroziv qastroduadent; 125 Ürəyin xroniki işemik xəstəliyi Keçirilmiş infarktdan sonrakı kardioskleroz. Qeyristabil stenokardiya İİİ-İV f/s; İ50.0 Durğunluq ürək çatmamazlığı Durğunluq ürək çatmaınazlığı Durğunluq ürək çalmamazlığı İİİ f, Xroniki qan dövran çatışmazlığı B dərəcə;
34. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən düzgün olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qə rarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə istinad etmişdir.
35. Belə ki, həmin Əsasnamənin 2.4-cü maddəsinə əsasən, tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); 2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20-F20.9); 2. 4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35- 50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq (demensiya) (F60.0-F62.9, F45-F45.9, F48F48.9, F70-F79).
36. Apellyasiya instansiyası məhkəməsi tərəfindən də müəyyən edilmişdir ki, TSEK-ə göndərişə əsas verən müayinə vərəqəsində (Forma 88№ 0280003AAFMA) status localis qrafasına əsasən iddiaçı özünü 2008-ci ildən xəstə hesab edir. xx.xx.2008-ci il tarixdə hərbi hissədə döyüş tapşırığını icra edərkən “Qapalı kəllə beyin travması. baş beyin silkələnməsi” travması almışdır. 2014-cü ilin mart ayından xəstə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 2-ci qrup əlildir. Bakı İnzibati Məhkəməsinin 21(112)-3029/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi göstərilmişdir. Təngənəfəslik, ürək nahiyyəsində ağrılar, qapalı kəllə beyin travmasından sonra kəskin baş ağrıları, baş gicəllənməsi, başda küy aqressivlik, yaddaş zəifliyi, qıcolma < ayda 8-9 dəfə) tutmalarının baş verməsindəndir. xx.xx.2021-ci ildə “Psixi Sağlamlıq Mərkəzi “X5 rəyi. Üzvi (Postkontuzion sindrom nəticəsində yaranmış ) şəxsiyyət pozuntusu, tez -tez baş verən dekompensasiyalat və koqnitiv funkisyuların enməsi ilə”. xx.xx.2020-ci ildən 31 05.2020-ci ilədək 1 saylı Respublika Psixatriya Xəstəxanasında müalicə alıb (diaqnoz. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar) xx.xx.2021 xx.xx.2021-ci ilədək 5 saylı Şəhər KLİNİKİ Xəstəxanada müalicə almışdır. Dispenser nəzarətindədir. Mütəm adi müalicə alır xx.xx.2014xx.xx.2014, xx.xx.2016xx.xx.2016.xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə Ak.Abdullayev adına X1 müalicədə. xx.xx.2015-xx.xx.2015; xx.xx.2016-xx.xx.2016-cı ilədək.
37. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və əlilliyin təyinatı ilə bağlı qərarın dəyişdirilməsi, qiymətləndirmə aparıldığı 9 iyul 2021-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulma sı ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
38. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının 2-1(103)-855/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
39. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-855/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.